ÇÖKMƏ SÜXURLAR
Maqmarik süxurlardan fərqli olaraq çökmə
süxurlar Yer səthində atmosfer,
su və orqanızmlərin qarşılıqlı təsiri şəraitində mövcud süxurların parçalanması
və yenidən toplanması nəticəsində əmələ gəlir. Əgər litosferin daxili hissəsi
maqmatik süxurlardan təşkil olunmuşsa, onun üst hissəsini çökmə süxurlar
təşkil
edir. Bu örtüyün qalınlığı 15-20 km-ə çatır.
Maqmatik süxurlar sıx olduğu halda,
çökmə süxurlar boş, ovulan, plastik,
səpələnən, sementləşmiş və kövrək halda olur. Çökmə süxurlar müxtəlif rənglərdə
tapılır. Bunların rəngi süxuru təşkil edən dənəciklərin ilkin rəngi və eləcə də
məsamələri dolduran narın dispersli hissəciklərin rəngi ilə səciyyələnir.
Bu
süxurlarda su, neft və qaz keçiriciliyi cəhətdən məsaməliyin təyin
edilməsi olduqca əhəmiyyətlidir.
Məsaməlik
və
keçiricilik
süxur
dənəciklərinin
ölçüsünə
görə
qiymətləndirilir.
Bunların
hamısı
birlikdə
süxurların
kolIektorluq
x
üsusiyyətlərini əks etdirir.
Məsaməlik dərəcəsinə (miqdarına) görə süxurlar sıx (məsamələr müşahidə
edilmir), xırda məsaməli, iri məsaməli (məsaməlirin ölçüsü 0,5-2,5 mm-ə çatır),
eləcə də xırda boşluqlu süxurlara bölünür. Süxurlarda xırda boşluqların
əmələ
gəlməsi əsasən süxur daxilindəki üzvü qalıqların yeraltı sular vasitəsilə
qələviləşməsi ilə əlaqədardır.
Maqmatik
süxurlarda olduğu kimi, çökmə süxurların da struktur və
tekstrura xüsusiyyətləri öyrənilir.
Çökmə süxurların strukturu bir sıra əlamətlərə görə təyin olunur.
Struktur
dənəciklərinin ölçüsü və forması ilə qırıntı süxurları xarakterizə
edən əsas əlamətlərdir. Dənəciklərin ölçüsünə görə qırıntı
süxurlar şərti olaraq
müxtəlif fraksiyalara bölünür. Dənəciklərin formasına görə isə əsasən: l)bərabər
və
müxtəlif
dənəli;
2)itibucaqlı
və yuvarlaq; 3)vərəqvari; 4)lifli;
5
)brekçiyayabənzər və s. olur.