-- Mәşәdi Sәmәd, bir bura bax! Vay Mәşәdi Sәmәd! Bura bax, söz deyirәm! -- Bu saat! Qoy bir bu çuxanın bursını tikim! Yiyәsi gözlәyir. -- Әşi, bir bura bax, sonra tikәrsәn. Sәnә bir yaxşı әhvalat deyәcәyәm. -- Sәn de, mәn qulaq asıram! -- Bura bax, rәhmәtlik Әliqulu bәyin dayısı Kәrbәlayı Hüseynәli bәyi tanıyırdın? -- Yox, necә Әluqulu bәyin? -- Әşi, nә deyirsәn, dostun Mirzә Cәfәrin aşnası Әliqulu bәyi tanımırsan? -- Hә, keçәl Әliqulu bәyi tanıyırdım. -- Onun dayısı Kәrbәlayı Hüseynәli bәyi tanıyırdın? -- Tanıyırdım, necә? -- Axı, Kәrbәlayı Hüseynәli bәyin bir nökәri var idi. Adına Yırtıq Sәfi deyәrdilәr, bir arvadı da var idi, neçә ildi ki, doğmurdu, sonra gedib Qarabasan kәndindәn bir qız aldı, özü dә deyirlәr ki, bәy qızıdır, ondan da Yırtıq Sәfinin bir oğlu oldu ha! -- Hә, necә? -- Ta nә hә, haman o oğlan indicә bir rus qızı ilә gәlib bizim dükanın qabağından keçdi. -- Әşi, nә deyirsәn? -- Sәn öl, allaha and olsun, özüm ölüm ki!