Korroziya haqqında ümumi məlumat Korroziya hesabına baş verən itkilərin təsnifatı. Korroziyanın növləri



Yüklə 1,85 Mb.
səhifə1/9
tarix17.05.2023
ölçüsü1,85 Mb.
#115128
  1   2   3   4   5   6   7   8   9
Korroziya 1


MÜHAZİRƏ 1
KORROZIYA HAQQINDA ÜMUMI MƏLUMAT
Plan:

  1. Korroziya haqqında ümumi məlumat

  2. Korroziya hesabına baş verən itkilərin təsnifatı.

  3. Korroziyanın növləri

  4. Korroziyadan mühafizə

Korroziya – latınca «Corrosio» sözündən götürülüb, mənası yeyilmə, dağılma deməkdir. Metalların korroziyası – onların kimyəvi, elektrokimyəvi, biokimyəvi təsir nəticəsində dağılaraq yararsız hala düşməsidir. Konkret şəkildə korroziya– xarici mühitin təsiri ilə metal və ərintilərinin dağılması deməkdir.
Bəzi metallarda dağılma prosesi təkcə metalın səthində deyil, onun daxilində də baş verir. Bu isə metalın kristal qəfəsinin dağılması ilə nəticələnir və metal özünəməxsus xassələrini itirir. Metalın tərkibində qarışıqlar çox olanda onun səthində qalvanik cütlərin yaranması nəticəsində kiçik nöqtələr əmələ gəlir və pittinq korroziyası (Şəkil 1) baş verir, metal dağılmaya məruz qalır.

Şəkil 1. Pittinq korroziyası
Korroziya nəticəsində müxtəlif ölkələrin iqtisadiyyatına dəyən ziyanı bir neçə misalla göstərək: Le Metayepin məlumatına görə 1953 – cü ildə Norveç iqtisadiyyatına korroziyadan dəyən ziyan 180 milyon markaya çatırdı. 1964 – cü ildə Fransanın dəniz qurğularına dəyən zərər 80 milyon frank olmuşdur. Hər il Avstraliyada bioloji korroziyadan dəyən zərər 25milyon dollar, Yeni Zelandiyada 5 milyon dollar təşkil edir. ABŞ –da bioloji örtüyün gəmiçiliyə vurduğu ziyan ildə 10 milyon, yeraltı borularda sulfatreduksiyaedici bakteriyaların vurduğu ziyan isə ildə 500- 2000 milyon dollara çatır. Məşhur Eyfel qülləsini korroziyadan qorumaq üçün hər üç ildən bir 70 ton xüsusi lak-boyaq maddəsi istifadə edilir.
Ümumiyyətlə, metalın adi və korroziyaya uğramış səthləri kəskin fərqlənir. Lakin elə korroziyalar var ki, onu adi gözlə görmək mümkün olmur. Bu kristalarası korroziya (metalın kövrəkləşməsi) adlanır və metalı təşkil edən kristal qəfəsin pozulması ilə baş verir. Müxtəlif ekoloji şəraitlərdə – suda, atmosferda, torpaqda, turşuda, qələvidə metalların korroziyaya uğraması müşahidə olunur.
Bəzi hallarda kimyəvi təsir fiziki dağılma ilə müşahidə olunur. Bu korroziya erroziyası və ya frettinq-korroziya adlanır (Şəkil 2.). Dəmir və onun ərintilərinin korroziyası zamanı əmələ gələn oksidlərinin hidratlaşmış korroziya məhsulları hesabına paslanma olur. Əlvan metallar korroziyaya uğrayır, lakin paslanmır.



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin