149
MƏDƏNİYYƏT DÜNYASI
Elmi-nəzəri məcmuə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,
XXVI buraxılış, Bakı, 2013
МИР КУЛЬТУРЫ
Научно-теоретический сборник
Азербайджанский Государственный Университет Культуры и Искусств,
ХХVI выпуск, Баку, 2013
THE WORLD OF CULTURE
Scientific-theoretical bulletin
Azerbaijan State University of Culture and Art, ХХVI edition, Baku, 2013
İ L A H İ Y Y A T
UOT 28
Səbinə Mirzəyeva
Bakı Dövlət Universiteti
Ilahiyyat üzrə fəlsəfə doktoru, dosent
AZ - 1148, Akademik Zahid Xəlilov küçəsi 23
Email: mirzoeva76@gmail.com
İSLAMDA
EVLİLİK ƏQDİNİ TƏNZİMLƏYƏN HÖKMLƏR
Xülasə: Nikah sözü ərəb dilində “nəkəha” felinin məsdəri olub, kişi ilə qadının
evlənib intim əlaqədə olması mənasındadır. Nikah insanların həyatda bağladıqları ən
mühüm əqddir. Ailə yuvası nikahla mövcud ola bilər.
Nikah - qanunla müəyyən edilmiş qayda və şərtlərə riayət etməklə bağlanılan,
ailə yaratmaq məqsədi güdən və ər-arvad arasında şəxsi və əmlak hüquq və vəzifələrini
doğuran, qadınla kişinin azad, könüllü və bərabərhüquqlu ittifaqıdır.
Açar sözlər: Ailə, islam, hüquq,nikah,əqd.
Nikah termini , hökmü və hüquqi anlayışı: Nikah sözü ərəb dilində “nəkəha”
felinin məsdəri olub, kişi ilə qadının evlənib intim əlaqədə olması mənasındadır. Nikah
insanların həyatda bağladıqları ən mühüm əqddir. Ailə yuvası nikahla mövcud ola bilər.
Nikah Peyğəmbərlərin ən çox təkidlə vurğuladıqları bir sünnədir. Uca Allah buyurur:
“(Ya Rəsulum!) Biz səndə əvvəl də Peyğəmbərlər göndərdik, onlara zövcələr,
övladlar verdik...”. (6,ər-Rəd: 38)
Nikahı üzürsüz yerə tərk etmək məkruhdur. Ənəs ibn Malik deyir ki, bir gün “üç
nəfər Peyğəmbərin (s.a.v) zövcələrinin evinə gəlib onun ibadəti haqqında soruşdular.
Onlara bu haqda xəbər verildi və sanki onlar Peyğəmbərin (s.a.v) bundan daha az ibadət
etdiyini düşünürdülər. Lakin onlar işin həqiqətini bildikdə, “biz hara Peyğəmbər hara!?
150
Onun bütün keçmiş və gələcək günahları bağışlanıb!” – deyərək özlərinə sual
verdilər.Onlardanbiridedi: Bundansonraməndaimagecələrinamazqılacağam.O biri dedi:
Mən il boyu oruc tutacam. Bir gün də olsun iftar etməyəcəyəm. Digəri isə dedi: Mən isə
qadınlardan uzaq durub heç vaxt evlənməyəcəyəm.Sonra Peyğəmbər (s.a.v) gəldi və
dedi: Belə-belə sözləri deyən siz idiniz!? Allaha and olsun mən sizin aranızda Allahdan
daha çox qorxan, təqvalı olanam. Amma mən həm oruc tutur, həm də iftar edirəm. Həm
namaz qılır, həm də yatıram. Qadınlarla da evlənirəm. Kim mənim sünnəmdən imtina
edərsə məndən deyildir.”(7, 67) Nikah zinaedəcəyindən qorxan insana vacibdir. Çünki
zina və zinaya aparan vasitələr və yollar haramdır. Kim buna düçar olacağından
qorxarsa, tezliklə bunu özündən uzaqlaşdırmalıdır. Əgər bunu nikahdan başqa bir yolla
uzaqlaşdırmaq mümkün deyilsə, o zaman nikah etmək vacibdir. (7,Əs-Seylul Cərrar: 2/
243)
Nikaha daxil olanların vəziyyətinə əsasən nikahın hökmü fərz, vacib, sünnət,
haram, məkruh və mubah kimi qismlərə ayrılmışdır.
1. Evlənməyəcəyi təqdirdə zina edəcəyi ehtimal olan şəxsin evlənməyi vacib və
fərzdir. Hənəfilərdən başqa bir çox fəqihlərə görə fərz və vacib arasında fərq yoxdur.
Ancaq bununla yanaşı evlənən şəxs mehir verəcək və ailəni dolandıracaq bir imkana
sahib olmalıdır.
2. Evləndikdə yoldaşına və uşaqlarına zülm və işgəncə edəcəyi dəqiq olan
adamın evlənməyi haramdır.
3. Yoldaşına zülm etmə ehtimalı olan şəxsin evlənməsi məkruhdur.
4. Cinsi baxımdan itidal (yəni zinaya düşmə və yoldaşına zülm etmə qorxusu
olmayan kəs) halında olanların evlənməsi sünnətdir.
İmam Şafeiyə görə itidal vəziyyətində evlənmək mubah olub, mömini bu işdə
sərbəst buraxmaq lazımdır. İmam Şafei buna sübut (4/24) ayəni gətirərək bir şeyin halal
olmasını mubah olması kimi izah etmişdir. Çünki halal və mubah sözləri eyni
mənadadır. Yemək, içmək, alış-veriş mubah hərəkətlər olduğu üçün evlənmək də
mubah hərəkətdir. (7, 122)
Məzhəblər arasında bu şərtlərə riayət etmə baxımından olan fikirlər
müxtəlifdir.Hənbəlilər qadına uyğun şərt olmadıqda, onun nikahı ləğv etmə hüququnun
olduğunu bildirmişdir. Hənəfilər isə bu vəziyyətdə də qadına haqq vermirlər. (8;181)
Nikahın hüquqi anlayışı : Ensiklopedik lüğətlərdə nikahın sosioloji anlayışını
"cinslərarası münasibətlərin tənzimlənməsini tələb edən və uşağın ailədə yerini
müəyyənləşdirən qadınla kişinin ittifaqı" və ya "tarixən (şəraitlə) şərtləndirilrniş,
cəmiyyət tərəfindən sanksiyalanmış və tənzimlənən bir-birinə və uşaqlarına
münasibətlərini müəyyənləşdirən ictimai forma" kimi verilmişdir. Ən yeni enisklopedik
ədəbiyyatda Rusiyada 1997-ci ildə nəşr olunmuş ensiklodik liiğətdə nikahın anlayışı
belə təsvir olunmuşdur: "Nikah ər-arvadlıq hüquq və vəzifələrini doğuran və uşaqları
qarşısında öhdəliklərini yaradan kişi ilə qadının ailə ittifaqıdır.
Hələ XX əsrin əvvəllərində görkəmli mülkü hüquq tədqiqatçısı Qabriyel
Feliksovic Şerşeneviç nikaha kişi və qadının birgə yaşayış məqsədilə qarşılıqlı
razılaşmaya əsaslanan və müəyyən edilmiş formada bağlanılan, ittifaqı kimi tərif
vermişdir.(13,54)
Nikah anlayışının bu tərifı sonrakı tədqiqatçılar üçün də bir çox cəhətdən
istiqamətverici olmuş və onlar da öz təriflərində nikahı kişi və qadının könüllü ittifaqı
kimi səciyyə etmişlər.
Görünür, bu düşüncələrə əsaslanaraq, ayrı-ayrı müəlliflər təsdiq edirdilər ki,
nikah anlayışının tərifi ailə hüququ elminin vəzifəsidir. Nikah anlayışının tərifı
probleminə ailə hüququ üzrə mütəxəssislərin əksəriyyəti müraciət etmişdir.
151
(Q.M.Sverdlov, A.M.Belyakova, R.M.Vorojeykin, N.V.Orlova, A.İ.Perqament,
O.S.İoffe, Q.K.Matveyev, V.F.Maslov, A.A.Puşkin, V.A.Ryasentscev, V.İ.Boşko və
digərləri).
V.A.Ryasentsev nikahı kişi və qadının ailə yaradılmasına yönəldilmiş və onlar
üçün qarşılıqlı şəxsi və əmlak hüquq və vəzifələrini doğuran, hüquqi sənədləşdirilmiş,
azad və könüllü ittilıaqı kimi miiəyyən edir. Q.K.Matveyev də həmçinin nikahın həmin
xüsusiyyətlərini qeyd cdərək vurğulayır ki, nikah kişi və qadmın ailə qurmaq məqsədilə
bağladığı və onlar arasında qarşılıqlı şəxsi və əmlak hüquq və vəzifələrinin
müəyyənləşdirildiyi azad, bərabərhüquqlu və ömürlük ittifaqıdır.(4,98)
Nikahın aşkar edilən hüquqi əlamətlərini nəzərə almaqla nikahın aşağıdakı tərifıni
təklif etmək mümkündür.
Nikah - qanunla müəyyən edilmiş qayda və şərtlərə riayət etməklə bağlanılan,
ailə yaratmaq məqsədi güdən və ər-arvad arasmda şəxsi və əmlak hüquq və vəzifələrini
doğuran, qadınla kişinin azad, könüllü və bərabərhüquqlu ittifaqıdır.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2-ci maddəsində nikahın tərifi verilir:
"Nikah kiºi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında
qeydiyyata alınan könüllü ittifaqıdır". (12,34)
Beləliklə, ailə hüququnda hüquqi əhəmiyyət kəsb edən anlayış nikah anlayışıdır.
İslam ailə hüququ cahiliyyət dövründəki evlənmə şəkillərinin bəzilərini ləğv
edərək yeni qanunlar qoymuşdur. Cahiliyyət dövründə islamdan əvvəlki ərəblərdə
aşağıdakı evlənmə şəkilləri vardır:
1. Hitbə: Elçilik yolu ilə qız istənirdi. Qızın razılığı olmasa da, mehir təyin
edilərək ərə verilirdi.
2. Bir çox kişilərlə evlənmək adəti vardı. Qadın bir çox kişilərlə əlaqədə olardı,
uşaq dünyaya gələndən sonra hansı kişiyə istəsə, uşağı ona aid edərdi. Və o da qəbul
etmək məcburiyyətində olardı.
3. Yaxşı nəsildən övlad qazanmaq üçün qadınlar istənilən şəxslə əlaqədə ola
bilərdilər. Və ər də buna etiraz etməzdi.
4. İki kişi qadınlarını dəyişə bilərdilər.
5. Mut’anikahı vardı. Bu müvəqqəti nikah deməkdir. Bu gün də bu nikah
növündən bəziləri istifadə edir.
6. Azad qadınların zina etməsi ayıb sayılırdı. Buna görə də onlar gizli
münasibətdə olardılar. Buna nikah-i hadn deyilirdi.
7. Qardaşın ölən atanın arvadı ilə evlənmə adəti vardı. Ata öldükdə ögey oğul öz
əbasını ananın üzərinə ataraq mehirsiz, əqdsiz dul qalan qadını alardı. Buna
maqdnikahı
deyilirdi.
İslam ailə hüququ bu adətləri qadağan edərək əxlaqsızlığa son qoydu. Bildiyimiz
kimi evi quran, idarə edən, hamilə olduğu halda, evin bütün ağırlığını daşıyan, halsız
olsa belə uşaqlara təmənnasız baxan, özü yeməyib övladına yedirdən, gecələri şirin
yuxusuna haram qatan, övladını cəmiyyət üçün xeyirli bir vətəndaş kimi yetişdirən
analardır. Məhz bu kimi xüsusiyyətlərə görə islam ailə hüququ ailəyə şərəfli bir yer
verərək qadınlara bir sıra üstün haqlar vermişdir.
İslamda qadın da kişi kimi hər bir haqqa sahibdir. Bura ailə, ictimai, siyasi, təlim
və tərbiyə haqları aiddir. Qadın hər bir vəzifədə işləyə bilər, öz mallarını sərbəst idarə
edə bilər, dava aça bilər, vəkil tuta bilər. Və bu işlərin heç birinə ərinin qarışmağa
ixtiyarı yoxdur. Ailə hüququna aid Bəqərə, Nisa, Maidə, Nur, Talaq surələrində bir çox
ayələr vardır.
Fiqhin tərifinə görə əsasən nikah, mülki mutanı ifadə edən bir əqddir. Muta
qadının qadınlığından istifadə etmək deməkdir. Qadın və kişi evlənməklə qarşılıqlı
152
olaraq bir sıra haqq və vəzifələri könüllü surətdə qəbul etmiş olurlar. Bir sözlə,
evlənmələri qadağan olmayan bir kişi ilə qadın arasında olan intim ortaq həyat və nəsli
davam etdirmək üçün bağları meydana gətirən bir əqddir. Qurani- Kərimdə bu musani-
qaliz,yəni möhkəm bağ kimi keçir. İslamda nikah əqdi həm qanuni bir əqd, bir
ibadətdir. Müasir fəqihlərdən İbn Abidin məşhur “Rəddul muhtar” əsərində nikah
mövzusuna bu cümlələrlə başlamışdır: “Bizim üçün hz. Adəmdən bu günə qədər
mövcud olmuş, sonra isə cənnətdə davam edəcək nikah ilə imandan başqa ibadət
yoxdur.(12;101)
Şafeilərə görə isə evlənmək alıb-vermək kimi dünya işlərinə aid olduğu üçün
ibadət sayılmır. Onların gətirdikləri sübut qeyri-müsəlmana da nikahının İslam
nəzərində qəbul edilməsidir. Çünki evlilik sırf insani bir istəkdir, ibadət isə Allaha
aiddir. Bir çox məzhəb müctəhidləri Şafilərin bu fikirlərinə qarşı çıxaraq hz.
peyğəmbərin hədislərini misal göstərmişlər: Ən pisiniz subay yaşayanınızdır”.
“Uşaqlarına, yoldaşına və qulluqçuna verdiyin sənin üçün bir sədəqədir”. “Sizin hər
birinizin evlənməyində sədəqə savabı vardır”.
İslam ailə hüququnda nikah hüquqi bir əqd olaraq bir din adamının, şahidlərin və
dövlət rəsmisinin vasitəsilə həyata keçirilir. Qərb ölkələrində, xristian cəmiyyətlərində
dini və ya qanuni xüsusiyyəti uzun illər müzakirə olunaraq bəzi ölkələrdə dini, bəzi
ölkələrdə isə qanuni nikah mənimsənmişdir. Rəsmi dövlət məmuru qarşısında
qeydiyyata alınan nikah “qanuni nikah” adlanır.
Fransada 1787-ci ildə kral tərəfindən belə bir qanun qoyulmuşdu ki, katolik
olmayanlar istəsələr, öz yaşadıqları əraziyə yaxın bir kilsədə və yaxud da hakim önündə
evlənə bilərlər. Burada birinci dini, ikinci isə qanuni nikah xüsusiyyətindədir. Bəzi
xristian ölkələri isə sonralar qanuni evlənməklə yanaşı, dini evlənməyi də şərt
qoymuşlar. Məsələn, Yunanıstan və Rumunya qanuni nikahdan əvvəl dini nikah
bağlanmasını ön şərtlərdən biri olaraq irəli sürmüşlər. (13; 151: 107)
ABŞ-da, İngiltərə və Skandinaviya ölkələrində isə cəmiyyət istədiyi dini və
qanuni nikahdan sərbəst seçmə haqqına sahibdirlər.
Hollandiya, İsveçrə, Türkiyə, Azərbaycan, o cümlədən keçmiş Sovetlər
Birliyindən olan respublikalarda qanuni evlənmə məcburidir. Bu kimi ölkələrdə dövlət
rəsmisi qarşısında qıyılmayan nikah yox hökmündədir. Ancaq rəsmi nikahdan sonra
dini mərasim sərbəst buraxılmışdır.
Osmanlı dövlətinin 1917-ci il “Hüquqi ailə qanunnaməsi” xristian və musəvilər
üçün dini və qanuni nikah usuləsi etmişdir. Qeyri-müsəlmanların nikahı evdə, kilsədə,
salonda keşiş və dövlət məmuru, müsəlmanların nikahı da bu qaydada, ancaq məscid və
hakim olmaq şərti ilə həyata keçirilə bilərdi. Nikah haqqında məlumat iyirmi dörd saat
əvvəl dövlət məmuruna xəbər verilməli idi.
Ədəbiyyat
:
1.
Abdullayev H. İslam dini haqqında. Bakı :Azərnəşr, 1958, 118s.
2.
Əlizadə Ə.Ə., Abbasov A.H. Ailə. Bakı: Maarif, 1989, 252s.
3.
HeydəroğluHacıArif. Müхtəsər Elmihal. Bakı, 2003, 450s.
4.
Həmidullah Məhəmməd. Islamagiriş. Bakı: Qismət, 2006, 336s.
5.
İslam təhriflərə cavab. Bakı: Az. Dövlət kitab palatası, 1997, 133s.
6.
Qurani Kərim. Ərəb dilindən tərcümə edənlər Z.M.Bünyadov; V.M.Məmmədəliyev. Bakı: Qismət,
2004, 607s.
7.
Quluzadə M. Dinimizdünənvəbugün (1920-1990) Bakı: “Azərbaycanensiklopediyası” 1996, 152s.
Türk dilində
8.
Ansiklopedik büyük islam ilmihali. Istanbul: Cağaloğlu, 1979, 713s.
9.
Bilmen Ömer Nasuhi. Büyük islam ilmihali. Istanbul: Şenyıldız, 1997, 536s.
10.
Büyük din və islam ansiklopedisi. İstanbul: Taanmat, 1964, 480s.
153
Rus dilində
11.
Грюнебаум. Р.Е. Классический Ислам. Очерк истории. М: Наука 1986, 215 стр.
12.
Гразневич П.В. Происхождение Ислама. Донецк, 1980, 156 стр.
Сабина Мирзоева
Веления, регулирующие акт брака в исламе
Резюме
Слово «брак» является масдаром глагола «накаха» в арабском языке и означает интимную
связь мужчины с женщиной. Брак – это самый важный акт, заключаемый людьми в жизни. Семья
может существовать в браке.
Брак - это свободный, добровольный и равноправный союз мужчиной и женщиной на основе
правил и условий, предусмотренных законом, с целью создания семьи и предусматривающий права и
обязанности на личность и имущество между мужем и женой.
Ключевые слова
: Семья, права человека, Ислам,брак, акт
Sabina Mirzoyeva
Dictations regulating marriage act in Islam
Summary
The word “marriage” is an indetinite form of the verb “Nakaha”in Arabic and means intimate
relationship of a man with a woman. Marriage is the most important act contracted by people in their life.The
family may exist in marriage.
Marriage is free, volunteer and equal union between man and woman on base of rullesand conditions
of law aimed on family establishment, providinq rights and duties on personality and property between
husband and wife.
Keywords: family, human rights, Islam, marriage, act
Məqalənin redaksiyaya daxil olma tarixi: 18.09.2013
Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 27.09.2013
Məqalənin çapa qəbul olunma tarixi: 15.11.2013
Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı: kulturologiya üzrə fəlsəfə doktoru,
dosent Sədaqət Əliyeva
ADMİU
-nun Elmi Şurasının 05 dekabr 2013-cü il, 03 saylı qərarı ilə çap olunur.
Dostları ilə paylaş: |