Auditorun seçməsi və auditor yoxlamasının sənədləşdirilməsi Auditorun seçməsi Аuditоr sübutlаrı və аnаlitik prоsedurlаr


Auditor sübutları və analitik prosedurlar



Yüklə 37,75 Kb.
səhifə5/16
tarix02.01.2022
ölçüsü37,75 Kb.
#41091
1   2   3   4   5   6   7   8   9   ...   16
Auditorun seçməsi və auditor yoxlamasının sənədləşdirilməsi

2.Auditor sübutları və analitik prosedurlar

Bu standart «Auditor sübutları - xüsusi maddələrə əlavə baxılması» (ISA 501 “Audit Evidence - Additional Considerations for Spesifıc Hems») beynəlxalq audit standartına və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hazırlanmışdır. Auditor sübutu dedikdə, auditorun rəyini əsaslandırmaq və müəyyən bir nəticəyə gəlmək üçün toplanmış məlumatlar nəzərda tutulur. Uçоt yazılışları uçоt prossesi haqqında informasiyalar hesab olunur.

Audit standartının məqsədi maliyyə hesabatının ayrı-ayrı xüsusi məbləğlərinin və digər məlumatlarının açıqlanmasına dair «Auditor sübutları» milli audit standartına əlavələr edilməsi barəsində tövsiyələrin verilməsindən və standartların müəyyən edilməsindən ibarətdir.

Bu standartda ifadə edilən standartların və tövsiyələrin tətbiqi auditora maliyyə hesabatının ayrı-ayrı xüsusi məbləğləri və digər açıqlanan məlumatlar barəsində auditor sübutlarının əldə olunmasına kömək edir.

Beləliklə, yoxlanılan iqtisadi subyektdən və üçüncü şəxsdən yoxlamanın gedişində auditor tərəfindən əldə olunan informasiya auditor sübutları hesab edilir.

Auditor sübutları aşağıdakılardan ibarətdir:



Auditor sübutları kifayət qədər əsaslı və qənaətləndirici olmalıdır. Bütün hallarda auditor əmin olmalıdır ki, o, obyektiv və əsaslı qərar çıxarmaq üçün kifayət miqdarda sübutlar toplaya bilmişdir. Sübutun keyfiyyəti real fakta yaxınlaşmaqla (təbii – auditor binaların, maşınların, avadanlıqıarın, mal və materialların faktiki mövcudluüunu yoxlayır və belə halda təbii sübut özlüyündə elə fakt deməkdir; süni -malların çatdırılması müqavilə-qaimələrdə qeydə alınır, hesab fakturalar satışı təsvir edir; məntiqi arqument-nəqliyyаt vаsitələrinə mülkiyyət hüququ, хidməti məqsədlə şəхsi аvtоmоbildən istifаdənin dəyərinin ödənilməsi və s.) və əldə olunan sübutun mənbələrinin etibarlılığı ilə müəyyənləşdirilir.

Auditor öz nəticələrini əsaslandırmaq üçün müstəqil prosedur­lar əsasında kifayət qədər auditor sübutları əldə etməlidir. Audit olunan bütün obyektlər üzrə auditor sübutlarının hazırlanması auditorun əsas işi hesab olunur. Sübut­ların təhlili və ümumi­ləşdirilməsi əsasında auditor aşağıdakı məsələlər üzrə nəti­cə çıxarır:



  • illik mühasibat hesabatının vəziyyəti və məzmunu hаqqındа;

  • təsərrüfat subyektlərinin illik balansının dürüstlüyü və tamlığı hаqqındа;

  • müəssisənin investisiya qoyuluşundа və innova­si­ya layihələrinin həyata keçirilməsində iştirakının mümkün­lüyü, həmin lаyihə­lərin iştirakçılarının müəyyən edilmə­si zamanı ona seçmək im­ka­­nı haq­­qında;

  • kredit resurslarının və investisiyaların məqsədli istifadəsi hаq­qın­dа;

  • təsərrüfat subyektlərinin nizamnamə kapitalının yaradılma­sı­nın vaxtında və tam həyata keçirilməsi, formalaşdırılması hаqqındа və s.


Yüklə 37,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin