Microsoft Wördün əsas anlayışları



Yüklə 62 Kb.
tarix18.02.2023
ölçüsü62 Kb.
#84881
növüDərs
WORD metn redaktoru


Mövzu: Microsoft Word 2007 mətn redaktorunun əsas anlayışları


Yeni dərsin planı:
1.Microsoft Word 2007 proqram pəncərəsinin əsas hissələri
2.Menyu sətri
3.Настройка панели быстрого доступа panelinin sazlanması
1. Microsoft Word proqram pəncərəsinin əsas hissələri:
Microsoft Office paketinin ən geniş yayılmış proqramlarından biri Word mətn redaktorudur.Word ingiliscədən tərcümə edildikdə söz mənasını verir.Mürəkkəb mətnlərin yıqılmasında,sənədlərin,məktub və hesabatların cədvəllərin yaradılması və hazırlanmasında tətbiq olunur.Bu proqram vasıtəsilə böyük həcmli kitablar hazırlamaq,kitabı müxtəlif fəsillərə ayırmaq,hər fəslə müxtəlif formatlı stillər tətbiq etmək və bir cox faydalı əməliyyatları icra etmək mümkündür. Word proqramının icraedici faylı WinWord.exe.dir. Word proqramı kompüterə qoşulduqdan sonra baş menyunun Proqram altmenyusunda Word-ün nişanı yaranır. Proqramı bir neçə üsulla yükləmək olar.
1.Пуск-Программы- Microsoft Office -Microsoft Word-2007
2.İşçi stolunda yaradılmış ( kontekst menyudan-Создать- Word) nişanından
Proqram yükləndikdən sonra ekrana onun pəncərəsi açılır. Pəncərə başlığında proqramın və redaktə edilən sənədin adı yazılır. Pəncərənin yuxarı sağ küncündə onun ölçülərini idarə edən düymələr, sol küncündə isə Настройка панели быстрого доступа panelinin düyməsi yerləşir. Paneldə tez-tez istifadə olunan əmrlərin düymələri yerləşir.Pəncərə başlığından aşağıda isə menyu sətri yerləşir.
Xətkeşlər-mətn sahəsinin yuxarı və sol tərəfində yerləşərək,səhifə kənarlarının tənzimlənməsinə və abzasın qoyulmasına xidmət edir.Xətkeşləri ekrana gətirmək və ya götürmək üçün Вид menyusundan Линейка əmrini seçirik.
Сетка rejimini seçmək üçün Вид menyusundan Сетка əmrini seçirik.
Sürüşdürmə çubuqları mətn ekrana tam yerləşmədikdə şaquli və ya üfiqi istiqamətdə onun yerini dəyişməyə imkan verir. Üfiqi sürüşdürmə çubuğundan sağda sənədə baxış rejimlərini əks etdirən düymələr, Şaquli sürüşdürmə çubuğunun aşağısında isə mətn daxilində səhifələr arası keçid düymələr yerləşir.
İnformasiya sətri (Настройка строки состояния)- Pəncərənin aşağı hissəsində yerləşərək redaktə edilən sənəddə sətirlərin,sütunların və səhifənin nömrəsi,habelə işin gedişatı prosesində istifadəçi üçün əhəmiyyətli digər məlumatları əks etdirir. İnformasiya sətrindəki məlumatları əks etdirmək və yaxud da gizlətmək üçün Настройка строки состояния panelinin kontekst menyusundan istifadə edirik.
Ekranın müəyyən hissəsində mışkanın sağ düyməsini bir dəfə basdıqda həmin hissəyə aid olan əmrlərdən ibarət kontekst meny açılır. Kontekst meny-icra olunacaq əməliyyatları surətləndirmək məqsədi ilə istifadə olunur.
2.Menyu sətri
Menyu sətri pəncərə başlığının altında yerləşir və aşağıdakı əmrlərdən ibarətdir.

  • HOME Главная - menyusu.

Главная- menyusu Clipboard (Буфер обмена), Font (Шрифт), Paragraph (Абзац), Styles (Стили və Редактирование), Editing bölmələrindən ibarətdir.

  • INSERT Вставка-menyusu.

Вставка-menyusu Pages (Страницы), Tables(Таблицы), İllustrations (Иллюстрации), Links (Связи), Header&Footer (Колонтитулы), Text (Текст), Symbols (Символы) bölmələrindən ibarətdir.

  • PAGE LAYOUT Разметка страницы menyusu.

Разметка страницы menyusu Themes (Темы), Page Setup (Параметры страницы), Page Background (Фон страницы), Paragraph (Абзац), Arrange (Упорядочить) bölmələrindən ibarətdir.

  • REFERENCES Ссылки -menyusu.

Ссылки menyusu Table of Contents, Footnotes, Citations&Bibliography, Captions, İndex, Tables of Authorites (Оглавление,Сноски, Ссылки и списки литературы,Названия,Предметный указатель,Таблица ссылок) bölmələrindən ibarətdir.

  • MAILINGS Рассылки- menyusu.

Рассылки menyusuCreate, Start Mail Merge, Write&İnsert Fields, Preview Results, Finish (Создать,Начать слияние,Составление документа и вставка полей,Просмотр результатов,Завершить) bölmələrindən ibarətdir.

  • REVIEW Рецензирование -menyusu.

Рецензирование menyusu Proofing, Comments, Tracking, Changes, Compare,
Protect (Правописание, Примечания, Отслеживание, Изменения, Сравнить, Защитить) bölmələrindən ibarətdir.

  • VIEW Вид menyusu.

Вид menyusu Documents Views, Show/Hide, Zoom, Window, Macros (Режимы просмотра документа, Показать или скрыть, Масштаб, Окно, Макросы) bölmələrindən ibarətdir.

Bu menyu Code, Controls, XML, Protect, Templates bölmələrindən ibarətdir.

  • FORMAT menyusu

Hər hansı bir menyunu açmaq üçün mışqanın oxunu menyu adı üzərinə gətirib sol düyməni sıxmaq lazımdır.Bu zaman həmin menyuya daxil olan bölmələr tərkibindəki əmrlərlə ekranda əks olunacaqdır.


Menyuları klaviaturadan istifadə edərək açmaq üçün aşağıdakı düymələri birgə sıxmaq lazımdır.
Главная- menyusu- Alt+Я
Вставка-menyusu- Alt+С
Разметка страницы menyusu- Alt+З
Ссылки menyusu- Alt+К
Рассылки menyusu- Alt+Ы
Рецензирование menyusu- Alt+И
Вид menyusu- Alt+О
Yalnız Alt düyməsi sıxılarsa o zaman menyu çubuğundakı bütün menyuların üsərində klaviaturadan istifadə ediləcək düymələrin işarələri görsənəcəkdir.Bundan sonra ox işarələrindən istifadə edərək digər menyu adlarını seçə bilərik.
3. Quick Access Toolbar (Настройка панели быстрого доступа) panelinin sazlanması
Настройка панели быстрого доступа panelinin düyməsi proqramı açarkən pəncərə başlığının sol tərəfində əks olunur. Biz onu menyu sətrinin aşağısında yerləşdirmək istəsək,onda Настройка панели быстрого доступа panelindən Разместить под лентой əmrini seçirik. Paneli əvvəlki yerinə qaytarmaq üçün Настройка панели быстрого доступа panelindən Разместить над лентой əmrini seçirik. Bu əməliyyatları kontekst menyu vasitəsilədə yerinə yetirə bilərik. Kontekst menyunu açmaq üçün mışqanın oxunu menyu sətrinin boş bir yerində yerləşdirib mışqanın sağ düyməsini sıxırıq.Bu zaman ekrana kontekst menyu açılır.Menyuda aşağıdakı əmrlər yerləşmişdir.
Настройка панели быстрого доступа
Разместить панель быстрого доступа под лентой
Свернуть ленту
Настройка панели быстрого доступа panelin-də tez-tez istifadə olunan menyunun əmrləri yerləşmişdir.Menyunun əmrləri üç bölmədən ibarətdir.Bunlar aşağıdakılardır:
1.Создать, Открыть, Сохранить, Отменить, Вернуть, Быстрая печать, Предварительный просмотр, Правописание, Нарисоватьтаблицу,
Электронная почта
2.Другие команды, Разместить под лентой
3.Свернуть ленту
Əgər biz menyunun əmrləri yerləşən paneli ekrandan götürmək istəsək,onda Настройка панели быстрого доступа panelindən Свернуть ленту əmrini seçirik. Настройка панели быстрого доступа panelinə yeni əmrlər daxil etmək üçün paneldən Другие команды əmrini seçirik.Bu zaman ekrana Параметры Word pəncərəsi açılır.Pəncərədən Настройка əmri seçilir.Ekrana Настройка панели быстрого доступа и сочетаний клавиш pəncərəsi açılır.Pəncərə iki bölmədən ibarətdir. Выбрать команды из və Настройка панели быстрого доступа. Pəncərənin Выбрать команды из bölməsindən Часто используемые команды əmrini sçirik. Açılan siyahıdan lazım olan əmri seçib Добавить düyməsi vasitəsi ilə Настройка панели быстрого доступа bölməsinə yerləşdirib-OK düyməsini sıxırıq.Silmək üçün həmin əmri seçib Удалить düyməsini sıxırıq.

Dərsin möhkəmləndirilməsi üçün suallar:



  1. Word proqramını neçə yükləmək olar?

  2. Mətn redaktorlarının əsas təyinatı nədir?

  3. Microsoft Word proqram pəncərəsinin əsas hissələri hansılardır?

  4. Xətkeşlər hansı funksiyanı yerinə yetirir?

  5. Xətkeşləri ekrana necə gətirmək olar?

  6. İnformasiya sətrində əks olunan məlumatlar hansılardır?

6.İnformasiya sətrindəki məlumatları əks etdirmək və yaxud da gizlətmək üçün hansı əmrlər ardıcıllığından istifadə edilməlidir?
7. Kontekst menydan hansı məqsədlə istifadə olunur?
8.Menyu sətri hansı əmrlərdən ibarətdir?
9.Əgər biz menyunun əmrləri yerləşən paneli ekrandan götürmək istəsək,onda Настройка панели быстрого доступа panelindən hansı əmri seçməliyik?
10.Настройка панели быстрого доступа panelini menyu sətrinin aşağısında yerləşdirmək və ya götürmək üçün hansı əmrdən istifadə olunur?
11.Настройка панели быстрого доступа и сочетаний клавиш pəncərəsi neçə bölmədən ibarətdir?
12.Сетка rejimini ekrana necə gətirmək olar?
Ədəbiyyat:
1.M.S.Xəlilov “İnformatika” Dərslik.Bakı-2009 Səhifə132- Səhifə 134
2.Əli Abbasov, Mətləb Əlizadə, Etibar Seyidzadə,Mahilə Salmanova “İnformatika və kompüterləşmənin əsasları”Dərslik.Bakı-2005
Səhifə 275- Səhifə 286
3.Microsoft Office -2007


Yüklə 62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin