Auditorun seçməsi və auditor yoxlamasının sənədləşdirilməsi Auditorun seçməsi Аuditоr sübutlаrı və аnаlitik prоsedurlаr



Yüklə 37,75 Kb.
səhifə3/16
tarix02.01.2022
ölçüsü37,75 Kb.
#41091
1   2   3   4   5   6   7   8   9   ...   16
Auditorun seçməsi və auditor yoxlamasının sənədləşdirilməsi

Seçmənin düzülüş qaydası. Auditorun seçməsi audit prosedurlarının tətbiq olunması məqsədilə audit materiallarının 100 faizdən az olan hissələrinə dair aparılır. Audit materialları dedikdə, auditor sübutlarının toplanması üçün hesabların qalığının və ya hesablar üzrə dövriyyələri təşkil edən əməliyyatların elementləri başa düşülür. Seçmənin düzülüşü üçün auditor təşkilatı mühasibat hesabatının konkret bölməsinin yoxlanılması qaydasını müəyyənləşdirir. Mühasibat hesabatının konkret bölməsinin yoxlamanın aparılma qaydası müəyyən edilərkən auditor təşkilatı qarşıya qoyulan məqsədə çatmaq üçün yoxlamanın məqsədini və auditor prosedurlarını müəyyən etməlidir.

Auditor öyrənilən audit materiallarını elə müəyyən etməlidir ki, 0, auditin məqsədlərinə uyğun gəlsin. Audit materiallarının məcmusu müəyyən edilmiş qaydada eyniləşdirilə bilən vahidlər toplusundan ibarət olmalıdır. Auditor audit materiallarının elementlərinin seçilməsini auditin məqsədlərinə nail olmağa imkan verən daha səmərəli və qənaətcil üsulla aparmalıdır.

Seçmə aparılan zaman auditor bütün öyrənilən audit materiallarını eyni xüsusiyyətli elementlərə (qruplara) bölə bilər. Audit materiallarının bölünmə meyarları elə aparılmalıdır ki, hər bir elementin hansı audit materialına aid olmasını dəqiq göstərmək mümkün olsun. Belə prosedur məlumatların dağıdılmasını azaltmağa imkan verir ki, bu da auditorun işini asanlaşdırır.


Yüklə 37,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin