Microsoft Word istehsal m?SR?FL?Rinin ucotu, T?Hlili v? Onun s?M?R?Liliyinin yuks?Ldilm?Si yollari docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə1/32
tarix02.01.2022
ölçüsü0,58 Mb.
#46142
  1   2   3   4   5   6   7   8   9   ...   32
NIGAR



 

 



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

AZƏRBAYCAN DÖVLƏİQTİSAD UNİVERSİTETİ  



 

 

“MAGİSTRATURA MƏRKƏZİ” 

 

 



Əlyazma hüququnda 

 

 



QULİYEVA NİGAR İLQAR qızı 

 

 



 

İ

STEHSAL MƏSRƏFLƏRİNİN UÇOTU, TƏHLİLİ VƏ ONUN 



SƏMƏRƏLİLİYİNİN YÜKSƏLDİLMƏSİ YOLLARI

” 

 

 

 

MAGİSTR DİSSERTASİYASI 

 

 

 

 

İ

xtisas:                                                    060402 “Mühasibat uçotu və audit” 

 

 

 

Magistr proqramının rəhbəri:  

 

 

prof. Ə.İ.Daşdəmirov 

 

 

Elmi  rəhbər:  

 

 

 

 

 

dos. T.Ş.Zeynalov 

 

 

Kafedra müdiri:   

 

 

 

 

prof. S.M.Səbzəliyev 

 

 

 

 

 

BAKI – 2016 



 

 



MÜNDƏRİCAT

 

GİRİŞ

 

 



FƏSİL 1

  İSTEHSAL  MƏSRƏFLƏRİN  UÇOTUNUN  MÜASİ



VƏZİYYƏTİ,  ONUN MƏQSƏDİ VƏ PRİNSİPLƏRİ

 



1.1.

 

İstehsal  məsrəflərin  uçotunun  mahiyyəti,  məqsədi  və 



prinsipləri 



1.2.

 

İstehsal  məsrfələrin  təsnifatı  və  onların  təkmilləşdirilməsi 



istiqamətləri 

20 


FƏSİL 2

  İSTEHSAL  MƏSRƏFLƏRİN  UÇOTUNUN  TƏŞKİLİ 



METODİKASI

 

28 



2.1.

 

Material ehtiyatlarının uçotu və onlar üzərində nəzarətin təşkili 



metodikası 

28 


2.2.

 

Məsuliyyət mərkəzləri üzrə məsrəflərin uçotu və onun üzərində 



nəzarətin təşkili metodikası  

33 


2.3. 

Məsrəflərin  “Direkt-kostinq”  sistemi  üzrə  uçotu  və 

məhsulun maya dəyərinin kalkulyasiyasə 

42 


FƏSİL 3

  MƏHSULLARIN  MAYA  DƏYƏRİNİN  TƏHLİLİ  VƏ 



ONUN AŞAĞI SALINMASI YOLLARI

 

51 



3.1. 

 

Əmtəəlik məhsulun maya dəyərinin iqtisadi məzmunu, təhlilin 



vəzifələri, informasiya mənbələri və göstəricilər sistemi  

51 


3.2. 

Məhsulun  maya  dəyəri  planənən  realləəənən 

təhlili 

54 


3.3.

 

Əmtəəlik  məhsulun  maya  dəyərinin  təhlili  və  onun  aşağı 



salınması yolları 

59 


3.4. 

Məhsulun maya dəyərinə təsir göstərən amillərin təhlili 

64 

3.5. 

 

Əmtəəlik  məhsulun  bir  manatına  çəkilən  xərclərin  təhlili  və 

onun aşağı salınma ehtiyatları 

66 


3.6.

 

əmtəəlik  məhsulun  bir  manatəna  çəkilən  xərcə 



təsir edən amillərin təhlili 

71 


NƏTİCƏ  VƏ  TƏKLİFLƏR

 

79 



Ə

DƏBİYYAT   SİYAHISI 

83 


 

 

 

 

 

 

 

 


 

 



 

GİRİŞ 

 

İş



in  aktuallığı.  Müasir  şəraitdə  mühasib,  müəssisənin  maliyyə-təsərrüfat 

fəaliyyətinə təsir göstərə bilən hər hansı bir praktik qərarın qəbulu prosesində öz 

sözünü demək hüququna məxsus olan vəzifəli şəxslərdən birisi olmalıdır. Xüsusən 

də  bu  zərurət  müqavilələr  bağlınılan  zaman  son  dərəcə  vacibdir.  Belə  ki,  son 

nəticədə  müəssisənin  maliyyə  itkisi  ilə  bağlı  səbəblərin  izahı  bilavasitə 

mühasibdən tələb olunur. 

Buraxılış  işində  istehsal  məsrəflərinin  uçotunun  nəzəri  və  metodoloji 

məsələləri  araşdırılmış,  onun  yarımfabrikat  və  yarımfabrikatsız  variantlarına 

konkret münasibət göstərilmiş və konkret nəticələrə gəlinmişdir. 

Dünyanın  bütün  ölkələrində  mühasibat  uçotu  biznesin  işgüzar  dili  hesab 

olunur. Eyni zamanda, hər bir müəssisədə mühasibat uçotu ölkənin spesifik sosial 

-  iqtisadi,  siyasi  və  mədəni  xüsusiyyətlərini    əks  etdirir.  Mühasibat  uçotu  haqda 

Qanun  ölkənin  bütün  ərazisində  mülkiyyət  formasından  asılı  olmayaraq  onun 

vahid hüquqi və metodoloji əsasını müəyyənləşdirmişdir. 

Mühasibat  uçotu  haqda  yeni  qanunun  başlıca  məqsədi  aşağıdakıları  əhatə 

edir: 


Əmlakın,  öhdəliklərin  və  müəssisə  tərəfindən  həyata  keçirilən  təsərrüfat 

əməliyyatlarının uçotunun vahid metodoloji prinsip əsasında aparılması; 

Müəssisənin  əmlak  vəziyyəti,  gəlirləri  və  məsrəfləri  haqda  mühasibat 

hesabatlarından  istifadə  edənlər  üçün  zəruri  sayılan  müqayisəli  və  etibarlı 

informasiyaların təqdim olunmasını və i.a. 

İş

in məqsədi. Respublika Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsi tərəfin-

dən  mühasibat  uçotunun  normativ  tənzimlənməsi  sistemi  haqda  hazırlanılan  sə-

nədlər dörd səviyyəni əhatə edir; qanunvericilik, normativ, metodoloji və təşkilati. 

Birinci qrupa qanunvericilik  sənədləri  aiddir:  müvafiq  qanunlar,  Respublika 

Prezidentinin fərmanları və Respublika Nazirlər Kabinetinin qərarları. 

Mühasibat  uçotunun  aparılmasının  baza  qaydalarının  müxtəlif  qaydalarını 

əhatə  edən  normativ  sənədlər  ikinci  qrupa  ad  edilir.  Bununla  əlaqədar  olaraq, 




 

 



tender  qaydasında  qalib  çıxan  bir  xarici  firma  artıq  Azərbaycanın  müəssisələri 

üçün  beynəlxalq  tələblərə  cavab  verə  bilən  müvafiq  standartların  hazırlanması 

işinə başlamışdır. 

Standartların  başılaca  məqsədi  mühasibat  uçotunun  əsas  prinsiplərinin  və 

anlayışlarının  vahid  qaydalarının,  vahid  terminologiyanın,  mühasibat  hesabatla-

rının vahid formalarının hazırlanması hesab olunur. 

Mühasibat  uçotunu  normativ  qaydada  tənzimləyən  üçüncü  qrup  metodik 

sənədlərə aid edilir: təlimatlar, tövsiyyələr, metodik göstrişlər və i.a. 

Təşkilati məsələlərdə müəssisənin uçot siyasətini formalaşdıran işçi sənədlər 

dördüncü qrupu təşkil edir. 

Son  illərdə  müəssisələrdə  istehsal  məsrəfləriniin  uçot  və  məhsulların  maya 

dəyərinin kalkulyasiyası ilə əlaqədar mövcud olan və hər addımda özünü göstərən 

problemlərin həlli istiqamətində müəyyən işlər görülmüşdür. Təcrübə göstərir ki, 

görülən  işlər  bazar  münasibətlərinin  tələblərini,  investorları,  kreditorları  və 

xüsusən də, maliyyə hesabatlarından istifadə edən təsisçiləri təmin edə bilmir. Bu 

gün  həm  bütövlükdə,  həm  də  müxtəlif  təsərrüfat  subyektləri  üzrə  istehsal 

məsrəflərinin  uçotunun  metodiki  və  metodoloji  məsələlərini  həll  etmək  üçün 

səfərbərliyə alınmamış kifayət qədər çoxlu ehtiyatlar mövcuddur. 

Cəsarətlə  demək  olar  ki,  araşdırdığımız  magistr  işi  həm  nəzəri,  həm  də 

praktiki  baxımdan  çox  zəif  təqdim  olunmuşdur.  Xüsusən  də  tədqiqatların  böyük 

əksəriyyəti sənaye müəssisələrinin timsalında yazılmış və uçotun yarımfabrikat və 

yarımfabrikatsız  variantlarının  xüsusiyyətləri  diqqətdən  kənarda  qalmışdır.  Odur 

ki, biz, həmin məsələlərin tədqiq olunmasını ön plana çəkmişik və onların həlli ilə 

əlaqədar bəzi tövsiyələr hazırlmağa çalışmışıq. 

Dissertasiya işində bazar iqtisadiyyatının başlıca prinsipləri əsas götürülmək 

şərtilə  sənayedə  istehsal  xərclərinin  mövcud  təsnifatı  verilmiş,  bu  təsnifatın 

idarəetmə  uçotuna  uyğunlaşdırılması  əsaslandırılmış,  xərclərin  bölüşdürülməsi 

prinsipləri,  xüsusən  də  sənaye  istehsalının  həqiqi  maya  dəyərinin  müəyyənləş-

dirilməsinə dair təkliflər hazırlanmışdır.  



 

 



Sənaye  müəssisələrində  xərclərin  uçotunun  metodikası  və  metologiyasının 

araşdırılması və konkret tövsiyyələr hazırlanması üçün hazırda fəaliyyət göstərən 

«İnkor»  Məhdud  Məsuliyyətli  Müəssisəsinin  uçot,  hesabat  və  digər  normativ 

materiallarından istifadə edilmişdir. 

Tədqiqitatın  nəzəri-metodoloji  əsaslarını  uçot,  audit  və  respublika  iqtisadçı-

larının  əsərləri,  dövlətin,  xüsusən  də  Respublika  Maliyyə  Nazirliyinin  müvafiq 

normativ  sənədləri  təşkil  edir.  İşdə  təhlil,  müqayisə,  balans  ümumiləşdirməsi, 

müşahidə və s. metodlardan yaradıcılıqla istifadə edilmişdir. 

İş


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin