Mövzu İnvestiSİyalarin uçotu investiyalar haqda anlayış və onların təsnifatı



Yüklə 41,6 Kb.
səhifə1/9
tarix23.05.2022
ölçüsü41,6 Kb.
#59009
  1   2   3   4   5   6   7   8   9
7 Mövzu-7 Invest uçotu


Mövzu 7. İNVESTİSİYALARIN UÇOTU



  1. İnvestiyalar haqda anlayış və onların təsnifatı.

  2. Dövriyyədənkənar aktivlərə maddi və qeyri-maddi aktivlərə investisiyaların uçotu

3. “Daşınmaz əmlaka investisiyalar üzrə” kommersiya təşkilatları
üçün 27 nömrəli Milli Mühasibat Uçotu Standartı.

  1. Daşınmaz əmlaka investisiyaların uçotu.

  2. Asılı təsərrüfat cəmiyyətlərinə investisiyaların uçotu üzrə” 20

nömrəli Milli Mühasibat Uçotu Standartı.

  1. İştirak payı metodu ilə uçota alınmış investisiyaların uçotu



1. Beynəlxalq və ölkə iqtisdi ədəbiyyatlarda investisiyaqoyuluşları dedikdə mənfəət, royalti, dividentlər, icarə haqqı və s. formada iqtisadi səmərə əldə etmək məqsədi ilə müxtəlif formada vəsaitlərin (aktivlərin) qoyuluşu başa düşülür.Tərkibinə görə investisayalar real və partfel investisiyalarına bölünür.
Real investisiyalar dedikdə əsas vəsaitlərə, qeyri-maddi aktivlərə və daşınmaz əmlaka edilən qoyuluşlar başa düşülür.
Portfel investisiyalar dedikdə isə qiymətli kağızlara və digər maliyyə aktivlərinə qoyulan investisiyalar başa düşülür.
Real sektora edilən investisiyalar bəzən kapital qyuluşları, qiymətli kağızlara və digər maliyyə aktivlərinə qoyuluşları isə maliyyə qoyuluşları adlandırılır.
Kapital qyuluşları dedikdə qeyri-maddi aktivlərin alınması və yaradılmasına, yeni əsas vəsait obyektlərinin əldə edilməsi və rekonstruksiyasına, mövcud olan istehsal güclərinin rekonstruksiyasana və texniki cəhətdən yenidən qururlmasına qoyulan məsrəflərin məcmuyu başa düşülür.
Kapital qoyuluşları təyinatına, işlərin təşkili xarakterinə, texniki strukturuna, hazırlıq dərəcəsinə görə və s. əlamətlərinə görə təsnifləşdirilir. Qeyd edilən belə bir qruplaşdırılma kapital qoyuuşlarının planlaşdırılması və uçotu zamanı istifadə edilir.
Həyata keçirilmə üsuluna görə onlar iki yerə -təsərrüfat üsulu və podrat üsulu ilə həyta keçirilən kapital qoyuluşlarına bölünür.
Texniki strukturuna görə tikinti işlətri və quraşdırma işlərinə bölünür. İşlərin təşkili xarakterinə görə sifarişçi və podratçılatra bölünür. Hazırlıq dərəcəsinə görə başa çatmış və tikilməkdə olan kapital qoyuluşlarına bölünür.


2. Qeyd edildiyi kimi mkapital qoyuluşları təsərrüfat üsulu və podrat üsulu ilə həyta keçirilən kapital qoyuluşlarına bölünür. Biz bu sualda tikinti tidirən və ya sifarişçi
tərəfindən həyata keçirilən kapital qoyuluşlarını nəzərdən keçirəcəyik. Məsələ burasındadır ki,sifarışçi tərəfindən aparılan uçot sifarişçi tərəfindən aparılan uçotdan fərqlənir. Qeyd etmək lazımdır ki, podratçılar tikintiyə məsrəflərin uçotunu əsas istehsala məsrəflərin uçotuna müvafiq qaydada aparır. Xüsusi ilə əsas vəsait obyektlərinin tikintisinə məsrəflərin uçotunu podratçılar 203”Tikinti müqavilələri üzrə bitməmiş işləri” hesabında aparır.
Tikinti tikdirənlər(sifarişçilər) isə kapital qoyuluşlarının uçotunu 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq 1, 2 və 3 saylı subhesablarında aparır. Quruluşuna görə bu hesab aktiv inventar hesabdır. Onların debet qalığı hesabat dövrünün əvəlinə sifarişçidə olan əsas vəsait obyektlərinə cəkilən faktiki məsrəflərin məbləğini əks etdirir. Bu hesabların debet dövriyyəsi yeni əldə edilmiş və ya tikinti prosesində quraşdırılma tələb edən obyektlərə çəkilən faktiki məsrəfləri, kredit dövriyyəsi isə əsas vəsaitlər sırasına daxil edilməyə hazır olan obyektlərə çəkilən faktiki məsrəflərin silinməsini əks etdirir. Bunun üçün əsas kimi tərtib edilmiş aktlar hesab olunur. Sifarişçinin anbarında olan avadanlıqların analitik uçotu materialların anbar uçotu kartoçkalarında (forma-17) aparılır.
Avadanlıqların quraşdırılmağa doğru hərəkətinə dair mühasibatb yazılışlarına nəzər yetirək:

1. quraşdırma tələb edən avadanlıqların daxil olması zamanı DT 113-1 KT 431və


ya 531.
2. avadanlıqların alınmasıvə ya onların əlınması və ya gətirilməsi ilə əlaqədar xərclərin bankdakı hesablar və ya nağd qaydada ödənilməsi DT 113-1KT 221, 223 və s.
3. avadanlıqların daşınması və ya saxlanılması ilə əlaqədar cəkilən məsrəflər və sosial sığortaya ayırmalar əks etdirildikdə DT 113-1 KT 533, 522.
4.müəssisənin nizamnamə fonduna pay qoyuluş şəklində təqdil edilən avadanlıqların mədaxil edilməsi zamanı DT 113-1 KT 301 və ya 302.
5. avadanlıqları gətirilməsi üzrə nəqliyyat təşkilatının çəkdiyi məsrəflər üzrə DT 113-1 KT 431
6. alınmış bank krediti hesabına alınmış quraşdırılma tələb edən avadanləqlarım mədaxili zamanı DT 111-1 KT 401
7. törəmə müəssisələrdan quraşdırılma tələb edən avadanlıqlar mədaxil edildikdə DT111-3 KT 432 və ya 532.
8.quraşdırılmağa təhvil verilmiş avadanlıqların dəyəri silindikdə DT 113-1 KT 111-3.
9. quraşdırılma üçün nəzərdə tutulmuş avadanlıqlar satıldıqda DT 611-1 KT 113-1.
Əsas vəsaitlərin inşası və alınması ilə əlaqədar çəkilmiş, lakin müvafiq qanunvericiliyə əsasən obyektlərin ilk dəyərinə daxil edilməyən məsrəflər 113-2 saylı hesabdan silinir.
Bunlara dair mühasibat yazılışlarını nəzərdən keçirək:

  1. Quraşdırılma tələb edən avadanlıqlar quraşdırılmağa verildikdə DT 113-3KT 113-1

  2. Kapital qoyuluşu üzrə tikinti və s. materillar istifadə edildikdə DT113-3 KT 201

  3. Kapital qoyuluşu üzrə müxtəlif xərclər ödənildikdətikinti və s. materillar istifadə edildikdə DT113-3 KT 221, 223

  4. Malsatan və podratçıların kapital qoyuluşu məqsədi ilə yerinə yetirildiyi işlər qzrə hesabnaməsi aksept edildikdə DT 113-3 KT 431, 531

  5. Əvəzsiz qaydada quraşdırılması tələb olunmayan avadanlıqlar alındıqda DT 113-3 KT 611-3

  6. İnşa edilmiş və alınmış əsas vəsait obyektləri istismara verildikdə ilk dəyəri ilə əks etdirildikdəDT 111 KT 113-2

Əsas vəsait obyektlərinin inşası və əldə edilməsi üzrə kapital qoyuluşlarının analitik uçotu 113 saylı hesabda hər bir tikilməkdə olan və ya alınmış əsas vəsait obyektləri üzrə aparılır.
Qeyd etmək lazımdır ki, qeyri-maddi və digər qeyrimaliyyə aktivlərinə investisiyaların sintetik və analitik uçotu əsas vəsaitlərin uçotu qaydasına müvafiqdir.
Qeyri-maddi aktivlərə invəstisiyaların sintetik uçotu 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması” hesabına müvafiq subheablar açmaqla aparılır.

Yüklə 41,6 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin