1.5 Frettinq korroziya. Frettinq korroziya mexaniki gərginliyin nəticələrindən biri olub, metalın yorğunluq və ya korroziya yorğunluğundan dağılmasına səbəb olur. Bu dağılma kontaktda olan iki metal səthin arasında, əsasənda bir metalik səthin digərinə ya da hər ikisinin bir-birinə nəzərən sürüşməsi hesabına baş verir. Adətən bu sürüşmə titrəyişlər zamanı rəqsi xarakter daşıyır. Bu tip dağılmaya sürtünmə zamanı oksidləşmə və korroziya aşınmaları aiddir.
Frettinq korroziya nəticəsində dağılma metalın səthinin rəngsizləşməsi, rəqsi hərəkət olduqda isə yorğunluq çatları olacağı xoraların əmələ gəlməsi ilə xarakterizə olunur. Bu zaman ölçülərin dəqiqliyi itir, korroziya məhsullarından isə tıxac və ya parçalanmalar ola bilər.
Qarşısını alma tədbirləri.
kövrək metalın bərk metalla birləşdirilməsi
sürtgü yağlarının tətbiqi. Əgər yük böyük deyilsə, aşağı özlülüklü yağların tətbiqi fosfatla işlənmiş metal səthlər üçün çox yaxşıdır.
kobalt xəlitələrin istifadəsi. Bu yalnız su və ya sulu məhlullar olduqda mümkündür.
aşağı sürtünmə əmsallı materialların tətbiqi. Rezin rəqsi hərəkəti amartizasiya edərək metal hissənin səthi üzərində sürüşmənin qarşısını alır və frettinqi zəiflədir.
Korroziyadan mühafizə Elekrokimyəvi mühafizə üsulları
protektor mühafizəsi zamanı qorunan məmulata nisbətən aktiv metal (Mg, Al, Zn) birləşdirilir və aktiv metal korroziyaya uğrayır. Əsas məmulat mühafizə olunur.
katod mühafizəsi zamanı sabit cərəyan mənbəyinin katoduna qorunan məmulat (polad qurğular), anoduna isə hər hansı dəmir parçası birləşdirilir.
Aktiv mühafizə.Metallar korroziya nəticəsində dağılaraq texnoloji rejimlərin istehsalat ritmini pozur, qəzaların baş verməsinə səbəb olur. Korroziya qarşı mühafizə üsullarının tətbiqi nəinki iqtisadı, həm də sosioloji cəhətdən mühüm əhəmiyyət kəsb edir. Metalların aktiv mühafizəsi müxtəlif metod və üsullarla həyata keçirilir. Belə üsullardan biri sənayedə geniş tətbiq olunan katod mühafizə üsuludür. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, metal konstruksiya sabit cərəyan mənbəyini mənfi qütbünə birləşdirilir. Mənbəyin müsbət qütbünə isə davamlı, həll olmayan elektrod anod birləşir. Beləliklə, mühafizə olunan metal konstruksiya katod olur. Bu halda heç bir kütlə itkisi olmur, ancaq mənbəyin müsbət qütbünə birləşmiş əlavə elektrod anod rolunu oynayır və cərəyanın təsiri nəticəsində öz kütləsini itirir. Cərəyan mənbəyinin mənfi qütbünə birləşmiş metal konstruksiya xarici anod artan kimi mühafizə olunan bütün səthi polyarizasiya olunur.