89
MƏDƏNİYYƏT DÜNYASI
Elmi-nəzəri məcmuə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,
XXVII buraxılış, Bakı, 2014
МИР
КУЛЬТУРЫ
Научно-теоретический сборник
Азербайджанский Государственный Университет Культуры и Искусств,
ХХVII выпуск, Баку, 2014
THE WORLD OF CULTURE
Scientific-theoretical bulletin
Azerbaijan State University of Culture and Art, ХХVII edition, Baku, 2014
UOT 7.025.3
Rəqsanə Həsənova
Batman Üniversiteti
Yerleşkesi,72060,BATMAN
Öğretim
Görevlisi, Restoratör
E-mail: raksana.hasanova@batman.edu.tr
RƏNGKARLIQ ƏSƏRLƏRİNİN BƏRPASI VƏ KONSERVASİYASI
SƏNƏTİNİN TƏŞƏKKÜLÜ
Xülasə: Elm və texnika inkişaf etdikcə, tədqiqat məsələlərinin həllində
elmi metodlara əsaslanma getdikcə daha geniş istifadə olunur. İncəsənət əsər-
lərinin tədqiqi zamanı dəqiq elmlərə müraciət olunması zərurəti bu gün açıq-aş-
kardır. Konservasiya, restavrasiya, qədim sənətkarlıq texnikalarının öyrənilməsi
və incəsənət əsərlərinin texnoloji ekspertizası, müasir fiziki–kimyəvi tədqiqat
metodlarının köməyi ilə yeni keyfiyyətlər kəsb edir. Tariximizi canlandıran və
yaşadan nadir sənət əsərləri fiziki, kimyəvi və mexaniki təsirlərə məruz qalaraq
müəyyən zaman dilimində yox olmağa üz tuturlar. Bu səbəbdən də hər bir
muzey işçisi–sənətşünas, mühafiz, bərpaçılar-sadəcə olaraq bu metodların im-
kanları barədə məlumatlarla kifayətlənməməlidir. Həmçinin muzey işçiləri
dəqiq bilməlidir ki, hansı hallarda və hansı məqsədlərlə bu üsulları tətbiq etmək
olar. Bu metodlardan daha məqbul olanına əməli olaraq yiyələnmək və xüsusi
təchiz olunmuş laboratoriyada aparılmış tədqiqatların nəticələrinə əsaslanaraq,
istifadə etmək zəruridir.
Açar sözlər: muzey ekspozisiyası, bərpa laboratoriyası, dezinfeksiya,
bərpa və konservasiya, bioloji zədə.
Giriş.
Elm və texnika inkişaf etdikcə, tədqiqat məsələlərinin həllində elmi metodlara
əsaslanma getdikcə daha geniş istifadə olunur. Zəngin mədəniyyətə sahib olan
Azərbaycan, maddi mədəniyyətiylə nəinki Azərbaycan sərhədləri içərisində,
90
eyni zamanda sərhədləri çox aşaraq dünya xalqlarının mədəniyyətini də özünə
heyran qoymaqdadır. İncəsənət əsərlərinin tədqiqi zamanı dəqiq elmlərə
müraciət olunması zərurəti bu gün açıq-aşkardır. Konservasiya, restavrasiya, qə-
dim sənətkarlıq texnikalarının öyrənilməsi və incəsənət əsərlərinin texnoloji
ekspertizası, müasir fiziki–kimyəvi tədqiqat metodlarının köməyi ilə yeni key-
fiyyətlər kəsb edir. Tariximizi canlandıran və yaşadan nadir sənət əsərləri fiziki,
kimyəvi və mexaniki təsirlərə məruz qalaraq müəyyən zaman kəsiyində yox ol-
mağa üz tuturlar. Bu səbəbdən də hər bir muzey işçisi–sənətşünas, mühafiz,
bərpaçılar-sadəcə olaraq bu metodların imkanları barədə məlumatlarla kifayət-
lənməməlidir. Həmçinin muzey işçiləri dəqiq bilməlidir ki, hansı hallarda və
hansı məqsədlərlə bu üsulları tətbiq etmək olar. Bu metodlardan daha məqbul
olanına əməli olaraq yiyələnmək və xüsusi təchiz olunmuş laboratoriyada apa-
rılmış tədqiqatların nəticələrinə əsaslanaraq, istifadə etmək zəruridir. Azərbay-
canda sənət əsərlərinin elmi-bərpası məhfumu 1950-ci illərdə formalaşmağa
başlanıldı. Bərpa sənəti yüksək dərəcəli bərpaçı-rəssam Fərhad İbrahim oğlu
Hacıyevin adıyla bağlıdır. Fərhad Hacıyev 29 avqust 1929-cu ildə Şamaxı şəhə-
rində anadan olmuşdur. Atası İbrahim hörmətli müəllim, bacarıqlı inzibatçı, hü-
quqşünas və cəsur təşkilatçı idi. Fərhadın bədii zövqünün inkişafında, yaradıcı-
lıq düşüncələrinin ifadəsində anası–Səltənət Səlim qızı Həmidzadə (Şamaxının
ilk savadlı qadın-müəlliməsi və Bakıdakı H.Z.Tağıyevin tikdirdiği qızlar gimna-
ziyasının ilk məzunu) müstəsna rol oynamışdır. 1945-49-cu illərdə F.Hacıyev
Bakıda Ə.Əzimzadə adına rəssamlıq məktəbində ilk rəssamlıq təhsilini alır
(Rəsim 1).
Rəsm 1.
Fərhad Hacıyev Ə.Əzimzadə rəssamlıq məktəbində təhsil aldığı 1945-49-cu
illər.
1
Bakıda təhsilini bitiridikdən sonra, 1950-55-ci illərdə Moskvada Surikov
adına ali rəssamlıq institutunda təhsilini davam etdirir. Burada oxuduğu illərdə
məşhur akademik İqor Qrabar, Viktor Filatov, Stepen Çurakov, Korovin,
1
Məqalənin istifadə olunan bütün foto materiallar ali dərəcəli bərpaçı-rəssam Fərhad Hacıyevin qızı ali
dərəcəli bərpaçı-rəssam Gülşən Hacıyevanın şəxsi arxivindən “AZƏRBAYCANDA RƏNGKARLIQ və
QRAFİKA ƏSƏRLƏRİNİN ELMİ BƏRPASI və KONSERVASİYASI PROBLEMLƏRİ” mövzulu
dissertasiyada istifadə olunması üçün alınmışdır.
91
Yakovlev kimi dahi bərpaçı-rəssamlardan bərpa sənətinin sirlərinə yiyələnir.
İnstitutda oxuduğu illərdə F.Hacıyev 400-dən çox müxtəlif növ sənət əsərlərini
ustalıqla bərpa və konservasiya etmişdir. Bu əsərlərdən: hal-hazırda Drezden
qalereyasında sərgilənən məşhur Novoqorodun, Pskovun, Vladimir və Suzdalın
ikonalarını, Kiyevin “Müqəddəs Sofiya” kilsəsinin mozaik kompozisiyalarını,
Vilnusdan Çürlyonisin qrafik əsərlərini, Ermitaj muzeyinin, Tretyakov
qalereyasının, A.S.Puşkin adına İncəsənət muzeyinin müxtəlif yağlı boya
tablolarını bərpa və konservasiya etmişdir (Rəsm 2).
Rəsm 2.
Fərhad Hacıyev Moskvada Surikov adına Ali Rəssamlıq İnstitutunda təhsil
aldığı 1950-55-ci illər və məzun albomu.
1957-ci ilin sentyabr ayında Fərhad Hacıyev Rüstəm Mustafayev adına
Azərbaycan Dövlət İncəsənət Muzeyində ilk bərpaçı-rəssam olaraq işə başlayır.
Bu tarixə qədər Azərbaycan muzeylərində təhsilli bərpaçı-rəssam vəzifəsində
heç kim işləməmişdir. Uzun zaman ağır şəraitlərdə: qaranlıq otaqda və rütubətli
zirzəmidə öyrəndiyi bilikləri və bərpa sənətinin sirlərini yorulmadan tətbiq
edirdi. Nəzərə almalıyıq ki, bərpa sənəti elminin anlayışı bilinməyən bir zaman-
da təbii ki, nə təchizatlı bərpa labaratoriyasından, nə də bərpa sənəti üçün lazımi
materiallardan söz gedə bilməzdi. Fərhad Hacıyev təsviri sənət sahəsində bilin-
məyən və tanınmayan bir elm sahəsinin sağlam təməllini qoymağa başlamışdır
(Rəsim 3,4).
Rəsm 3. Rəsm 4.
F.Hacıyev R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin bərpa
emalatxanasında yağlı boya əsərin bərpası prosesində. Muzeyinin kollektiviylə.
92
Fotoda soldan birinci. F.Hacıyev muzeydə fəaliyyət göstərdiyi çox qısa bir za-
manda 100-dən artıq yağlı boya tablolarının bərpa və konservasiyasını həyata
keçirdi. Bu şedevr əsərlərdən : XVII əsrin Holland rəssamlarının əsərləri,
XVIII-XIX-XX əsr Azərbaycanın məşhur rəssamlarından B.Kəngərli,
Ə.Əzimzadə, M.Nəvvab, M.Abbasov, M.Cavadov və T.Cavadov qardaşları,
T.Nərimanbəyov, T.Salahov, M.Abdullayev və s. əsərləri, Rus rəssamlarından
Tropinin, Korovin, Ayvazovski, Borovikoski, Kandinskiy, Şaqal, Vereşaqin,
Maşkov və s. əsərləri, xarici rəssamlardan A.de Şarto, J. Düpre, Y.Stık və s.
əsərlərini ustalıqla bərpa etmişdir. Xüsusilə 1959-60-cı illərdə bərpa və
konservasiya əməliyyatlarını icra etdiyi rus rəssamı İ.Brodskinin fırçasına
məxsus olan “Hacı Zeynalabdin Tağıyevin” portreti bərpaçı-rəssama böyük
uğur gətirdi. Bərpaçı-rəssam 1961-ci ildə SSRİ-nin Rəssamlar İttifaqının üzvü
seçilir və 1966-cı ildə SSRİ Mədəniyyət Nazirliyinin Baş Təsviri İncəsənət
İdarəsi F.Hacıyevə bərpa sahəsində əldə etdiyi müvəffəqiyyətlərə görə, ali
dərəcəli bərpaçı-rəssam kimi qiymətləndirərək vəsiqə təqdim edir. 1970-ci ildə
YUNESKO-nun nəzdində olan İKOM beynəlxalq cəmiyyətinin üzvi seçildi və
bir sıra ümumittifaq və beynəlxalq konfranslarda, seminarlarda aktiv iştirak
edirdi. 14 il sonra yəni 1971-ci ildə Rüstəm Mustafayev adına Azərbaycan
Dövlət İncəsənət Muzeyinin nəzdində “Mərkəzi Bərpa Emalatxanası” qurulur.
14 il muzeyin zirzəmisində fəaliyyət göstərən emalatxana mərkəzi statusu
aldığında, İçərişəhərdə yerləşən “Bəylər” məscidində fəaliyyətinə davam edir
(Rəsm 5).
Rəsm 5.
Fərhad Hacıyevin “Mərkəzi Bərpa Emalatxanası”na hazırladığı logo.1971
Getdikcə böyüyən emalatxanada mütəxəsislərin yetişdirilməsinə Fərhad
Hacıyev çox önəm veriridi. Bərpa sənətinin sirlərinə yiyələnən gənc bərpaçılar
incəsənətin müxtəlif sahələri: dekorativ-tətbiqi sənət, boyakarlıq, qrafika və s.
üzrə qruplaşdırırdılar. Nəhayət, 1981-ci ildə Nazirlər Kabinetinin sərəncamı və
Mədəniyyət Nazirliyinin əmri ilə R.Mustafayev adına muzeyin nəzdində olan
“Mərkəzi Bərpa Emalatxanası”nın əsasında müstəqil bir təşkilat “Muzey
Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi” yarandı. Bu mərkəz öz
fəaliyyətinə elə “Bəylər” məscidində davam etdirdi (Rəsm 6).
93
Rəsm 6.
Fərhad Hacıyevin “Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa
Mərkəzi”na hazırladığı logo.1981
Professional iş həyatına muzeyin qaranlıq və rütubətli zirzəmisində kiçik bir
otaqda başlayan gənc bərpaçı-rəssam Fərhat Hacıyev, yandırdığı sənət sevgi-
sinin şamı ilə Azərbaycan bərpa tarixində sönməz, işıqlı bir yol açdı [1].
Rəngkarlıq əsərlərinin bərpa və konservasiyasının əsas prinsipləri.
“Bərpa” sözü latınca restauro "bərpa edirəm" feilindən formalaşaraq, restauratio
"restavrasiya" sözündən inkişaf etmişdir. Maddi və mənəvi mədəniyyətimizin
təmsilçiləri hesab olunan muzey sərvətləri yuxarıda da qeyd etdiyim kimi,
fiziki, kimyəvi, bioloji və mexaniki təsirlərə məruz qalaraq məhv olmağa üz
tuturlar. Bu prosesin qarşısının alınması demək olar ki, mümkün deyil. Biz bər-
paçı-rəssamların illərin təcrübəsiylə əldə etdiyimiz bilik və bacarıqlarla bu qə-
naətə gələ bilərik ki, öz daxili həyatlarıyla yaşayan organik və inorganik əsər-
lərin yaşlanmasının qarşısı alınmasa belə, ən azından bu sürətli proses yavaşla-
dıla bilər. Müxtəlif mikroorqanizmaların təsirinə məruz qalan tarixi əsərlərə il-
kin və düzgün müdaxilə əsərin daha uzun müddət ekspozisiya və ya muzeylərin
fondlarında qorunmasına və sərgilənməsinə xidmət edə bilər [2]. Bəs zamanında
və düzgün müdaxilə məhfumuna nələr daxildir? Avropa, rus və Azərbaycanın
bərpaçı-rəssamları bir əsrə yaxındır ki, hər hansı bir əsərə müdaxilə etmədən
öncə, bərpa elminin 5 önəmli prinsipini əsas tutaraq yola çıxırlar.
1.
Bərpa sənətinin ən önəmli və birinci prinsipi : bərpaçı–rəssam bərpa etdiyi
əsərdə rəssamın “yaradıcılıq” üslubunu dəyişdirərək, öz üslubunu icra etməmə-
sinə diqqət yetirməsidir.
2.
Bərpa sənətinin ikinci prinsipi: bərpaçı-rəssam bərpa edilən əsərə öz xəyal
gücünə dayanaraq olmayan hər hansı bir detalı əlavə etməsi və ya dəyişdirməsi
qəti qadağandır.
3.
Bərpa sənətinin üçüncü prinsipi: öncəliklə əsəri korlayan və məhv edən
səbəbləri aradan qaldırılması və əsərin üst təbəqəsində meydana gələn bütün
xarici kir və tozların təmizlənməsi. Əsərin hər hansı bir yerində itkilərin geri
tamamlanması mövzusu hər zaman xüsusi səlahiyyətli bərpa komissiyasında
müzakirə olunmalıdır.
4.
Bərpa sənətinin dördüncü prinsipi: əsərin icra olunduğu texnikaya və əsərin
meydana gəldiyi əsas maddələrin kimyasına bələd olmadan bərpa prosesinə baş-
94
lamaq və bərpa əməliyyatlarını icra etmək qəti qadağandır. İçərisindəki maddə-
ləri bilinməyən və ya gizli tutlan kimyəvi maddələrin əsərə tətbiq olunması yol
verilməzdir.
5.
Bərpa sənətinin beşinci prinsipi: İcra olunan bütün bərpa və konservasiya
əməliyyatları mütləq geridönüşümlü olmalı, “Daşınmaz və ya Daşınabilər”
bütün tarixi əsərlərin bərpasına başlanıldığı andan sonuna qədər edilən bütün
müdaxilələr və kimyasallar bərpa pasportunda qeydə alınmalıdır.
Bu prinsiplər əsasında bərpa və konservasiya əməliyyatlarını icra edən
hər hansı bir bərpaçı-rəssam tarixi əsərin tam dünya standartlarına görə bərpası-
nı təmin etmiş olur və əsərə demək olar ki, heç müdaxilə etmədən qoruyaraq gə-
ləcək nəsillərə ötürür [3].
Rəngkarlıq əsərlərinin bərpası və konservasiyası sənətinin təşəkkülü
.
Məqalənin “Giriş” hissəsində qeyd etdiyimiz kimi Fərhad Hacıyev “Mərkəzi
Bərpa Emalatxanası”nı qurduqdan sonra, bir çox gəncə bu sahənin sirlərini öy-
rədərək bərpaçı-rəssamları yetişdirirdi. Bu gənclər arasında seçilənlərdən və
bərpa sənətinə əli yatqın olanlardan biri də qızı Gülşən Hacıyeva idi. Gülşən xa-
nım atasının sağlığında “Qrafika” şöbəsinin müdiri olmuş (1980), Fərhad Hacı-
yevin ölümündən sonra (1987) uzun illər “Muzey Sərvətləri və Xatirə Əşyaları-
nın Elmi Bərpa Mərkəzi”nin müdiri vəzifəsində çalışmışdır [4]. (Rəsm 7).
Rəsm 7.
Fərhad Hacıyevin qızı ali dərəcəli bərpaçı-rəssam Gülşən Hacıyeva. 1980-ci
illər.
Çox təəssüflərlə qeyd etmək yerinə düşərdi ki, o mərkəz hələdə təmirsiz
“Bəylər” məscidində fəaliyyət göstərməktədir. Uzun illər şəraitsiz vəziyyətdə
çalışan mərkəz bütün respublika muzeylərinin əsərlərini bərpa edir və proflaktik
tədbirlərin keçirilməsində seminarlar, konfranslar verirdi. Mərkəzin təbii ki, ən
gözdə muzeylərindən biridə Fərhad Hacıyevin sənətə sevgi şamının yandırdığı
Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyidir. Fərhad
müəllimin yağlı boya tablolarının bərpasında yetişdirdiyi və bacarığına heyran
qaldığı tələbələrindən biri də Natiq Səfərovdur (Rəsm 8,9).
95
Rəsm 8. Rəsm 9.
Natiq Səfərov yağlı boya tablonun bərpa prosesində.1980-ci illər N.Səfərov və
G.Hacıyeva. 1980-ci illər Ali dərəcəli bərpaçı-rəssam Natiq Səfərov 1980-cı
ildən günümüzə qədər Mərkəzdəki “Yağlı boya” şöbəsinin müdiri vəzifəsində
çalışmaqdadır. Eyni zamanda Rüstəm Mustafayev adına Azərbaycan Dövlət
İncəsənət Muzeyində 2010-cu ildə qurulan Bərpa Laboratoriyasının qurucusu və
müdiri vəzifəsində çalışmaqdadır. Fərhad Hacıyev muzeylərin daxilindən ayır-
dığı mərkəzin bütün respublika muzeylərinə xidmət etməsini hədəfləyirdi. Sadə-
cə bina və avadanlıq sıxıntısı səbəbiylə mərkəz bəzi vaxtlarda bütün respublika
muzeylərinə xidmət etməkdə çətinlik çəkirdi. Bu səbəblə Azərbaycandakı bərpa
elminin tarixinə diqqət yetirsək, Azərbaycan Milli Elmlər Akademiyasının nəz-
dinə ilk olaraq “Əlyazmalar İnstitutunda” “Əlyazmaların Bərpası Laboratoriya-
sı”nın və Milli Azərbaycan Tarix Muzeyinin “Bərpa Laboratoriyası”nın qurul-
duğunu və fəaliyyət göstərdiyini görə bilərik. Eyni zamanda L.Kərimov adına
“Azərbaycan xalçası və xalq tətbiqi sənəti” muzeyinin “Bərpa Laboratoriyası”nı
nümunə göstərmək olar.
Muzeylərin nəzdində qurulan laboratoriyalardan biri də Natiq Səfərovun
rəhbərlik etdiyi “Bərpa Laboratoriyası”dır. Rüstəm Mustafayev adına Azərbay-
can Dövlət İncəsənət Muzeyində hal-hazırda fəaliyyət göstərən “Bərpa Labora-
toriyası”nda yağlı boya, qrafika, metal, şüşə, dəri, keramika və s. sənət əsərləri
böyük ustalıqla bərpa və konservasiya edilməkdədir. Bərpa laboratoriyasında
Natiq müəllimin öz yetişdirdiyi tələbələrindən Səkinə Manafova bərpaçı-rəssam
vəzifəsində fəaliyyət göstərir. Çox qısa bir zamanda fəaliyyət göstərən laborato-
riya bu günə qədər 400-dən çox əsər bərpa etmişdir (Rəsim 10).
96
Rəsm 10
Ali dərəcəli bərpaçı-rəssam Natiq Səfərov “Bərpa Laboratoriyası”nda.
Əsərlərin vizual analizi prosesi 2010.
Bərpa və konservasiya əməliyyatları icra olunan ən məsuliyyətli və
çətin əsərlərdən biridə inventar nömrəsi 234/2654 olan “İmperatriça Aleksandra
Fyodorovnanın portreti” adlı yağlı boya tablosudur.
2
“İmperatriça Aleksandra
Fyodorovnanın portreti” tablosunun müəllifi Frits Avqust Fon Kaulbaxdır. Əsər
XIX əsrə aiddir (Rəsm 11).
Rəsm 11
“İmperatriça Aleksandra Fyodorovnanın portreti” tablosu. Frits Avqust Fon
Kaulbax. XIX əsr. Bərpadan öncə.
2
İnventar nömrəsi 234/2654 olan “İmperatriça Aleksandra Fyodorovnanın portreti” isimli yağlı boya
tablosunun bərpa pasportu “AZƏRBAYCANDA RƏNGKARLIQ və QRAFİKA ƏSƏRLƏRİNİN ELMİ
BƏRPASI və KONSERVASİYASI PROBLEMLƏRİ” mövzulu dissertasiyada istifadə olunması üçün R.
Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin “Bərpa Laboratoriyası”nın arxivindən alınmışdır.
97
Əsərin icra olunduğu texnika yağlı boya, kətan üzərində işlənmişdir. Əsərin
ölçüsü: 276x152 sm-dir. Əsər fonddan 25 iyun 2010-cu ildə laboratoriyaya
bərpaya verilmişdir. Əsərin təhvili haqqında 6 saylı 20.10.2011 tarixli akt tərtib
olunmuşdur. Bərpaçıların əsərin bərpadan öncəki vizual analiz nəticəsində qeyd
etdikləri rəydə temperatur və nəmin nəzarətə alınmaması səbəbiylə, fiziki və
kimyəvi təsirlərə məruz qalan əsərə bərpa və konservasiya əməliyyatları icra
olunmalıdır. Bərpaya qəbul edilirkən bir çox keçirilən analizlərin nəticələri
mərhələ şəklində sıralanmaqdadır.
Vizual analizlərin nəticələri:
1)
Kətan üzərində rəng qatının tökülməsi.
2)
Cızıqlar.
3)
Dəliklər.
4)
Kətan üzərində ləkələr.
5)
Çirk qatı.
6)
Krakelyur
7)
Deformasiya.
Analizlərin tamamlanmasıyla növbəti mərhələdə bərpa tədbirlərinin tərkibi və
ardıcıllığı qeyd olunmalıdır:
1)
Əsərin dartılması
2)
Proflaktiv örtüklə örtülməsi
3)
Rəng qatının bərkidilməsi
4)
Yırtıq yerlərin bağlanılması
5)
Yırtıq yerlərə bərpa zəmini doldurulması
6)
Qoruyucu örtüyün və çirkin təmizlənməsi
7)
Yeni qoruyucu örtüklə səthin örtülməsi
8)
Tökülən və deşilən yerlərin yağlı boya ilə əsərə uyğun şəkildə örtülməsi
9)
Əsərin arxasının konversasiyası (Rəsm 12).
Rəsm 12
“İmperatriça Aleksandra Fyodorovnanın portreti” tablosu. Frits Avqust Fon
Kaulbax. XIX əsr. Bərpadan öncə fraqmentlərlə fotosu.
Analizlər və bərpa tədbirlərinin ardıcıllığı müəyyən edildikdən sonra bərpa
əməliyyatlarının həyata keçirilməsi başlanılır. İlk öncə əsərin mexaniki üsulla
tozlardan təmizlənməsi prosesi başlanılır (Rəsm 13).
98
Rəsm 13
Bərpaçı-rəssam Səkinə Manafova “İmperatriça Aleksandra Fyodorovnanın
portreti” tablosunun bərpa prosesində iş başında.
Əsərin mexaniki təmizliyi bitdikdən sonra kimyasalların köməyilə əsərin bərpa
və konservasiyası prosesi başlanılır. Bu prosesi aşağıdakı kimi sadalamaq
mümkündür:
1.
3%-li balıq yapışqan, papiros kağızı ilə zədə yerlərinin bərkidilməsi və
konversasiyası.
2.
5%-li balıq kleyi ilə qalxmış və tökülmüş hissələrini 30
0
C ütü ilə istiliklə
bərkidilməsi.
3.
Yırtıq yerlər arxa tərəfdən kətan hissələri balıq yapışqan ilə bağlanılması.
4.
Yırtıq yerlərə 7% balıq yapışqan ivə mel qatışığı qrunt ilə doldurulması və
hamarlanması.
5.
Əsərin üzərində olan çirk və saralmış qoruyucu örtüyün xüsusi emusiya
məhlulu ilə hissə-hissə təmizlənməsi.
6.
Səth damar lakının 1-2ə skipidar ilə qarışıq flec vasitəsi ilə örtülməsi.
7.
Tökülən və deşilən yerlər əsərə uyğun olaraq yağlı boya və damar lakının
skipidar ilə qarşığının 1-2ə hissələrində qarışığı ilə tonlanması (Rəsm 14).
Rəsm 14
Bərpaçı-rəssam Natiq Səfərov və Səkinə Manafova “İmperatriça Aleksandra
Fyodorovnanın portreti” tablosunun bərpa prosesində iş başında.
99
“İmperatriça Aleksandra Fyodorovnanın portreti”nin bərpa və konservasiyası 20
oktyabr 2011-ci ildə uğurla başa çatdırılmışdır (Rəsm 15). Əsər haqqında
bərpaçılar fond mühafizlərinə və ekspozisiya nəzarətçilərinə xüsusi təlimatlar
vermişdir. Xüsusilə tablonun yaşlanmasının və yıpranmasının qarşısının alınma-
sı üçün bərpaçılar temperatur və nəmişlik dərəcələrinə uyğun olaraq əsərin
saxlanılmasını tövsiyə edirlər. Uyğun nəmişlik normativi 65%, temperatur
18x24
0
C olmasına özən göstərilməsini qeyd edirlər.
Rəsm 15
“İmperatriça Aleksandra Fyodorovnanın portreti” tablosu bərpadan sonra.
Əsər bərpadan sonra ekspozisiyada öz yerini tutdu. Zəhmət, səbr və yüksək
dərəcədə qabiliyyət tələb edən bu müqəddəs sənət sayəsində bir xalqın maddi və
mənəvi sərvəti, tarixi yaşadılır. Mədəniyyətimizin incilərini gələcək nəsillərə
ötürən mahir sənətkarlar, qeyri-adi peşə sahibləri tarixə unudulmaz imza atırlar.
Ədəbi
yyat:
1.
Hicran BABAYEV. Дороги жизни ФАРХАДА ГАДЖИЕВА-Ferhat
HACIYEV’in həyat yolu” / Vışka qazeti, s 20 Bakı: 1999;
2.
Успенская
С.В.,
Кобякова
В.И.,
Славошевская
Л.В..
Биологический контроль в музее. Санкт- Петербург. 2007. стр 5-9;
3.
Фармаковский М.В. Консервация и реставрация музейных
коллекций. М., 1947, стр 56-62;
4.
Əliyev Ziyadxan. Xilas edilmiş gözəllik. Bakı: 2007, s. 25
5.
R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin “Bərpa
Laboratoriyası”nın arxivi. 2014
100
Рагсана Гасанова
Реставрация
и консервация произведений живописи
Резюме
Прежде чем приступить к работе над определенным кругом
экспонатов живописи, реставратор должен в совершенстве изучить
проверенный наукой и практикой метод, который может быть применен к
данным экспонатам. Без предварительного серьезного изучения этого
метода приступать к работе над экспонатом недопустимо. Реставратор
должен глубоко изучить теоретические основы и технологию метода.
Сложность задач и широта проблем реставрации настоятельно требуют
постоянной научно–исследовательской работы в поисках новых более
совершенных методов. При этом недостаточно основываться только на
практическом опыте реставратора, на результатах экспериментальной
работы-необходимо широко и смело, но вместе с тем продуманно и
осторожно, использовать новейшие достижения таких близких и нужных
каждому серьезному реставратору наук, как химия, физика, микро-
биология, этимология и т. п.
Ключевые
слова
:
Экспозиция
музея,
Реставрационная
лаборатория, дезинфекция, реставрация и консервация, биологическое
повреждение.
Raqsana Qasanova
Restoration and conservation of works of art
Summary
Restoration laboratory of Museum puts application into improving
conservation method on painting. Importance applications of improving
conservation method serve to protect painting as previous form and to show it at
the exhibition very reliable. The second importance of this method is to use
suitable stuff for background of oil. Owing to this method there is no sharply
arrest somebody’s attention in the shortage pieces, so don’t distract opinion. Oil
paintings and different arts products can be disinfected in disinfection camera
before application method of the restoration and conservation. Many dangerous
disease abolished in disinfection camera for museum workers and exhibits.
Every museum workers and restorers can get profit from this restoration,
conservation and disinfection article.
Keywords: exhibition of museum, laboratory of restoration,
desinfection, restoration and conservation, biology damage.
Məqalənin redaksiyaya daxil olma tarixi: 05.05.2014
Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 12.05.2014
Məqalənin çapa qəbul olunma tarixi: 12.06.2014
Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı:
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov
ADMİU
-nun Elmi Şurasının 03 iyul 2014-ci il, 09 saylı qərarı ilə çap olunur.
Dostları ilə paylaş: |