Mövzu XX. Azərbaycanda sovet məKTƏBİ VƏ TƏHSİl siyasəTİ. Əhatə olunacaq məsələlər



Yüklə 38,71 Kb.
səhifə1/8
tarix03.06.2023
ölçüsü38,71 Kb.
#124650
  1   2   3   4   5   6   7   8
20 Mövzu



MÖVZU XX .AZƏRBAYCANDA SOVET MƏKTƏBİ VƏ TƏHSİL SİYASƏTİ.
Əhatə olunacaq məsələlər.

  1. Sovet təhsil sisteminin yaradılması.

  2. Azərbaycan təhsilinin uğurlu inkişafı (1970-1980 –ci illər)

  3. Azərbaycan müəllimlərinin sovet dövrü qurultayları.

  4. Mehdi Mehdizadə.

  5. Məktəbəqədər tərbiyə və məktəbdənkənar təhsil müəssisələrinin təşkili və inkişafı.

  6. Texniki-peşı təhsili.

Ə D Ə B İ Y Y A T :

    1. Hüseyn Əhmədov “Azərbaycanda məktəb və pedaqoji fikir tarixi”. Bakı -2014.

    2. Ə.Seyidov “Pedaqogika tarixi”. Bakı -1968.

    3. Fərrux Rüstəmov “Pedaqogika tarixi”. Bakı 2006.

    4. Talıbov Y.R., Sadıqov F.B.Quliyev “Azərbaycanda məktəb və pedaqoji fikir tarixi”. Bakı 2000.

1.Sovet təhsil sisteminin yaradılması.
1917 – ci ildə Rusiyada baş verən inqilab nəticəsində çar Rusiyasından miras qalmış xalq maarifinin bütün sisteminin tamamilə yenidən qurulması prosesi başlandı.
Rusiyada 1917-ci ilin 9 noyabrında verilən dekret əsasında maarif üzrə Dövlət Komissiyası yaradıldı. A.V.Lunaçarski (1875-1933) Rusiyanın maarif komissarı təyin edildi. Sovet hökumətinin xalq maarifi sahəsində əsas prinsip və vəzifələr elan edildi. Bu prinsip və vəzifələrdə ibtidai təhsilin ümumi və məcburi olması, təhsilin dünyəvi xarakter daşıması, xalq maarifinin demokratikləşməsi, yerli və milli xüsusiyyətlərin nəzərə alınması, məktəb şəbəkəsinin genişləndiril-məsi, savadsızlığın ləğvi, ilk növbədə ibtidai məktəb müəllimlərinin vəziyyətinin yaxşılaşdırılması, yeni müəllim kadrları hazırlamaq və s kimi tədbirlərdən bəhs olunurdu.
Hökumətin 1918-ci il 21 yanvar tarixli dekreti ilə kilsə dövlətdən ayrıldı. Məktəblərin idarə edilməsi yerli sovetlərə verildi.
1917-1918-ci dərs ilində “Vahid əmək məktəbinin əsas prinsipləri” və “Vahid əmək məktəbi haqqında əsasnamə” elan edildi.
Xalq maarifi sahəsində kommunist ideologiyası hakim oldu.
1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xalq maarif sistemi də Rusiyada olduğu kimi, yeni prinsiplər əsasında təşkil edilməyə başlandı və bununla da Azərbaycan xalq maarifi, məktəb təhsili və pedaqoji fikrinin yeni dövrü, sovet sosialist respublikası dövrü başlandı. Bu işdə Sövet Rusiyasının təhsil modeli əsas götürüldü, vahid dünyəvi əmək məktəbi, ümumi icbari təhsil, qzlarla oğlanların birgə təhsili, təhsildə hüquq bərabərliyi və digər prinsiplər əsas götürüldü. 1920-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığı yaradıldı. Dadaş Bünyadzadə (1888-1938) ilk maarif komissarı təyin edildi. 1920-ci ilin dekabrında Azərbaycan İnqlab Komitəsi tərəfindən Azərbaycanda sovet maarif sisteminin qurulmasının hüquqi əsaslarını müəyyən edən. “Yeni Sovet məktəbi yaratmaq hüququnda” xüsusi dekret verildi. Həmin dekretə əsasən köhnə ibtidai və orta məktəblər politexnuk məktəblərlə əvəz olundu. Azərbaycan dili məktəblərdə əsas tədris dili elan olundu. Respublikada iki pilləli təhsil müddəti olan məktəblər təşkil edildi. 5 illik təhsil müddəti olan 1-ci pillə 1-5-ci sinifləri, 4 illik təhsil müddəti olan 2-ci pillə isə. 6-9-cu sinifləri əhatə edirdi. Hər iki pillədə təhsilin pulsuz və icbari olması müəyyən edildi.
Beləliklə, 1920-ci ildə Azərbaycanda sovet təhsil sisteminin əsası qoyuldu. Məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsi üçün şərait yaradıldı. 1920-ci ildə Azərbaycan SSR Maarif Komissarlığı tərəfindən “ Azərbaycan SSR Vahid əmək məktəbi haqqında Əsasnamə” qəbul edildi. Həmin “Əsasnamə”ilə təhsilin yuxarıda göstərilən iki pilləli olması prinsipi təsdiq edildi. Hamılıqla savadlanma uğrunda hərəkat başlandı. “Savadsızlıqla mübarizə komitəsi” yaradıldı. “Rədd olsun Savadsızlıq” cəmiyyəti təsis olundu. “Savadsızlıqla mübarizə” komitəsinin sədri Xalq Kommisarları Sovetinin başçısı Qəzənfər Musabəyov, “Rədd olsun Savadsızlıq” cəmiyyətinin sədri isə daxili işlər naziri Həmid Sultanov idi.
1920-1925-ci illərdə müəllim kadrları hazırlığında da irəliləyiş oldu. Bir sıra şəhərlərdə müəllimlər seminariyası açıldı. 1925/1926-cı tədris ilində Azərbaycanda 16 pedaqoji texnikum fəaliyyət göstərirdi. Bunların nəticəsi idi ki, həmin illərdə müəllimlərin sayı artıq 5 min nəfər olub keçmişdir. Azərbaycan Xalq Cumhuriyyəti dövründə başlanmış əlifba islahatı yenidən canlandı, yeni türk əlifbası komitəsi yaradıldı. Tədricən ərəb əlifbası ilə yanaşı latın əlifbası da istifadə edilməyə başlandı və 1926-cı ildə Bakıda çağrılmış Birinci Beynəlxalq Türkoloji Qurultayı latın əlifbasına keçidi qərara aldı. Lakin bu tədbir o qədər də uzun çəkmədi. 1939-cu ildə ruslaşdırma siyasətinin nəticəsi nəticəsi olaraq latın əlifbası rus (kiril) qrafikası ilə əvəz edildi.
14 avqust 1930-cu ildə Azərbaycan hökuməti ümumi icbari ibtidai təhsilin həyata keçirilməsi ilə bağlı qərar qəbul etdi. Ölkədə bu sahədə xeyli irəliləyiş özünü göstərdi. İbtidai məktəblərin sayı xeyli artdı. İbtidai məktəblərdə oxuyan şagirdlər arasında qızların sayına xeyli artım müşahidə olunurdu.
1930-cu illərdə respublikada ümumi icbari 7 illik təhsilə keçildi və ümumi icbari təhsilin strukturunda dəyişiklik edildi. Belə ki, ibtidai məktəblər 1-7-ci sinifləri, orta məktəblər isə 1-10-cu sinifləri əhatə edirdi.
Bu illərdə Azərbaycanda məktəbəqədər tərbiyə müəssissələri, texniki - peşə məktəblərinin şəbəkəsi də inkişaf etməyə başladı. Sənət məktəbləri, dəmiryol məktəbləri, fabrik-zavod məktəbləri adı altında peşə məktəbləri fəaliyyət göstərirdi.
1920-1930-cu illərdə Azərbaycanda ali və orta ixtisas təhsili sahəsində irəliləyiş də müşahidə edilirdi. Ali və orta ixtisas məktəblərinə fəhlə və kəndli gənclərin qəbul edilməsinə üstünlük verirdi.
Bu illərdə bir-birinin ardınca yeni-yeni ali məktəblər yarandı. 1921-ci ildə Bakı politexnik institutu və Azərbaycan kişi pedaqoji institutu – indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti yaradıldı, Azərbaycan məktəbəqədər tərbiyə insitutu təşkil edildi. Bu institut sonralar Ali Qadın Pedaqoji İnstitutuna çevrildi. Elə həmin 1921- ci ildə həmçinin, Dövlət Konservatoriyası və Ali İncəsənət məktəbi təsis edildi. Bu ali məktəblərdə tədris əvvəllər rus dili ilə yanaşı, həm də Azərbaycan dilində aparılırdı. 1930-cu illərdə Azərbaycanlı gənclərin böyük bir dəstəsi, həm də Rusiya və Avropa dövlətlərinin ali məktəblərində təhsil alırdı. Ali məktəblərin şəbəkəsi sonradan artmağa başladı. Gəncədə Kənd təsərrüfatı İnstitutu, Bakıda Neft İnstitututu təsis edildi. Bakı Dövlət Universitetinin bazası əsasında 4 müstəqil ali məktəb-tibb institutu, pedaqoji institutu, Sovet quruculuğu və kooperativ institutu yaradıldı. Beləliklə, 1930-cu illərdə Azərbaycanda 19 ali məktəb fəaliyyət göstərirdi.
1941-ci ildə başlayan və beş il davam edən, tarixə Böyük Vətən Müharibəsi kimi daxil olan 1941-1945-ci illərin alman-rus müharibəsi 7 illik icbari təhsilin həyata keçirilməsini xeyli çətinləşdirdi. Məktəblərdə işin ahənği pozuldu. Müəllimlərin bir hissəsi mühaaribəyə səfərbərliyə alındı. Tədris binalarının bir hissəsi hərbi məqsədlər üçün istifadə edildi, məktəblərin sayı və burada təhsil alan şagirdlərin sayı, təhsilin səviyyəsi aşağı düşdü. Bütün bunlarla yanaşı aparılan tədbirlər nəticəsində sovet məktəbləri öz fəaliyyətini dayandırmadı.

Yüklə 38,71 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin