Мир культуры



Yüklə 206,87 Kb.
Pdf görüntüsü
tarix07.01.2017
ölçüsü206,87 Kb.
#4732
növüXülasə

149 

 

MƏDƏNİYYƏT DÜNYASI 

Elmi-nəzəri məcmuə 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 

XXVI buraxılış, Bakı, 2013 

 

МИР КУЛЬТУРЫ

 

Научно-теоретический сборник 

Азербайджанский Государственный Университет Культуры и Искусств, 

ХХVI выпуск, Баку, 2013 

 

THE WORLD OF CULTURE 

Scientific-theoretical bulletin 

Azerbaijan State University of Culture and Art, ХХVI edition, Baku, 2013 

 

 



İ L A H İ Y Y A T

 

 

UOT 28 

Səbinə Mirzəyeva  

Bakı Dövlət Universiteti 

 

Ilahiyyat üzrə fəlsəfə doktoru, dosent 

AZ - 1148, Akademik Zahid Xəlilov küçəsi 23 

 Email: mirzoeva76@gmail.com 

 

 

 

İSLAMDA

 EVLİLİK ƏQDİNİ TƏNZİMLƏYƏN HÖKMLƏR 

 

 



Xülasə: Nikah sözü ərəb dilində “nəkəha” felinin məsdəri olub, kişi ilə qadının 

evlənib  intim  əlaqədə  olması  mənasındadır.  Nikah  insanların  həyatda  bağladıqları  ən 

mühüm əqddir. Ailə yuvası nikahla mövcud ola bilər.  

Nikah  -  qanunla  müəyyən  edilmiş  qayda  və  şərtlərə  riayət  etməklə  bağlanılan, 

ailə yaratmaq məqsədi güdən və ər-arvad arasında şəxsi və əmlak hüquq və vəzifələrini 

doğuran, qadınla kişinin azad, könüllü və bərabərhüquqlu ittifaqıdır. 



Açar sözlər: Ailə, islam, hüquq,nikah,əqd.  

 

 

Nikah  termini  ,  hökmü  və  hüquqi  anlayışı:  Nikah  sözü  ərəb  dilində  “nəkəha” 

felinin məsdəri olub, kişi ilə qadının evlənib intim əlaqədə olması mənasındadır. Nikah 

insanların həyatda bağladıqları ən mühüm əqddir. Ailə yuvası nikahla mövcud ola bilər. 

Nikah  Peyğəmbərlərin  ən  çox  təkidlə  vurğuladıqları  bir  sünnədir.  Uca  Allah  buyurur: 



“(Ya  Rəsulum!)  Biz  səndə  əvvəl  də  Peyğəmbərlər  göndərdik,  onlara  zövcələr, 

övladlar verdik...”. (6,ər-Rəd: 38) 

Nikahı üzürsüz yerə tərk etmək məkruhdur. Ənəs ibn Malik deyir ki, bir gün “üç 

nəfər  Peyğəmbərin  (s.a.v)  zövcələrinin  evinə  gəlib  onun  ibadəti  haqqında  soruşdular. 

Onlara bu haqda xəbər verildi və sanki onlar Peyğəmbərin (s.a.v) bundan daha az ibadət 

etdiyini düşünürdülər. Lakin onlar işin həqiqətini bildikdə, “biz hara Peyğəmbər hara!? 


150 

 

Onun  bütün  keçmiş  və  gələcək  günahları  bağışlanıb!”  –  deyərək  özlərinə  sual 



verdilər.Onlardanbiridedi:  Bundansonraməndaimagecələrinamazqılacağam.O  biri  dedi: 

Mən il boyu oruc tutacam. Bir gün də olsun iftar etməyəcəyəm. Digəri isə dedi: Mən isə 

qadınlardan  uzaq  durub  heç  vaxt  evlənməyəcəyəm.Sonra  Peyğəmbər  (s.a.v)  gəldi  və 

dedi: Belə-belə sözləri deyən siz idiniz!? Allaha and olsun mən sizin aranızda Allahdan 

daha çox qorxan, təqvalı olanam. Amma mən həm oruc tutur, həm də iftar edirəm. Həm 

namaz  qılır, həm  də  yatıram.  Qadınlarla  da  evlənirəm.  Kim  mənim  sünnəmdən  imtina 

edərsə məndən deyildir.”(7, 67) Nikah zinaedəcəyindən qorxan insana vacibdir. Çünki 

zina  və  zinaya  aparan  vasitələr  və  yollar  haramdır.  Kim  buna  düçar  olacağından 

qorxarsa, tezliklə bunu özündən uzaqlaşdırmalıdır. Əgər bunu nikahdan başqa bir yolla 

uzaqlaşdırmaq mümkün deyilsə, o zaman nikah etmək vacibdir. (7,Əs-Seylul Cərrar: 2/ 

243) 

Nikaha  daxil  olanların  vəziyyətinə  əsasən  nikahın  hökmü  fərz,  vacib,  sünnət, 



haram, məkruh və mubah kimi qismlərə ayrılmışdır. 

1. Evlənməyəcəyi təqdirdə zina edəcəyi ehtimal olan şəxsin evlənməyi vacib  və 

fərzdir.  Hənəfilərdən  başqa  bir  çox  fəqihlərə  görə  fərz  və  vacib  arasında  fərq  yoxdur. 

Ancaq  bununla  yanaşı  evlənən  şəxs  mehir  verəcək  və  ailəni  dolandıracaq  bir  imkana 

sahib olmalıdır. 

2.  Evləndikdə  yoldaşına  və  uşaqlarına  zülm  və  işgəncə  edəcəyi  dəqiq  olan 

adamın evlənməyi haramdır. 

3. Yoldaşına zülm etmə ehtimalı olan şəxsin evlənməsi məkruhdur. 

4.  Cinsi  baxımdan  itidal  (yəni  zinaya  düşmə  və  yoldaşına  zülm  etmə  qorxusu 

olmayan kəs) halında olanların evlənməsi sünnətdir. 

İmam  Şafeiyə  görə  itidal  vəziyyətində  evlənmək  mubah  olub,  mömini  bu  işdə 

sərbəst buraxmaq lazımdır. İmam Şafei buna sübut (4/24) ayəni gətirərək bir şeyin halal 

olmasını  mubah  olması  kimi  izah  etmişdir.  Çünki  halal  və  mubah  sözləri  eyni 

mənadadır.  Yemək,  içmək,  alış-veriş  mubah  hərəkətlər  olduğu  üçün  evlənmək  də 

mubah hərəkətdir. (7, 122) 

Məzhəblər  arasında  bu  şərtlərə  riayət  etmə  baxımından  olan  fikirlər 

müxtəlifdir.Hənbəlilər qadına uyğun şərt olmadıqda, onun nikahı ləğv etmə hüququnun 

olduğunu bildirmişdir. Hənəfilər isə bu vəziyyətdə də qadına haqq vermirlər. (8;181) 



Nikahın hüquqi anlayışı : Ensiklopedik lüğətlərdə nikahın sosioloji anlayışını 

"cinslərarası münasibətlərin tənzimlənməsini tələb edən və uşağın ailədə yerini 

müəyyənləşdirən qadınla kişinin ittifaqı" və ya "tarixən (şəraitlə) şərtləndirilrniş, 

cəmiyyət tərəfindən sanksiyalanmış və tənzimlənən bir-birinə və uşaqlarına 

münasibətlərini müəyyənləşdirən ictimai forma" kimi verilmişdir. Ən yeni enisklopedik 

ədəbiyyatda Rusiyada 1997-ci ildə nəşr olunmuş ensiklodik liiğətdə nikahın anlayışı 

belə təsvir olunmuşdur: "Nikah ər-arvadlıq hüquq və vəzifələrini doğuran və uşaqları 

qarşısında öhdəliklərini yaradan kişi ilə qadının ailə ittifaqıdır. 

Hələ  XX  əsrin  əvvəllərində  görkəmli  mülkü  hüquq  tədqiqatçısı  Qabriyel 

Feliksovic  Şerşeneviç  nikaha  kişi  və  qadının  birgə  yaşayış  məqsədilə  qarşılıqlı 

razılaşmaya  əsaslanan  və  müəyyən  edilmiş  formada  bağlanılan,  ittifaqı  kimi  tərif 

vermişdir.(13,54) 

Nikah  anlayışının  bu  tərifı  sonrakı  tədqiqatçılar  üçün  də  bir  çox  cəhətdən 

istiqamətverici olmuş və onlar da öz təriflərində nikahı kişi və qadının könüllü ittifaqı 

kimi səciyyə etmişlər. 

Görünür,  bu  düşüncələrə  əsaslanaraq,  ayrı-ayrı  müəlliflər  təsdiq  edirdilər  ki, 

nikah  anlayışının  tərifi  ailə  hüququ  elminin  vəzifəsidir.  Nikah  anlayışının  tərifı 

probleminə  ailə  hüququ  üzrə  mütəxəssislərin  əksəriyyəti  müraciət  etmişdir. 



151 

 

(Q.M.Sverdlov,  A.M.Belyakova,  R.M.Vorojeykin,  N.V.Orlova,  A.İ.Perqament, 



O.S.İoffe,  Q.K.Matveyev,  V.F.Maslov,  A.A.Puşkin,  V.A.Ryasentscev,  V.İ.Boşko  və 

digərləri). 

V.A.Ryasentsev  nikahı  kişi  və  qadının  ailə  yaradılmasına  yönəldilmiş  və  onlar 

üçün qarşılıqlı  şəxsi  və  əmlak hüquq  və  vəzifələrini  doğuran, hüquqi  sənədləşdirilmiş, 

azad və könüllü ittilıaqı kimi miiəyyən edir. Q.K.Matveyev də həmçinin nikahın həmin 

xüsusiyyətlərini qeyd cdərək vurğulayır ki, nikah kişi və qadmın ailə qurmaq məqsədilə 

bağladığı  və  onlar  arasında  qarşılıqlı  şəxsi  və  əmlak  hüquq  və  vəzifələrinin 

müəyyənləşdirildiyi azad, bərabərhüquqlu və ömürlük ittifaqıdır.(4,98) 

 Nikahın  aşkar  edilən  hüquqi  əlamətlərini  nəzərə  almaqla  nikahın  aşağıdakı  tərifıni 

təklif etmək mümkündür. 

Nikah  -  qanunla  müəyyən  edilmiş  qayda  və  şərtlərə  riayət  etməklə  bağlanılan, 

ailə yaratmaq məqsədi güdən və ər-arvad arasmda şəxsi və əmlak hüquq və vəzifələrini 

doğuran, qadınla kişinin azad, könüllü və bərabərhüquqlu ittifaqıdır. 

Azərbaycan  Respublikasının  Ailə  Məcəlləsinin  2-ci  maddəsində  nikahın  tərifi  verilir: 

"Nikah  kiºi  ilə  qadının  ailə  qurmaq  məqsədilə  müvafiq  icra  hakimiyyəti  orqanında 

qeydiyyata alınan könüllü ittifaqıdır". (12,34) 

Beləliklə, ailə hüququnda hüquqi əhəmiyyət kəsb edən anlayış nikah anlayışıdır. 

İslam  ailə  hüququ  cahiliyyət  dövründəki  evlənmə  şəkillərinin  bəzilərini  ləğv 

edərək  yeni  qanunlar  qoymuşdur.  Cahiliyyət  dövründə  islamdan  əvvəlki  ərəblərdə 

aşağıdakı evlənmə şəkilləri vardır: 

1.  Hitbə:  Elçilik  yolu  ilə  qız  istənirdi.  Qızın  razılığı  olmasa  da,  mehir  təyin 

edilərək ərə verilirdi. 

2. Bir çox kişilərlə evlənmək adəti vardı. Qadın bir çox kişilərlə əlaqədə olardı, 

uşaq  dünyaya  gələndən  sonra hansı  kişiyə  istəsə,  uşağı  ona  aid  edərdi.  Və  o  da  qəbul 

etmək məcburiyyətində olardı. 

3.  Yaxşı  nəsildən  övlad  qazanmaq  üçün  qadınlar  istənilən  şəxslə  əlaqədə  ola 

bilərdilər. Və ər də buna etiraz etməzdi. 

4. İki kişi qadınlarını dəyişə bilərdilər. 

5.  Mut’anikahı  vardı.  Bu  müvəqqəti  nikah  deməkdir.  Bu  gün  də  bu  nikah 

növündən bəziləri istifadə edir. 

6.  Azad  qadınların  zina  etməsi  ayıb  sayılırdı.  Buna  görə  də  onlar  gizli 

münasibətdə olardılar. Buna nikah-i hadn deyilirdi. 

7. Qardaşın ölən atanın arvadı ilə evlənmə adəti vardı. Ata öldükdə ögey oğul öz 

əbasını  ananın  üzərinə  ataraq  mehirsiz,  əqdsiz  dul  qalan  qadını  alardı.  Buna 



maqdnikahı

 deyilirdi. 

İslam ailə hüququ bu adətləri qadağan edərək əxlaqsızlığa son qoydu. Bildiyimiz 

kimi  evi  quran,  idarə  edən,  hamilə  olduğu  halda,  evin  bütün  ağırlığını  daşıyan,  halsız 

olsa  belə  uşaqlara  təmənnasız  baxan,  özü  yeməyib  övladına  yedirdən,  gecələri  şirin 

yuxusuna  haram  qatan,  övladını  cəmiyyət  üçün  xeyirli  bir  vətəndaş  kimi  yetişdirən 

analardır.  Məhz  bu  kimi  xüsusiyyətlərə  görə  islam  ailə  hüququ  ailəyə  şərəfli  bir  yer 

verərək qadınlara bir sıra üstün haqlar vermişdir. 

İslamda qadın da kişi kimi hər bir haqqa sahibdir. Bura ailə, ictimai, siyasi, təlim 

və tərbiyə haqları aiddir. Qadın hər bir vəzifədə işləyə bilər, öz mallarını sərbəst idarə 

edə  bilər,  dava  aça  bilər,  vəkil  tuta  bilər.  Və  bu  işlərin  heç  birinə  ərinin  qarışmağa 

ixtiyarı yoxdur. Ailə hüququna aid Bəqərə, Nisa, Maidə, Nur, Talaq surələrində bir çox 

ayələr vardır. 

Fiqhin  tərifinə  görə  əsasən  nikah,  mülki  mutanı  ifadə  edən  bir  əqddir.  Muta 

qadının  qadınlığından  istifadə  etmək  deməkdir.  Qadın  və  kişi  evlənməklə  qarşılıqlı 


152 

 

olaraq  bir  sıra  haqq  və  vəzifələri  könüllü  surətdə  qəbul  etmiş  olurlar.  Bir  sözlə, 



evlənmələri qadağan olmayan bir kişi ilə qadın arasında olan intim ortaq həyat və nəsli 

davam etdirmək üçün bağları meydana gətirən bir əqddir. Qurani- Kərimdə bu musani-

qaliz,yəni  möhkəm  bağ  kimi  keçir.  İslamda  nikah  əqdi  həm  qanuni  bir  əqd,  bir 

ibadətdir.  Müasir  fəqihlərdən  İbn  Abidin  məşhur  “Rəddul  muhtar”  əsərində  nikah 

mövzusuna  bu  cümlələrlə  başlamışdır:  “Bizim  üçün  hz.  Adəmdən  bu  günə  qədər 

mövcud  olmuş,  sonra  isə  cənnətdə  davam  edəcək  nikah  ilə  imandan  başqa  ibadət 

yoxdur.(12;101) 

Şafeilərə  görə  isə  evlənmək  alıb-vermək  kimi  dünya  işlərinə  aid  olduğu  üçün 

ibadət  sayılmır.  Onların  gətirdikləri  sübut  qeyri-müsəlmana  da  nikahının  İslam 

nəzərində  qəbul  edilməsidir.  Çünki  evlilik  sırf  insani  bir  istəkdir,  ibadət  isə  Allaha 

aiddir.  Bir  çox  məzhəb  müctəhidləri  Şafilərin  bu  fikirlərinə  qarşı  çıxaraq  hz. 

peyğəmbərin  hədislərini  misal  göstərmişlər:  Ən  pisiniz  subay  yaşayanınızdır”. 

“Uşaqlarına,  yoldaşına  və  qulluqçuna  verdiyin  sənin  üçün  bir  sədəqədir”.  “Sizin  hər 

birinizin evlənməyində sədəqə savabı vardır”.  

İslam ailə hüququnda nikah hüquqi bir əqd olaraq bir din adamının, şahidlərin və 

dövlət  rəsmisinin  vasitəsilə həyata  keçirilir.  Qərb  ölkələrində, xristian  cəmiyyətlərində 

dini  və  ya  qanuni  xüsusiyyəti  uzun  illər  müzakirə  olunaraq  bəzi  ölkələrdə  dini,  bəzi 

ölkələrdə  isə  qanuni  nikah  mənimsənmişdir.  Rəsmi  dövlət  məmuru  qarşısında 

qeydiyyata alınan nikah “qanuni nikah” adlanır. 

Fransada  1787-ci  ildə  kral  tərəfindən  belə  bir  qanun  qoyulmuşdu  ki,  katolik 

olmayanlar istəsələr, öz yaşadıqları əraziyə yaxın bir kilsədə və yaxud da hakim önündə 

evlənə  bilərlər.  Burada  birinci  dini,  ikinci  isə  qanuni  nikah  xüsusiyyətindədir.  Bəzi 

xristian  ölkələri  isə  sonralar  qanuni  evlənməklə  yanaşı,  dini  evlənməyi  də  şərt 

qoymuşlar.  Məsələn,  Yunanıstan  və  Rumunya  qanuni  nikahdan  əvvəl  dini  nikah 

bağlanmasını ön şərtlərdən biri olaraq irəli sürmüşlər. (13; 151: 107)  

ABŞ-da,  İngiltərə  və  Skandinaviya  ölkələrində  isə  cəmiyyət  istədiyi  dini  və 

qanuni nikahdan sərbəst seçmə haqqına sahibdirlər. 

Hollandiya,  İsveçrə,  Türkiyə,  Azərbaycan,  o  cümlədən  keçmiş  Sovetlər 

Birliyindən olan respublikalarda qanuni evlənmə məcburidir. Bu kimi ölkələrdə dövlət 

rəsmisi  qarşısında  qıyılmayan  nikah  yox  hökmündədir.  Ancaq  rəsmi  nikahdan  sonra 

dini mərasim sərbəst buraxılmışdır. 

Osmanlı  dövlətinin 1917-ci il  “Hüquqi ailə qanunnaməsi” xristian  və musəvilər 

üçün dini və qanuni nikah usuləsi etmişdir. Qeyri-müsəlmanların nikahı evdə, kilsədə, 

salonda keşiş və dövlət məmuru, müsəlmanların nikahı da bu qaydada, ancaq məscid və 

hakim olmaq şərti ilə həyata keçirilə bilərdi. Nikah haqqında məlumat iyirmi dörd saat 

əvvəl dövlət məmuruna xəbər verilməli idi. 



  

Ədəbiyyat



 

1.

 



Abdullayev H. İslam dini haqqında. Bakı :Azərnəşr, 1958, 118s. 

2.

 



Əlizadə Ə.Ə., Abbasov A.H. Ailə. Bakı: Maarif, 1989, 252s. 

3.

 



HeydəroğluHacıArif. Müхtəsər Elmihal. Bakı, 2003, 450s. 

4.

 



Həmidullah Məhəmməd. Islamagiriş. Bakı: Qismət, 2006, 336s. 

5.

 



İslam təhriflərə cavab. Bakı: Az. Dövlət kitab palatası, 1997, 133s.  

6.

 



Qurani  Kərim.  Ərəb  dilindən  tərcümə  edənlər  Z.M.Bünyadov;  V.M.Məmmədəliyev.  Bakı:  Qismət, 

2004, 607s. 

7.

 

Quluzadə M. Dinimizdünənvəbugün (1920-1990) Bakı: “Azərbaycanensiklopediyası” 1996, 152s. 



Türk dilində 

8.

 



Ansiklopedik büyük islam ilmihali. Istanbul: Cağaloğlu, 1979, 713s. 

9.

 



Bilmen Ömer Nasuhi. Büyük islam ilmihali. Istanbul: Şenyıldız, 1997, 536s. 

10.


 

Büyük din və islam ansiklopedisi. İstanbul: Taanmat, 1964, 480s. 



153 

 

 



Rus dilində 

11.


 

Грюнебаум. Р.Е. Классический Ислам. Очерк истории. М: Наука 1986, 215 стр. 

12.

 

Гразневич П.В. Происхождение Ислама. Донецк, 1980, 156 стр. 



 

  

Сабина Мирзоева

 

Веления, регулирующие акт брака в исламе

 

Резюме

 

 

Слово  «брак»  является  масдаром  глагола  «накаха»  в  арабском  языке  и  означает  интимную 



связь  мужчины  с  женщиной.  Брак  –  это  самый  важный  акт,  заключаемый  людьми  в  жизни.  Семья 

может существовать в браке. 

Брак - это  свободный, добровольный и равноправный союз мужчиной и женщиной на основе 

правил и условий, предусмотренных законом, с целью создания семьи и предусматривающий права и 

обязанности на личность и имущество между мужем и женой. 

Ключевые слова

: Семья, права человека, Ислам,брак, акт 



 

Sabina Mirzoyeva 

Dictations regulating marriage act in Islam 

Summary 

 

The  word  “marriage”  is  an  indetinite  form  of  the  verb  “Nakaha”in  Arabic  and  means  intimate 

relationship of a man with a woman. Marriage is the most important act contracted by people in their life.The 

family may exist in marriage. 

Marriage is free, volunteer and equal union between man and woman on base of rullesand conditions 

of  law  aimed  on  family  establishment,  providinq  rights  and  duties  on  personality  and  property  between 

husband and wife.  

Keywords: family, human rights, Islam, marriage, act 

  

 



 

 

 



 

 

 

 

Məqalənin redaksiyaya daxil olma tarixi: 18.09.2013 



Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 27.09.2013 

Məqalənin çapa qəbul olunma tarixi: 15.11.2013 

Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı: kulturologiya üzrə fəlsəfə doktoru, 

dosent Sədaqət Əliyeva 



ADMİU

-nun Elmi Şurasının 05 dekabr 2013-cü il, 03 saylı qərarı ilə çap olunur. 

Yüklə 206,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin