Məcmu, ortalama, marjinal məhsul arasında əlaqə və onların qrafiklərlə təsviri



Yüklə 29,88 Kb.
tarix21.12.2023
ölçüsü29,88 Kb.
#188075
İstehsal funksiyası


İstehsal funksiyasının və istehsal əyrilərinin izahı. Məcmu məhsul, ortalama məhsul və marjinal məhsul arasında əlaqənin qrafiklərlə şərhi

Başlıq 3
Məcmu, ortalama, marjinal məhsul arasında əlaqə və onların qrafiklərlə təsviri
Marjinaslistlər iqtisadi hadisə və prosesləri tədqiq edərkən daha çox hadisə və prosesin kəmiyyət tərəfinə üstünlük verirlər. Hadisə və prosesin kəmiyyət tərəfini izah etmək üçün riyazi metoddan, riyazi anlayışlardan istifadə edirlər. Belə anlayışlardan biri də istehsal funkisiyası anlayışıdır. Məhsul və xidmətlərin istehsalçıları həmişə daha çox mənfəət əldə etməyə cəhd göstərirlər. Bu məqsədlə onlar istehsal amillərindən daha səmərəli, daha dolğun istifadə etməyə çalışırlar. İstehsal amillərinin cəmi və bu amillər cəmindən hazırlanması maksimum mümkün olan məhsul həcmi arasındakı nisbət istehsal funksiyasını xarakterizə edir.
İstehsal funksiyası amillər sərfi ilə məhsul istehsaklının həcmi arasındakı texnoloji asılılığı ifadə edir. İstehsal funksiyasından istənilən verilmiş həcmdə məhsul istehsalı üçün zəruri olan minimal məsrəfləri hesablamaq üçün istifadə olunur. İstifadə olunan kəmiyyət ilə buraxılmış məhsulun həcmi arasındakı asılılığı şifahi, cəbri və həndəsi şəkildə göstərmək olar.
İstehsal funksiyası həm mikroiqtisadiyyatda, həm də makroiqtisadi qarşılıqlı əlaqələri əks etdirə bilər. Yəni isrtehsal funksiyası istehsalın həcminin yalnız ayrıca bir firmada istehsal amilləri nisbətinə görə istehsalın deyil, həm də cəmiyyətin miqyasında həmin kəmiyyətlər arasındakı nisbəti əks etdirir.
İqtisadi ədəbiyyatlarda məhsul buraxılışı həcminin vahid işarəsi, göstəricisi yoxdur. Bəziləri bunu Q (quontity), bəziləri TP (total product), bəziləri isə Y (yield) ilə işarə edirlər. Onda istehsal funksiyası Q(=TP=Y)=f(a,b,c,d....z) – burada a,b,c,d....z istehsal amilləridir.
İstehsalın təhlili zamanı ən çox əmək (Ə) və kapital (K) təsviri nəzərə alınan istehsal funksiyasının iki amilli modelindən istifadə olunur. Çünki bu iki amil daha çox dəyişkəndir, torpaq amilinin təsiri ilə nəzərə alınmır. Onda iki amili cəbri funksiyası Q=f(KƏ) formasında yazılır.
İstehsal funksiyasının konkret növü istehsal texnologiyası və istifadə olunan amillər qarşılıqlı xarakterindən, həmçinin istehsal dövrünün müddətindən asılı olur.
İstehsal dövrü qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli dövr elə bir zaman kəsiyidir ki, bu müddətdə azı bir istehsal amili öz əvvəlki ölçülərini saxlayır, firmalar isə bu müddətdə istehsal sahəsini nə tərk edə, nə də araya daxil bilər. Uzunmüddətli dövr bütün istehsal amillərinin öz ölçülərini dəyişmək, firmaların isə sahəni tərk etmək, yaxud oraya daxil ola bilməsi üçün kifayət edən vaxtdır. Bu dövrlər fərq dəqiq deyil, bu dövrləri birdəfəlik hər hansı konkret zaman kəsiyində istifadə etmək qeyri-mümkündür. Bunlar arasındakı fərq daha çox iki növ idarəçilik: gündəlik operativ uzunmüddətli strateji qərarlarla əlaqədardır.
Qısamüddətli dövrdə istehsalın iki amili modelində istehsal olunanh məhsulun həcmi yalnız bir amilin, əməyin dəyişməsinin funksiyasıdır. Belə ki, qısamüddətli dövrdə yalnız işçilərin sayının və ya iş saatlarını artırmaqla ( bir növbədən 2-3 növbəyə keçməklə) istehsalın həcmini artırmaq olar. Bu şəraitdə istehsal funkisyası Q=f(Ə) şəklində olur.
Marjinaslistlərin fikrincə daha bir əmək vahidinin tətbiqindən alınan məhsul əməyin son hədd məhsulu adlanır (MP1 – Marginal product of labour). Qısamüddətli dövrdə istehsalın ən mühüm xüsusiyyəti ondadır ki, amillərin məhsuldarlığı azalan faydalılıqdır.
Azalan faydalılıq qanununa görə ölçüləri təsbit olunmuş amillərə dəyişn amilin əlavə vahidləri əlavə edilərsə yekunda alınan əlavə məhsulun daim aşağı düşməyə başladığı an gəlib çatar. Başqa sözlə desək qısamüddətli dövrdə hər bir dəyişən amil vahidindən alınan son hədd məhsulu azalmağa meyillidir. Bu meyil aşağıdakı cədvəldə aydın hiss olunur.

Əmək
(işçilər)

Məcmu məhsul
Q, TP; Y

Əməyin son hədd məhsulu
(MP1)

Əməyin orta məhsulu



1

10

10

10,0

2

25

15

12,5

3

35

10

11,7

4

40

5

10,0

5

42

2

8,4

6

42

0

7,0

Cədvəl:1
Burada aşkar görünür ki, son hədd məhsulu məcmu məhsulun yanaşı dayanan iki kəmiyyəti arasındakı fərqə bərabərdir. İstehsala 2-ci işçi cəlb edildikdə istehsal olunan məhsulun miqdarı 25 olur. Birinin istehsal etdiyi 10 məhsulla ikisinin istehsal etdiyi 25 məhsul arasında olan fərq (25-10=15) əlavə tətbiq etdiyimiz əməyin son hədd məhsuludur. Cədvəldə görünür ki, əlavə əmək tətbiq edilməsi ilə əlaqədar məcmu məhsul istehsalı artsa da əməyin son hədd məhsulu azalır və müəyyən qədərdən sonra sıfıra enir. Yəni əlavə işçinin işə cəlb olunması iqtisadi faydalılıq baxımından əlverişli deyildir. Əlavə işçinin istehsalın həcminə heç nə əlavə edə bilmədiyi nöqtədə, yəni əməyin son hədd məhsulu sıfıra bərabər olanda məcmu məhsul maksimallaşır. Cədvəldə verilənləri qrafik şəkildə təsvir etmək olar

  1. Məcmu məhsul

  2. Əməyin son hədd məhsulu


Əməyin son hədd məhsulu yalnız məcmu məhsulla deyil, həm də əməyin orta məhsulu ilə də bağlıdır. Əməyin orta məhsulu (AP1 - avarage product of labour) bir işçinin orta hesabla hazırladığı məhsulların miqdarını göstərir: AP1= Q:L. Orta məhsulun dinamikası müəyyən geriliklə də olsa son hədd məhsulunun ardınca gedir. Bunu aşağıdakı şəkildə görmək olar:


Əməyin son hədd (MP) və orta (AP) məhsullarının dinamikası şəklindən aydının göstərilir ki, son hədd məhsulu (MP) orta məhsuldan (AP) böyük olduqda orta məhsul artır, son hədd məhsulu orta məhsuldan az olduqda isə orta məhsul azalır.


Əgər son hədd məhsulu və orta məhsul bərabər olarsa onların əyrilərinin kəsişməsi nöqtəsi orta məhsulun maksimum nöqtəsidir. Başqa sözlə desək son hədd məsulu əyrisi (MP) orta məhsul əyrisinin (AP) sonuncunun maksimum nöqtəsində kəsir.
Uzunmüddətli dövrdə istehsalın bütün amilləri dəyişən olur. Sahibkarların onların ölçülərinin dəyişməyə kifayət qədər vaxtı olur. Yəni onlar yeni zavod tikməyə, yeni dəzgahlar almağa, quraşdırmağa vaxtları olur.
Uzunmüddətli dövrdə istehsal amillərinin bir-birini əvəz etrməsi prosesi baş verə bilər. Bu proses texnoloji yeniliklərlə bağlı olur. Əmək tutumlu texnologiyalarda daha çox əmək və nisbətən az miqdarda kapitaldan istifadə olunur. Kapital tutumlu texnologiyalarda isəəksinə, çox kapital və az əməkdən istifadə olunur. Deməli, texnologiyanin növü istehsal funksiyasının növünə bilavasitə təsir göstərir. İqtisadi ədəbiyyatlarda xətti funksiya, V.Leontiyev funksiyası, Kobba-Duqlas funksiyası anlayışları nəzərdən keçirilir. Bunlar istehsal funksiyasının cəbri ifadələri hesab olunur.
İstehsal funksiyasının qrafik şərhi də vardır. Yuxarıda göstərildiyi kimi qısamüddətli dövr üçün istehsal funksiyası TP-məcmu məhsul əyrisi ilə əks olunur. Üfüqi oxda istehsalın dəyişən amilinin dəyişməsi, şaquli oxda isə istehsal həcminin dəyişilməsi göstərilir.
Uzunmüddətli dövr üçün isə başqa əyrilərdən istifadə olunur. Bunlar izokvant adlanır. İzıkvant – verilmiş həcmdə məhsulun istehsal etmeye qabil olan iki resursun bütün kombinasiyalarına müvafiq nöqtələrinin həndəsi yeridir. Bu zaman üfüqi oxda adətən əçmək amili, şaquli oxda isə kapital amili əks olunur. Firma çoxlu miqdarda müxtəlif növ məhsullar istehsal etdiyi halda onlara çoxlu sayda izokvantlar müvafiq olacaqdır. Beləliklə, hər bir firma üçün ona xas olan izokvant koordinatların başlanğıcından nə qədər ucada və uzaqda olsa bir o qədər böyük istehsal həcmini səciyyələndirir. Hər izokvant istehsal olunan məhsulun bir həcminə müvafiq olduğundan, bir xəritənin izokvantları kəsişmirlər.
İzokvantlar istehsal funksiyaları növlərinə uyğun olaraq müxtəlif formalarda olurlar.

İzokvantlar: a) Xətti funksiya b) Leontiyev funksiyası c) Kobba-Duqlas funksiyası
Yüklə 29,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin