“Zob” adlandırdığımız “boğaz uru” nədir?



Yüklə 18,28 Kb.
Pdf görüntüsü
tarix15.03.2017
ölçüsü18,28 Kb.
#11476

“Zob” adlandırdığımız “boğaz uru” nədir?

Yazan Administrator

11.05.11 22:56 - axırıncı dəyişikliklər 28.09.16 00:05

  

Qalxanvari vəz boğazın ön səthində qırtlaqdan bir qədər aşağıda yerləşir. Bu vəz normal halda



qadınlarda 20 kub sm həcmində olur və gözlə görünmür, kişilərdə isə 25 kub sm həcmində

olaraq xirtdək şəklində seçilir.

      

Qalxanvari vəzi tireoid hormonları hasil edir və bu hormonlar bütün orqanizmin fəaliyətinə təsir



göstərir – maddələr mübadiləsini, ürək-damar sisteminin fəaliyyətini, boy artımı və orqanizmin

inkişaf prosesini və s. tənzimləyir. Qalxanvari vəzi ümumi hormonal sistemin “dirijoru”

adlandırırlar.

  

Bu vəzin xəstəlikləri zamanı onun hormonlarının qanda səviyyəsinin həm anormal artması, həm



da azalması orqanizmin normal fəaliyyətinin pozulmasına gətirir – sinir, qan damar, cinsiyyət

sistemi, maddələr mübadiləsi və s. zərər çəkir.

  

Qalxanvari vəzin gözlə görünən böyüməsinə boğaz uru deyilir ki, bunu da çox adam “zob”



adlandırır. Bu söz isə rus dilində “çinədan” mənasını verir – boğaz uru olan xəstələrin boğazının

ön hissəsi artaraq quşların çinədanını xatırladır. Boğaz uru müstəqil xəstəlik deyil, bu qalxanvari

vəzin bir sıra xəstəliklərinin əlamətidir.

  

Boğaz urunun növləri

  

Qalxanvari vəzin böyüməsi fonunda onun funksiyası və müvafiq olaraq qanda tireoid

hormonların miqdarı həm arta, həm azala, həm də normal səviyyədə qala bilər.

 1 / 4


“Zob” adlandırdığımız “boğaz uru” nədir?

Yazan Administrator

11.05.11 22:56 - axırıncı dəyişikliklər 28.09.16 00:05

  

Buna əsasən boğaz urunun aşağıdakı növləri mövcuddur:



  

1. Diffuz endemik ur zamanı qalxanvari vəzin böyüməsi və hipotireoz, yəni tireoid

hormonların çatışmazlığı qeyd olunur. Boğaz urunun bu növü başqalarına nisbətən daha çox

rast gəlinəndir və əsas səbəbi də qida və suda yod çatışmazlığıdır. Həmin çatışmazlıq adətən

müəyyən yerli amillərlə, xüsusən də istifadə olunan su ilə əlaqəli olduğu üçün xəstəlik də

“endemik”, yəni müəyyən ərazidə yayılmış adlanır. 

Diffuz endemik zob Azərbaycanın bəzi rayonlarına da xasdır.

  

2. Diffuz toksik ur zamanı isə həm qalxanvari vəzin ölçülərinin, həm də tireoid hormonların

artması qeyd olunur. Bu vəziyyət 

hipertireoz və ya tireotoksikoz adlanır.

  

3. Düyünlü toksiki ura da hipertireoz xasdır, lakin bu xəstəliyin diffuz növündən fərqli olaraq

qalxanvari vəzin bütün ölçüləri artmır – bəzi hissələr böyüyərək qalınlaşır və bu hissələrə də

düyünlər deyilir. Onların sayından asılı olaraq birdüyünlü və ya çoxdüyünlü ur mövcuddur.

  

4. Qalxanvari vəzin həcminin artması fonunda fəaliyyətinin və müvafiq olaraq tireoid

hormonların səviyyəsinin norma daxilində olması  eutireoz adlanır. Belə hal hamiləliyə və ya

qalxanvari vəzin iltihabına xasdır.

  

5. Qalxanvari vəzin böyüməsi onda əmələ gələn kistalar, yəni içi özlü maye ilə dolu kiçik

qabarcıqlar hesabına da ola bilər. Bu hal  kistalı ur adlanır. Kiçik kistalar adətən heç bir

narahatlığa səbəb olmur, lakin kistanın iltihablaşması və ya irinlənməsi hərarət və boğazın ön

səthində ağrılara səbəb olur ki, bu hala da olduqca ciddi yanaşılmalıdır.

  

Boğaz urunun səbəbləri

  

Bu xəstəliyin müxtəlif növlərinin səbəbləri də müxtəlifdir.



  

 2 / 4


“Zob” adlandırdığımız “boğaz uru” nədir?

Yazan Administrator

11.05.11 22:56 - axırıncı dəyişikliklər 28.09.16 00:05

Ən çox yayılmış olan endemik diffuz urun əsas səbəbi qəbul edilən qida və suda yodun

azlığıdır. Belə halda qalxanvari vəzin fəaliyyəti pozulur – yod çatışmazlığı zamanı lazımi

miqdarda tireoid hormonları hasil olunmur. Orqanizmi həmin hormonlarla təmin etmək üçün

əlavə yoda ehtiyac yaranır. Qandan daha çox yod almaq üçün qalxanvari vəzin həcmi artır.

Azərbaycanda bu xəstəliyin aktuallığı da bəzi ərazilərimizə xas olan yod qıtlığı ilə bağlıdır.

  

Endemik diffuz ura kişilərə nisbətən qadınlarda 3-4 dəfə daha çox rast gəlinir. Bu da

qadın orqanizminin cinsi yetkinləşmə, hamiləlik və uşaq əmizdirmə dövründə qalxanvari

vəzin hormonlarına daha yüksək tələbatı ilə əlaqəlidir.

  

Beynəlxalq Səhiyyə Təşkilatının verdiyi rəqəmlərə əsasən yoda gündəlik tələbat aşağıdakı



kimidir:

  

- 5 yaşına qədər uşaqlar – 80-100 mkq dək;



  

- 12 yaşına qədər uşaqlar – 130 mkq dək;

  

- böyüklər və 12 yaşından sonra uşaqlar – 160 mkq dək;



  

- hamilə və uşaq əmizdirən qadınlar – təqribən 200 mkq.

  

Diffuz endemik urun digər səbəbləri kimi aşağıdakıları qeyd etmək olar:

  

- qeyri-qənaətbəxş ekoloji vəziyyət - məsələn, organizmə daxil olan toksiki maddələr qalxanvari



vəzin fəalığını azaldır;

  

- tərkibində yod olan məhsullardan kifayət qədər istifadə olunmaması (balıq, süd, yumurta, yağ,



mal əti, portağal, lumu, banan, yemiş, üzüm, ananas, çiyələk, alma, xurma, sarımsaq, turp,

 3 / 4


“Zob” adlandırdığımız “boğaz uru” nədir?

Yazan Administrator

11.05.11 22:56 - axırıncı dəyişikliklər 28.09.16 00:05

çuğundur, kartof, kök, pomidor);

  

- irsiyyət.



  

Diffuz toksiki urun əsas səbəblərindən orqanizmdə xüsusi anticismlərin əmələ

gəlməsidir. Bu xəstəliyin digər adı Bazed xəstəliyidir. Müəyyən olunmamış səbəbdən immun

sistemi tərəfindən hasil olunan bu anticismlər qalxanvari vəzin fəaliyyətini artırır. Yuxarıda qeyd

edildiyi kimi, tireoid hormonların səviyyəsinin normadan artıq olması “hipertireoz” və ya

“tireotoksikoz” adlanır. Diffuz toksiki urun digər səbəbləri tireoid hormon tərkibli dərman

preparatlarının artıq dozada qəbulu, irsiyyət, mənfi ekoloji vəziyyətdir.

  

Düyünlü urun səbəbi dəqiq bilinməsə də, irsiyyət, radiasiya, toksiki maddələrin mənfi təsiri



təxmin edilir. Xəstəliyin bu növünün əsas təhlükəsi isə qalxanvari vəzdə əmələ gələn düyünün

bədxassəli şişə çevrilmə ehtimalıdır.



  

Qalxanvari vəzin kistası həm anadangəlmə, həm də qazanılmış ola bilər. Qazanılmış kistaların



səbəblərindən iltihabi proses, onkoloji, yəni şiş xəstəliyini və s. göstərmək olar.

 4 / 4

Yüklə 18,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin