Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci Sərbəst İş Şöbə: İnformasiya texnologiyaları və kimya
İxtisas: Kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət
Qrup: 528-22
Kurs: 3
Fənn: Əczaçılıq
Mövzu: Qalxanabənzər vəzinin hormonları
Müəllim: Əliyeva Samirə
Tələbə: Mustafayeva Asiman
Tarix: 01.11.2023
Qalxanabənzər vəzi - (lat. glandula tyreoidea) tək üzvlərdən olub, boyunda nəfəs borusunun və qırtlağın önündə yerləşmişdir. Rəngi sarımtıl-qırmızı, konsinstensiyası yumuşaq və xarici səthi paylıdır. Qalxanabənzər vəzinin bir boğazı - lat. ithmus və iki yan sağ və sol payları - lat. lobi dexter et sinister vardır. Boğaz yan paylardan ensiz və kiçikdir, ön səthi çıxıq, arxa səthi basıqdır, özüdə nəfəs borusunun 1,3 və 4-cü halqalarına söykənmişdir. Yan paylar ellipsoid şəklində olub, bayır səthləri çıxıq, içəri səthləri basıqdır. Bəzən üçüncü piramidayabənzər pay - lat. lobus pyramidalis təsadüf olunur; bu pay çox vaxt boğazdan, bəzən yan paylardan (ümumiyyətlə sol paydan) başlayıb - qırtlağın ön səthi ilə yuxarıya qalxır və qalxanabənzər qığırdağın ön səthinə söykənərək dilaltı sümüyünə çatır. Qalxanabənzər vəzin bir payının boylama ölçüsü 6 sm, eni 4 sm və qalınlığı 2 sm olur. Qadınlarda çəkisi kişilərə nisbətən çox olur, bəzən hamiləlik dövründə daha da artır.
Qalxanabənzər vəzi xaricdən sərt birləşdirici toxumadan təşkil olunmuş xarici kapsul - lat. capsula externa ilə əhatə olunmuşdur; bu kapsul boyunun xüsusi fassiyasından başqa bir şey deyildir və qonşu üzvlərlə (boyunun damar və sinir dəstəsi yatağı ilə) rabitədədir.
Qalxanabənzər vəzi xarici kapsuldan başqa xüsusi lifli (daxili) kapsul - lat. capsula fibrosa (interna) ilə örtülüdür; bu kapsul vəzini əhatə edərək onun daxilinə arakəsmələr buraxır; ona görə onu soymaq mümkün deyildir. Lifli kapsul xarici kapsuldan kiçik yarığabənzər sahə vasitəsilə ayrılmışdır. Xarici kapsul Qalxanabənzər vəzi ilə zəif rabitədə olduğundan asan soyulur.
Qalxanabənzər vəzi birləşdirici toxumadan təşkil olunmuş stromadan - lat. stroma glandulae thyreoideae və follikullardan - lat. folliculi glandulae thyreoideae əmələ gəlmiş parenximdən ibarətdir. Follikullar kürəvi, qovuq şəklində olub, daxildən birqatlı kubabənzər epitel ilə örtülüdür. Bir neçə follikul bir yerə toplaşaraq paycıqlar - lat. lobuli glandulae thyreoideae əmələ gətirir; bunlar bir-birilə lifli kapsuldan gələn arakəsmələr vasitəsilə birləşir. Follikulların daxilindəki boşluqda sarımtıl, şüşəyəbənzər yodlu zülali kolloid maddə - yodtireoqlobulin vardır. Qalxanabənzər vəzi hormonunun harada ifraz olunması hələ də müəyyən deyildir, bəziləri onun yodtireoqlobulində olduğunu və bəziləri epitel hüceyrələr tərəfindən ifraz olunmasını göstərir.
Qalxanabənzər vəzi lat. regio thyreoidea ilə qırtlaq nahiyyəsini tutmuşdur; boğazı və piramidayabənzər payı səthdə, yan payları dərində yerləşmişdir. Yan payların aşağı ucları nəfəs borusunun 5-ci və 6-cı halqasınadək (döş sümüyünün vidaci oymasından 2 sm yuxarı) və yuxarı ucları qalxanabənzər qığırdağın ortasınadək çatır. Ön tərəfdən - lat. m. sternothyreoideus, m. sternohyoideus, m. omohyoideus və döş-körpücük-məməyəbənzər əzələnin ön kənarı ilə örtülmüşdür; qalxanabənzər vəyinin ancaq boğazı əzələlərdən azad olaraq təkcə boyunun xüsusi fassiyası ilə örtülüdür; yan payların arxası bayır tərəfdə boynun damar-sinir dəstəsinə və içəri tərəfdə qida borusu ilə udlağa söykənmişdir.
lat. Glandula thyreoidea bir neçə bağ vasitəsilə qırtlaq və nəfəs borusuna möhkəm təsbit olunmuşdur; bunlardan biri - lat. lig. glandulae thyreoideae medium qalxanabənzər vəzi boğazını üzüyəbənzər və qalxanabənzər qığırdaqların ön səthinə bağlayır və ikisi - lat. ligg. glandulae thyreoideae lateralia kapsulunyan payları örtən hissəsindən başlayıb, vəzi və nəfəs borusu arası ilə yuxarı qalxaraq üzüyəbənzər qığırdaqla nəfəs borusunun birinci halqasına bağlanır. təsqib edir və öz həcmini dəyişdikdə nəfəs borusunun vəziyyətinə təsir edir. Qalxanabənzər vəzi qırtlağa və nəfəs borusuna təsbit olunduğu üçün onların hər bir hərəkətini
Qalxanabənzər vəzi ın bağırsağın baş hissəsindən, çənə qövsü ilə dilaltı qövsün altında udlaq epitelindən inkişaf etmişdir. İlk dəfə bunun mayası xüsusi axacaq - lat. ductus thyreoglossus vasitəsilə udlaq epiteli ilə rabitədə olur. Vəzi inkişaf etdikcə kaudal tərəfə enir və nəhayət daimi yerinə çatır; bu prosesə qalxanabənzər vəzin enməsi - lat. descensus gandulae thyreoideae deyilir.
Qalxanabənzər vəzin mayası aşağı endikcə onun axacağı uzanır, sonra yavaş-yavaş atrofiya başlanır və böyüklərdə tamamilə itir. Ancaq ağız boşluğuna açılan yeri kor dəlik - lat. foramen cecum linguae adı ilə qalır.
Qalxanabənzər vəzin bir neçə növ anomaliyalarına təsadüf edilir. Bəzən onun vəzilərə - lat. glandulae thyreoideae accaessoriae təsadüf olunur. bunlar vəziyyətcə bir neçə qrupa bölünür:
lat. glandulae thyreoideae accaessoriae superiores - dilin kor dəliyində ya dil əzələləri arasında, ya dilaltı sümüyün üstündə (dl. thyreoideae suprahyoideae), ya da dilaltı sümüyün ınündə (gl. boğazı heç olmur, bəzən isə artıq inkişaf edərək yuxarıda üzüyəbənzər qığırdağa və aşağıda nəfəs borusunun 6-cı halqasına çatır. Bəzən qalxanabənzər vəzinin iki piramidayabənzər çıxıntısı olur, bundan başqa burada xüsusi bir əzələyə - lat. m. levator glandulae thyreoideae təsadüf olunur. Bu əzələ dilaltı sümüyündən və ya qalxanabənzər qığırdaqdan başlayaraq vəzinin doğazında tamam olur. Bəzən lat. ductus thyreoglossus tamamilə qalır və ətrafında anomaliya olaraq əlavə qalxanabənzər Thyreoideae prehyoideae) və ya dilaltı sümüyün altında (gl. thyreoideae infrahyoideae) yerləşir;
lat. glandulae thyreoideae accaessoriae posteriores - çox az təsadüf olunur və yan paylardan ayrılaraq, arxada nəfəs borusu arasında yerləşir;
lat. glandulae thyreoideae accaessoriae ifrahyoideae - döş qəfəsində, döş sümüyü dəstəsinin arxasında təsadüf olunur. Bəzən qalxanabənzər vəzi tamamilə inkişaf etmir, bu halda onu əlavə qalxanabənzər vəzilər əvəz edir.
Uşaqlarda qalxanabənzər vəzi yuxarıda olur, belə ki boğazı üzüyəbənzər qığırdağa kimi qalxır və onunla lifli birləşdirici toxuma vasitəsilə möhkəm birləşir. Qalxanabənzər vəzin çəkisi döldə və ilk uşaqlıq dövründə nisbətən artıq olur; həddi-büluğ dövründə xeyli artır, qocalıq dövründə kiçilməyə başlayır və vəzi elementləri birləşdirici toxuma elementləri ilə əvəz olunur