Azərbaycan Respublikası Təhsil Nazirliyi. Azərbaycan Dövlət İqtisad Universiteti



Yüklə 188,16 Kb.
səhifə1/17
tarix20.05.2023
ölçüsü188,16 Kb.
#118255
  1   2   3   4   5   6   7   8   9   ...   17
referat 341


Azərbaycan Respublikası Təhsil Nazirliyi.


Azərbaycan Dövlət İqtisad Universiteti.


Kafedra: İqtisadi nəzəriyyə 1.


Mövzu: Makroiqtisadi tarazlıq. Məcmu tələb və məcmu təklif


Fakültə: İqtisadiyyatın tənzimlənməsi.


Kurs:


Qrup:


Tələbə:


Rəhbər:


Bakı-2005
Makroiqtisadi tarazlıq. Məcmuu tələb və məcmuu təklif.

  1. Giriş. 3




  1. Makroiqtisadi tarazlıq,onu yaradan ilkin şərtlər. 4




  1. Məcmu tələb 10




  1. Məcmu təklif 20




  1. Nəticə. 29



Giriş.
Iqtisadiyyatda hər bir fəaliyyət suya atılmış daş kimi öz ətrafında iqtisadiyyatın bütün sahələrinə yayılan dalğa yaradır. Iqtisadi fəaliyyətin arxasında makroiqtisadi qanunvericilik : investisiya, dövlət məsrəfləri və ya xarici ticarət balansı saldosunun artması və ya azalması durur, yəni məcmu tələb və məcmu təklifin dəyişməsi istehsalın həcmi, məşğulluq və qiymət səviyyəsinə güclü təsir göstərir. Qeyd etdiyimiz kimi bu mövzuda bizim əsas məqsədimiz məcmu tələb və məcmu təklif anlayışlarının, onlar arasındakı qarşılıqlı əlaqənin təfsirini verməkdən ibarətdir.
Ümumiyyətlə, biz mikroiqtisadiyyatda ayrı-ayrı məhsullar üçün tələb və təklif əyrilərini nəzərdə keçirmişik. Burada bizi yalnız ayrı-ayrı məhsullara bazar tələbi və təklifinin tarazlıq qiyməti və hər bir məhsulun tarazlıq həcmini necə müəyyənləşdirməsi maraqlandırırdı. Daha sonra biz tələb və təklifi müəyyən edən amillərin təsiri altında tarazlıq qiyməti və məhsulun tarazlıq həcminin necə dəyişməsini nəzərdən keçirmişdik.
Ayrı-ayrı məhsullar üçün tələb və təklif modeli məhsul və xidmətlər üçün qiymət və istehsal həcmi arasındakı fərqi başa düşmək üçün xüsusilə əhəmiyyətlidir. Bir məhsul üçün tələb və təklif modeli tarazlıq qiyməti və məhsulların tarazlıq həcminin müxtəlif məhsullara görə fərqlənməsini, ayrı-ayrı məhsulların qiymət və istehsalının tarazlıq səviyyəsinin müxtəlif dövrlərdə müxtəlif olmasını başa düşməyə kömək edir.
Lakin bu model bəzi mühüm iqtisadi sualları cavabsız qoyur. Nəyə görə qiymətlər qalxır və düşür? Nəyə görə milli istehsalın real həcmi müəyyən dövrlərdə əvvəlki səviyyəyə nibətən düşür, digərlərində isə qalxır? Daxili bazarda müəyyən məhsulların tarazlıq kəmiyyətini nə müəyyən edir? Bu suallara cavab vernək üçün biz artıq ayrı-ayrı bazar növlərindən deyil, ümumi vahid bazardan istifadə edəcəyik. Bu o deməkdir ki, biz ayrı-ayrı minlərlə qiyməti yeganə məcmu qiymətdə və ya qiymət səviyyəsində birləşdirməli və ayrı-ayrı məhsul və xidmətləri milli istehsalın real həcmi adlanan ortaq kəmiyyətdə toplamalıyıq. Qiymətlərin və məhsulların kəmiyyətini cəmləşməsi məcmu adlanır. Yuxarıda qeyd olunan sualların cavabını isə biz məcmu tələb və məcmu təklifin əyrilərini təhlil edərək tapa bilərik və bu, əyrilər qiymətin səviyyəsi və milli istehsalın real həcmini əks etdirir.

Yüklə 188,16 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin