2
Giriş
Dünya
sivilizasiya tarixinin müasir mərhələsində şəxsiyyət, cəmiyyət və
dövlətin həyatında mədəniyyətin əhəmiyyəti dönmədən artmaqdadır. İnsanın həyat
fəaliyyətinin təkmilləşməsi, qloballaşmadan yaranan yeni tələblər, dövlət və
cəmiyyətin inkişafı, yeni texnologiyalardan düzgün istifadə büçün şəxsiyyət və
liderlərin hazırlanmasına olan ehtiyac siyasi, sosial-iqtisadi və beynəlxalq
proseslərin sistemli kulturoloji təhlilinə xüsusi ehtiyac yaratmış, bu isə öz
növbəsində humanitar elmlərin qovşağında yaranan bu sintezli elm sahəsinin
ə
həmiyyətinin artmasına səbəb olmuşdur.
Mədəniyyət – tarixən dəyişən, sosial tələblərlə şərtlənən geniş anlayış olub,
konkret tarixi dövrün məhsulu, onun siyasi və iqtisadi nəticəsinin təsirinin
nəticəsidir. O, insanın şüuru, psixikası və daranışı ilə bağlı olmaqla yanaşı, həm də
dövlətin və xalqın maddi prosesləri, tarixi inkişafı ilə sıx əlaqədədir. Hər bir dövr,
hər bir xalq və hər bir nəslin öz mədəniyyəti və onun haqqında öz təsəvvürləri var.
Mədəniyyət insan şüurunu, fərd, cəmiyyət və dövlətin həyat, məişət və fəaliyyətini,
texnologiyaları, istehsal və maddi vasitələri, iqtisadiyyat və siyasət, həyat tərzi,
ə
nənələr, millət və xalqların adətləri və mədəni irsi, milli və bəşəri ruhi dəyərlər,
hüquqi, etik və estetik normaları, ictimai və beynəlxalq münasibətləri əhatə edir.
Müasir tarixi şəraitdə dünya mədəniyyətinin öyrənilməsinin çox böyük
ə
həmiyyəti vardır. Bu gün dünyada gedən dərin sosial hadisələr, o cümlədən
qloballaşma problemi bunu daha zəruri tələbata çevirir. Çünki yer kürəsinin bir
hissəsində baş verən hadisələr tez bir zamanda hamıya məlum olmasa da, planetin
bütün ölkə və xalqlarına təsir edir. Bu inteqrasiya bütün tarixi dövrlərdə olmuş və
sakini olduğumuz müasir günlərdə daha geniş vüsət tapmaqdadır. Buna şərait
yaradan ən başlıca amil radi, televiziya, peyk əlaqələri, internet və digər müasir
texnologiyalardır ki, məhz bunların nəticəsində dünyada vahid informasiya məkanı
yaradıla bilmişdir.
3
Bəşəriyyət qarşısında iqtisadi, xammal, ərzaq, ekoloji, demoqrafik və digər bu
kimi qlobal problemlər dayanmaqdadır. Bütün bunların həlli dünyanın iqtisadi,
elmi-texniki, intellektual və mənəvi resurslarının bütün ölkə, xalq, hətta hər bir
kəsin gücündən birgə razılaşdırılmış şəkildə istifadəsini tələb edir. Ölkə, xalq və
insanların birliyinə nail olmanın ən optimal vasitələrindən biri isə məhz
mədəniyyətlərin bir-biri ilə əlaqəsi, bir-birinə nüfuz edərək inteqrasiyasıdır. Digər
xalqların mədəniyyətləri, onların özünəməxsus xüsusiyyətləri və cəhətləri ilə
tanışlıq öz milli mədəniyyət və incəsənətinin daha dərindən dərki üçün çox böyük
ə
həmiyyət kəsb edir. Təkcə digər mədəniyyətləri öyrənməklə işi bitmiş hesab
etmək olmaz. Burada həm də doğmalıq, yaxınlıq axtarmaq məqsədəuyğundur.
Müasir sivilizasiya üçün zəruri və aktual olan mədəniyyətlərin dialoqu yalnız bu
yolla mümkündür.
Dünya mədəniyyəti tarixinin, müasir mədəniyyətlərinin rəngarəngliyinin,
müxtəlif ölkə və xaqların mədəni özünəməxsusluğunun öyrənilməsi
mənimsənilməsi sayəsində bəşəri birliyə, hər bir fərdin özünüinkişafına,
sivilizasiyasının irəliləyişi yollarında müasir qlobal problemlərin həllinə nail olmaq
mümkündür. Bunsuz insanların planetar birliyi yarana bilməz.