Qalxanabənzər vəzinin hormonları bunlardır: tiroksin, triyodtironin və kalsitonin. Qalxanabənzər vəzinin daxili sekresiya fəaliyyətinin əsas məhsulları – tərkibinə yod daxil olan hormonlardır (tiroksin – T4 və triyodtironin – T4). Orta yaşlı insan qidanın tərkibində 1 gün ərzində 0,15 – 0,20 mq yod qəbul etməlidir.
Yod qalxanvari vəzidə yodidlər şəklində (KI, NaI) daxil olur. Yodidlər qanın tərkibindən qalxanabənzər vəziyə daxil olduqdan sonra oksidləşdirici fermentlərin (peroksidaza, sitoxromoksidaza) təsiri ilə sərbəst (molekulyar) yoda çevrilir.
Tiroksin və triyodtironin hormonları necə əmələ gəlir? Sərbəst yod tirozin aminturşusu ilə reaksiyaya girib, monoyodtirozin və diyodtirozin əmələ gətirir. Sonra tirozinin yodlu birləşmələri kondensasiya reaksiyasına girərək, monoyodtironinə çevrilir. Onlar isə yenidən sərbəst yodla birləşib, triyodtironinə və tetrayodtironinə (tiroksinə) çevrilirlər.
Triyodtironin və tiroksin qalxanabənzər vəzinin folikullarında tireoqlobulin zülalının tərkibində (birləşmə şəklində) olur. Qanda tireoid hormonlarının qatılığı azaldıqda tireoqlobulin proteolitik fermentlərin təsiri ilə parçalanır, sərbəst hala keçən triyodtironin və tiroksin qana ifraz edilir.
Hipofizin tireotrop hormonu qanda olan yodun qalxanvari vəzi tərəfindən udulmasını, tireoid hormonlarının sintezini və sekresiyasını stimulə edir. Yodlu hormonlar qan plazmasının tərkibində də zülallarla ilə parçalanıb, triyodtireosirkə turşusuna çevrilirlər. Tiroksin və triyodtironin məhz triyodtireosirkə turşusuna çevrildikdan sonra fizioloji aktivliyə malik olur.
Qalxanabənzər vəzinin daha bir hormonu… .
Qalxanabənzər vəzidə tireokalsitonin adlanan polipeptid təbiətli hormon da sintez edilir. Əvvəllər tireokalsitonini qalxanabənzər ətraf vəzilərinin hormonu hesab edirdilər. Lakin tədqiqatlar göstərmişdir ki, tireokalsitonin qalxanabənzər vəzinin şəffaf parafollikulyar epitel hüceyrələrində (C hüceyrələr) əmələ gəlir.
O, parathormonun antaqonistidir.
Qalxanvari vəz insan bədənində olan ən böyük vəzilərdəndir. Cəkisi 20 – 25 q təşkil edir. Qalxanvari vəzin çəkisi yaş və çəki ilə artır və 50 yaşından sonra azalir
Qalxanvarı vəz bir – biri ilə əlaqədar olan iki hormon triyodotironin və tiroksin sintez edir. Bu iki hormon –
İnkişaf dövründə hüceyrələrin differensasiyasında,
Sonradan isə metobolik və termogenik hemostazın saxlanmasında kritik rol oynayır
Qalxanvari vəz boyunda , traxeyanın önündə, qalxanvari qığırdaqdqn aşağı yerləşir. İki sağ və sol paylardan və onların arasında yerləşən boyun hissədən ibarətdir.
Parathormon sintez edən 4 qalxanvarıətraf vəzi qalxanvari vəzin arxasında onun 4 qütbündə yerləşir.
Qalxanvari vəz xarici yuxu və körpücükaltı arteriyalardan başlanan yuxarı və aşağı tiroid arteriyalarları vasitəsilə qanla təchiz olunur .
Qalxanvari vəz xaricdən fibroz kapsulla örtülmüşdür, bu kapsuldan vəzin daxilinə gedən fibroz liflər vəzi paycıqlara bölür. Paycıqlar özləri follikuldan təşkil olunmuşdur.Pollikulun daxilindəki boşluq tirositlərin ifraz etdiyi tiroqlobulinlə dolmuş olur. Tiroqlobulin öz növbəsində mono və diyodtirozinlər, triyodtironin və tiroksindən ibarətdir.
Bədəndə olan yodun 95% - follikullarda toplanır.
Qalxanvari vəzdə kalsitonin və tiroid hormonları – tiroksin və triyodtironin sintez olunur. Hər iki molekul fenil həlqəsinə birləşmiş tirozin molekulundan ibarətdir.
Hər iki molekulun daxili - tirozin həlqəsində 2 yod molekulu var. Bu iki hormon bir – birindən xarici Tiroksinin həlqəsinə görə fərqlənirlər. Tiroksinin xarici həlqəsində 2 Yod, triyodtironinin isə bir yod molekulu var.
Tiroksin molekulunun xarici həlqəsindən bir yod atomunun qopması onun triyodtirozinə çevrilməsinə səsbəb olur. Triyodtirozin daha yüksək bioloji aktivliyə malikdir.