Plan giriş Maliyyə xarakterli məlumatların tənzimlənməsndə qanunvericilik aktlarının rolu. Bəyənnamənin forması və təqdim edilmə qaydaları. Maliyyə xarakterli məlumatları qəbul edən orqanların məsuliyyəti



Yüklə 32,6 Kb.
səhifə1/4
tarix21.05.2023
ölçüsü32,6 Kb.
#118898
növüQaydalar
  1   2   3   4
Dövlət qulluğu etikası




PLAN
Giriş
1. Maliyyə xarakterli məlumatların tənzimlənməsndə qanunvericilik aktlarının rolu.
2. Bəyənnamənin forması və təqdim edilmə qaydaları.
3. Maliyyə xarakterli məlumatları qəbul edən orqanların məsuliyyəti.
4. Rəhbərlik tərəfindən bəyənnamələrə olan münasibət, onların müqayisəli təhlili.
5. Maliyyə xarakterli məlumatların üzrsüz səbəbdən vaxtında təqdim edilməməsi səbəbləri.
Nəticə
Ədəbiyyat

GİRİŞ
Maliyyə xarakterli məlumatları qəbul edən orqanlar bəyannaməni qəbul edərkən, onun düzgün tərtib edilib- edilməməsini müəyyən edir. Maliyyə xarakterli məlumatları qəbul edən orqanlar bəyannamədə göstərilən məlumatlar üzrə ilkin araşdırma apara biİər, İlkin araşdırma zamanı bəyannamədə göstərilən məlumatların həqiqiliyi və tamlığı, sonuncu dəfə təqdim edilmiş bəyannamə ilə əvvəllər təqdim edilmiş bəyannamələrdə göstəriiən maliyyə xarakterli məlumatlar arasında fərqlər müəyyən edilir.

1. Maliyyə xarakterli məlumatların tənzimlənməsndə qanunvericilik aktlarının rolu.
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən vəzifəli şəxsiər qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə xarakterli məlumatları, o cümlədən maliyyə və əmlak xarakterli öhdəlikləri barədə məlumatları bəyannamə formasında təqdim etməlidirlər. Qanunvericiliyə uyğun olaraq dövlət qulluğu vəzifəsi tutan şəxslərdən inzibati vəzifə tutan dövlət qulluqçularının qeyd olunan məlumatları verməsi nəzərdə tutulmuşdur. İnzibati vəzifə tutan dövlət qullüqçuları aşağıdakı məlumatları təqdim etməlidirlər:
-mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə;
-vergitutma obyekti olan əmlakı barədə;
-kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri barədə;
-şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı barədə;
- şərti maliyyə vahidinin beş min misli miqdarından yuxarı olan borcu barədə;
-şərti maliyyə vahidinin min mislindən yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə.
Maliyyə xarakterli məlumatları qəbul edən orqanlar bəyannaməni qəbul edərkən, onun düzgün tərtib edilib- edilməməsini müəyyən edir. Maliyyə xarakterli məlumatları qəbul edən orqanlar bəyannamədə göstərilən məlumatlar üzrə ilkin araşdırma apara biİər, İlkin araşdırma zamanı bəyannamədə göstərilən məlumatların həqiqiliyi və tamlığı, sonuncu dəfə təqdim edilmiş bəyannamə ilə əvvəllər təqdim edilmiş bəyannamələrdə göstəriiən maliyyə xarakterli məlumatlar arasında fərqlər müəyyən edilir.
Rəhbərlik, qeyd edilən bəyannamələri, dövlət qulluqçularının gəlirləri və daha əvvəlki illərdəki bəyannamələri ilə müqayisə edərək araşdırma aparmalı və lazımi tədbirlər görməlidir.
Maliyyə xarakterli məlumatların üzrsüz səbəbdən vaxtın- da təqdim edilməməsi və ya qəsdən natamam, yaxud təhrif edilmiş məlumatların təqdim olunması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb olunmasına səbəb ola bilər. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya maliyyə xarakterli məlumatlarm təqdim edilməsi ilə bağlı müəyyən edilmiş tələblərə əməl etməyən şəxslər barəsində rəsm dövlət qəzetində məlumat dərc etdirə bilər.



Yüklə 32,6 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin