Mühazirə Geodinamika



Yüklə 83,2 Kb.
Pdf görüntüsü
tarix15.11.2019
ölçüsü83,2 Kb.
#29591
Mühazirə 1


Mühazirə 1. 

Geodinamika 

Giriş 

Geodinamika Yerin evolyusiyası  nəticəsində onun daxilində  və üst bərk 



təbəqəsində baş verən enerjini və maddə kütləsinin hərəkətini təmin edir. Yerin 

dərinlik qüvvələri və prosesləri haqqında olan elmdir.  

Geodinamikanın tədqiqat obyekti olan və litosferə  təsir edən dərinlik 

qüvvələri və prosesləri bilavasitə öyrənmək mümkün olmadığından, onlar 

haqqında təsəvvür dolayı  əlamətlər və  nəzəri tədqiqatlar vasitəsilə  əldə olunur. 

Belə vasitələrdən aşağıdakıları qeyd etmək olar.  

Geofiziki üsullar. Burada əsasən Yerin daxilindən küçən seysmik dalğaların 

tədqiqi nəzərdə tutulur. Bu üsulla Yerin müxtəlif təbəqələrindən ibarət olduğu və 

onun nüvəsinin mövcudluğu müəyyən edilmişdir. Digər geofiziki üsullar da Yerin 

dərin qatlarının öyrənilməsində mühüm rol oynayır. Misal üçün, Yerin formasının 

analizi, Yerin qravitasiya və maqnit sahəsinin tədqiqi, Yer səthində müşahidə 

olunan istilik axının (selinin) qlobal anomaliyasının ölçülməsi və.s. 

Geokimyəvi və petroloji  məlumatlar Yerin daxilinin mümkün tərkibindən, 

eksperimental petrologiya isə maddənin Yerin müxtəlif dərinliyində durumundan 

və fiziki xassələrində, misal üçün özlülüyündən mülahizə yürütməyə imkan verir. 

Süxur və mineralların müxtəlif dərinliklərə xas olan temperatur və  təzyiq 

altında fiziki (elastiki dalğalarının sürəti, elektrik və maqnit) xassələrinin 

eksperimental  şəraitdə öyrənilməsi, onların, yəni termodinamik şəraitin müvafiq 

geofiziki sahələrə təsirini araşdırmağa imkan verir. Dediklərimizdən əlavə,meteorit 

şəklində Yerə düşən planetlərarası maddənin tədqiqi, Yer maddəsinin ilkin 

tərkibindən məlumat almağa imkan verir. 

Geodinamika Günəş sistemi planetlərinin  əmələ  gəlmə konsepsiyasını 

nəzərə alan bir sıra nəzəri hipotezlərə əsaslanır. Bunlar, Yerin ilkin isti və ya soyuq 

olması hipotezləridir. Məlumdur ki, bu hipotezlər Yerin bir-birindən fərqli 

evolyusiya prosesini nəzərdə tutur. 

Dərinlik proseslərinin mənşəyini müəyyən etmək məsələsində, o proseslərin 

yer səthinə yaxın zonalarda  (Yer qabığı, litosferada) təzahürlərinin öyrənilməsi 

böyük müvəffəqiyyətlə istifadə olunur.  

Böyük elmi maraq kəsb edən kəşflər: okean dibinin çox cavan olması, orta 

okeanik dağ silsiləsinin mövcudluğu, bu silsilələrdən okeanların kənarlarına 

getdikcə onların dibinin yaşının artması, Yerin üst qatının dinamik olmasını sübut 

etdilər və son nəticədə plitələr tektonikası  nəzəriyyəsinin yaranmasına səbəb 

oldular.  

Litosfer plitələrinin hərəkəti  və qarşılığı  təsirinin qanunauyğunluqlarını 

öyrənməklə plitələr tektonikasının hərəkət mexanizmi haqqında məlumat almaq 

mümkündür. 

Dərinlik qüvvələrinin təsiri nəticəsində yaranan litosfer plitələrinin hərəkəti 

öz növbəsində Yer səthində dağəmələgəlmə prosesinin səbəbkarı olur. 

Yer səthində müşahidə olunan maqmatizm prosesləri bilavasitə litosfer 

plitələrin qarşılıqlı təsirinin nəticəsidir. 

 

1


Geodinamika Yer haqqında elmlərin  əksəriyyəti ilə  əlaqədardır. Onlardan 

geofizikanı, geokimyanı, petrologiyanı, petrofizikanı, tektonikanı xüsusi qeyd 

etmək lazımdır. 

Yuxarıda deyilənlərə əsasən geodinamikanı aşağıdakı istiqamətlərə ayırmaq 

olar: 

ümumi, xüsusi, regional və tarixi geodinamika 



Ümumi geodinamikanın  və ya dırin qatların geodinamikasının məqsədi 

Yerin dərin qatlarında baş verən kütlə yerdəyişməsini və bununla əlaqədar 

prosesləri öyrənməkdir. Ümumi geodinamikanın öyrəndiyi proseslər Yerin dərin 

qatlarının inkişafının ilkin səbəbləridir və Yerin üst qatının geodinamikasının 

aparıcı mexanizmidir. Bu mexanizm qiymətləndirilmədən araşdırılıb, Yerin üst 

qatlarında baş verən hadisələrin mahiyyətini dərk etmək mümkün olmaz. 

Xüsusi geodinamikanın  məqsədi litosfer plitələrin hərəkətini və onunla 

əlaqədar tektonik və maqmatik hadisələri tədqiq etməkdir. Xüsusi geodinamikanın 

məqsədi litosfer plitələrin hərəkətini və onunla əlaqədar tektonik və maqmatik 

hadisələri tədqiq etməkdir. Xüsusi geodinamika faktiki olaraq litosfer plitələrinin 

tektonikası nəzəriyyəsinə cavab verir. Onun əsas məsələsi qlobal litosfer plitələrin 

hərəkətini geoloji proseslərlə, yəni maqmatizmlə, deformasiya effektləri ilə, 

plitələrin sərhəddində relyefin formalaşması ilə əlaqələndirməkdən ibarətdir. 

Regional geodinamikanı- sahə  sərhədləri məhdudlaşmış konkret Yer səthi 

ərazisinin geodinamikası adlandırmaq olar. Regional geodinamikanın predmeti  

litosfer plitələrin hərəkəti, onun nəticəsində yaranan qüvvə və proseslərin müəyyən 

ərazidə yerli xüsusiyyətləridir. Məlumdur ki, tektonik deformasiyalar və 

maqmatizm hər yerdə özünü biruzə verə bilər və litosfer plitələrin qlobal 

yerdəyişməsilə müəyyən olunur. Lakin, yerli geoloji şərait bu proseslərə öz 

spesifik təsirini göstərə bilər ki, bunu da tədqiq etmək regional geodinamikanın 

əsas məsələsidir. 

Tarixi geodinamikanın  və ya paleogeodinamikanın  əsas məqsədi geoloji 

keçmişin geodinamikasını  bərpa etməkdir. Qeyd etmək lazımdır ki, 

paleogeodinamika öz növbəsində,  şərti olaraq, iki nisbətən müstəqil bir 

istiqamətlərə ayrılır.  

Birinci istiqamət- Yerin evolyusiyası zamanı geodinamik şəraitin vaxtdan 

asılı  dəyişməsini tədiq edir. Bu baxımdan 2 mlrd.il öncə Yerin geoloji tarixinin 

erkən məqamları daha böyük maraq kəsb edir.  

Ikinci istiqamət – litosfer plitələrin hərəkətinin rekonstruksiyası ilə 

səciyyələnir. Yəni əsas məqsəd litosfer plitələrin əvvəlki sərhədlərini bərpa etmək, 

onların hərəkət parametrlərini və qarşılıqlı təsirlərini müəyyən etməkdir.  

 

Ümumi geodinamika 



Mövcud olan geoloji üsullar və qazılmış quyular vasitəsi ilə Yerin üst qatının 

yalnız bir neçə km-ni tədqiq etmək mümkündür.  

Yerin dərinlik quruluşunu, orada gedən prosesləri, onların enerji mənbələrini 

araşdıran ən effektiv üsullardan geofiziki üsulları qeyd etmək olar. 



 

 

2



Yüklə 83,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin