MƏn düZÜNÜ etmiŞƏM



Yüklə 121,96 Kb.
Pdf görüntüsü
tarix06.09.2017
ölçüsü121,96 Kb.
#29102

«Region plus».-2013.-№ 24 (188).-S.10-12.

"MƏN DÜZÜNÜ ETMİŞƏM"

Moldova ombudsmanı Aureliya Qriqoriu İrəvandakı bəyanatı, Ermənistanın buna isterik

reaksiyası və gələcək planları haqqında "R+"a danışıb

Çingiz Məmmədov

Bakı

Moldova ombudsmanı Aureliya Qriqoriunun Ermənistan parlamentindəki çıxışı onun həyatını real təhlükə

ilə  üz-üzə  qoyub.  Xatırladaq  ki,  Ermənistan  Konstitusiya  Məhkəməsinin  təşkilatçılığı  ilə  Yerevanda  keçirilən

beynəlxalq mətbuatda Qriqoriu  Ermənistanın  Azərbaycan  torpaqlarının 20%-ni  işğal  etdiyini,  dinc  insanlara  qarşı

soyqırım törətdiyini bəyan edib. Bundan qəzəblənən ev sahibi cəsarətli qonağı nəinki aeroporta ötürməkdən imtina

edib,  hətta  üzr  istəməyəcəyi  təqdirdə  onu  ölkədən  buraxmamağa  çalışıb.  Sonda  vətəninə  qayıda  bilən  Qriqoriu

səlahiyyətlərini  itirmək ehtimalı ilə  qarşılaşıb.  Moldovanın erməni  icmasının israrı ilə  məsələ  ölkə  parlamentində

müzakirə də olunub. Lakin onun ombudsman səlahiyyətlərinə xitam verilməsi haqqında qərar qəbul edilməyib.

Aureliya  Qriqoriu  hesab  edir  ki,  Ermənistanın  onun  bəyanatına  verdiyi  isterik  reaksiya  deyilənlərin

həqiqət olduğunun təsdiqidir. Erməni tərəfindən çoxsaylı qisas hədələri almasına baxmayaraq, moldovalı parlament

hüquqşünası sözlərindən imtina etməyi düşünmür. Aureliya Qriqoriu jurnalımıza müsahibəsində vəziyyətə aydınlıq

gətirib.


-  Xanım  Qriqoriu,  İrəvandakı  məşhur çıxışınızdan bir  neçə  həftə  keçsə  də,  onun  ətrafında  ajiotaj

səngimir. İndi vəziyyəti necə qiymətləndirirsiniz? İmkanınız olsaydı, nəyisə dəyişmək istərdinizmi?

-  Çıxışım  Moldovada  birmənalı  qarşılanmayıb.  Bir  çox  insanlar  mənə  prinsipial  mövqeyimə,

cəsarətliliyimə,  açıq  danışdığıma  görə  minnətdarlıq  edir.  Digərləri  isə,  hətta  çıxışın  nəyə  həsr  olunduğunu

bilmədən, mənə tənqidi yanaşırlar. Mən Moldova hökumətinin rəsmi mövqeyini anlamıram. Amma evə qayıtdığım,

doğmalarımın, yaxın dostlarımın arasında olduğum üçün çox şadam. Nəyisə dəyişmək istəyib-istəmədiyimə gəlincə,

xeyr. Bircə çıxışımın Moldovanın digər dövlətlərlə münasibətinə mənfi təsir göstərməsini istəməzdim.



- Ermənistan tərəfi sizi qərəzlilikdə günahlandırır. Guya Ermənistanın Azərbaycan ərazisinin beşdə

 birini  işğal  etdiyini  sizin  dilinizlə  rəsmi  Bakı  bəyan  edib.  Əslində,  erməni  tərəfini  qane  etməyən  hər  bir

bəyanat səsləndirilərkən belə olur. Fikrinizcə, alternativ fikrin qətiyyən qəbul olunmaması nə ilə bağlıdır?

-  Mən  siyasətçi  deyiləm  və  siyasi  qiymət,  rəy  verməyəcəm.  Hüquq  müdafiəçisiyəm,  bütün  ömrümboyu

insan  hüquqlarını  müdafiə  etmişəm  və  edəcəyəm.  İnsan  haqlarının  pozulması  hallarının  aradan  qaldırılmasına

çalışacağam.  Qəti  olaraq  əminəm  ki,  insan  haqlarının  pozulması  hallarının  aradan  qaldırılması  üçün  əvvəlcə  bu

pozuntuları  eyniləşdirmək,  onlar  haqqında  açıq  danışmaq  lazımdır.  Diplomatiya  və  siyasətlə  qoy  diplomatlar  və

siyasətçilər məşğul olsunlar. Hüquq müdafiəçiləri isə insan haqlarının pozulması hallarının aradan qaldırılması ilə

maraqlanmalıdırlar.  Şadam  ki,  öz  çıxışımla  gec  də  olsa,  sadə  ermənilərlə  azərbaycanlılar  arasında  Qarabağ

məsələsinin müzakirəsinə yol açmışam.

Qərəzlilik  məsələsinə  gəlincə,  düşünürəm  ki,  bu  iddianı yalnız  iş  prinsipləri  pul  və  şəxsi  mənfəət  olan

şəxslər  irəli  sürə  bilər.  Prinsiplərim  fərqlidir  -  ədalət,  qanunilik,  insan  haqlarının  müdafiəsi.  Bu  prinsipləri

pozmamağa  çalışıram.  Qərəzlilikdə  ittiham  etmək  üçün  gərək  məni  heç  tanımayasan.  Öz  prinsipiallığımı ilk  dəfə

deyil nümayiş etdirirəm. Qərəzli şəxslərə isə başqalarını öz arşınları ilə ölçməkdən, damğa vurmaqdan başqa heç nə

qalmır.

- Moldova parlamentinin sədri İqor Korman isə sizin əməllərinizi "ciddi səhv" kimi qiymətləndirib.

Vətəninizdə sizin əməlinizin belə qiymətləndirilməsinə münasibətinizi bilmək istərdik...

- Moldova  parlamenti  sədrinin  çıxışını şərh  etmək  istəməzdim.  Prinsipial  şəxs  olaraq,  mənim  üçün  ikili

standartlar  anlaşılan  deyil.  2013-cü  il  iyulun  11-də  parlament  komissiyası çıxışımı  müzakirə  edib.  Komissiyanın

çıxışıma  hansı  qiyməti  verdiyini  siz  artıq  bilirsiniz.  Komissiyanın  qərarı  ilə  hələ  tanış  olmamışam.  Komissiya

sədrinin  çıxışından  belə  çıxır  ki,  istefam  ümumiyyətlə  gündəmdə  deyil.  Amma  Qriqoriu  guya  konfransdakı çıxışı

zamanı siyasi savadsızlığa yol verib, uzaqgörənlik nümayiş etdirməyib. Bu yanaşmanı qətiyyən anlamıram.



-  Aureliya  Qriqoriunun  mövqeyi  Moldovanın  mövqeyi  ilə  üst-üstə  düşmür.  Bunu  Moldova

parlamentinin insan haqları komissiyasının sədri Vadim Mişin bildirib...

- Anlaya bilmirəm, belə bəyanatları necə səsləndirmək olar? Mənim də sualım var: bu, siyasətçi tərəfindən



siyasi savadlılıq və uzaqgörənlik nümayişidirmi?

-  Azərbaycanda  sizin  İrəvandakı  çıxışınız  alqışlanır,  "cəsarətlilik  aktı",  "ədalətin  zəfəri"  kimi

qiymətləndirilir. Azərbaycan tərəfinin dəstəyini necə qiymətləndirirsiniz?

-  Həmkarım  Elmira  Süleymanovaya  minnədaram.  O,  mənim  Ermənistandan  buraxılmadığımdan  xəbər

tutan kimi, dərhal Ermənistanın əməllərini qəti şəkildə pislədi, beynəlxalq qurumları mənə dəstək verməyə çağırdı.

Bildiyiniz  kimi,  yalnız  Rumıniya  konsulunun  məsələyə  müdaxiləsi  və  Gürcüstan  konsulunun  bilavasitə  fəaliyyəti

nəticəsində  Ermənistanı tərk  edə  bildim.  Azərbaycan  xalqına,  dostlarıma,  həmçinin  məni  tanımadan  dəstəkləyən

insanlara  da  minnətdaram.  Onlar  məni  İrəvanda  olarkən  də  dəstəkləyiblər,  indi  də  dəstəkləyirlər.  Təəssüf  ki,

həmkarım  -  Moldova  ombudsmanı Anatoli  Muntyanın  dəstəyini  görmədim.  Ermənistanda  qalan  zaman  o,  dəstək

əvəzinə Ermənistan ombudsmanına çıxışımla əlaqədar təəssüfünü bildirib, mövqeyimi pisləyib. Dünyanın müxtəlif

ölkələrindən yüzlərlə insana Facebook sosial şəbəkəsindəki səhifəmdə mənə verdikləri dəstəyə görə minnətdaram.

- Davam edən təzyiqlər mövqeyinizə, Cənubi Qafqazdakı reallıqlar, silahlı münaqiş ələr nəticəsində

dinc insanların hüquqlarının pozulması sahəsindəki gələcək fəaliyyətinizə təsir göstərə bilərmi?

-  Ermənistanda  başıma  gələnlərdən  və  hələ  də  yaşanmaqda  olanlardan  sonra  düzgün  etdiyimə  bir  daha

əmin  odum.  Ümid  edirəm,  Cənubi  Qafqazda  və  ondan  kənarda  kütləvi  şəkildə  insanların  hüquqlarının  pozulması

halları haqda dünyanı məlumatlandırmağı davam etdirmək lazımdır. Bütün belə pozuntuları dərk etmək, gələcəkdə

onların təkrarlanmasının önlənilməsi üçün hər şeyi etmək lazımdır.

-  Bakı  Avropa  qurumlarının  Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı,  həmçinin  ümumilikdə  Cənubi

Qafqazda  mövcud  olan  qaçqın  və  məcburi  köçkünlərin  problemlərinə  lazımi  diqqət  göstərməməsindən

narazıdır.  Siz  bu  sahədə  vəziyyəti  necə  qiymətləndirirsiniz  və  bu  problemə  daha  ciddi  beynəlxalq  diqqətin

cəlb edilməsi üçün hansı addımlar atılmalıdır?

- Bütün  beynəlxalq  tədbirlərdə  bu  problemlər  haqqında  daha  çox  danışılmalıdır.  Pozuntuya  yol  verənlər

pislənilməli, insan haqlarına əməl edilməsinə çağırışlar səsləndirilməlidir. Amma əlbəttə ki, bu haqda yalnız Bakıda

danışmamalıdırlar. Bütün mütərəqqi insanlıq bu prosesə cəlb olunmalıdır.

Mənim  İrəvanda  dondurulmuş  münaqişə  zonalarında  insan  haqlarının  pozulmasına  dair  etdiyim  çıxış

ombudsmanın  dünya  ictimaiyyətinin  diqqətini  bu  fakta  çəkdiyi  ilk  akt  olsa  da,  ümid  edirəm,  bu,  son  belə  hadisə

olmayacaq. Ümid edirəm, çıxışım insan haqlarının təmini sahəsində irəliləyişə, milyonlarla qaçqının hüquqlarının

bərpasına kömək edəcək.



Yüklə 121,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin