Məsələ №1. 35 yaşlı qadın qızdırma zamanı boğazda ağrılar, bədən temperaturun 38°



Yüklə 28,85 Kb.
tarix21.01.2017
ölçüsü28,85 Kb.
#5886
Məsələ №1.

35 yaşlı qadın qızdırma zamanı boğazda ağrılar, bədən temperaturun 38°C-yə qədər qalxmasından şikayət edir. 2 ildir orta ağırlıqda II mərhələ DTU-dan (Diffuz toksiki ur) əziyyət çəkir. Yarım il ərzində tiamazol qəbul edib (merkazolil). 40 yaşdan etibarən dozanı 10 mq-a azaltmaqla yanaşı L-tiroksin 50 mkq qəbul edib. Bir il əvvəl residiv baş verib və merkazolil 50 mq/gündə müalicə başlanıb. Axırıncı 3 gün həkimə müraciət etmədən əvvəl oliqomenoreya ilə əlaqədar analgin və tetrasiklin qəbul edib. Axşam üstü boğazda ağrılar başlayıb, temperatur qalxıb. Bu dərmanlar kömək etmədiyi üçün həkimə müraciət etmədən xəstə sulfodimetoksin qəbul edib.

Xəstənin heç bir dərmana allergiyası yoxdur.

Suallar:


  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik müayinə metodu hansıdır?

  2. Klinik diaqnoz nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.

Ədəbiyyat: 1.Əliyev T.Ə., Mirzəzadə A.A. Endokrinologiya , Bakı, 1990.

2. Məmmədhəsənov R.M. Endokrinologiya, Bakı 2009.

Məsələ №2.

45 yaşlı xəstə, periodik, nəzərə çarpan dərəcədə arterial təzyiqin 220/90 mm c.süt. qədər qalxması, tərləmə, ürəkdöyünmə, boğazda düyünlənmə hissi şikayətləri ilə sahə həkiminə müraciət etdi. Tutma çoxlu miqdarda, açıq rəngli sidik ifrazı ilə bitir, sonra xəstə yuxuya gedir. Tutmalar son yarım ildə heç bir provokasiya faktorları olmadan 4 dəfə olub. Anamnezində irsi xəstəliklərin olmasını inkar edir.

Son 3 ildə xəstəyə heç bir cərrahi əməliyyat və digər operativ müdaxilələr icra olunmayıb. Menstruasiyası regulyar, son hamiləlik və doğuş 6 il bundan əvvəl baş verib. Xəstə özü tutmaları ailədə və yeni işində olan stresslə əlaqələndirir. Tutmalar arası periodda xəstənin heç bir şikayəti yoxdur, A/T -110/70 mm c.st. olur. Qanın ümumi və biokimyəvi analizi, elektrolit səviyyələri və digər göstəriciləri norma daxilindədir.

Xəstənin heç bir dərmana allergiyası yoxdur.



Suallar:

  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik müayinə metodu hansıdır?

  2. Klinik diaqnoz nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.

Ədəbiyyat: 1.Əliyev T.Ə., Mirzəzadə A.A. Endokrinologiya , Bakı, 1990.

2. Məmmədhəsənov R.M. Endokrinologiya, Bakı 2009.

Məsələ №3.

23 yaşlı xəstə intensiv terapiya şöbəsinə koma vəziyətində daxil olub. Yaxınlarından toplanan anamnezə əsasən xəstədə son 7-10 gün ərzində yuxululuq, susuzluq, son ayda 10 kq arıqlama şikayətləri olub. Obyektiv müayinədə: xəstə koma vəziyyətindədir, tənəffüs hərəkətlərinin sayı dəqiqədə 32. Tənəffüs dərin və küylüdür, nəfəsindən aseton qoxusu gəlir. Göz almasının və əzələlərinin tonusu azalmışdır. Nəbzi -120 vurğu/dəq., A/T - 65/40 mm c.süt.

Laborator müayinələrdə hiperqlikemiya (26 mmol/l), hipokaliemiya (3 mmol/l), pH – 6.9, asetonuriya.
Suallar:


  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik müayinə metodu hansıdır?

  2. Klinik diaqnoz nədir?

  3. Müalicə taktikası 1-3 saat ərzində: Ən optimal müalicə taktikasını qeyd edin.

Ədəbiyyat: 1.Əliyev T.Ə., Mirzəzadə A.A. Endokrinologiya , Bakı, 1990.



2. Dedov İ.İ., Endokrinologiya, Moskva, 2000.
Yüklə 28,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin