Müəllim- Hüseynova Afət Fənn- Kompüter şəbəkələrinin periferiya qurğuları Fakültə- Mühəndislik Ad- Məmmədov Orxan Mövzu- Komputerlərin və şəbəkələrin periferiya qurğuları.Ümumi məlumat
Komputerlərin və şəbəkələrin periferiya qurğuları.Ümumi məlumat Sistem blokunun daxilində yerləşən komplektləşdirici qurğulardan əlavə, kompüterlər xarici (periferiya) qurğuları ilə təchiz olunurlar. Verilənlərin sistem blokuna daxil edilməsi və ya blokdan xaric edilməsi, həmçinin sistem blokunda uzun müddət saxlanması üçün istifadə edilən qurğulara periferiya qurğuları deyirlər.
Kompüterin periferiya hissəsinə daxil olan xarici yaddaş qurğusu böyük həcmə malik olan informasiyanı saxlamaq üçün istifadə olunur. Xarici yaddaşla informasiya mübadiləsi (informasiyanın yazılması və oxunması) əməli yaddaş vasitəsilə aparılır. Xarici yaddaş enerjidən asılı olmayan daşıyıcılarda (maqnit diskində, lentində, kartında, yığcam diskdə, fləşdə) qurulur. Daxiletmə - xaricetmə qurğuları informasiyanın kompüterə daxil edilməsi və kompüterdən xaric edilməsi, həmçinin istifadəçi ilə kompüter arasında ünsiyyətin təmini üçün istifadə olunur. Kompüterə yeni periferik qurğu əlavə etmək ücün kontroller gərəkdir. Kontroller qurğusu sistemin və əlavə qoşulan qurğunun işini uzlaşdıran aparatdır. Bundan əlavə, qurğunun drayveri lazımdır. Drayver - əlavə qurğunu bütövlükdə sistemlə proqram cəhətdən əlaqələndirən proqramdır. Periferiya qurğuları təyinatına görə aşağıdakı kimi qruplaşdırılır:
- verilənləri daxil edən qurğular (giriş qurğuları) – klaviatura, maus, coystik, skaner, rəqəmli kamera, mikrofon, qrafik planşet və s.;
- verilənləri xaric edən qurğular (çıxış qurğuları) – printer, plotter (qrafik çəkən qurğu), səs gücləndirici, monitor və s.;
- verilənləri mübadilə edən qurğular – modem, faks Klaviatura kompüterin hələ əsas giriş qurğusu olaraq qalır.
Klaviatura düymələri nömrələnmişdir. Hər nömrə ayrıca elektrik sxeminə uyğundur. Registr düymələri ([Shift], [Ctrl], [Alt], [Caps Lock], [Num Lock]) klaviatura düymələrinin nömrələrini dəyişir.
Maus və trekbol koordinatlı daxiletmə qurğulardır, yəni bunları müstəvi üzərində hərəkət etdirdikdə displey ekranında üfqi və şaquli hərəkət edən kursor informasiyanın daxil edilməsi vəidarə edilməsi prosessini reallaşdırmağa imkan verir.
Trekbol arxası üstə çevrilmiş mausdur. Trekbolun fırlanan kürəsini barmaqla fırlatmaqla kursoru lazımi yerə gətirmək mümkündür. Coystik - üfqi və şaquli hərəkət edən iki şarnirli (həncamalı) altlığa bərkidilmiş dəstəkdir.
Coystik də maus kimi işləyir. Rəqəmsal kamera kompüterə təsvirləri daxil etmək üçün istifadə olunan xüsusi quruluşlu cihazdır. Onu kompüterə qoşmaqla əldə edilmiş videoyazıları kompüterin yaddaşında saxlamaq olur.
Skaner şəkiloxuyan gurğudur. Skanerin iş prinsipi kseroksin iş prinsipinə uyğundur. Əsas fərqi üzünü çəkdiyi informasiyanı müəyyən müddət yadda saxlama qabiliyyətinin olmasıdır. Digitayzer (elektron planşet) koordinat dəyişdiricidir. Avtomatlaşdırılmış layihələşdirmə sistemlərində istifadə edilir.
Mikrofon səsimizi analoq formada kompüterə daxil edən qurğudur. Daxil olan analoq formada olan səs siqnalları səs kartı vasitəsilə kompüter daxilində rəqəmsal informasiyaya çevrilir. Monitor (displey) mətn və qrafik informasiyanı təqdim etmək üçündür.
Monitorun ekranına çıxarılan infarmasiya videoyaddaşda saxlanır. Bu, məntiqi cəhətdən əməli yaddaşın bir hissəsi olsa da, fiziki cəhətdən monitora quraşdırılmış ayrıca qurğudur.
Printer informasiyanı kağız üzərinə çıxarır. Printerlər matris, sırnaqlı, lazer tipli olur. Plotter (qrafquran) faktiki olaraq çertyoj quran böyük printerdir.
Akustik sistemlər (kolonkalar, speaker, ucadandanışan, səsucaldıcı)səs informasiyalarını dinləmək üçündür. İndiki kompüterlərin hamısında audioadapter (səs kartı) vardır. Səsucalan kolonkalar həmin audioadapterlə işləyir.
Modem kompüterin İnternet şəbəkəsinə qoşulmasını təmin edir. Faks informasiyanı həm qəbul edir həm də xaric edilməsində iştirak edir. Xüsusi faks faylları vardır ki, faks qurğusunda çap olunur.