Mövzu №10 Token Ring şəbəkəsi Token Ring şəbəkələri



Yüklə 282,99 Kb.
səhifə1/6
tarix26.04.2022
ölçüsü282,99 Kb.
#56344
  1   2   3   4   5   6
ders 10


MÖVZU № 10 Token Ring şəbəkəsi

Token Ring şəbəkələri

70-ci illərdə İBM firması tərəfindən yaradılmış Token Ring şəbəkəsi böyük kompüterlərdən imtina edən istifadəçilər arasında böyük rəğbət qazanmışdı. Ethernet şəbəkəsi ilə müqayisədə, bu şəbəkələr baha olduqları üçün o vaxtlar az yayılmışdı. Lakin Token Ring şəbəkəsi xarici təsirlərə, xüsusilə, şəbəkənin güclü yüklənməsində daha davamlı işləyir.

Fiziki səviyyədə Token Ring şəbəkəsi ulduzvari topologiyaya malik olur, bunun üçün “hörülmüş cütlük” ekranlaşdırılmış kabeldən istifadə edilir. Hər bir stansiya çox stansiyali daxil olma qurğusu (MSAU – Multistation Access Unit) adlanan mərkəzi konsentratora qoşulur. Token Rihg şəbəkəsinin məntiqi strukturu halqadan ibarət olur, hər bir stansiya özündən əvvəlki yaxın qonşudan, siqnal qəbul edir və onu qabaqdakı yaxın qonşuya ötürür.

Ethernet-də olduğu kimi, Token Ring-də MAC-ünvandan istifadə edilir. Şəbəkə daşıyıcısına daxil olmaq üçün Token Ring şəbəkəsində aşağıdakı prosedur qəbul olunmuşdur:

Ethernet-də olduğu kimi, burada stansiyalar istənilən zaman anında verilənləri ötürə bilmirlər. Bunun əvəzində, onlar marker adlanan xüsusi kadrın alınmasını gözləyirlər. Markeri əldə etdikdən sonra, stansiya aşağıdakı hərəkətlərdən birini yerinə yetirir:

- Ötürüləcək verilənləri kadrın sonuna birləşdirir və T kadr bitinin tərkibini dəyişdirir və qəbuledici stansiyaya xəbərdarlıq göndərir ki, kadrda verilənlər var.


  • Əgər markeri qəbul edən stansiya verilənləri ötürməyə hazırlaşmırsa, o zamam həmin stansiya markeri sadəcə olaraq, halqa üzrə növbəti stansiyaya ötürür.
  • İnformasiyaya malik kadr stansiya-qəbulediciyə çatana qədər halqa boyunca hərəkət edir. Bu stansiya kadrı buferə köçürür və kadr köçürülmüş kimi qeyd edilir. Sonra yenidən kadr hərəkət edir və stansiya-mənbəyə çatdıqda, o, halqadan çıxarılır.
  • Adətən hər bir zaman anında halqada yalnız bir kadr yerləşə bilər. Birinci kadrı ötürdükdən sonra kadr vaxtından qabaq halqadan çıxarıldıqda, stansiya halqaya yeni marker göndərə bilər.
  • Stansiya markeri almamış ötürməni başlaya bilmədiyi üçün, burada münaqişələr mümkün deyildir.

Token Ring kadrlarının formatı Ethernet kadrların formatından fərqlənirlər. Markerin kadrı prioritet sistemini tətbiq etməklə, istifadəçi tərəfindən qeyd edilmiş yüksək prioritetə malik stansiyalara icazə verir ki, onlar şəbəkədən başqalarına nisbətən daha tez-tez istifadə etsinlər. Daşıyıcıya daxil olmanın idarə sahəsi şək 2-də göstərilmişdir.


Yüklə 282,99 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin