………….."Мочь--bilmək, bacarmaq feli. Уметь--bilmək, bacarmaq feli ilə fərqi"
Мочь(НСВ)/Смочь(СВ) ---- bilmək, bacarmaq
Мочь/смочь -----------...ə bilmək, yəni bir şeyi edə bimək, edə biləcək güc və imkana sahib olmaq. Уметь feli ilə qarışdırmamaq lazımdır. İndi aşağıdakı nümunələrlə bu 2 fel arasındakı fərqi öyrənəcəyik.
Rus dilində 2 fel yan-yana gəldiyi vəziyyətlərdə 2-ci fel necə ki, məsdər halında işlənirdisə "мочь/смочь" felində də vəziyyət eynidir. Bu feldən sonra gələn bütün fellər maq/mək halında işlənilir.
QARŞILAŞDIRAQ(мочь/уметь):
Уметь 1.
Я уже хожу в школу и умею читать и писать.
(Mən artıq məktəbə gedirəm və oxumağı və yazmağı bacarıram).
Burada oxumaq və yazmaq qabiliyyətindən söhbət gedir. Ona görə уметь feli işlənir.
Мочь 1.
Я сейчас зАнят, поэтому не могу написать маме письмО.
(Mən indi məşğulam, buna görə də anama məktub yaza bacarmıram)
Burada isə anasına yazmağa vaxtı olmadığı üçün yaza bilmir. Qabiliyyətdən söhbət getmir.
Уметь 2.
Я умею ездить на велосипЕде.
(Mən velosipedlə getməyi bacarıram)
Burada yenə qabiliyyətdən söhbət gedir və уметь feli işlənir.
Мочь 2.
На улице уже теплО, поэтому я могУ Ездить на рабОту на велосипеде.
(Çöldə artıq istidir, buna görə də mən işə velosepedlə gedə bilirəm)
Baxın, burada isə hansısa bir qabiliyyətdən yox, əlverişli şərait olduğu üçün işə velosipedlə gedə biləcəyini deyir.
Уметь 3.
Наш ребёнок уже умеет ходить.
(Bizim uşağımız artıq yeriməyi bacarır)
Burada yenə qabiliyyətdən söhbət gedir və уметь feli işlənir.
Мочь 3.
Я сейчас не могу ходИть, потому что у меня болИт ногА.
(Mən indi yeriyə bilmirəm, çünki ayağım ağrayır)
Burada isə səhhəti yaxşı olmadığı üçün nəyisə edə bilmir.
Мочь və Уметь feli arasındakı fərq budur. Ümidvaram, izah edə bildim.
Çox vaxt necə danışa bildiyimizi/yaza bildiyimizi/oxuya bildiyimizi və ya anlaya bildiyimizi söyləyərkən "уметь" feli yerinə "мочь" felini işlədirlər. Bu vəziyyət primitiv bir səhv olsa da bu cür deyilməsi artıq vərdiş halını aldığı üçün belə qəbul edilə bilər.
Məsələn:
Я умею говорить/писать/читать/понимать по-русски -------demək yerinə...
Я могУ говорить/писать/читать/понимать по-русски -------deyirlər.
Bəzi digər məqamlarda da bu cür işlənmə görə bilərik. Gəlin bir nümunəyə baxaq və həmin cümləni həm уметь feli ilə, həm də мочь feli ilə işlədək:
Я умею водить машину = Я могу водить машину.
1-ci cümlədə maşın sürməyi bilməkdən söhbət gedir. Yəni maşın sürməyi öyrənib və artıq sürə bilir.
2-ci cümlədə maşın sürməyi bacarır,bilir. Ancaq məna başqadır. Yəni maşın sürmək üçün bir əngəl olmadığı, yaşı uyğun, sürücülük vəsiqəsi var, əli-qolu sağlam və s.
Tutalım ki, kimsə sizdən soruşur: Maşın sürə bilirsən?(yəni qabiliyyətdən söhbət gedir). Onda deyirsiniz: Да, я умею водить машину.(Bəli, maşın sürməyi bacarıram).
Yenə eyni sual, amma başqa mənada verir sualı: Artıq maşın sürə bilirsən?(yəni, vəsiqən varmı, maşın xarab deyil ki, bir əngəl yoxdu ki...və s.). Onda deyirsiniz: Bəli, sürə bilirəm maşını-Да, я могу водить машину.
***************************
"ЗА- ön şəkilçisi haqqında məlumat"
За- ön şəkilçisi hərəkətin başladığını ifadə edir. Yalnız ÇOX YÖNLÜ / NAMƏLUM fel köklərinin əvvəlində işlənir.
BİRLİKDƏ İŞLƏNƏN QOŞMALAR: "по"
NÜMUNƏLƏR:
По чемý? --- harada? (nəyin içində?)
заходИть по кóмнате --- otaqda (otağın içində) gəzinmək.
забéгать по дворý --- həyətdə (həyətin içində) qaçışmaq (o yan-bu yana)
залетáть по клéтке --- qəfəsin içində uçmağa başlamaq.
*** Брат нéрвно заходИл по кóмнате --- Qardaşım əsəbi halda otağın içində gəzindi (gəzməyə başladı).
*** Кýрицы вЫбежали из курЯтника и забéгали по дворý, спасáясь от собáки ---- Toyuqlar toyuq hinindən yüyürüb çıxdılar və itdən xilas olub həyətin içində qaçışdılar.
*** Канарéйка увИдела котá и беспокóйно залетáла по клéтке ---- Sarısünbül (kanarya quşu) pişiyi gördü və həyəcanla qəfəsin içində uçuşmağa başladı.
*************************
"ДАВАЙ/ДАВАЙТЕ HAQQINDA QISA BİLGİ"
Давай/давайте sözündən sonra bitməmiş fel(НСВ) gələrsə həmin fel mütləq məsdər formada olacaq(-maq,-mək). Məsələn: давайте смотреть, давай гулять, давайте хотеть və s.
Давай/давайте sözündən sonra bitmiş fel isə( CB) 1-ci şəxs cəmdə(мы), gələcək zamanda olacaq. Məsələn: давай посмотрим, давайте пойдём, давай поедем və s.
CÜMLƏLƏR:
1.
---Друзья, давайте поедем в Россию!
---А к кому?
---Ни к кому. Будем жить в отеле.
Dostlar, gəlin Rusiyaya gedək!
Bəs kimin yanına?
Heç kimin yanına. Otelda yaşayacağıq.
2.
---Антон, давай пойдём к Анне в гости!
----Давай.
Anton, gəl Annanın yanına qonaq gedək!
Gedək!
3.
----Дети, давайте смотреть телевизор.
----Давайте.
Uşaqlar, gəlin televizora baxaq.
Gəlin.
Çevirisine Bak
***********************
"NAMƏLUM HƏRƏKƏT FELİ "GETMƏK(ХОДИТЬ-ЕЗДИТЬ).
Əvvəlki dərsdə biz məlum(bəlli)/tək yön "getmək" felləri olan ИДТИ və ЕХАТЬ fellərini öyrəndik. Bu fellər biıdiyimiz kimi: məlum bir zamanda, məlum bir hədəfə doğru və tək yönə gedilən fellər idi.
Hər məlum hərəkət felinin bir naməlum qarşılığı vardır. Bunlar isə:
---ümumi bir hərəkəti
---təkrar edən və ya vərdiş halını almış hərəkəti
---məlum bir istiqamət və ya hədəf izləmədən gedilən çoxlu hərəkəti ifadə edir. Məsələn: gedib-qayıtmaq kimi.
Ехать felinin cütü, yəni naməlum qarşılığı "ЕЗДИТЬ" felidir. Miniklə naməlum istiqamətə getmək.
Идти felinn cütü isə, yəni naməlum qarşılığı isə "ХОДИТЬ" felidir. Yeriyərək naməlum istiqamətə getmək.
Fellərin şəxsə görə dəyişməsi:
ЕЗДИТЬ---getmək(miniklə-naməlum yerə)
İndiki zamanda:
Я Езжу --- mən gedirəm(miniklə)
Ты Ездишь --- sən gedirsən(miniklə)
Он/она/оно Ездит --- o gedir(miniklə)
Мы Ездим --- biz gedirik(miniklə)
Вы Ездите --- siz gedirsiniz(miniklə)
Они Ездят --- onlar gedirlər(miniklə)
Keçmiş zamanda:
Ездил(kişi c.) --- gedirdi(m)(n)
Ездила (qadın c.) --- gedirdi(m)(n)
Ездило(orta c.) --- gedirdi(m)(n)
Ездили(сəm) --- gedirdik,gedirdiniz,gedirdilər
Gələcək zaman:
Буду/будешь/будет/будем/будете/будут ездить.------gələcək zaman eyni qaydayla düzəlir deyə uzun yazmadım.
Əmr forması:
Езди[YEzdi] --- get(miniklə)
Ездите[YEzditye] --- gedin(miniklə)
ХОДИТЬ---getmək(ayaqla naməlum yerə)
İndiki zaman:
Я хожУ --- mən gedirəm(yeriyirəm)
Ты хОдишь --- sən gedirsən
Он/она/оно хОдит --- o gedir
Мы хОдим --- biz gedirik
Вы хОдите --- siz gedirsiniz
Они хОдят --- onlar gedirlər
(Vurğulara fikir verin!)
Keçmiş zamanda:
ходИл(kişi c.) --- gedirdi(m)(n)
ходИла(qadın c.)--- gedirdi(m)(n)
ходИло(orta c.) --- gedirdi(m)(n)
ходИли(cəm)--- gedirdik,gedirdiniz,gedirdilər
Gələcək zamanda:
Буду/будешь/будет/будем/будете/будут Ходить---gedərəm,gedərsən,gedər......və s.
Əmr formasında:
Ходи[khaDİ] --- get,yeri
ХодИте [khadİtye] --- gedin, yeriyin.
DİQQƏT: Вы хОдите(siz gedirsiniz); ходИте(gedin). Yazılışı eyni olsa da vurğuları və mənaları fərqlidir.
Gəlin daha yaxşı anlamaq üçün məlum və naməlum hərəkət fellərini qarşılaşdıraq:
MƏSƏLƏN:
Я иду на рабОту -- işə gedirəm(indi)
Я хожу на рабОту -- işə gedirəm(hər gün,nadir,tez-tez)
1-ci cümlədə Bu anda baş vermiş hərəkəti nəql edir. Yəni işə indi getdiyimi söyləyirəm.
2-ci cümlədə isə işə hər gün və ya nadir,ara-sıra getdiyimi söyləyirəm. Təkrarlanan hərəkət var.
Я иду в парк--parka gedirəm(indi)
Я хожу в парк -- parka gedirəm(hər gün,tez-tez və s.)
DİQQƏT: Əgər cümlələrdə часто(tez-tez), каждый день(hər gün), редко(nadir), обычно(adətən), каждый вечер(hər axşam)....və s.bu kimi sözlər varsa avtomatik olaraq həmin cümlədə GETMƏK feli kimi "ходить" və "ездить" işlənəcək. BUNU UNUTMAYIN!
XXX
Rus dilində bir miniklə getdiyimizi anlatmaq üçün "на" qoşmalı Barəlik halını işlətməliyik. YADDA SAXLAYIN MÜTLƏQ BU QAYDANI!
MƏSƏLƏN:
Avtobus ilə getmək---Ехать на автобусе.
Nə ilə getmək? --- sualının ruscası isə "На чём ехать? olacaq.
İSTİSNA: на метро / на такси.
CÜMLƏLƏR:
1) Мы Ездили в Москву на пОезде.
Biz Moskvaya qatarla getmişdik.
Niyə ехали yox, ездили oldu?--deyə sual çıxır. Bu cümlədı başa salınır ki, artıq Moskvaya gedib qayıdılıb. Cütyönlü hərəkət var. Ona görə də ездили olacaq.
2)Анна и Андрей сейчас едут в школу на метро.
Anna və Andrey indi məktəbə metro ilə gedirlər.
Bu cümlədə indi getdikləri üçün və tək yönə getdikləri üçün едут olacaq.
3) Обычно, Иван ездит на рабОту на велосипеде, но сейчас он едет туда на такси.
Adətən, İvan işə velosipedlə gedir, amma indi o bura taksi ilə gedir.
Baxın cümlənin 1-ci hissəsində "adətən" sözü var və avtomatik olaraq ездит oldu. 2-ci hissədə isə indi taksi ilə getdiyi üçün "едет" oldu.
**************
"Идти və Ехать (getmək) müəyyən hərəkət felləri".
Rus dilində fellər içərisində bir qrup mühüm fellər var ki, bunların içində "hərəkət felləri" əsas yer tutur. Məsələn: yerimək, gəzmək, uçmaq və s.hərəkət felləri.
Bu fellərin az.can dilindəki fellərdən fərqi ondadır ki, bir hərəkətin necə və nə şəkildə edildiyini bildirir. Bu dərsdə "Getmək" feli ilə bunun nümunəsinə baxacağıq.
ИДТИ [ ittİ] --- məlum bir yerə doğru piyada olaraq Getmək.
ЕХАТЬ [YEkhat'] --- məlum bir yerə doğru miniklə Getmək.
Bu felləri sadəcə Getmək olaraq tərcümə etsək, nə ilə getmək? nə şəkildə getmək?(eləcə dolaşmaqmı yoxsa bir hədəfə doğru hərəkət etməkmi) sualları meydana çıxır.
Rus dilində "идти" və "ехать" fellərinə məlum(bəlli) və ya tək yön fellər deyilir. Çünki bu fellər:
məlum bir zamanda
məlum bir hədəfə doğru və
sadəcə tək yönə gedilən fellərdir.
Fellərin şəxsə görə dəyişməsinə gəlin baxaq.
İNDİKİ ZAMANDA
"Идти"(ayaqla getmək) felinin indiki zamanda şəxslərə görə dəyişməsi:
Я идУ [idU] --- mən gedirəm
Ты идёшь [idÖş] --- sən gedirsən
Он/она/оно идёт [idÖt] --- o gedir
Мы идём [idÖm] --- biz gedirik
Вы идёте [idÖtye] --- siz gedirsiniz
Они идут [idUt] --- onlar gedirlər
"Ехать" (miniklə getmək) felinin indiki zamanda şəxslərə görə dəyişməsi:
Я Еду [YEdu] --- mən gedirəm
Ты Едешь [YEdiş] --- sən gedirsən
Он/она/оно Едeть [YEdit] --- o gedir
Мы Едeм [YEdim] --- biz gedirik
Вы Едете [YEditye] --- siz gedirsiniz
Они Едут [YEdut] --- onlar gedirlər
KEÇMİŞ ZAMANDA
Bir yerə doğru gedirdi/gedirdilər--------məlum məsələdir ki, keçmiş zaman şəxslərə görə yox, cinslərə və cəmdə olmağına görə dəyişirdi. Идти felinin isə keçmiş zamanı tamamilə başqa cür düzəlir. Gəlin baxaq.
"Идти" (ayaqla getmək) felinin keçmiş zamanda cinslərə və cəmdə olmasına görə dəyişməsi:
1) KİŞİ CİNS (я,ты,он):
шёл [şol] - gedirdim, gedirdin, gedirdi
2) QADIN CİNS(я,ты,она):
Шла [şlA] -- gedirdim, gedirdin, gedirdi
3) ORTA CİNS (оно):
Шло [şlO] --- gedirdi
4) CƏMDƏ (мы,вы,они):
Шли [şlİ] --- gedirdik, gedirdiniz, gedirdilər.
İndi isə "exaть" (miniklə getmək)felinin keçmiş zamanına baxaq:
1)KİŞİ CİNSİ(я, ты, он):
Exaл [YEkhal] -- gedirdim,gedirdin,gedirdi
2)QADIN CİNSİ(я,ты,она):
Ехала [YEkhala] -- gedirdim, gedirdin, gedirdi
3)ORTA CİNS(оно):
Exaло [YEkhala] -- gedirdi
4)CƏMDƏ(мы, вы, они):
Exaли [YEkhali] -- gedirdik, gedirdiniz, gedirdilər
Gördüyünüz kimi идти felinin keçmiş zamanı fərqli düzəlir.
ƏMR FORMALARI:
get--gedin(burada sadəcə tək yönə doğru gedilməsi istənir, gedib dönməsi deyil)
идИ/ идИте [idİ/idİtye]---get/gedin(ayaqla)
езжАй/езжАйте [yıjjAy/yjjAytye] ---get/gedin
Burada isə, yəni əmr formada ехать feli başqa qaydada düzəlir. Bunlar istisnalardır. Bunları unutmayın.
***********
"İSMİN YİYƏLİK HALI. YİYƏLİK HALIN ƏVƏZLİKLƏRİ".
Bu günki dərsimiz isə Yiyəlik haldır(РОДИТЕЛЬНЫЙ ПАДЕЖ). КОГО?(kimin?) və ЧЕГО? (nəyin?) suallarına cavab verir.
Yiyəlik hal rus dilində ən çox işlənən haldır.
YİYƏLİK HALINDA OLAN TƏK İSİMLƏRİN ŞƏKİLÇİLƏRİ AŞAĞIDAKILARDIR:
KİŞİ CİNS(мужской род):
Adlıq hal Yiyəlik hal
Samitlə bitən:
журнАл (нет)журнАла--jurnal yox;
jurnalın
друг (нет)друга -- dost yox;
dostun
"Й" və "Ь" ilə
bitən:
музЕй (нет)музея -- muzey yox;
muzeyin
учИтель (нет)учителя--müəllim yox;
müəllimin
Юрий (нет)Юрия -- Yuriy yox;
Yuriyin
ŞƏKİLÇİLƏRİN İZAHI:
1.Sonu samitlə bitən yiyəlik hal tək kişi cins isimlərin sözünün sonunda "a" şəkilçisi yazılacaq.
2.Sonu й və ь ilə bitən yiyəlik hal tək kişi cins isimlərdə bu hərflərin yerinə "Я" şəkilçisi yazılacaq.
QADIN CİNSİ(женский род):
Adlıq hal Yiyəlik hal
"a" ilə bitən:
Улица (нет)улицы--küçə yox,
küçənin
"Я", "Ь" ilə bitən və
sondan əvvəlki hərf
Г,К,Х,Ш,Щ,Ж,Ч olarsa:
семьЯ (нет)семьИ--ailə yox;
ailənin
лЕкция (нет)лЕкции--mühazirə yox;
mühazirənin
дверь (нет)дверИ--qapı yox;
qapının
кОшка (нет)кОшки--pişik yox;
pişiyin
подрУга (нет)подрУги--rəfiqə yox;
rəfiqənin
ŞƏKİLÇİLƏRİN İZAHI:
1.Sonu a ilə bitən yiyəlik hal qadın cins təkdə olan isimlərdə bu hərfin yerinə "Ы" yazılacaq.
2.Sonu я və ь ilə bitən, bir də sondan əvvəlki hərf 7 hərfdən(К,Г,Х,Ш,Щ,Ж,Ч) hər hansı biri gələrsə "И" yazılacaq.
ORTA CİNS(средний род):
Adlıq hal Yiyəlik hal
sonu "o" hərfilə
bitən:
писмьО (нет)письма--məktub yox;
məktubun
sonu "e" hərfilə
bitən:
мОре (нет)мОря--dəniz yox;
dənizin
общежИтие (нет)общежИтия--yataq-
xana yox; yataqxananın
здАние (нет)здания--bina yox;
binanın
"мя" ilə bitən:
врЕмя (нет)врЕмени--vaxt yox;
vaxtın
Имя (нет)Имени--ad yoxdur;
adın
ŞƏKİLÇİLƏRİNİN İZAHI:
1.Sonu o hərfi ilə bitən yiyəlik hal orta cins təkdə olan isimlərdə bu hərfin yerinə "a" yazılacaq.
2.Sonu e ilə bitən yiyəlik hal orta cins təkdə olan isimlərdə bu hərfin yerinə "Я" yazılacaq.
3.Sonu мя ilə bitən yiyəlik hal orta cins təkdə olan isimlərdə я hərfinin yerinə "ени" yazılacaq.
DİQQƏT: Yenə sonu "a/я" ilə bitən KİŞİ CİNS təkdə olan isimlər QADIN CİNSİNDƏKİ kimi olacaq. Yəni: a yerinə "ы" yazılacaq, я yerinə "и" yazılacaq. Bir də sonuncu hərfdən əvvəl 7 hərfdən(Г,К,Х,Ш,Щ,Ж,Ц) hər hansı biri varsa "и" yazılacaq. Eynilə qadın cinsindəki kimi. Məsələn: папа-папы, Саша-Саши və s.
P.S. Yiyəlik halda mötərizədə yazılan (нет) sözünü 2-ci bölmədə nümunələrlə izah edəcəm. Nəyə görə (нет) olur.
XXX
YİYƏLİK HALIN ƏVƏZLİKLƏRİ:
Меня нет -- mən yoxam
Тебя нет -- sən yoxsan
Его нет -- o yoxdur(kişi c./orta c.)
Её нет -- o yoxdur(qadın c.)
Нас нет-- biz yoxuq
Вас нет -- siz yoxsunuz
Их нет -- onlar yoxdurlar
*********************
"Vasitəsiz nitqin Vasitəli nitqə çevrilməsi"
●Əgər Vasitəsiz nitq...
1. Bir məlumat vermə cümləsidirsə, onda:
Vasitəsiz nitqin vasitəli nitqə çevrilməsi "что" aydınlaşdırma bağlayıcısı və budaq cümlə vasitəsilə həyata keçirilir.
Məsələn:
Она сказала: <<Я иду на дискотеку>>.
O dedi: << Mən diskotekaya gedirəm>>.
(Vasitəsiz nitq cümləsi).
Vasitəli Nitqə çevirək:
Она сказала, ЧТО идёт на дискотеку.
O, diskotekaya getdiyini dedi. Və ya: O dedi ki, diskotekaya gedir. (Vasitəli nitq).
●Əgər Vasitəsiz nitq...
2. Bir rica və ya əmr cümləsidirsə, onda:
Vasitəsiz nitqin Vasitəli nitqə çevrilməsi "чтобы" aydınlaşdırma bağlayıcısı və açıqlayıcı budaq cümlə vasitəsilə həyata keçirilir.
Məsələn:
Мама сказала: <<Пей молоко, малыш>>
Ana dedi: << Südünü iç, balaca>> (Vasitəsiz nitq).
Vasitəli nitqə çevirək:
Мама сказала, ЧТОБЫ малыш пил молоко.
Ana balacaya süd içməsini söylədi.
VƏ YA
Ana dedi ki, balaca süd içsin! (Vasitəli nitq).
DİQQƏT Чтобы bağlayıcısından sonrakı fel (budaq cümlədə işlənən fel) mütləq KEÇMİŞ zamanda işlənəcək.
Məsələn: Я хочу, чтобы ты ПРИШЁЛ. (Mən istəyirəm ki, sən gələsən)
Я написа́л, что́бы он ВСТРЕЧАЛ нас в аэропорту́ около двеннадцати (Mən yazdım ki, o bizi aeroportda təxminən12-ə yaxın qarşılasın).
●Əgər Vasitəsiz nitq...
3. Sual sözü olmayan bir sual cümləsidirsə, onda:
Vasitəsiz nitqin Vasitəli nitqə çevrilməsi "ли" ---mı, -mi, -mu, -mü sual şəkilçisi və açıqlayıcı budaq cümlə vasitəsilə həyata keçirilir.
Məsələn:
<<Ты будешь завтракать?>> -- спросила меня сестра.
<> -- bacım məndən soruşdu (Vasitəsiz nitq).
Vasitəli nitqə çevirək:
Сестра спросила меня, буду ЛИ я завтракать.
Bacım məndən qəlyanaltı edəcəyəmMİ deyə soruşdu.
Və ya
Bacım məndən soruşdu, mən qəlyanaltı edəcəyəmmi.
● Əgər Vasitəsiz nitq...
4. Sual sözü olan bir sual cümləsidirsə, onda belə olacaq:
<<Кто здесь живёт?>> -- спросил Андрей.
<> -- Andrey soruşdu. (Vasitəsiz nitq)
Vasitəli nitqə çevirək:
Андрей спросил, кто здесь живёт.
Andrey burada kimin yaşadığını soruşdu (Vasitəli nitq).
"ПО- ön şəkilçisi haqqında ətraflı məlumat"
~ ~ ~
Gəlin по- ön şəkilçisinin işlənmə yerlərini öyrənək:
1) По- ön şəkilçisi -------- Hərəkətin başladığını ifadə edir. Sadəcə TƏK YÖNLÜ / MƏLUM fellərin köklərinin əvvəlində işlənir.
BİRLİKDƏ İŞLƏNƏN QOŞMALAR: "на", "в", "к".
NÜMUNƏLƏR:
1. на что? (куда?) --- hara?
пойтИ на концерт --- konsertə getmək(piyada).
полетéть на юг --- cənuba uçub getmək.
поехать на море --- dənizə getmək (miniklə).
*** Мы всей семьёй пошлИ на вечéрний концéрт ------ Biz bütün ailəcə axşam konsertinə getdik (təzəcə getmişik və hələ qayıtmamışıq).
*** ПтИцы полетéли на юг ------ Quşlar cənuba uçub getdilər (təzəcə gediblər və hələ dönməyiblər).
2. во что? (куда?) --- hara?
пойти в шкóлу --- məktəbə getmək.
побежáть в магазин --- mağazaya qaçıb getmək.
*** Дéти позáвтракали и пошли в шкóлу ------ Uşaqlar qəlyanaltı etdilər və məktəbə getdilər.
*** Ивáн побежáл в магазИн за хлéбом ------ İvan çörək üçün (çörək dalınca) mağazaya qaçdı.
3. к чемý ? ---- nəyin yanına? (nəyə tərəf?)
пойти к машИне --- maşının yanına getmək.
побежáть к двéри --- qapıya tərəf qaçmaq.
поплЫть к бéрегу --- sahilə tərəf üzmək.
*** Пáпы здесь нет, он пошёл к машИне ---- Ata burada deyil, o maşına tərəf getdi.
*** В дверь постучáлись и дéти срáзу побежáли к двéри ------ Qapını döydülər və uşaqlar dərhal qapıya tərəf qaçdılar.
*** Начало темнéть и рыбакИ поплЫли к бéрегу ------ Qaranlıq çökməyə başladı və balıqçılar sahilə tərəf üzməyə başladılar.
4. к кому? --- kimin yanına? (kimə tərəf?)
пойти к дóктору --- həkimin yanına getmək.
поéхать к дрýгу --- dostun yanına getmək.
*** Утром Анна пошлá к дóктору ----- Səhər Anna həkimə getdi.
*** Пóсле рабóты я пошёл к дрýгу ----- İşdən sonra mən dostumun yanına getdim.
XXX
2) ПО- ön şəkilçisi ------ Hərəkətin bir müddət (qısa müddət) edilməyə başlayıb, sonra isə dayanmasını ifadə edir. Burada ПО- ön şəkilçisi sadəcə ÇOX YÖNLÜ / NAMƏLUM hərəkət fellərinin əvvəlində işlənir.
Birlikdə işlənən qoşmalar: "по", "в", "на".
NÜMUNƏLƏR:
По чемý? --- harada? (nəyin içində?)
Где? --- harada?
Куда? --- hara?
походИть по пáрку --- parkın içində bir az dolaşmaq (gəzmək).
побéгать по дворý --- həyətin içində bir az qaçışmaq.
поплáвать в бассéйне --- hovuzda bir az üzmək.
походИть на кýрсы --- bir müddətlik kurslara getmək.
*** Мы немнóго походИли по пáрку и вернýлись домóй ------ Parkın içində bir qədər dolaşdıq və evə qayıtdıq.
*** Дéти побéгали по дворý и разбежáлись по домáм ----- Uşaqlar həyətin içində qaçışdılar və evlərinə dağılışdılar.
*** Андрей поплáвал в бассéйне и пошёл загорáть ----- Andrey hovuzda bir qədər (az) üzdü və qaralmağa (günəşlənməyə) getdi.
*** Я походИл на кýрсы англИйского языкá и стал лýчше говорИть по-англИйски ------ Qısa müddətlik ingilis dili kurslarına getdim və ingiliscə daha yaxşı danışmağa başladım.
*** Вертолёт немнóго полетáл в небе и приземлИлся ------ Vertolyot səmada bir qədər uçdu və yerə endi.
Çevirisine Bak
77
*********************************************************************
"До / Про / Пере önşəkilçilərin mənası və NÜMUNƏLƏR"
До önşəkilçisi.
Mənası: çatmaq, varmaq, getmək; başa vurmaq mənalarını bildirir.
Birlikdə işlənən qoşmalar: "до".
NÜMUNƏLƏR:
1.Доéхать до чегó? ---- Hara çatmaq? (miniklə)
доéхать до Москвы -- Moskvaya çatmaq
добежáть до фИниша -- finişə qaçıb çatmaq.
Когдá мы доéхали до Стамбýла, бЫло уже пóздно ---- Biz İstanbula çatanda artıq gec idi.
НаучИтесь доводИть делá до концá ----- İşləri başa vurmağı öyrənin.
(P.S. доводить/довести дело до конца --- işi başa vurmaq).
2.Скóлько éхать от....до...? / ...dan...-a, -ə qədər nə qədər vaxta getmək olar?
от Баку до Москвы --- Bakıdan Moskvaya qədər
От Баку до Закаталы éхать 6 часóв ---- Bakıdan Zaqatalaya 6 saata getmək olar.
От метрó до отéля идтИ пешкóм дéсять минут ----- Metrodan otelə qədər piyada 10 dəqiqəyə getmək olar.
XXX
Прo önşəkilçisi.
MƏNASI: keçmək, ötmək.
Birlikdə işlənilən qoşmalar: чéрез (-dan, -dən); под (altından); мИмо (yanından); передо (qabağından, önündən); за (arxasından); сквозь (içindən, arasından).
NÜMUNƏLƏR:
1. Проéхать что? ---- Nəyi keçmək?
проéхать магазин -- mağazanı keçmək
проéхать останóвку -- dayanacağı keçmək.
Мы проéхали ещё 3 останóвки ---- Biz daha 3 dayanacaq keçdik.
Мы проéхали магазин, нам нýжно вернýться ---- Mağazanı keçdik (ötdük), qayıtmalıyıq.
2. Чéрез что? -- Haradan? Nəyin içindən?
пройтИ чéрез парк -- parkın içindən keçmək
проéхать чéрез мост -- körpüdən keçmək.
Нам нýжно пройтИ чéрез этот парк ---- Biz bu parkın içindən keçməliyik.
Мы уже проéхали чéрез мост ---- Biz artıq körpüdən keçdik.
3. Под кем/чем? ----- kimin/nəyin altından?
под столóм -- masanın altından
под мостóм -- körpünün altından.
Ребёнок пропóлз под столóм ---- Uşaq stolun altından sürünə-sürünə keçdi.
P.S. проползти (СВ) --- iməkləmək; sürünə-sürünə keçmək.
Я проéхал под мостóм ---- Mən körpünün altından keçdim (miniklə).
4. Над кем/чем? ---- Kimin/Nəyin üstündən?
над Стамбýлом -- İstanbulun üstündən
над головóй -- başın üzərindən.
Наш самолёт пролетáет над Стамбýлом ---- Təyyarəmiz İstanbulun üstündən uçub keçir.
У менЯ над головóй пролетéл гóлубь ---- Başımın üstündən göyərçin uçdu (uçub keçdi).
5. МИмо когó / чегó? ---- kimin / nəyin yanından?
мИмо останóвки -- dayanacağın yanından
мИмо дóма -- evin yanından.
Автóбус прoéхал мИмо останóвки ---- Avtobus dayanacağın yaxınından keçdi.
Мимо нáшего дóма прошлá большáя толпá людей ---- Evimizin yanından böyük insan yığını keçdi.
6. Пéред кем / чем? ---- kimin / nəyin qabağından?
пéред окнóм -- pəncərənin qabağından
пéредо мной -- mənim qabağımdan.
Пéред окнóм периодИчески пролéтали птицы ---- Pəncərənin önündən vaxtaşırı quşlar uçub keçirdilər.
ПрЯмо пéредо мной проползлá змеЯ ---- Düz qabağımdan ilan sürünə-sürünə keçdi.
7. За чем? ---- nəyin arxasından?
за шкафáм -- şkafın arxasından
за забóрам -- hasarın arxasından.
ПротащИ прóвод за шкафóм ---- Məftili şkafın arxasından gətir (keçirt).
ПройдИ за забóрам! ---- Hasarın arxasından keç!
8. Сквозь что? ---- nəyin içindən (keçmək üçün deşilməsi lazım gələn bir əngəl, maneə haqqında) ?
сквoзь стéну -- divarın içindən
Что бýдем дéлать? Сквозь стéну же не пройтИ! ---- Nə edəcəyik? Divarın içindən keçmək olmaz ki! (Divarın içindən keçməyəcəyik ki!).
XXX
Пере - önşəkilçisi.
Mənası: keçmək, keçirmək mənalarını bildirir.
Birlikdə işlənilən qoşmalar: чéрез, по, с, на, из, в, от, к.
NÜMUNƏLƏR:
1. Переехать что? Və ya Переехать чéрез что? ----- Nəyi? Və ya Nəyin üstündən keçmək?
переехать мост = переехать чéрез мост -- körpüdən keçmək
переехать дорóгу = перейти чéрез дорóгу -- Yolun o bir tərəfindən keçmək.
перейти ýлицу = перейти чéрез ýлицу -- küçənin o bir tərəfindən keçmək.
Переходите дорóгу тóлько на зелёный свет ---- Sadəcə yaşıl işıqda yolu keçin.
2. Перейти по чемý? ---- Nəyin üzərindən keçmək?
перейти по перехóду -- keçiddən keçmək
перейти по мостý -- körpü ilə (körpüdən) keçmək.
Мы переехали рéку по мостý ----- Biz çayı körpü üzərindən keçdik.
3. C чегó на что? ---- Nəyin üstündən nəyin üstünə?
перепрЫгнуть с лóдки на бéрег --- qayıqdan sahilə tullanıb keçmək.
перелетéть с лЮстры на шкаф --- Lüstrdan şkafa uçub keçmək.
Попугáй перелетéл со шкáфа на лЮстру ----- Tutuquşu şkafdan lüstra uçdu.
4. Из чегó в (во) что / Откýда кудá? ----- nəyin içindən nəyin içinə VƏ YAXUD haradan haraya?
перейти из однóй шкóлы в другýю --- bir məktəbdən digərinə keçmək.
переехать из одногó города в другóй --- bir şəhərdən digərinə köçmək.
Мы переехали из Москвы в Баку ------ Biz Moskvadan Bakıya köçdük.
5. От чегó к чемý? -- nəyin yanından nəyin yanına?
Мы перешлИ от портрéта Пýшкина к портрéту Лермонтова ----- Biz Puşkinin portretinin yanından Lermantovun portretinin yanına keçdik.
Давайтé перейдём от слов к дéлу! ------ Gəlin danışıqdan məsələyə keçək!
Собесéдники перешлИ от грýбых слов к кулакáм ------ Müsahiblər (söhbət yoldaşları) kobud sözlərdən yumruqlara keçdilər.
6. От когó к комy? ---- Kimin yanından kimin yanına?
от мáмы к сестрé --- ananın yanından bacının yanına
от учителя к учИтелю --- bir müəllimin yanından digərinin yanına.
На прóшлой недéле я переехал от мáмы к сестрé ------ Keçən həftə mən anamın yanından bacımın yanına köçdüm.
Ахмет кáждый день хóдит от однóго учителя к другóму, но проблéмы с оцéнками никáк решить не мóжет ------ Əhməd hər gün bir müəllimdən digərinin yanına gedir, amma qiymətlərlə bağlı problemlərini heç cür həll edə bilmir.
***************************************************************
"ЗА- ön şəkilçisi haqqında məlumat"
За- ön şəkilçisi hərəkətin başladığını ifadə edir. Yalnız ÇOX YÖNLÜ / NAMƏLUM fel köklərinin əvvəlində işlənir.
BİRLİKDƏ İŞLƏNƏN QOŞMALAR: "по"
NÜMUNƏLƏR:
По чемý? --- harada? (nəyin içində?)
заходИть по кóмнате --- otaqda (otağın içində) gəzinmək.
забéгать по дворý --- həyətdə (həyətin içində) qaçışmaq (o yan-bu yana)
залетáть по клéтке --- qəfəsin içində uçmağa başlamaq.
*** Брат нéрвно заходИл по кóмнате --- Qardaşım əsəbi halda otağın içində gəzindi (gəzməyə başladı).
*** Кýрицы вЫбежали из курЯтника и забéгали по дворý, спасáясь от собáки ---- Toyuqlar toyuq hinindən yüyürüb çıxdılar və itdən xilas olub həyətin içində qaçışdılar.
*** Канарéйка увИдела котá и беспокóйно залетáла по клéтке ---- Sarısünbül (kanarya quşu) pişiyi gördü və həyəcanla qəfəsin içində uçuşmağa başladı.
*******************************************************8
Dostları ilə paylaş: |