Mövzu 3. Psixoloji maarifləndirmənin əsas istiqamətləri Plan: Psixoloji maarifləndirmənin məqsədi və vəzifələri
Valideynlər arasında aparılan psixoloji maarifləndirmə işinin məzmunu və formaları
Ailə münaqişələri problemi və bu sahədə aparılan maarifləndirmə işləri
Müəllimlər və məktəb rəhbərləri ilə aparılan maarifləndirmə işinin məzmunu və formaları
1 plan. Təhsil sistemində praktik psixoloji xidmətin strukturunda psixoloji maarifləndirmə işi özünəməxsus yer tutur. Onun əsas məqsədi təhsil sisteminə daxil olan müxtəlif tipli müəssisələrdə çalışan müəllim və tərbiyəçiləri psixologiya elminin son nailiyyətləri ilə tanış etməkdən, pedaqoq və valideynləri uşaqların inkişafında və davranışında müşahidə olunan normadan kənara çıxma halları haqqında məlumatlandırmaqdan ibarətdir. Deməli, təhsil müəssisələrində psixoloji maarifləndirmə işi