Proqramlaşdırma dilləri
Proqramlaşdırma sistemlərində, müəyyən işarələr və müəyyən düşünülmüş xəbərlərin (mətnlərin) yazılması üçün, onların kombinasiya üsullarını müəyyən edən qaydalar (razılaşmalar) məcmusu dil adlandırılır. Proqram yazılması üçün nəzərdə tutulan süni dilləri proqramlaşdırma dilləri adlandırırlar
Hal-hazırda yüzlərlə proqramlaşdırma dilləri mövcuddur. Onları müxtəlif əlamətlərə görə təsnifləşdirirlər. Maşından asılılıq dərəcəsinə görə təşnifləşdirmə nisbətən ümumi hesab edilə bilər.
Maşından aslı olan
Maşından aslı olmayan
Maşından asılı olan dilləri də öz növbəsində 2 yerə bölünür.
Maşın dilləri
Maşına yönəldilmiş dilləri bəzən avtokod adlandırırlar. Bu dillərin 2 səviyyəsini ayırırlar. Birinci səviyyəyə bəzən mnemokod adlandırılan simvolik dillər, ikinci səviyyəyə isə makrodillər aid edilir.Mnemokod müvafiq maşının maşın dilindən, əməliyyatların rəqəm kodlarının hərflərlə (mnemonik), operandların rəqəmli ünvanlarının isə hərflə və ya hərf - rəqəmlə əvəz edilməsi ilə fərqlənir. Maşın dilinə çevirmə zamanı mnemokodun hər bir əmri maşın dilinin uyğun əmri ilə dəyişdirilir (birin-birə nisbətdə). İkinci səviyyəli dil hesab edilən makrodillər mnemokodda olduğu kimi maşın əmrlərinin simvolik analoqu ilə yanaşı, maşın dillində birbaşa analoqu olmayan makroəmrlərin istifadəsinə imkan verir. Translyasiya zamanı hər bir makroəmr maşın dilinin əmrlər qrupu ilə (birin bir neçəyə nisbətində) əvəz edilir.
Proqramın detallaşdırılması səviyyəsinə görə maşından asılı olmayan dilləri 2 qrupa bölürlər:
Qrupa proseduraya yönəldilmiş dilləri
Prosedura yönəldilmiş dillər məsələnin həlli alqoritmlərinin (prosedurların) təsviri üçün nəzərdə tutulur. Buna görə də alqoritmik dil anlayışının proqramlaşdırma dili anlayışı ilə üst-üstə düşməməsinə baxmayaraq onları bəzən alqoritmik dil adlandırırlar. Əgər alqoritmin alqoritmik dildə yazılması, bilavasitə maşına daxil edilib hazır işçi proqrama çevirmə üçün yararlıdırsa, onda belə alqoritmik dil eyni zamanda proqramlaşdırma dili adlandırıla bilər. Prosedura yönəldilmiş dillərin quruluşu təbii dillərə yaxındır. Buna görə də belə dildən maşın dilinə çevirmə “bir neçənin bir neçəyə” pinsipi üzrə reallaşdırılır
İstifadəçilər üçün məsələnin həlli alqoritminin ətraflı yazılmasını tələb etməyən xüsusi problemyönümlü dillər hazırlayırlar. Bu zaman istifadəçi yalnız məsələnin formulirovkasını, yaxud qabaqcadan hazırlanmış yığımdan məsələlər ardıcıllğını, ilkin verilənləri və nəticələrin verilməsinin tələb olunan formasını göstərməlidir. Bu informasiya işçi proqramın generasiyası üçün xüsusi proqram - generator tərəfindən istifadə edilir. Proqramlaşdırmanın xüsusiyyətləri və kompüterin qurğuları ilə tanışlıq səviyysinə qoyulan tələbə görə problem yönümlü dilləri dördüncü səviyyəyə aid etmək olar.