Laboratoriya işi № Faksimil rabitə sistemlərinin funksional sxeminin öyrənilməsi. İşin məqsədi



Yüklə 12,21 Kb.
tarix02.12.2016
ölçüsü12,21 Kb.
#641
Laboratoriya işi № 5.
Faksimil rabitə sistemlərinin funksional sxeminin

öyrənilməsi.

İşin məqsədi.


  1. Faksimil rabitə sisteminin funksional sxeminin və onun iş prinsipinin öyrənilməsi.

  2. Faksimil rabitənin təşkili prinsiplərinin və onların ötürülmə funksional sxeminin öyrənilməsi.

Hərəkət etməyən şəkilin (fotoqrafiyaları, kartları, sxemləri, çertyojları, mətn sənədlərini və s.) elektrik rabitə kanalları ilə ötürülməsi faksimil rabitə adlanır.

“Faksimil rabitə” anlayışı “fototeleqrafiya” anlayışından daha genişdir. Faksimil rabitə həm ştrixli, həm də yarımtonlu təsvirləri ötürüb, qəbul etmək üçün nəzərdə tutulmuş sistemləri əhatə edir. Fototeleqrafiya isə -yalnız yarımtonlu təsvirləri ötürür və qəbul edir.

Faksimil rabitə sisteminə analiz və sintez qurğuları və elektrik traktı daxildir.(şək.1).

Analiz edən qurğu açılış qurğusundan (baraban l, arabacıq 3, inteqal), optik sistemindən (işıq mənbəyi 4, optik sistem 5), fotoelektrik çeviricisindən ibarətdir. Elektrik traktı ardıcıl birləşmiş ötürücünün elektrik qurğusundan təşkil olunur. Sintez edən qurğu yazan qurğudan (işıq modulyatoru 7, optik sistem 8) və açılış qurğusundan (arabacıq 9, baraban 10, inteqal) ibarətdir.


Şəkil 1.Faksimil rabitənin funksional sxemi.
Faksimil rabitənin iş prinsipi.
Ötürülən şəkil (original 2) açılış qurğusu (1,3) və optik sistem (4,5) vasitəsilə ardıcıl (sətirbəsətir) skanerlənir, yəni rastrelementlər adlanan elementar sahələrə parçalanır. İşıq ləkəsi açılış elementi adlanır, o da, açılış qurğusu vasitəsilə oriqinalın 2 üzərində üfüqi istiqamətdə (sətri açılış) və şaquli istiqamətdə (kadr açılışı) hərəkət edir. Bu qurğu baraban tipli, yaxud yastı müstəvili ola bilər.

Barabanlı açılış sistemində oriqinal barabanın üzərində bərkidilir. Sətri açılış (3) arabacıqda birləşmiş hərəkət etməyən optik sistemə nəzərən fırlanan baraban (1), hərəkət etməyən barabana nəzərən arabacığın fırlanması ilə təmin olur. Bir sətrin açılış müddətində oriqinal açılış elementə nəzərən şaquli istiqamətdə sətrin eni qədər hərəkət edir (yer dəyişir).

Oriqinala düşən açılış elementinin işıq seli oriqinalın səthindən qismən əks olunur. Əks olunmuş selin qiyməti (miqdarı) rastrelementin parlaqlığından asılıdır. Əks olunmuş işıq seli 6 fotoelektrik çeviricisinə (fotoelement, fotodiod, fotoelektron vurucusu-FEV) düşür. Fotoelektrik çeviricisinin yükündə oriqinaldan əks olunmuş işıq selinə uyğun siqnal əmələ gəlir. Oriqinalda rastrelementlərinin yaradılması və onların parlaqlıqlarının elektrik siqnallarına çevrilməsi prosesi təsvirin elektrooptiki analizi adlanır. Bu proses analiz edici qurğu ilə həyata keçirilir.

Elektrik siqnalı fotoelektrik çeviricisinin çıxışından ötürücünün elektrik qurğusuna verilir. Ötürücüdə modulyasiya olunandan və güclənəndən sonra fototeleqraf siqnalı rabitə kanalına daxil olur (şəkil 1). Rabitə kanalının çıxından siqnal qəbuledicinin elektrik qurğusuna daxil edilir. Qurğu gücləndirmə kaskadlardan, DM demodulyatordan və faza inversiyası kaskadından ibarətdir.

Ötürücü və qəbuledici stansiyaların açılış qurğuları sinxron və sinfaz işləməlidir, bu da sinxronlayıcı və fazalayıcı qurğularla təmin olunur. Oriqinalın işıq elementi fotoçeviricinin yükündə böyük siqnal yaradır. Bu siqnalı qəbuledicidəki modulyatora verdikdə, onun lampası daha parlaq işıqlanır, işığa həssas kağızda uyğun nöqtə daha çox işıqlanmaya məruz qalır və kimyəvi işləmədən sonra qara rəngli olur.

Beləliklə, qəbul zamanı neqativ təsvir alınır. Pozitiv təsviri almaq üçün qəbuledicinin elektrik traktında faza invertoru vardır.

Qəbulda təsviri (reproduksiyanı) alma prosesi təsvirin elektrik sintezi adlanır.

Yuxarıda göstərilənlərin əsasında aşağıdakı nəticələrə gəlirik.

- faksimil rabitənin funksional sxeminin əsas elementləri analizedici qurğu,



elektrik traktı, sinxronlayıcı və fazalaşdırıcı qurğulardır;

  • faksimil rabitənin üstünlükləri (ötürmənin kodlaşdırma metodları ilə müqayisədə) informasiyanın ötürülməsi prosesinin tam avtomatlaşdırılmasında, məlumat ötürülməsi formasının universallığında və dilçilik çəpərin olmamasindadır, bundan əlavə, operatorun təqsiri üzündən səhvlərin olmamasıdır və ötürmənin maneəyə qarşı yüksək dərəcədə mühafizə olmasıdır;

  • faksimil rabitənin nöqsanları rabitə kanalının ötürmə qabiliyyətinin ciddi sürətdə enməsi, qəbul zamanı ötürmənin keyfiyyətinə nəzarət etmək imkanının olmamasıdır (əksər faksimil aparatlarında).

Yüklə 12,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin