Mühazirə 4 Şumer dili



Yüklə 32,94 Kb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü32,94 Kb.
#35264
növüMühazirə
  1   2   3   4
4-cü mövzu Şumer dili


Mühazirə 4 Şumer dili

Sumer

Tarixçilərin əksəri sumerlərin IV minilin ortalarında İkiçayarasına gəlməsi faktını qəbul edir, lakin haradan gəldikləri haqqında hələlik gerçək bilgi əldə olunmamışdır. Sumer-akad dillərində olan qaynaqlara görə, İkiçayarasının quzeyi Subar ölkəsi, güneyi isə Kengir (Sumer) ölkəsi idi və bunların arasında qalan Kiur bölgəsi sonralar Akad adlandı. Sumerlərdən minil sonra bura sami (akad) boyları gəlib yerləşmişdi.

Qədim dünya sivilizasiyasında önəmli yeri olmasına baxmayaraq, çoxdan unudulmuş «sumer xalqı» və onun dili haqqında tarix elminə ilk məlumatı Jül Oppert 1869-cu ilin 17 yanvarında gətirdi. Prototürk boylarının güney-batı bölgələri haqqında ilk yazılı qaynaqlar məhz sumer dilindədir. Sumer epik əsərlərində Güney Azərbaycanda qurulan Aratta, Lulu və Qut dövlətlərinə aid bəlgələrlə yanaşı, sumer-türk əlaqələrini aşkar göstərən dil paralelləri qədim türk boylarının güney-batı sınırlarını müəyyən etməyə imkan verir Tarix boyu aqrar ölkə olan İkiçayarasının güneyi əkinçilik və heyvandarlıqla seçilmiş, buradan ixrac olunan əsas mallar da taxıl, yun və dəri olmuşdur. VI-V minllərdə İkiçayarasının güney bölgələrində əhali

əkinçiliyi inkişaf etdirmiş, IV minilin ortalarında sumerlər bura gələndə artıq arx və kanallar geniş suvarma Şəbəkəsi formasını almışdı. Güneydə V minilin sonunda formalaşan Ubeyd kulturu sumerlərin gəlişinə qədər yaranıb, inkişaf etməkdə idi. İkiçayarası arxeoloji kulturun Sumer öncəsi dövrü Azərbaycanın güney-batı kulturu ilə eyni mənşəli olub, sumerlərin gəlişindən sonra tədricən fərqli təkamül yolu keçmişdir. III minilin əvvəlində Sumer əhalisi çoxaldı, Şəhərlər hasara alındı, məbədlər böyüdü, yazı yarandı. Burada III minilin əvvəlindən ortalarına qədər yazıöncəsi işarə-loqoqramlar yayılmışdı. A. Leo Oppenheim yazır ki, sumerlər özləindən öncə burada mövcud olmuş mədəniyətlə yanaşı, həmin işarələr sistemini də mənimsəyib onu mixi yazıya çevirmişlər. İkiçayarasının güneyinə gəlib yerləşən sumerlərin dilində yerli xalqın bəzi toponim və teonimləri əks olunmuşdur. Burada məskunlaşan sumerlər özlərini «kəngərli» və «kəngər ölkəsinin adamı» adlandırmışlar. Onların sumer adlanması isə akadlarla bağlıdır, çünki bura gələn akadlar «sumerləri» də subar (suber > sumer) demişlər. Bu adi gerçəkliyi düzgün dəyərləndirə bilməyən sumeroloqlar bu adla bağlı yanlış fikir söyləməli olmuşlar.

Sumer (şu-me-ru-u) adına yalnız m.ö. XXIII əsrdən sonra rast gəlmək olur, «Sumer» anlamında işlənən Kengir sözü isə hələ Uruk çarı Enşakuşanna (təxminən m.ö. 2450) yazısında vardır:




Yüklə 32,94 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin