Korroziya haqqında ümumi məlumat Korroziya hesabına baş verən itkilərin təsnifatı. Korroziyanın növləri


Maye axınının korroziyaya təsiri. Kavitasiya eroziyası



Yüklə 1,85 Mb.
səhifə5/9
tarix17.05.2023
ölçüsü1,85 Mb.
#115128
1   2   3   4   5   6   7   8   9
Korroziya 1

1.2 Maye axınının korroziyaya təsiri. Kavitasiya eroziyası. Şirin sularda pH-ın qiyməti adətən yüksək olur. Bu səbəbdən korroziyanın sürətinə ən əvvəl metalın səthinə oksigen daşıyan maye axinin sürəti təsir göstərir.
Maye axını atmosfer təzyiqindən aşağı olan təzyiq oblastında olarsa, metal-maye sərhəddinin səthində partlayan qabarcıqlar əmələ gəlir. Bu hadisə kavitasiya adlanır. Kavitasiya hesabına metalın dağılması kavitasiya eroziyası və ya kavitasiya dağılması adlanır (Şəkil 9.). Bu zaman metalın səthi məsaməli “xoralı” olur. Metalın korroziya eroziyası sırf mexaniki dağılma formasında da ola bilər. Metalın dağılması mexaniki və kimyəvi amillərin təsiri altında gedə bilər. Kavitasıya eroziyasına nasosların rotorları, su ilə soyudulan dizel mühərriklərinin silindrləri məruz qalır.

Şəkil 9. Kavitasiya eroziyası
1.3 Radiasiya təsirindən dağılma. Gərginlik altında korroziya çatlaması. Neytronların və ya yüksək enerjili hissəciklərin kəskin şüalanma zamanı metalın kristal qəfəsi, dərin deformasiyanı xatırladan dəyişikliyə məruz qalır. Metalların korroziyalığına radiasiyanın təsiri barədə çox az məlumat vardır. Şüalanma zamanı korroziya mühitində kimyəvi maddələr (HNO3) yaranır ki, onlar da korroziyaya ikinci dərəcəli təsir göstərir.
1.4 Elektrokorroziya. Bu korroziya elektrokimyəvi korroziya növünə aid olub, daimi yaranan xaricdən təsir nəticəsində əmələ gəlir. Ona ən çox elektriklənmiş dəmir yol xətlərində, tramvay yollarında, elektrik qaynaq aparatlarında və s. yerlərdə rast gəlmək olar. Yeraltı su kəmərlərinin elektrokorroziyaya uğraması təbiətdə tez-tez müşahidə olunur.
1.5 Bioloji korroziya. Açıq su hövzələrində, dənizlərdə, okeanlarda fəaliyyət göstərən müxtəlif orqanizmlər, o cümlədən, bakteriyalar su ilə möhkəm bir səthin üzərinə toplanırlar, nüfuz edir və çoxalır (Şəkil 10.). Belə orqanizm topaları bioloji örtük adlanır. Bu orqanizmlər fiziki xüsusiyyətlərinə, kimyəvi tərkibinə və bioloji xassəsinə görə müxtəlif olub, mühitlərinin şəraitindən olduqca asılıdırlar. Mikroorqanizmlərin metalların korroziya prosesinə təsiri ilk dəfə 1891-ci ildə Herrat tərəfindən irəli sürülmüşdür. O, göstərmişdir ki, qurğuşunun (Pb) korroziyasına suyun təsiri ola bilsin ki, bakteriyaların fəaliyyəti nəticəsində əmələ gələn ammonyak, nitrit və nitratlar səbəb olur. 1910-cu ildə Qaynes belə qənaətə gəlmişdir ki, dəmir və polad konstruksiyaların torpaqda korroziyası bakteriyaların inkişafı ilə baş verir.


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin