Auditorun seçməsi və auditor yoxlamasının sənədləşdirilməsi Auditorun seçməsi Аuditоr sübutlаrı və аnаlitik prоsedurlаr



Yüklə 37,75 Kb.
səhifə10/16
tarix02.01.2022
ölçüsü37,75 Kb.
#41091
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
Auditorun seçməsi və auditor yoxlamasının sənədləşdirilməsi

5.Аuditоr rəyləri

Bu standartın məqsədi auditor rəyinin və onun növlərinin tərtib və tətbiq edilməsinin müvafiq qaydalarını müəyyən etməkdir. Bu standart Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və «Auditor xidməti haqqında» Qanununa uyğun olaraq, «Maliyyə hesabatları üzrə auditor rəyi» (ISA 700 “The Auditors Report on Financial Statements”) beynəlxalq audit standartı əsasında hazırlanmışdır.



Auditor rəyi - auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik mühasibat hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir.

Səlahiyyətli dövlət orqanlarının qərarına əsasən keçirilmiş yoxlamanın nəticələrini əks etdirən auditor rəyi Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə uyğun olaraq təyin edilmiş ekspertizanın rəyi ilə bərabər tutulur.Yoxlanılan maliyyə məlumatları barədə fikrini müəyyənləşdirmək üçün auditor sübutları əsasında əldə edilmiş nəticələr auditor tərəfindən təhlil edilir və qiymətləndirilir. Auditin yekununda yoxlanılan hesabatlar haqqında aydın yazılı fikri özündə əks etdirən auditor rəyi tərtib edilir.

Auditor rəyi aşağıdakı bölmələrdən ibarətdir;


  • Auditi aparan sərbəst auditor (auditor təşkilatı) barədə məlumat;

  • Auditor rəyinin ünvanlandığı fiziki və hüquqi şəxslər barədə məlumat;

  • Giriş;

  • Yoxlamanın məzmunu;

  • Təqdim olunan hesabatlara dair auditor rəyi;

  • Auditor rəyinin tarixi;

  • Sərbəst auditorun (auditor təşkilatının) ünvanı;

  • Auditor rəyinin təsdiq edilməsi.

a)Auditi aparan

sərbəst auditor (auditor təşkilatı) barədə məlumat

Auditor rəyinin bu bölməsində auditor yoxlamasının sərbəst auditor (auditorlar) və ya auditor təşkilatı tərəfindən aparılması qeyd edilməli və auditi aparan auditor təşkilatının adı (auditorun soyadı) göstərilməlidir.




Yüklə 37,75 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin