Dispers sistemləRİn reologiyasi



Yüklə 0,68 Mb.
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#38508
kimya

QRUP: A2130

DİSPERS SİSTEMLƏRİN REOLOGİYASI

Plan:

Reologiya ” sözü yunanca olub, “rheos” – axın, sel və “loqos”- elm, bilik sözlərinin birləşməsindən əmələ gəlmişdir və termin kimi ilk dəfə 1929-cu ildə Amerika Birləşmiş Ştatlarında keçirilən III Beynəlxalq Simpoziumda qəbul edilmişdir


REOLOGİYA ELMİ

Reologiya – müqayisə olunacaq dərəcədə yeni elm sahəsidir, bu sahə fiziki-kimyəvi mexanikanın sərbəst bir sahəsi kimi formalaşmış və inkişaf etməkdə davam edir. Bu elm sahəsi müxtəlif maddə və materialların axması (hərəkəti) və deformasiyasını öyrənir ki, bu da mexanikanın və elastiklik nəzəriyyəsinin bir çox vəziyyətindən istifadəyə əsaslanır.

Makro və mikroreologiyanın fərqi

  • Makroreologiya bütün materialları onlara adi gözlə üst tərəfdən baxıldıqda göründüyü kimi, yəni bircinsli və xətti struktura malik şəkildə öyrənir. Yalnız təmiz maye və mükəmməl kristallar müstəsna halda homogen olur.
  • Mikroreologiya iki və çoxfazalı sistemlərin reoloji davranışını onun komponentlərinin reoloji xassələrindən asılı olaraq öyrənir.

REOLOGİYANIN İNKİŞAF MƏRHƏLƏLƏRİ

Həqiqi cisimlərin (həqiqi cisimlərin və ya dispers sistemlərin texniki mexanikası) deformasiyası və axması haqqında elm kimi, hazır məhsulların xassələrinin öyrənilməsini və lazımi keyfiyyətdə hazır məmulatların alınması üçün maşınların işçi orqanlarında onların hərəkət prosesinin hesablanması metodlarının işlənib-hazırlanmasını vacib məsələ kimi qarşıya qoyur


KLASSİK REOLOGİYA

Müəyyən xüsusiyyətlərə malik dispers sistemlərin strukturunun formalaşması üsulları və qanunauyğunluqları haqqında elm

Emal edilən xammala müxtəlif növ təsirlərin elə uygunluğunu öyrənir və əsaslandırır ki, bu zaman reoloji xassələrin müəyyən səviyyəsi bütün texnoloji prosesin gedişində və müəyyən istehlak xüsusiyyətlərinə malik hazır məhsulun alınması zamanı təmin edilir.


FİZİKİ-KİMYƏVİ MEXANİKA

İDARƏEDİCİ REOLOGİYA


DİSPERS SİSTEM


Dispers sistemlər iki və ya daha artıq komponentdən (və ya faza) ibarətdir. Adətən, bu komponentlərdən birinə dispers mühit, digərinə dispers faza deyilir.

bərk və maye fazadan ibarət ikifazalı sistem;

bərk və qaz fazasından ibarət ikifazalı sistem;

maye və qaz fazasından ibarət ikifazalı sistem

iki bərk fazadan ibarət ikifazalı sistem;

iki maye fazadan ibarət ikifazalı sistem;

iki qaz fazasından ibarət ikifazalı sistem;

bərk, maye və qaz fazadan ibarət üçfazalı sistem;

çoxfazalı sistemlər.

Dispersliyə görə dispers sistemlər 3 yerə bölünürlər:


Kobud dispers sitemlər. Bu halda hissəciklərin ölçüsü a>10-7 m

Kolloid dispers sistemlər. Bu halda hissəciklərin ölçüsü a=10 -710 -9m

Molekulyar dispers sistemlər. a<10 -9m

Maddələr dispers quruluşundan və strukturundan asılı olaraq, müxtəlif reoloji xassələrə malikdir :

Effektiv özlülüyün gərginlikdən və ya yerdəyişmə sürətindən asılılığını dispers sistemlərin struktur mexaniki xassələrinin əsas göstəriciləri hesab olunur.


1 – nyuton mayesi; 2 – dilatant maye; 3 – struktur-özlü maye; 4 – qeyri-xətti plastik cisim; 5 – xətti plastik cisim

Qrafikin təhlili:


Nyuton mayelərinin əyrisi koordinat başlanğıcından keçən düx xəttdir 1. düz xəttdən fərqlənən digər əyrilər (2 – 5) qeyri-nyuton mayeləri adlanır.

2 əyrisi, əsasən konsentrasiyalı dispers sistemlərə xas olan dilatant axmanı xarakterizə edir, bu zaman deformasiyanın sürətinin artması ilə «yerdəyişmənin çətinləşməsi» baş verir, nəticədə özlülük artır;

3 əyrisi psevdoplastik axmanı göstərir ki, deformasiya sürətinin artması ilə strukturun dağılması nəticəsində «yerdəyişmənin yumşalması» baş verir.

4 əyrisi xətti plastik axmanı göstərir və yerdəyişmə gərginliyinin son həddi θ0 olduqda bütün plastik cisimlər üçün xarakterikdir



5 xətti asılılığı binqamov cisimləri üçün xarakterikdir və yerdəyişmə gərginliyinin son həddi θ0 olduqda, ideal plastik axmaya uyğun gəlir.

Ədəbiyyat:

  • http://unec.edu.az/application/uploads/2015/07/Zeynalova-Fexriyye-Reologiyanin-esaslari-son.pdf
  • http://elmtehsil.com/elm-ve-heyat/reologiya/171
  • https://az.wikipedia.org/w/index.php?search=reologiya&title=X%C3%BCsusi:Axtar&profile=advanced&fulltext=1&searchengineselect=mediawiki&advancedSearch-current=%7B%7D&ns0=1
  • https://technolakpiter.ru/az/dispersnye-sistemy-skachat-prezentaciyu-prezentaciya-dispersnye-sistemy-eto/https://az.wikipedia.org/wiki/M%C9%99hlullar_v%C9%99_dispers_sisteml%C9%99r.

DİQQƏTİNİZ ÜÇÜN TƏŞƏKKÜRLƏR !!!


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin