Mühazirə 5 Şəbəkə informasiya sistemlərinin arxitekturaları


Fayl-server arxitekturası



Yüklə 41,67 Kb.
səhifə2/5
tarix26.01.2023
ölçüsü41,67 Kb.
#81003
növüMühazirə
1   2   3   4   5
VER-BAZ 5

Fayl-server arxitekturası
Fayl-server arxitekturası adətən lokal şəbəkədə reallaşdırılır və 2 səviyyəyə malik olur: fayl-server səviyyəsi və kliyent səviyyəsi. Burada PS və PL dialoq komponentleri kliyent səviyyəsində birlikdə yerinə yetirilir və bununla da qrafiki interfeysin qurulması asanlaşır. Fayl-server yalnız fayllardan verilənləri seçib çıxarır (DL, DS) və kliyentlərə ötürür, kliyentlər isə verilənləri emal edib (BL), istifadəçilərə çatdırırlar (PS və PL).
Fayl-server arxitekturalı İS-i iki üsulla qurmaq olar: 1)yalnız bir maşında işləyə bilən lokal (şəbəkəsiz) VBİS-dən istifadə etməklə və 2) lokal şəbəkədə işləyən VBİS-den istifadə etməklə.
Lokal VBİS-lə işləyən fayl-server arxitekturalı informasiya sistemi şəkil 1-də göstərilmişdir.
Lokal VBİS-in proqramları və onun istifadə etdiyi verilənlər həm serverin kompüterində (SK), həm də kliyentin kompüterində (KK) saxlana bilər.
Kliyentin kompüterində saxlanan və lokal verilənlərlə işləyən VBİS-in işə salınması və fəaliyyəti onun fərdi kompüterdəki adi iş rejimindən fərqlənmir. Əgər istifadə olunan verilənlər SK-da saxlanırsa, şəbəkə əməliyyat sisteminin fayl sistemi lazımi faylı SK-dan KK-ya yükləyir. Qeyd edək ki, lokal VBİS-lərin heç də hamısı problemsiz istənilən əməliyyat sistemi mühitində işləyə bilər.
Əgər lokal VBİS şəbəkənin bir neçə istifadəçisi tərəfindən istifadə olunursa, onun proqramlarını, həmçinin verilənlər bazasını və ya onun bir hissəsini disk yaddaşına qənaət etmək məqsədilə serverin kompüterində saxlamaq səmərəlidir. Serverin kompüterində saxlanan VB-yə mərkəzi VB (MVB), kliyentin kompüterində saxlanan VB-yə isə lokal VB (LVB) deyilir. VBİS-in bu variantda işə salınmasında hər bir kliyent kompüterinə adətən VBİS-in tam surəti və mərkəzi VB-nin bir və ya bir neçə faylı köcürülür. Kliyent kompüterində iş qurtarandan sonra verilənləri uyğunlaşdırmaq məqsədilə MVB-nin faylları KK-dan geriyə SK-ya göndərilməlidir.
Lokal VBİS-dən bu variantda istifadə olunmasının mənfi cəhəti ondan ibarətdir ki, bir VB ilə bir neçə istifadəçi işləyən halda verilənlərin tamlığı pozula bilər. Cünki VBİS-in hər bir surəti digər surətlərin işindən xəbərsiz fəaliyyət göstərdiyindən, bu cür münaqişələri aradan qaldırmaq mümkün olmur. Eyni faylların oxunub yazılması əməliyyatına nəzarəti adətən şəbəkə əməliyyat sistemi yerinə yetirir.
Lokal VBİS-ə misal olaraq dBase sisteminin ilk variantlarını (Dbase III Plus, dBaseIV, FoxBase), Access, Paradox və s. göstərmək olar.





Yüklə 41,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin