Su əsaslı qazıma məhlulları



Yüklə 15,08 Kb.
tarix29.12.2021
ölçüsü15,08 Kb.
#48318
1.6Su əsaslı qazıma məhlulları.


Su əsaslı qazıma məhlulları.
Sudan qazıma məhlulu kimi o hallarda istifadə etmək olar ki, onun çatışmazlıqları qazımanın gedişinə mənfi təsir göstərməsin. Başqa sözlə Sudan qazıma məhlulu kimi yalnız kəsilişi bərk süxurlarda su ilə təmasda onların öz xassələrini dəyişmədiyi və dayanıqlığını itirmədiyi təqdirdə istifadə etmək olar.

Suyun qazıma məhlulu kimi üstün cəhətləri də vardır.

- su başqa qazıma məhlullarına nisbətən baltanı və qazıma alətinin fırlanan hissələrini daha yaxşı soyudur;

- boruarxası fəzada yüksək sürət yaradılarsa, qazılmış süxur hissəciklərini baltanın işçi səthinin altından tamamilə kənar edər və quyu lüləsini təmiz saxlaya bilər;



- su tərəfindən yaradılan hidrostatik təzyiq lay təz­yi­qin­dən yüksək olarsa, laydan quyuya neftin, qazın və suyun daxil olmasının qarşısını ala bilər;

  • su qazılmış süxur hissəciklərini özündə saxlaya bilmədiyi üçün onu süxur hissəciklərindən təmizləmək çox asan olur və bu məqsədlə ən sadə təmizləmə üsullarından istifadə etmək olar;

  • su porşenlər, silindr oymaqları, nasosun klapanları və turbin qazıyıcısının hissələrinin abraziv yeyilməsi intensivliyini azaldır;

  • su qazıma məhlulu ilə müqayisədə kiçik xüsusi çəkiyə malik olduğundan, onun dövranı üçün nasos nisbətən az yük altında işləyir;

  • su ilə qazımada texniki-iqtisadi göstəricilər qazıma məhlulu ilə qazımanın göstəricilərinə nisbətən yüksək olur;

  • su ilə qazımada qazıma briqadası üzvlərinin iş şəraiti yaxşılaşır, belə ki, qazıma məhlulu hazırlamağa ehtiyac olmur və fəhlələr əlavə fiziki işdən azad olurlar;

  • su ilə qazımada gilə və kimyəvi reagentlərə ehtiyac olmur, onların daşınması və hazırlanmasına əlavə fiziki güc, maddi vəsait sərf edilmir;

  • su ilə qazımada qazıma alətinin dartılmalarla hərəkti və tutulması ehtimalı azalır.

Su universal qazıma məhlulu deyildir və onun bir çox çatışmayan cəhətləri vardır ki, bunlar da su ilə qazıma işi aparmağa imkan vermir.

  • bəzi dağ süxurları (gillər, argillitlər) ilə təmasda olduqda su onların mexaniki xassələrini dəyişdirir, nəticədə süxurlar dayanıqlığını itirir, axma meylləri artır və quyu daxilinə sıxışdırılır. Su nəinki bu hala mane ola bilmir, əksinə, həmin mürəkkəbləşmənin növünün tez baş verməsinə kömək edir;

  • su quyu divarında möhkəm və nazik gil qabığı əmələ gətirə bilmədiyi üçün quyu divarını uçulmadan qoruya və laya süzülmənin qarşısını ala bilmir;

  • suyun, yüksək axıcılıq xassəsi olduğu üçün, o, süxürün xırda məsamələrinə asanlıqla hopur ki, bu da xoşa gəlməz haldır və layın neft verimini azaldır;

  • su yüksək dərəcədə məsaməliyə və çatlara malik, xüsusilə də lay təzyiqi çox kiçik olan süxurlarda böyük sürətlə udula bilər; bu isə, öz növbəsində, quyu dibinin və quyu lüləsinin təmizlənməsinə mənfi təsir göstərir, istifadə edilən suyun məsrəfini xeyli artırır;

Yüklə 15,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin