Mövzu:1 Sinif rəhbərinin işinin mahiyyəti
Sinif rəhbəri anlayışı ilk yaranan vaxtlarda “Qrup rəhbəri” adı ilə
meydana gəlmişdir. Onun fəaliyyətinə dair təlimat 1931-ci ildə təsdiq
olunmuşdur. Sonralar, 1934-cü ildən “qrup” - sinif adı ilə, “qrup
rəhbəri” isə sinif rəhbəri adı ilə əvəzlənmişdir.
Şagirdlərin təlim-tərbiyəsində müəllimlərin hər birinin ayrılıq-
da böyük rolu olsa da, sinfin tərbiyə işlərinin təşkilində, şagirdlərin
möhkəm bir kollektiv ətrafında birləşdirilməsində, tərbiyə işlərinin
vahid istiqamətə yönəldilməsində bacarıqlı, təcrübəli, tərbiyə işlərin
yaxşı bilən təşkilatçı pedaqoq – müəllimə ehtiyac duyulur. Elə bir
pedaqoq - müəllim ki, o eyni sinifdə dərs deyən müəllimlərin kol-
lektiv pedaqoji əməyini vahid istiqamətə yönəltməli, sinif şagird
kollektivini təlim-tərbiyə vəzifələri ətrafında sıx birləşdirməli, sinif-
dənxaric işləri məqsədyönlü şəkildə təşkil etməli və şagirdlərin
fəaliyyətini stimullaşdırmalıdır. Bütün bunları sinfin təcrübəli, baca-
rıqlı, yüksək əxlaqi və mənəvi keyfiyyətlərə malik, sevimli müəlli-
mi sinif rəhbəri yerinə yetirir.
Sinif rəhbəri vəzifəsinin zəruriliyi də məhz elə buradan irəli gəlir.
Müəllimlər sinif rəhbəri vəzifəsinə məktəb direktorunun əmri
əsasında təyin olunurlar.
Sinif rəhbərləri məktəbdə təlim-tərbiyə işlərinin keyfiyyətini
yüksəltməkdə, şagirdlərin hərtərəfli, ahəngdar inkişafını, meyl və
bacarığını təmin etməkdə böyük rol oynayırlar. Sinif rəhbərinin
pedaqoji işinin məzmunu çoxcəhətlidir.
Təhkim olunduğu sinif şagirdlərinin dünya baxışlarını for-ma-
laşdırmaq, əqli, ideya-siyasi, əxlaqi, hüquq, əmək, estetik, fiziki, iq-
tisadi və ekoloji tərbiyə vəzifələrinin yerinə yetirilməsini istiqamət-
ləndirmək, məktəbə yaxın olan iqtisadi əmək kollektivləri və ictimai
təşkilatları ilə rəhbərlik etdiyi sinif şagirdlərinin sıx əlaqəsini yarat-
maq, valideynlərlə müntəzəm iş aparmaq, onların pedaqoji mədə-
niyyətini yüksəltmək, şagird birliklərinə və özünüidarə təşkilatlarına
arxalanaraq lazım gəldikdə onların fəaliyyətinə ustalıqla nüfuz edib
düzgün pedaqoji istiqamət vermək və s. belə mühüm işlər sinif rəh-
bərinin fəaliyyətində geniş yer tutur.Təcrübəli sinif rəhbəri, ilk əvvəl,
öhdəsində olan şagirdləri elmlərin əsaslarına dair biliklərlə dərindən
və möhkəm silahlan-dırmalıdır, onların hafizəsini tədris
proqramlarında müəyyənləşdirilmiş bilik sərvətləri ilə
zənginləşirməlidir. Bu sinif rəhbərinin öyrə-
dici, maarifləndirici vəzifəsidir.Sinif rəhbəri şagirdlərin yiyələndikləri
biliklər zəminində onların elmi dünyagörüşünü və ideya-əxlaq
əqidəsini formalaşdırmalı, şagirdləri nəcib ümumbəşəri əxlaqi
keyfiyyətlər ruhunda tərbiyələn-dirməlidir. Bu onun tərbiyələndirici
vəzifəsinə aiddir.Hər bir sinif rəhbəri şagirdlərin sağlamlığını, fiziki
inkişafının yüksək səviyyəsini təmin etməyə, dərsdənkənar tərbiyə
işlərini pedaqoji baxımdan düzgün təşkil daxil etməklə onların
marağını, intellektual və fiziki qabiliyyətlərini inkişaf etdirməyə nail
olma-lıdır. Bu sinif rəhbərinin inkişafetdirici vəzifəsidir.
Bacarıqlı sinif rəhbəri uşaqların öz imkanları daxilində res-
publikamızın ictimai-siyasi həyatında, kütləvi tədbirlərdə, təbliğat və
təşviqat işlərində fəal iştirakını təmin etməlidir. Bu sinif rəhbə-
rinin ictimai-siyasi vəzifəsinə daxildir.
Sinif rəhbəri ictimai-pedaqoji sahədə də fəal qüvvə olmalı,
ictimaiyyətlə, valideynlərlə və ya onları əvəz edən şəxslərlə sıx əlaqə
saxlamalı, onları uşaqların təlim-tərbiyəsi məsələləri üzrə lazımi
biliklərlə silahlandırmaqda yorulmadan iştirak etməli, tərbiyənin
forma, metod və vasitələrini təkmilləşdirməyə, sinifdənxaric işlərin
yüksək səmərəliliyini təmin etməyə ciddi səy göstərməlidir. Bunlar da
sinif rəhbərinin ictimai-pedaqoji vəzifəsinə daxildir.
Sinif rəhbəri şagirdlərin eyni tərkibi ilə uzun müddət işləyir. Bu
prosesdə o, həm rəhbər, həm tərbiyəçi, həm də müəllim kimi özünü
şagirdlərdə təkrar etdirir, mənəvi keyfiyyətlərini, təcrübəsini öz
yetirmələrinin mənəviyyatında davam etdirir, uşaqların sosial
təşəkkül prosesinə qüvvətli təsir göstərir.
Sinif rəhbəri şagirdlərin ictimai həyatda müvafiq mövqe tut-malarına,
xalqa fayda verən bir qüvvəyə çevrilmələrinə kömək edir; hər bir
şagirdi “yer üzünün əşrəfi” səviyyəsinə qaldırmağa çalışır. Bu çox
nəcib, cəlbedici və şərəfli iş olub sinif rəhbərinin fəaliyyə-tini
səciyyələndirir. Həmin fəaliyyətin özünəməxsusluğunun ikinci cəhəti
onun son dərəcə çətin və mürəkkəb iş olmasıdır.Sinif rəhbəri sinfə aid
sənədləri tərtib edir, gündəliklərin və şagirdlərin şəxsi işlərinin
vəziyyətinə nəzarət edir.
Dostları ilə paylaş: |