Mikrobiologiya ixtisası üzrə yeni test sualları



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
tarix04.11.2019
ölçüsü0,67 Mb.
#29507
2018-06-28 11-36-29


 

 

Mikrobiologiya ixtisası üzrə yeni test sualları 



 

 

1. 

Xlamidiya  infeksiyasının  əlamətsiz  formalarının  laborator  diaqnostikası 

üçün verilmiş üsuldan istifadə etmək tövsiyyə olunur: 

A) immunoflüoressensiya 

B immunoferment analiz 

C) immunoxromatoqrafiya 

D) Romanovski-Qimza üsulu ilə rənglənmiş preparatların bakterioskopiyası 

E) polimeraza zəncirvari reaksiya 

Ədəbiyyat:  Борисов  Л.Б.  Руководство    к  лабораторным    занятиям  по  

медицинской микробиологии, вирусологии и иммунологии / Л.  Б.  Борисов,  

Б.  Н.  Козьмин-Соколов,  И.  С. Фрейдлин. М.. 1993. 

 

2. 

Urogenital  xlamidioza  yoluxmuş  xəstələrin  qanında  spesifik  IgM 

aşkarlanması xəbər verir:  

A) xroniki infeksiyadan 

B) latent infeksiyadan 

C) xroniki infeksiyanın reaktivasiyasından 

D) ilkin kəskin infeksiyadan 

E) reinfeksiyadan 

Ədəbiyyat:  Борисов  Л.Б.  Руководство    к  лабораторным    занятиям  по  

медицинской микробиологии, вирусологии и иммунологии / Л.  Б.  Борисов,  

Б.  Н.  Козьмин-Соколов,  И.  С. Фрейдлин. М.. 1993. 

 

3. 

Urogenital  xlamidioza  yoluxmuş  xəstələrin  qanında  spesifik  IgM 

aşkarlanmaması  halda  spesifik  IgG  və  IgA  stabil  kiçik  titrlərin  təyin  olunması 

xəbər verir: 

A) ilkin kəskin infeksiyadan 

B) xroniki infeksiyadan 

C) xəstəliyin rekonvalessensiya mərhələsindən 

D) xroniki infeksiyanın reaktivasiyasından 

E) reinfeksiyadan 

Ədəbiyyat:  Борисов  Л.Б.  Руководство    к  лабораторным    занятиям  по  

медицинской  микробиологии,  вирусологии  и  иммунологии  /  Л.Б.Борисов,   

Б.Н.Козьмин-Соколов,  И.С.Фрейдлин. М.. 1993. 

 

4. 

Urogenital  xlamidioza  yoluxmuş  xəstələrin  qanında  spesifik  IgM 

aşkarlanmaması halda spesifik IgG və IgA titrlərinin artması xəbər verir: 

A) 


ilkin kəskin infeksiyadan 

B) 


xəstəliyin rekonvalessensiya mərhələsindən 

C) 


xroniki infeksiyanın reaktivasiyasından 

D) 


xroniki infeksiyadan 

E) 


latent infeksiyadan 

 

 

Ədəbiyyat:  Борисов  Л.Б.  Руководство    к  лабораторным    занятиям  по  



медицинской микробиологии, вирусологии и иммунологии / Л.  Б.  Борисов,  

Б.  Н.  Козьмин-Соколов,  И.  С. Фрейдлин. М.. 1993. 

 

5. 

Xlamidiya  infeksiyasının  laborator  diaqnostika  üçün  götürülmüş  klinik 

nümunə hansı müddət ərzində əşya şüşəsində fiksə olunmalıdır? 

A)1-2 saat 

B)6-8 saat 

C)10-12 saat 

D)16-18 saat 

E)1 sutka   

Ədəbiyyat:  Борисов  Л.Б.  Руководство    к  лабораторным    занятиям  по  

медицинской микробиологии, вирусологии и иммунологии / Л.  Б.  Борисов,  

Б.  Н.  Козьмин-Соколов,  И.  С. Фрейдлин. М.. 1993. 

 

6. 

Hansı  infeksiyalarla    mikoplazma  mənşəli  pnevmoniyanın  yanaşı  gedişatı 

xüsusi ağırlaşmaya səbəb olur: 

A) 

rinovirus infeksiyası 



B) 

 I tipli sadə herpes virusu ilə törədilmiş infeksiya 

C) 

adenovirus infeksiyası   



D) 

paraqrip virusları ilə törədilmiş infeksiya 

E) 

respirator- sinsiti virusu ilə törədilmiş infeksiya 



Ədəbiyyat:  Борисов  Л.Б.  Руководство    к  лабораторным    занятиям  по  

медицинской микробиологии, вирусологии и иммунологии / Л.  Б.  Борисов,  

Б.  Н.  Козьмин-Соколов,  И.  С. Фрейдлин. М.. 1993. 

 

7. 

Toksoplazma infeksiyasının törədicisinin dölə keçməsinə görə risk qrupuna 

hansı hamilə qadınlar aiddir: 

A) 

hamiləlikdən  əvvəl  klinik  manifestləşmə  ilə  müşahidə  olunan  kəskin 



toksoplazmoz keçirmiş hamilə qadınlar 

B) 


xroniki toksoplazmoza yoluxmuşlar 

C) 


seroneqativ qrupa aid olanlar 

D) 


latent formalı infeksiyaya yoluxmuşlar  

E) 


hamiləlikdən  əvvəl  klinik  manifestləşməsiz  kəskin  toksoplazmoz  keçirmiş 

hamilə qadınlar 

Ədəbiyyat: Первомайский Г.С., Подолян В.Я. Паразитология человека. – С-

П.: Медицина, 2011 

 

8. 

Toksoplazmozun laborator diaqnostikası üçün hansı üsuldan istifadə edilir: 

A) 

parazitoloji tədqiqatlar 



B)seroloji tədqiqatlar 

C) bioloji sınaq üsulu ilə toksoplazmalarım aşkarlanması 

D) hüceyrə kulturasında   toksoplazmalarım aşkarlanması 

E) mikroskopik tədqiqatlar    



 

 

Ədəbiyyat: Первомайский Г.С., Подолян В.Я. Паразитология человека. – С-



П.: Медицина, 2011 

 

 



9. 

Anadangəlmə toksoplazmozun diaqnostikası əsaslanır: 

A) 

spesifik IgM aşkarlanmasına 



B) 

spesifik IgG aşkarlanmasına 

C) 

spesifik IgA aşkarlanmasına 



D) 

spesifik IgM diaqnostik titrinin təyin olunmasına 

E) 

spesifik IgG diaqnostik titrinin təyin olunmasına 



Ədəbiyyat: Первомайский Г.С.,Подолян В.Я. Паразитология человека. – С-П.: 

Медицина, 2011 

 

10. 

Toksoplazmaların oosistalarına məxsus olan xüsusiyyıtlərdən birini seçin: 

A) 

xarici  mühitə  düşərkən  qısa  bir  zamanda  insan  üçün  infeksion  təhlükəlik 



təşkil edirlər 

B) 


xarici  mühitə  düşdükdən  2-3  gün  sonra  əlverişli  hərarət  və  rütubət  olduqda 

infeksion xüsusiyyətləri əmələ gətirirlər 

C) 

bir çox dezinfektantlara həssasdırlar 



D) 

xarici mühitə düşdükdən 1-2 həftə sonra infeksion aktivliyini itirirlər 

E) 

qeyri cinsi cikl zamanı əmələ gəlirlər 



Ədəbiyyat: Первомайский Г.С.,Подолян В.Я. Паразитология человека. – С-П.: 

Медицина, 2011 

 

11. 

Sadalananlardan hansı Toxoplasma gondii törədicisinə aid deyil: 

A) 

oosistaların əmələ gəlməsi   



B) taxizoitlərin  əmələ gəlməsi  

C) psevdosistaların əmələ gəlməsi 

D) qamontların əmələ gəlməsi 

E) sistaların əmələ gəlməsi 

Ədəbiyyat: Первомайский Г.С.,Подолян В.Я. Паразитология человека. – С-П.: 

Медицина, 2011 

 

 

12. 



Toksoplazmozun  törədicisinin  hamilə  qadından dölə  keçməsi  nə  zaman  baş 

verir?  


A) 

hamiləliyin  I  trimestrində  hamilə  qadının  toksoplazama  ilə  ilkin  kontaktı 

zamanı 

B) 


hamilə qadında toksoplazamozun  xroniki infeksiyası zamanı 

C) 


hamilə qadında toksoplazamozun latent infeksiyası zamanı    

D) 


seropozitiv hamilə qadının toksoplazma ilə kontaktı zamanı 

E) 


hamilə qadının III trimestrin sonunda toksoplazma ilə ilkin kontaktı zamanı 

Ədəbiyyat: Первомайский Г.С.,Подолян В.Я. Паразитология человека. – С-П.: 

Медицина, 2011 

 


 

 

13. 

Yeni  ifraz  olunmuş  nəcisdən  hazırlanmış  nativ  yaxmada  oosistalar 

aşkarlanmışdır.  Rəngsiz,    şəffaf,    20-30  mkm  ölçüdə,  oval  formalı,  bir  ucu  bir 

qədər  iti  formalı  və  mərkəzində  tünd  rəngdə  kürəvari  kütləsi  olan    bu  sista  hansı 

törədiciyə məxsusdur? 

A) 

Toxoplasma gondii 



B) 

Sarcocystis lindemanni 

C) 

İsospora belli 



D) 

Cryptosporidium parvum 

E) 

Pneumocystis carinii 



Ədəbiyyat:  Генис Д.Е..  Медицинская паразитология. М., 1991 

 

14. 

Qastroenterokolit  diaqnozu  ilə  stasionara  daxil  olunmuş  xəstədən  laborator 

müayinə  üçün  nəcis  götürülmüşdür.  Xəstəliyin  4-cü  günüdür,  mikroskopiya 

zamanı  4-6  mkm  ölçüdə  içərisində  4  qurdvari  sporozoit  olan  oosistalar 

aşkarlanmışdır. Bu hansı törədicinin oosistalarıdır? 

A) 

İsospora belli 



B) 

Cryptosporidium parvum 

C) 

Toxoplasma qondii 



D) 

Balantidium coli 

E) 

Blastocystis hominis 



Ədəbiyyat:  Генис Д.Е..  Медицинская паразитология. М., 1991 

 

15. 

Sadalananlardan hansı biri bağırsaq  trixomonadasına mövcud deyil? 

A) 


bleforoplast 

B) 


aksostil 

C) 


sista əmələ gətirmə 

D) 


titrəyici membrana 

E) 


xromatin 

Ədəbiyyat:  Паразитарные  болезни  человека  (протозоозы  и  гельминтозы)  : 

руководство для врачей / Е.Я. Адоева, [и др.] - СПб. : Фолиант, 2006 

 

 



16. 

Bağırsaq  trixomonadaları  bağırsağın  digər  qeyri  patogen  qamçılılarından 

fərqləndirən xüsusiyyəti hansıdır? 

A) 


cismin armudvari forması 

B) 


nüvənin olması  

C) 


titrəyici membrana 

D) 


hərəkətlilik 

E) 


yoğun bağırsaqda yaşayir 

Ədəbiyyat:  Паразитарные  болезни  человека  (протозоозы  и  гельминтозы)  : 

руководство для врачей / Е.Я. Адоева, [и др.] - СПб. : Фолиант, 2006 

 

17. 

 Poliomiyelit  virusunun  burun-boğaz  ifrazatları  ilə  və  nəcislə  xarici  mühitə 

ifraz olunması poliomiyelitin hansı formasında baş verir? 

A) 

iflic forması 



 

 

B) 



qeyri iflic forması 

C) 


aseptik meninqit 

D) 


poliovirus infeksiyasının simptomsuz forması 

E) 


poliovirus encefaliti 

Ədəbiyyat:  Мальцев  В.Н.  Медицинская  микробиология  и  иммунология.  М. 

Практическая медицина, 2014 

 

 



18. 

 Poliomiyelitin vəhşi ştamlarının suda aşkarlanması nəyi göstərir? 

A) 

poliomiyelitin alovlanmasının mümkünlüyünü 



B) 

uşaqlarda vaksinasiyanın aparılmasının zəruriyyətini 

C) 

kollektiv immunitetin təyininin zəruriyyətini 



D) 

uşaqlarda fiziki yükün azaldılmasının zəruriliyini 

E) 

poliomiyelitin vəhşi ştamlarının təyininin zəruriliyini 



Ədəbiyyat:  Мальцев  В.Н.  Медицинская  микробиология  и  иммунология.  М. 

Практическая медицина, 2014 

 

19. 

Residivarası mərhələdə sadə herpesin virusu harada persistensiya edir?  

A) 

periferik qanın leykositlərində 



B) 

tüpürcək vəzilərində 

C) 

sidik yollarının epiteliyində 



D) 

sinir qanqlilərin hüceyrələrində 

E) 

B-limfositlərdə 



Ədəbiyyat:  Мальцев  В.Н.  Медицинская  микробиология  и  иммунология.  М. 

Практическая медицина, 2014 

 

20. 

Latent infeksiya mərhələsində sadə herpesin virusu sinir qanqlilərində hansı 

formada qalır? 

A) 


yetkin intakt hissəcik formasında 

B) 


natamam qeyri-yetkin virion formasında 

C) 


zülallarla birləşmiş DNT qenomlu virus formasında 

D) 


natamam qeyri-yetkin virion və qenom virion DNT-sı formasında 

E) 


informasion virus RNT formasında 

Ədəbiyyat:  Мальцев  В.Н.  Медицинская  микробиология  и  иммунология.  М. 

Практическая медицина, 2014 

 

21. 

Sadalanan əlamətlərdən biri herpetik infeksiyanı İİV –infeksiyasından  

fərqləndirir: 

A) 

cinsi yolla yoluxma 



B) 

immun və sinir sisteminin hüceyrələrinin zədələnməsi 

C) 

yoluxmuş insanın orqnizmində ömürlük persistensiya etməsi 



D) 

virusla induksiya olunmuş immun çatmamazlığının inkişafı  

E) 

cift vasitəsilə anadan dölə keçə bilər 



Ədəbiyyat:  Мальцев  В.Н.  Медицинская  микробиология  и  иммунология.  М. 

Практическая медицина, 2014 



 

 

 



22. 

Seroloji  markerlərin  bu  şəkildə  olması:  HBs-antigen+,  Hbe-antigen+,  İgM-

antiHBc+,  anti-HBc+,  anti-HBe+,  anti-HBs-    hansı  laborator  diaqnozunu 

təsdiqləyir? 

A) 

kəskin B hepatiti     



B) 

xroniki B hepatiti 

C) 

rekonvalessensiya stadiyasında  olan B hepatiti 



D) 

A hepatiti 

E) 

B və D hepatitlərinin virusları ilə koinfeksiya              



Ədəbiyyat:  Руководство  к  практическим  занятиям  по  медицинской 

микробиологии,  вирусологии  и  иммунологии:  учебное  пособие  для 

мед.вузов/ Под.ред. В. В. Теца М.: Медицина, 2002 

 

 



23. 

Seroloji markerlərin bu şəkildə olması: HBs-antigen -, İgM-antiHBc -, anti-

HBc+, anti-HBe+, anti-HBs+  hansı laborator diaqnozunu təsdiqləyir?     

A) 


xroniki B hepatiti      

B) 


rekonvalessensiya stadiyasında  olan kəskin B hepatiti 

C) 


A hepatiti 

D) 


xroniki B hepatiti 

E) 


HBs-antigeninin daşıyıcısının D hepatitinin virusu ilə superinfeksiyası 

Ədəbiyyat:  Руководство  к  практическим  занятиям  по  медицинской 

микробиологии,  вирусологии  и  иммунологии:  учебное  пособие  для 

мед.вузов/ Под.ред. В. В. Теца М.: Медицина, 2002 

 

 

24. 



Seroloji markerlərin bu şəkildə olması: HBs-antigen+, Hbe-antigen -,  İgM-

antiHBc+,  anti-HBe+,  İgM-anti-DBH+,  anti-HBs  -    hansı  laborator  diaqnozunu 

təsdiqləyir?     

A) 


xroniki B hepatiti   

B) 


A hepatiti 

C) 


kəskin D hepatiti 

D) 


HBs-antigeninin daşıyıcısının D hepatitinin virusu ilə superinfeksiyası 

E) 


B və D hepatitlərinin virusları ilə koinfeksiya 

Ədəbiyyat:  Руководство  к  практическим  занятиям  по  медицинской 

микробиологии,  вирусологии  и  иммунологии:  учебное  пособие  для 

мед.вузов/ Под.ред. В. В. Теца М.: Медицина, 2002 

 

 

25. 



Seroloji  markerlərin  bu  şəkildə  olması:  HBs-antigen-,    İgM-antiHBc-,  anti-

HBc-, İgM-anti-ABH+, anti-DVH -  hansı laborator diaqnozunu təsdiqləyir?     

A) 

rekonvalessensiya stadiyasında  olan kəskin B hepatiti 



B) 

xroniki B hepatiti 

C) 

A hepatiti  



D) 

kəskin B hepatiti

    

 


 

 

E) 



HBs-antigeninin daşıyıcısında kəskinA hepatiti 

Ədəbiyyat:  Руководство  к  практическим  занятиям  по  медицинской 

микробиологии,  вирусологии  и  иммунологии:  учебное  пособие  для 

мед.вузов/ Под.ред. В. В. Теца М.: Медицина, 2002 

 

26. 

Seroloji markerlərin bu şəkildə olması: HBs-antigen+,  İgM-antiHBc+, anti-

HBc+, İgM-anti-CBH+, anti-HBs-  hansı laborator diaqnozu təsdiqləyir?    

A) 


kəskin B hepatiti 

   


 

B) 


xroniki B hepatiti 

C) 


HBs-antigeninin daşıyıcısında kəskin C hepatiti 

D) 


xroniki C hepatiti     

E) 


B və C hepatitlərinin virusları ilə koinfeksiya 

Ədəbiyyat:  Руководство  к  практическим  занятиям  по  медицинской 

микробиологии,  вирусологии  и  иммунологии:  учебное  пособие  для 

мед.вузов/ Под.ред. В. В. Теца М.: Медицина, 2002 

 

27. 

Seroloji markerlərin bu şəkildə olması: HBs-antigen+,  İgM-antiHBc-, anti-

HBc+,  İgM-anti-ABH+,  anti-DVH -  hansı laborator diaqnozu təsdiqləyir?  

A) 


xroniki B hepatiti 

B) 


rekonvalessensiya stadiyasında  olan kəskin B hepatiti 

C) 


kəskin B hepatiti

 

 



D) 

HBs-antigeninin daşıyıcısında kəskin  A hepatiti 

E) 

A hepatiti 



Ədəbiyyat:  Руководство  к  практическим  занятиям  по  медицинской 

микробиологии,  вирусологии  и  иммунологии:  учебное  пособие  для 

мед.вузов/ Под.ред. В. В. Теца М.: Медицина, 2002 

 

28. 

Seroloji  markerlərin bu şəkildə olması:  HBs-antigen+, HBe-antigen+, İgM-

anti-HBc-, anti-HBc+, anti-HBe+, anti-HBs-  hansı laborator diaqnozu təsdiqləyir? 

A) 

kəskin B hepatiti 



B) 

rekonvalessensiya stadiyasında  olan B hepatiti  

C) 

xroniki B hepatiti 



D) 

C hepatiti 

E) 

B və D hepatitlərinin virusları ilə koinfeksiya 



Ədəbiyyat:  Коротяев  А.И.  Медицинская  микробиология,  иммунология  и 

вирусология. СПб: Спец.Лит., 2012 

     

 

29. 



 D hepatitinin virusuna aid olan düz ifadəni qeyd edin : 

A) 


Qişası öz zülallarından olan RNT tərkibli virusdur 

B) 


DNT tərkibli virusdur 

C) 


Xarici  qişasında  B  hepatitinin  virusunun  HBs-antigeni    olan  RNT  tərkibli 

virusdur 

D) 

Xarici  qişasında  B  hepatitinin  virusunun  HBc-antigeni    olan  RNT  tərkibli 



virusdur

 

 



 

 

E) 



Xarici qişasında C hepatitinin virusunun antigeni  olan RNT tərkibli virusdur  

Ədəbiyyat:  Коротяев  А.И.  Медицинская  микробиология,  иммунология  и 

вирусология. СПб: Спец.Лит., 2012 

 

30. 

Retroviruslara aid verilmiş müddəalardan səhv variantı seçin: 

A) 


retrovirusların qişası onun özəyini əhatə edir 

B) 


retrovirusun özəyində diploid qenom yerləşir 

C) 


virusun qenomu daxili zülallarla assosiasiya olunur 

D) 


virusun səthində matriks zülal yerləşir 

E) 


qenomla bağlı əks transkriptaza mövcuddur 

Ədəbiyyat:  Медицинская  микробиология,  вирусология  и  иммунология.  Под 

ред. А.А.Воробьева. М., 2008

 

 



31. 

 Hansı bakteriyalar irsi olaraq hüceyrə divarından məhrumdur? 

A) 

xlamidiyalar 



B) 

L-formalar 

C) 

rikketsiyalar 



D) 

mikoplazmalar 

E) 

kandidalar 



Ədəbiyyat:  Медицинская  микробиология,  вирусология  и  иммунология.  Под 

ред. А.А.Воробьева. М., 2008

 

 

32. 



Aktinomisetlərin  sporlarının  artıb  çoxalmadan  başqa  rolu  daha  nədən 

ibarətdir? 

A) 

əlverişsiz xarici mühit amillərindən qoruma 



B) 

mikroorqanizmin məskunlaşması və substrat üzərində kolonizasiyası 

C) 

genlərin ötürülməsi 



D) 

qida maddələrinin toplanması 

E) 

genetik materialın toplanması 



Ədəbiyyat:  Мальцев  В.Н.  Медицинская  микробиология  и  иммунология.  М. 

Практическая медицина, 2014 

 

 

33. 



İnteqrativ plazmidlərin xüsusiyyətlərini göstərin: 

A) 


xromosomun tərkibinə daxil olaraq onun bir hissəsinə çevrilir 

B) 


inteqrativ plazmidin tərkibində tra-operonun olması mütləqdir 

C) 


bakteriyaların  populyasiyasında    digər  plazmidlərin  bir  fərddən  o  birinə 

ötürülməsi 

D) 

inteqrativ  plazmidlərin  calaq  ardıcıllıqları  xromosomun  ardıcıllıqları  ilə 



identik olmalıdır 

E) 


inteqrativ plazmidlər xromosomun genini tam əvəz edir 

Ədəbiyyat:  Мальцев  В.Н.  Медицинская  микробиология  и  иммунология.  М. 

Практическая медицина, 2014 

 


 

 

34. 

 Bakteriyaların təmiz kulturasını identifikasiyası üçün hansı üsuldan istifadə 

edilir? 


A) 

reparasiya 

B) 

transformasiya 



C) 

transduksiya 

D) 

konyuqasiya 



E) 

restriksion analiz 

Ədəbiyyat: 

И.А.Захаров, 

Б.П.Мацелюх. 

Генетические 

карты 

микроорганизмов. М., 1986 



 

35. 

Virusun hüceyrə ilə inteqrativ tipli qarşılıqlı təsiri üçün nə səciyyəvidir?  

A) 

virusun komponentlərinin biosintezi və törəmələrinin əmələ gəlməsi  



B) 

virusun  törəmələrinin  əmələ  gəlməsi  nəticəsində  baş  verən  hüceyrə 

destruksiyası 

C) 


virus və hüceyrə genomunun sinxron replikasiyası 

D) 


provirusun əmələ gəlməməsi 

E) 


virus genomlu heceyrələrin artması  

Ədəbiyyat:  Медицинская  микробиология,  вирусология  и  иммунология.  Под 

ред. А.А.Воробьева. М., 2008

 

 



 

36. 

 Mikrob hüceyrəsinin adqeziyasını nə təmin edir? 

A) 

qialuronidaza 



B) 

toksinlər 

C) 

peptidoqlikan 



D) 

teyxoy turşuları 

E) 

pili 


Ədəbiyyat:  Медицинская  микробиология,  вирусология  и  иммунология.  Под 

ред. А.А.Воробьева. М., 2008

 

 

37. 



 Hansı bakterial toksinlər zülalın hüceyrədə sintezini blokada edir? 

A) 


sitotoksinlər 

B) 


membranotoksinləır 

C) 


eritrogenin 

D) 


funksional blokatorlar 

E) 


lipopolisaxaridlər 

Ədəbiyyat:  Левинсон  У.    Медицинская  микробиология  и  иммунология.  М.: 

Бином, 2015 

 

38. 

 Mikrobun virulentliyinə nə xas deyil? 

A) 


xromosom və plazmid genlərlə nəzarət olunur 

B) 


həssas heyvanların orqanizmində təyin edilir 

C) 


xarici mühit faktorlarının təsiri nəticəsində dəyişir 

D) 


növün əlamətidir 

E) 


daxili amillərin təsiri  nəticəsində dəyişir 

 

 

Ədəbiyyat:  Левинсон  У.    Медицинская  микробиология  и  иммунология.  М.: 



Бином, 2015 

 

39. 

Hansı toksinlər hüceyrə adenilatsiklazasını aktivləşdirir? 

A) 


membranotoksinlər 

B) 


funksional blokatorlar 

C) 


eksfoliatinlər 

D) 


sitotoksinlər 

E) 


eritrogenin 

Ədəbiyyat:  Левинсон  У.    Медицинская  микробиология  и  иммунология.  М.: 

Бином, 2015 

 

40. 

 Rekonvalessensiya dövrünə nə xasdır? 

A) 


törədicilərin adqeziyası və həssas hüceyrələrdə kolonizasiyası 

B) 


törədicilərin orqanizmdə intensiv artması 

C) 


xəstəliyin qeyri-spesifik əlamətlərinin əmələ gəlməsi 

D) 


törədicinin orqanizmdə persistensiyası 

E) 


orqanizmin törədicilərdən azad olunması 

Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. 

Инфекционные болезни и эпидемиология. Москва, 2004 

 

41. 

 İmmun sistemin orqanlarına hansı aid deyil? 

A) 


diffuz limfoid toxuması 

B) 


limfatik düyünlər 

C) 


kiçik piylik 

D) 


limfoid follikulları 

E) 


peyyer düyünləri 

Ədəbiyyat:  Мальцев  В.Н.  Медицинская  микробиология  и  иммунология.  М. 

Практическая медицина, 2014 

 

 



42. 

Anafilaktik reaksiyanın əmələ gəlməsi nə ilə bağlıdır? 

A) 

reaqinlə 



B) 

properdinlə  

C) 

C-reaktiv zülalla 



D) 

lizosimlə 

E) 

komplementlə 



Ədəbiyyat:  Мальцев  В.Н.  Медицинская  микробиология  и  иммунология.  М. 

Практическая медицина, 2014 

 

43. 

Digər antigenlərə immun cavabın mövcudluğu ilə yanaşı müəyyən antigenə 

immun cavabın olmaması nəyi bildirir? 

A) 


immun çatmamazlığını 

B) 


autoimmunitetin yaranmasını 

C) 


immunoloji tolerantlığı 

 

 

D) 



immunoloji yaddaşı 

E) 


steril immunitetin yaranmasını 

Ədəbiyyat: A.Abbas.

 Cellular and Molecular Immunology, Elsevier, 7th edition, 

2015 


44. 

 İmmunoloji statusun təyini üçün nə müayinə edilmir? 

A) 

sitotoksik limfositlərin aktivliyi 



B) 

tosqun hüceyrələrin sayı 

C) 

limfositlərin proliferativ aktivliyi 



D) 

T- və B-limfositlərin sayi 

E) 

immunoqlobulinlərin konsentrasiyası 



Ədəbiyyat: A.Abbas.

 Cellular and Molecular Immunology, Elsevier, 7th edition, 

2015 

45. 

Timusdan  asılı  olmayan    antigenlər  hansı  hüceyrələrin  iştirakı  ilə  humoral 

immun cavabın formalaşmasına səbəb olurlar? 

A) 


neytrofillərin 

B) 


T-limfositlərin 

C) 


eozinofillərin 

D) 


B-limfositlərin 

E) 


monositlərin 

Ədəbiyyat:  Коротяев  А.И.  Медицинская  микробиология,  иммунология  и 

вирусология. СПб: Спец.Лит., 2012 

 

46. 

 I tipli qiperhəssaslığın inkişafında hansı hüceyrələrin iştirakı səciyyəvidir? 

A) 


tosqun hüceyrələrin 

B) 


T-limfositlərin 

C) 


sitotoksik əkscisimlərin 

D) 


komplementim 

E) 


neytrofillərin 

Ədəbiyyat:  Коротяев  А.И.  Медицинская  микробиология,  иммунология  и 

вирусология. СПб: Спец.Лит., 2012 

 

47. 

Qeyri-spesifik rezistentlik amillərinə hansı aid deyil? 

A) 


faqositoz 

B) 


lizosim 

C) 


komplement 

D) 


normal mikroflora 

E) 


immunoglobulinlər 

Ədəbiyyat:  Коротяев  А.И.  Медицинская  микробиология,  иммунология  и 

вирусология. СПб: Спец.Лит., 2012 

 

48. 

 Hansı  qida  mühiti  salmonellyozun  aşkarlanması  və  identifikasiyası  üçün 

istifadə olunmur? 

A) 

vismut-sulfit aqar 



B) 

Kliqler mühiti 

C) 

Levin mühiti 



 

 

D) 



selenit bulyonu 

E) 


qələvi aqar 

Ədəbiyyat:  Коротяев  А.И.  Медицинская  микробиология,  иммунология  и 

вирусология. СПб: Спец.Лит., 2012 

 

49. 

 Diareya  törədən  patogen  və  şərti-patogen  bağırsaq  çöplərini  hansı 

əlamətlərə görə fərqləndirirlər? 

A) 

laktozanı parçalama qabiliyyəti 



B) 

H

2



S əmələ gətirmə qabiliyyəti 

C) 


psixrofillik 

D) 


antigen strukturu 

E) 


tinktorial xassələri 

Ədəbiyyat:  Мальцев  В.Н.  Медицинская  микробиология  и  иммунология.  М. 

Практическая медицина, 2014 

 

50. 

Hansı  xüsusiyyətlərə  görə  difteriya  törədicisinin  gravis  biovarı  mitis 

biovarından fərqlənir? 

A) 

morfoloji 



B) 

kultural 

C) 

tinktorial 



D) 

biokimyəvi 

E) 

antigen   



Ədəbiyyat:  Руководство  к  практическим  занятиям  по  медицинской    

микробиологии,  вирусологии  и  иммунологии:  учебное  пособие  для 

мед.вузов/ Под.ред. В. В. Теца М.: Медицина, 2002 

 

51. 

Difteriya toksini hansı orqanlara təsir etmir? 

A) 


ürək əzələsinə 

B) 


böyrəklərə 

C) 


sinir qanqliyalara 

D) 


böyrəküstü vəzilərə 

E) 


diafraqmaya 

Ədəbiyyat:  Коротяев  А.И.  Медицинская  микробиология,  иммунология  и 

вирусология. СПб: Спец.Лит., 2012 

 

52. 

Difteriyanın  diaqnostikası  üçün  material  necə  götürülməlidir  və  nəql 

edilməlidir? 

A) 

quru pambıq tamponu ilə götürülüb 3-4 saat ərzində nəql olunmalıdır 



B) 

öskürək plastinkaları üsulu ilə götürülüb 3-4 saat ərzində nəql olunmalıdır 

C) 

quru pambıq tamponu ilə götürülüb 24 saat ərzində nəql olunmalıdır 



D) 

öskürək plastinkaları üsulu ilə götürülüb 24 saat ərzində nəql olunmalıdır 

E) 

islanmış pambıq tamponu ilə götürülüb 3-4 saat ərzində nəql olunmalıdır 



 

Ədəbiyyat:  Коротяев  А.И.  Медицинская  микробиология,  иммунология  и 

вирусология. СПб: Спец.Лит., 2012 


 

 

 



53. 

 Hansı mikroorqanizmlər mikobakteriozları törədir?  

A) 

M.bovis və M.leprae 



B) 

M.africanium və  M.bovis 

C) 

M.avium və M.kansassii 



D) 

M.tuberculosis və M.africanium 

E) 

M. tuberculosis və M.fortuitum 



Ədəbiyyat:  Мальцев  В.Н.  Медицинская  микробиология  и  иммунология.  М. 

Практическая медицина, 2014 

 

54. 

 Hansı bakteriyalar obliqat hüceyrə daxili parazitlərə aiddir? 

A) 

M. tuberculosis 



B) 

M.bovis 


C) 

M.avium 


D) 

M. fortuitum 

E) 

M.leprae 



Ədəbiyyat:  Левинсон  У.    Медицинская  микробиология  и  иммунология.  М.: 

Бином, 2015 

 

55. 

 Mikobakteriyalar hansı xəstəlikləri törədir? 

A) 

səthi mikozları 



B) 

dərin mikozları 

C) 

aktiomikozu 



D) 

cüzamı 


E) 

mikoplazmozu 

Ədəbiyyat:  Левинсон  У.    Медицинская  микробиология  и  иммунология.  М.: 

Бином, 2015 

 

56. 

 Cüzam törədicisinin kultivasiyası üçün hansı bioloji model əlverişlidir? 

A) 

dəniz donuzları 



B) 

dovşanlar 

C) 

zirehlilər 



D) 

qızılı dağ siçanı 

E) 

siçovullar 



Ədəbiyyat:  Левинсон  У.    Медицинская  микробиология  и  иммунология.  М.: 

Бином, 2015 

 

57. 

 Zədələnmiş toxumalarda cüzam törədiciləri necə yerləşir? 

A) 

hüceyrədaxili 



B) 

hüceyrəarası 

C) 

xaotik 


D) 

zədələnmiş hüceyrələrin üzərində 

E) 

toxumalarda kütlə şəkilində   



Ədəbiyyat:  Мальцев  В.Н.  Медицинская  микробиология  и  иммунология.  М. 

Практическая медицина, 2014 



 

 

 



 

58. 

 Legionellyozun əsas klinik formaları hansıdır? 

A) 

Marsel qızdırması və Malta qızdırması 



B) 

Filadelfiya qızdırması və Pontiak qızdırması 

C) 

Marburq qızdırması və Ebola qızdırması 



D) 

sarı qızdırma və Krım qızdırması 

E) 

Sindbis qizdirması və Çikunqunya 



Ədəbiyyat:  Медицинская  микробиология,  вирусология  и  иммунология.  Под 

ред. А.А.Воробьева. М., 2008

 

 

 



59. 

Qöy öskürək çöplərinə hansı patogenlik faktoru xas deyil? 

A) 

filamentoz qemaqqlyutinin 



B) 

koklyuş toksini 

C) 

pili 


D) 

neyrotoksin 

E) 

pertaktin 



Ədəbiyyat:  Госманов  Р.Г.  Микробиология  и  иммунология.  Учебное  пособие 

2-е изд., пер. и доп. СПб :Лань, 2013  

 

 

60. 



 Stafilokokların  çoxsaylı  dərmanlara  davamlılığın  əmələ  gəlməsi  nə  ilə 

əlaqədardır? 

A) 

kapsula ilə 



B) 

Ent-plazmidlə 

C) 

R-plazmidlə 



D) 

qialuronidaza ilə 

E) 

hemolizinlə 



Ədəbiyyat:  Мальцев  В.Н.  Медицинская  микробиология  и  иммунология.  М. 

Практическая медицина, 2014 

 

 

61. 



 Hansı infeksiyanın profilaktikası üçün anatoksin istifadə oluna bilər? 

A) 


meninqokok 

B) 


enterokok 

C) 


qonokok 

D) 


stafilokok 

E) 


streptokok 

Ədəbiyyat:  Мальцев  В.Н.  Медицинская  микробиология  и  иммунология.  М. 

Практическая медицина, 2014 

 

62. 

 β-hemolitik streptokoklara nə xas deyil? 

A) 


adqezinlər 

B) 


hərəkətsizlik 

 

 

C) 



qialuronidazanın sintezi 

D) 


toksinin ifrazı 

E) 


adenilatsiklaza 

Ədəbiyyat:  Мальцев  В.Н.  Медицинская  микробиология  и  иммунология.  М. 

Практическая медицина, 2014 

 

 



63. 

Hansı xəstəlikdən sonra davamlı immunitet əmələ gəlir? 

A) 

süzənək 


B) 

skarlatina 

C) 

stafilokok furunkulyozu 



D) 

qızıl yel 

E) 

anqina 


Ədəbiyyat:  Медицинская  микробиология,  вирусология  и  иммунология.  Под 

ред. А.А.Воробьева. М., 2008 

 

64. 

 Skarlatina törədicisinin toksini hansıdır? 

A) 

eritrogenin 



B) 

fibrinolizin 

C) 

hemolizin 



D) 

plazmokoaqulaza 

E) 

eritrolizin 



Ədəbiyyat:  Медицинская  микробиология,  вирусология  и  иммунология.  Под 

ред. А.А.Воробьева. М., 2008 

 

65. 

 Hansı bakteriyalar pnevmoniyanı törətmir? 

A) 

pnevmokok 



B) 

qonokok 


C) 

mikoplazma 

D) 

stafilokok 



E) 

spor əmələ gətirməyən anaerob bakteriyalar 

Ədəbiyyat:  Медицинская  микробиология,  вирусология  и  иммунология.  Под 

ред. А.А.Воробьева. М., 2008 

 

66. 

 Skarlatina  zamanı  toksinlərdən    hansı  biri  səpginin  əmələ  gəlməsinə  səbəb 

olur?  

A) 


enterotoksin  

B) 


hemolizin 

C) 


eksfoliatin 

D) 


fibrinolizin 

E) 


eritrogenin 

Ədəbiyyat:  Медицинская  микробиология,  вирусология  и  иммунология.  Под 

ред. А.А.Воробьева. М., 2008

 

 



 

 

 

67. 

 Süzənəyin törədicisinin bioloji xüsusiyyətlərinə hansı aid deyil? 

A) 


biokimyəvi cəhətdən çox zəyifdir 

B) 


yalnız insan üçün patogendir 

C) 


hərəkətlidir 

D) 


insan zülalı əlavə olunmuş qida mühitlərində bitir 

E) 


ətraf mühit amillərinə həssasdır 

Ədəbiyyat:  Медицинская  микробиология,  вирусология  и  иммунология.  Под 

ред. А.А.Воробьева. М., 2008 

 

68. 

 Hansı törədici üçün tamamlanmamış faqositoz xasdır? 

A) 


qızılı stafilokok 

B) 


epidermal stafilokok 

C) 


piogen streptokok 

D) 


qonokok 

E) 


 pnevmokok 

Ədəbiyyat:  Руководство  к  практическим  занятиям  по  медицинской 

микробиологии,  вирусологии  и  иммунологии:  учебное  пособие  для 

мед.вузов/ Под.ред. В. В. Теца М.: Медицина, 2002 

 

69. 

 Anaerob  bakteriyalar  normada  orqanizmin  hansı  biotoplarını  kolonizasiya 

etmirlər? 

A) 


nazik bağırsaq 

B) 


yoğun bağırsaq 

C) 


dəri 

D) 


uşaqlıq boyunu 

E) 


 uşaqlıq 

 

70. 

 Ciddi  anaerobların  kultivasiyası  üçün  hansı  laborator  avadanlığın  olması 

vacibdir? 

A) 

anaerostat 



B) 

Kox aparatı 

C) 

Krotov aparatı 



D) 

baktericid lampa  

E) 

hava ionizatoru 



Ədəbiyyat:  Борисов,    Л.    Б.Руководство    к  лабораторным    занятиям  по  

медицинской микробиологии, вирусологии и иммунологии / Л.  Б.  Борисов,  

Б.  Н.  Козьмин-Соколов,  И.  С. Фрейдлин. М.. 1993 

 

 



71. 

 Tədqiq  olunan  materialada  hansı  metabolik  markerlər  anaerobların 

olduğunu göstərir? 

A) 


rezaurin 

B) 


teyxoy turşuları 

C) 


mikol turşuları 

D) 


uçucu yağ turşuları 

 

 

E) 



efirlər 

Ədəbiyyat:  Руководство  к  практическим  занятиям  по  медицинской 

микробиологии,  вирусологии  и  иммунологии:  учебное  пособие  для 

мед.вузов/ Под.ред. В. В. Теца М.: Медицина, 2002 

 

72. 

 Məlum olan bioloji zəhərlərdən hansı daha güclüdür? 

A) 

diffteriya toksini 



B) 

tetanus toksini 

C) 

qanqrena toksini 



D) 

botulinik toksin 

E) 

histolitik toksin 



Ədəbiyyat:  Мальцев  В.Н.  Медицинская  микробиология  и  иммунология.  М. 

Практическая медицина, 2014 

 

73. 

 Spor əmələ gətirən anaerob bakteriyalar hansı xəstəlik törətmir? 

A) 

tetanus 


B) 

qızıl yel 

C) 

qaz qanqrenası 



D) 

botulizm 

E) 

psevdomembranoz kolit 



Ədəbiyyat:  Госманов  Р.Г.  Микробиология  и  иммунология.  Учебное  пособие 

2-е изд., пер. и доп. СПб :Лань, 2013  

 

74. 

 Planlı şəkildə kütləvi immunizasiya hansı xəstəliklərə qarşı aparılır? 

A) 

tetanus 


B) 

botilizm  

C) 

listerioz 



D) 

qaz qanqrenası 

E) 

psevdomembranoz kolit 



Ədəbiyyat:    Руководство  к  практическим  занятиям  по  эпидемиологии 

инфекционных  болезней:  Учебное  пособие.  /  Под  редакцией  В.И. 

Покровского, Н.И. Брико. М., 2007 

 

 



75. 

Tetanus toksini hansı strukturlara təsir edir? 

A) 

onurğa və uzunsov beyinin sinir toxumasına 



B) 

T- və B-limfositlərə 

C) 

sinaps keçiriciliyinə 



D) 

eninə zolaqlı əzələlərin liflərinə 

E) 

beyinciyin toxumalarına 



Ədəbiyyat:  Госманов  Р.Г.  Микробиология  и  иммунология.  Учебное  пособие 

2-е изд., пер. и доп. СПб :Лань, 2013  

 

76. 

 Tetanus toksininin bioloji xüsusiyyətləri hansıdır? 

A) 

sitotoksin 



 

 

B) 



eritrogenin 

C) 


membranotoksin 

D) 


hemolizin 

E) 


funksional blokator 

Ədəbiyyat:  Госманов  Р.Г.  Микробиология  и  иммунология.  Учебное  пособие 

2-е изд., пер. и доп. СПб :Лань, 2013  

 

77. 

 Tetanus zamanı tədqiqat üçün hansı material götürülür? 

A) 


qusuntu 

B) 


sidik 

C) 


qan 

D) 


likvor 

E) 


nəcis 

Ədəbiyyat:  Руководство  к  практическим  занятиям  по  медицинской 

микробиологии,  вирусологии  и  иммунологии:  учебное  пособие  для 

мед.вузов/ Под.ред. В. В. Теца М.: Медицина, 2002 

 

78. 

 Tetanus keçirildikdən sonra hansı növ immunitet formalaşır? 

A) 

antibakterial 



B) 

yerli 


C) 

ömürlük 


D) 

antitoksik 

E) 

formalaşmır 



Ədəbiyyat:  Госманов  Р.Г.  Микробиология  и  иммунология.  Учебное  пособие 

2-е изд., пер. и доп. СПб :Лань, 2013  

 

79. 

 Qaz qanqrenası törədicisinin patogenlik faktoruna hansı aid deyil? 

A) 

kapsula 


B) 

pili 


C) 

ekzotoksin 

D) 

aqressiya fermentləri 



E) 

qialuronidaza  

Ədəbiyyat: Волина Е.Г. Частная микробиология: учебное пособие. М.: РУДН, 

2016 


 

 

80. 

Qaz qanqrenası  keçirildikdən sonra hansı növ immunitet formalaşır? 

A) 


ömürlük 

B) 


formalaşmır 

C) 


antibakterial 

D) 


antitoksik 

E) 


yerli 

Ədəbiyyat:  Мальцев  В.Н.  Медицинская  микробиология  и  иммунология.  М. 

Практическая медицина, 2014 

 


 

 

 



81. 

 Spor əmələ gətirməyən patogen anaeroblara hansı bakteriyalar aiddir? 

A) 

bakteroidlər 



B) 

peptostreptokoklar 

C) 

basillər 



D) 

veylonellalar 

E) 

 

klostridiyalar 



Ədəbiyyat:  Мальцев  В.Н.  Медицинская  микробиология  и  иммунология.  М. 

Практическая медицина, 2014 

 

 

82. 



Nəcisdən  götürülmüş  yaxmanın  mikroskopiyası  zamanı  törədicilər  “uçan 

qaranquş”  şəkilində yerləşir. Bu hansı bakteriyalara aiddir? 

A) 

bakteroidlər 



B) 

asinetobakterlər 

C) 

kampilobakteriyalar 



D) 

citrobakterlər 

E) 

klostridiyalar 



Ədəbiyyat: Руководство к практическим занятиям по медицинской 

микробиологии, вирусологии и иммунологии: учебное пособие для 

мед.вузов/ Под.ред. В. В. Теца М.: Медицина, 2002 

 

83. 

Qaz-maye xromatoqrafiyası anaerob bakteriologiyada nə üçün tətbiq edilir? 

A) 


anaerobların şəkərləri parçalaması aktivliyini öyrənmək üçün 

B) 


növdaxili identifikasiyası üçün  

C) 


epidemioloji anamnezi toplamaq üçün 

D) 


tədqiq olunan materialda anaerobların növ identifikasiyası üçün 

E) 


laktozanı parçalama qabiliyyətinin təyini üçün 

Ədəbiyyat: Руководство к практическим занятиям по медицинской 

микробиологии, вирусологии и иммунологии: учебное пособие для 

мед.вузов/ Под.ред. В. В. Теца М.: Медицина, 2002 

 

84. 

 Spiroxetlərin hüceyrəsinin hansı komponenti yoxdur? 

A) 

sadə miseli 



B) 

protoplazmatik silindr 

C) 

peptidoqlikan 



D) 

periplazmatik fibrillalar  

E) 

çoxqatlı hüceyrə qişası 



Ədəbiyyat:  Борисов  Л.Б.  Руководство    к  лабораторным    занятиям  по  

медицинской микробиологии, вирусологии и иммунологии / Л.  Б.  Борисов,  

Б.  Н.  Козьмин-Соколов,  И.  С. Фрейдлин. М.. 1993. 

 

85. 

 Leptospiralar  treponemalardan  hansı    tinktorial  xüsusiyyətləri  ilə 

fərqləndirlər? 

A) 

nazik sapvari forması 



 

 

B) 



Romanovski-Qimza üsulu ilə qırmızı rəngə boyanırlar 

C) 


sista əmələ gətirmirlər 

D) 


çox saylı burmalar əmələ gətirirlər 

E) 


fibrillalar hüceyrənin qütblərindən çıxır 

Ədəbiyyat:  Борисов  Л.Б.  Руководство    к  лабораторным    занятиям  по  

медицинской микробиологии, вирусологии и иммунологии / Л.  Б.  Борисов,  

Б.  Н.  Козьмин-Соколов,  И.  С. Фрейдлин. М.. 1993. 

 

86. 

 Leptospirozun 1-ci həftəsində tədqiqat üçün hansı material götürülür? 

A) 

sidik 


B) 

nəcis 


C) 

qan 


D) 

zərdab 


E) 

likvor 


Ədəbiyyat: Методы    исследования    в микробиологии : учеб.метод пособие / 

Ж. Г. Шабан [и др.]. Минск : БГМУ, 2010 

 

87. 

 Borreliyalar digər spiroxetlərdən morfolji cəhətdən nə ilə fərqlənir? 

A) 

3-8 burma əmələ gətirirlər 



B) 

Romanovski-Qimza üsulu ilə göy-bənövşəyi rəngə boyanırlar 

C) 

nazik sapvari forması ilə 



D) 

hərəkətedici fibrillyar aparatı var 

E) 

Qram üsulu ilə çox zəyif boyanırlar  



Ədəbiyyat:  Левинсон  У.    Медицинская  микробиология  и  иммунология.  М.: 

Бином, 2015  

 

88. 

 Qara  yaranın  profilaktikası  üçün  hansı  immunobioloji  preparatlar  istifadə 

edilir? 

A) 


ölü vaksin 

B) 


kimyəvi vaksin 

C) 


anatoksin 

D) 


antibakterial zərdab 

E) 


diri vaksin 

Ədəbiyyat: Л.И. Слюсарь, Е.И. Беседина, В.В.Гажиев, В.А. Мельник. 

Сибирская   язва. Эпидемиология, клиника, лечение и профилактика (учебное 

пособие ). ДГМУ им. М. Горького, Донецк, 1997 



89. 

 Bağırsağın normal mikroflorasına hansı bakteriyalar aid deyil? 

A) 

bifidobakteriyalar 



B) 

bakteroidlər 

C) 

hemofil çöplər 



D) 

laktobakteriyalar 

E) 

 klostridiyalar 



Ədəbiyyat:  Мальцев  В.Н.  Медицинская  микробиология  и  иммунология.  М. 

Практическая медицина, 2014 

 


 

 

90. 

Hansı  mikroorqanizmlər  bağırsağın  selikli  qişasının  kolonizasiya 

rezistentliyini təmin edirlər? 

A) 

göbələklər 



B) 

ibtidailər 

C) 

aerob bakteriyalar 



D) 

anaerob bakteriyalar 

E) 

bağırsaq virusları 



Ədəbiyyat:  Мальцев  В.Н.  Медицинская  микробиология  и  иммунология.  М. 

Практическая медицина, 2014 

 

91. 

Mürəkkəb  quruluşlu  virusların    sadə  quruluşlu  viruslardan  morfoloji 

cəhətdən fərqi nədədir? 

A) 


kapsidin olması  

B) 


nuklein turşusunun olması 

C) 


superkapsidin olması 

D) 


simmetriyanın kub şəkilində olmasında 

E) 


disyunktiv reproduksiyada  

Ədəbiyyat:  Мальцев  В.Н.  Медицинская  микробиология  и  иммунология.  М. 

Практическая медицина, 2014 

 

92. 

 Profaq tərkibli bakteriyalar kulturası necə adlanır? 

A) 


lizogen 

B) 


transformasiya olunmuş 

C) 


modifikasiya olunmuş 

D) 


supressiya olunmuş 

E) 


abortiv 

Ədəbiyyat: Волина Е.Г. Частная микробиология: учебное пособие. М.: РУДН, 

2016 

 

93. 



Orqanizmin hansı qeyri-spesifik mühafizə amilləri onu virus infeksiyasından 

qoruyur? 

A) 

sekretor əkscisimlər 



B) 

zərdab əkscisimləri 

C) 

interferonlar 



D) 

iltihab mediatorları 

E) 

reaginlər 



Ədəbiyyat:  Мальцев  В.Н.  Медицинская  микробиология  и  иммунология.  М. 

Практическая медицина, 2014 

 

94. 

Histoplazmozun törədicisinin parogenlik amilləri hansıdır? 

A) 

mikrokonidiyalar 



B) 

ekzotyoksin 

C) 

h antigen  



D) 

m antigen 

E) 

endotoksin 



 

 

Ədəbiyyat:  Мальцев  В.Н.  Медицинская  микробиология  и  иммунология.  М. 



Практическая медицина, 2014 

 

 



95. 

 Qara kif əmələ gətirən törədicinin patogenlik amillərinə hansı aid deyil? 

A) 

turş fosfataza 



B) 

proteaza 

C) 

kollagenaza 



D) 

elastaza 

E) 

fosfolipaza 



Ədəbiyyat:  Руководство  к  практическим  занятиям  по  медицинской 

микробиологии,  вирусологии  и  иммунологии:  учебное  пособие  для 

мед.вузов/ Под.ред. В. В. Теца М.: Медицина, 2002 

 

96. 

 Kandidozun klinik formalarına hansı biri aid deyil? 

A) 


səthi kandidoz 

B) 


qranulematoz kandidoz 

C) 


fistulyozlu kandidoz 

D) 


visseral kandidoz 

E) 


sistemli (disseminasiya olunmuş) kandidoz 

Ədəbiyyat: Медицинская микробиология, вирусология и иммунология. Под 

ред. А.А.Воробьева. М., 2008 

 

97. 

Diareyalı  xəstənin  nəcisindən  götürülmüş  nativ  yaxmanın  mikroskopiyası 

zamanı    amöbə  bənzər  hüceyrə  divarı  olmayan,  nüvəsi  qıraqda  yerləşən,  iri 

vakuolu olan  mikroorqanizm müşahidə edilmişdir. Bu hansı törədicidir? 

A) 


Entamoeba histolytica 

B) 


Entamoeba dispar 

C) 


Balantidium coli 

D) 


Blastocystis hominis 

E) 


Naegleria fowleri 

Ədəbiyyat:  Паразитарные  болезни  человека  (протозоозы  и  гельминтозы)  : 

руководство для врачей / Е.Я. Адоева, [и др.] - СПб. : Фолиант, 2006 

 

98. 

Şiqellyoz  diaqnozu  təsdiqlənmiş  diareyalı  xəstənin  nəcisindən  götürülmüş 

nativ  yaxmanın  mikroskopiyası  zamanı  yalnız  girdə  formalı  8  nüvəli  iri  sistalar 

müşahidə edilmişdir. Bu hansı ibtidai növüdür? Xəstəlik törədə bilər? 

A) 


İodamoeba butschulii; xəstəlik törədə bilər 

B) 


Entamoeba coli; xəstəlik törədə bilməz 

C) 


Entamoeba histolytica; xəstəlik törədə bilər 

D) 


Endolimax nana; xəstəlik törədə bilər 

E) 


Entamoeba dispar; xəstəlik törədə bilməz 

Ədəbiyyat:  Генис Д.Е..  Медицинская паразитология. М., 1991 

 


 

 

99. 

Nəcisdən  götürülmüş  nativ  yaxmada  mikroskopiya  zamanı  40  mkm 

ölçüsündə 

psevdopodiya 

vasitəsi 

ilə 

irəliləyən, 



nüvəsi 

görünməyən, 

sitoplazamasının  daxilində  həzm  olunmuş  eritrosit  müşahidə  edilən  amöb 

aşkarlanmışdır. Bu hansı ibtidai növü və formasıdır? 

A) 

Entamoeba histolytica törədicisinin böyük veqetativ formasıdır 



B) 

Entamoeba histolytica törədicisinin toxuma fornasıdır 

C) 

Entamoeba histolytica törədicisinin bağırsaq boşluğu formasıdır 



D) 

Entamoeba histolytica törədicisinin sistadan əvvəl formasıdır 

E) 

Entamoeba histolytica törədicisinin sistasıdır 



Ədəbiyyat:  Генис Д.Е..  Медицинская паразитология. М., 1991 

 

100.  Nəcisdən  götürülmüş  nativ  yaxmada  mikroskopiya  zamanı  oval  formada,  

qişası  qalın,  bir  qədər  hüceyrə  cismindən  aralanmış  sistalar  aşkarlanmışdır.  Bu 

hansı ibtidai növünün sistalarıdır? 

A) 

Trichomonas vaginalis 



B) 

Trypanosoma gambiense 

C) 

Giardia intestinalis 



D) 

Trichomonas hominis 

E) 

Chilomastix mesnili 



Ədəbiyyat:  Паразитарные  болезни  человека  (протозоозы  и  гельминтозы)  : 

руководство для врачей / Е.Я. Адоева, [и др.] - СПб. : Фолиант, 2006 



 

 

 



 

28.06.2018-ci il tarixində əlavə olunub  

 

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin