Fənn:
Qida fiziologiyası
Tərtib etdi:
müəl., b.ü.f.d.
BABAŞLI A.Ə.
Mühazirə 3. Həzm sistemi və
həzmolma prosesləri
Plan:
1. Qida məhsulları və qida maddələrinin həzmdə
iştirakı.
2. İnsanda həzmin struktur-funksional təşkili, həzmin
növləri.
3. Həzm aparatının quruluşu və funksiyaları.
4. Mədədə həzm.
5. Bağırsaqlarda həzm.
6. Qaraciyər və onun həzmdə funksiyası.
7. Həzm sistemi orqanları və onların funksiyalarının yaş
inkişafı.
8. Həzm sistemində funksional qarşılıqlı əlaqələr.
9. Həzm mərkəzləri və həzmdə onların rolu.
10. Mədə-bağırsaq fəaliyyətinin neyro-humoral təyini.
Qida məhsulları və qida maddələrinin həzmdə iştirakı.
İnsanın qidalanması üçün tələb olunan qida
məhsullarının demək olar ki, hamısı bitki və heyvan
mənşəlidir və onların növləri qidalılıq dəyərləri
olduqca müxtəlifdir. İnsanın qidasının əsas hissəsini
taxıl, meyvə, tərəvəz, ət, süd, balıq və yumurta
məhsulları təşkil edir. Dünya əhalisinin böyük
əksəriyyəti üçün qida məhsulları kimi çörək, düyü və
ət ümdə əhəmiyyətə malikdirlər. Qida məhsulları,
tərkibindəki qida maddələrinə görə fərqlənirlər.
Orqanizm üçün bu maddələrin ayrı-ayrılıqda
əhəmiyyəti eyni deyildir. Qida maddələrinə zülallar,
karbohidratlar və yağlar aiddir. Bunlar mürəkkəb üzvi
birləşmələr olub, bitki və heyvan orqanizmlərində
sintez olunurlar. Zülallar amin turşulardan,
karbohidratlar bəsit şəkərlərdən (qlükoza, fruktoza və
s.), yağlar isə qliserin və yağ turşularından əmələ
gəlirlər.
Fizioloji mənada qida maddələri kimi məhz amin
turşuları, bəsit şəkərlər və yağ turşuları hesab
olunurlar. Zülallar, karbohidratlar və yağlar həzm
olunduqda bu maddələr əmələ gəlir və onlardan
mürəkkəb qida maddələrinin (zülal, karbohidrat, yağ)
sintezi üçün orqanizmdə yenidən istifadə edilir. Sözün
geniş mənasında qida maddələri dedikdə, buraya
zülal, şəkər və yağlardan başqa su, mineral duzlar,
vitaminlər kimi maddələri də əlavə etmək olar. Amma
yadda saxlamaq lazımdır ki, bu maddələr kalori
(enerji) əldə etmək nöqteyi-nəzərdən qida əhəmiyyəti
daşımırlar. İnsan qidasının əsas karbohidrat mənbəyini
bitkilər təşkil edirlər. Taxıl (buğda, arpa, düyü,
qarğıdalı və s.), kartof və düyü məhsulları
karbohidratlarla çox zəngindirlər. Paxlalı bitkilər, bitki
zülalları, günəbaxan, zeytun, pambıq və s. bu kimi
bitkilər isə bitki yağları ilə zəngindirlər.
Heyvanat mənşəli zülallar və yağlar ən müxtəlif heyvan
orqanizmlərindən tədarük edilir və mənimsənilirlər. Adları
çəkilən və müxtəlif mənşəli qida maddələri tikinti və enerji
materialları kimi orqanizm üçün eyni əhəmiyyət
daşımırlar. Karbohidrat və yağlar əsasən eneıji mənbəyi,
zülallar və yağlar əsasən tikinti materialları kimi
əhəmiyyətlidirlər.
İnsan orqanizmi canlı təbiətdən aldığı bitki və ya heyvan
mənşəli mürəkkəb üzvi qida maddələrini elə olduğu kimi
də mənimsəyib istifadə edə bilmir. Onun hüceyrələri
yalnız müxtəlif zülal, karbohidrat və yağların parçalanması
nəticəsində hasil olan amin turşuları, sadə şəkərləri və yağ
turşularını qəbul edib mənimsəyir, yəni onlardan sintez-
tikinti, enerji hasili və digər məqsədlər üçün istifadə
edirlər. Sintez proseslərində insan orqanizmi bitki və ya
heyvan mənşəli maddələrdən özünə xas olan, özü üçün
səciyyəvi xarakter kəsb edən yeni zülal, karbohidrat, yağ
və digər maddələri istehsal edir.
Ona görə də qidalanma zamanı qəbul etdiyi qida
məhsullarının tərkibindəki mürəkkəb qida
maddələrini həzm proseslərinə (parçalanma, hidroliz)
uğradır, alınan son məhsullar (amin turşuları, sadə
şəkərlər, yağ turşuları), habelə qidanın tərkibindəki və
ya əlavə qəbul edilən su və mineral duzlar isə sorulub
hüceyrələrə daxil olurlar.
Qida məhsullarından mürəkkəb üzvi maddələrin
ayrılmasına və onların orqanizmdə sonrakı
parçalanmasına həzm prosesləri deyilir. Qidalanma
dedikdə isə buraya qida məhsullarının əldə edilməsi,
orqanizm tərəfındən onların qəbul edilməsi, həzmə
məruz qalması, son məhsulların sorulması, qan və
digər toxuma mayeləri vasitəsilə daşınması və
hüceyrələr tərəfındən mənimsənilməsi prosesləri
nəzərdə tutulur.
2) İnsanda həzmin struktur-funksional təşkili, həzmin növləri.
İnsan çoxhüceyrəli mürəkkəb orqanizmdir. Onun
qidalanması da mürəkkəb xarakter daşıyır. İnsan hər cür qida
ilə qidalanan canlıdır. O, məməlilər sinfınin ən ali və şüurlu
nümayəndəsi kimi qidalanma məqsədilə təbiətdən çox fəal və
geniş surətdə istifadə edir, qida məhsullarının təbii və ya süni
artırılmasında və onların yeni növlərinin aşkar edilməsind
bilavasitə maraqlı olan varlıqdır.
İnsanda digər onurğalılarda olduğu kimi, həzm funksiyasını
yerinə yetirən xüsusi orqanlar sistemi formalaşmışdır. Qeyd
etmək lazımdır ki, bu orqanlar sistemi insanda xeyli
mürəkkəb şəkildə qurulmuşdur və bəzi morfoloji əlamət və
xüsusiyyətlərinə görə heyvanlardakından fərqlənir.
İnsanda, o cümlədən heyvanlarda əsas həzm prosesləri
mədə-bağırsaq borusunda həyata keçir. Əslində bu həzm
sistemi bir-birilə sıx anatomik və funksional əlaqədə olan bir
neçə orqanlardan - ağız aparatı (dodaq, diş, dil, ağız
boşluğuna açılan həzm vəziləri), qida borusu, mədə, nazik və
yoğun bağırsaqlardan, mədə-bağırsaq kanalına açılan həzm
vəzilərindən ibarətdir
Ağız boşluğuna düşən qida burada müəyyən qədər
işləndikdən sonra mədə və bağırsaqlarda həzmə
məruz qalır ki, buna mədə-bağırsaq həzmi və ya
borudaxili həzm deyilir.
Həzm proseslərinin struktur və funksional təşkilinə
gəldikdə qeyd etmək lazımdır ki, insan
orqanizmində bu bir neçə səviyyədə bərqərar
olmuşdur. Fiziologiya elminin son nailiyyətləri
göstərir ki, insan və heyvan orqanizmlərində üç
səviyyəli həzm mexanizmi fəaliyyət göstərir.
Onlardan ən aşağı, daha bəsiti, yalnız müəyyən
hallarda fızioloji əhəmiyyət daşıyan həzm
mexanizmi-hüceyrədaxili həzmdir.
Bu, bütün hüceyrələrdə fəaliyyət göstərən bir
mexanizmdir ki, onun əsas vəzifəsi hüceyrəyə
müəyyən səbəblər üzündən hər hansı yad qida
cisimciyi (bu zülal, mikrob, virus və başqa iri üzvi
komponent ola bilər) düşdükdə və ya hüceyrə
xaricdən zəruri qida maddələri almadıqda və ac
qaldıqda, hüceyrədaxili mürəkkəb üzvi maddələri
parçalamaqla qida maddələrinə olan məxsusi
ehtiyacları ödəmək zərurəti yarandıqda, yaxud da
hüceyrəni tamam məhv etmək lazım gəldikdə
burada həzm proseslərini həyata keçirməkdir.
Heyvan orqanizmlərində hüceyrədaxili həzm
aparatı funksiyasını lizosomlar deyilən
ultramikroskopik tək membran örtüklü xırda
orqanoidlər yerinə yetirir. Bu membran
qovuqcuqlarında hüceyrənin istənilən üzvi
komponentini hidroliz edə bilən həzm fermentləri
yerləşir.
Lizosom daxilində həzm fermentləri passiv olduğu
halda, lizosom partladıqda ondan azad olan həzm
fermentləri çox aktiv və aqressiv olub, hüceyrədəki
üzvi maddələrin - nuklein turşularının, zülalların,
yağların, polisaxaridlərin, hətta iri orqanoid
hissəciklərinin, son nəhayətdə isə hətta hüceyrənin
özünün parçalanmasına səbəb olurlar. Hüceyrənin
lizosomal aparatı orqanizm ac qaldığı müddətlərdə
daxili maddələr hesabına qidalanmanı (endogen
qidalanmanı) həyata keçirən əsaslı mexanizmlərdən
biri hesab olunur. Lakin insanda əsas həzm, mədə-
bağırsaq həzmidir. Bu həzmin mahiyyəti ondan
ibarətdir ki, qida reflektori və qeyri- reflektori
olaraq həzm orqanlarının kanalları ilə tədricən
hərəkət edir və onun üstünə həzm vəzilərindən
olan həzm şirələri (bu şirələrin tərkibində müxtəlif
həzm fermentləri var) ifraz olunur və o həzmə
məruz qalır. Buna borudaxili həzm də deyilir.
Bu proses zamanı həzm kanalında tam
parçalanmamış zülallar, polisaxaridlər və ya yağ
fraqmentləri qala bilər. Belə iri qida fraqmentlərinin
tam parçalanması prosesləri bağırsaq borusu
divarının daxili səthində fıksə olunmuş həzm
fermentlərinin təsiri altında həyata keçir. Buna
divaryanı həzm və ya membran həzmi deyilir.
Membran həzmi xüsusilə nazik bağırsaqların epitel
qişasının əmələ gətirdiyi xovların səthində daha
geniş surətdə həyata keçir. Həm borudaxili, həm də
divaryanı həzm, qidanın parçalanması və sorulması
proseslərinin effektivliyini fızioloji baxımdan xeyli
artırır, qidanın faydalı komponentlərinin tam
mənimsənilməsinə xidmət edir.
3) Həzm aparatının quruluşu və funksiyaları.
Həzm traktı bəzi genişlənmələri olan uzun borudan
ibarətdir. Həzm yolu ağız boşluğundan başlanır və anal
dəliyində qurtarır. Ən əvvəl, qida ağız boşluğuna daxil
olur və burada bərk və yüksək sıxlığa malik olan
qidalar xırdalanır və ağız şirəsi (ağız suyu, tüpürcək) ilə
isladılır. Ağız boşluğunda yerləşən 32 ədəd diş
vasitəsilə qida çeynənilir, dilin köməyi ilə qarışdırılır.
Dil əzələ orqanı olub, səthi selikli qişa ilə örtülüdür,
burada yerləşən dad reseptorları isə qidanın dadını
müəyyən edirlər. Ağız şirəsi özlü, rəngsiz, neytral və ya
zəif qələvi xassəli maye olub, ağız boşluğunun
ətrafında olan ağızsuyu vəzilərinin - çənəaltı, dilaltı və
qulaqyanı vəzilərin ifraz etdiyi həzm şirəsidir. Onun
tərkibində 98,5-99% su və 1-1,5 % üzvi maddələr (zülal
maddələrindən musin, mürəkkəb şəkərlərə təsir edən
maltaza, amilaza və ya ptialin fermenti, qidadakı
mikrobları zərərsizləşdirən lizosim fermenti, habelə
qeyri-üzvi maddələr (fosfor, natrium, kalium duzları)
vardır.
Ağız suyu vəzilərinin sekretor fəaliyyəti ağıza
düşən qidanın vəziyyəti, miqdarı və keyfıyyətindən
asılı olaraq şərtsiz və şərti refleks mexanizmləri
vasitəsilə tənzimlənilir.
4) Mədədə həzm.
Ağız boşluğunda çeynənilmiş və ağız suyu ilə
isladılmış qida horrası və ya loxması əvvəlcə
udlağa, sonra isə qida borusu ilə mədəyə daxil
olur. Qida borusunun həzmdə rolu ancaq qidanın
hissə-hissə mədəyə ötürülməsindədir. Onun ritmik
peristaltik hərəkətləri reflektor təbiətə malikdir və
qidanın boru boyunca hərəkətini təmin edir. Qida
borusunun xəstəlikləri, qidalanma və həzm
prosesinə çox mənfi təsir göstərirlər. Qida
borusunun xərçəngi bütün xərçəng xəstəliklərinin
3-4%-ni təşkil edir.
Qidanın mədədə həzmi mühüm əhəmiyyət kəsb edir.
Mədə, içərisi boşluq olan əzələ orqanı olub, insanda
əsasən üç hissədən - yuxarı və ya kardial, orta və ya
fundal və aşağı və ya pilorik şöbələrdən ibarətdir.
Onun tutumu orta hesabla 2-2,5 litrə bərabərdir.
Mədənin divarı üç qatlıdır: xarici serroz təbəqə, orta
əzələ qatı, daxili selikli qişa. Əzələ qatı boylama və
uzununa yerləşən saya-əzələ liflərindən ibarətdir.
Onların nizamlı yığılıb-boşalmaları mədə divarının
ritmik peristaltik hərəkətini təmin edir. Selikli qişa,
silindrik epitel hüceyrələrdən əmələ gəlib, mədə
divarının bütün daxili səthini örtür.
Epitel təbəqə burada çoxlu qanşıqlar əmələ gətirir ki,
onlarda da külli miqdarda vəz hüceyrələri - mədə
vəziləri formalaşmışdır. Bu vəzilər mütəmadi olaraq
mədə şirəsini ifraz edirlər.
Mədə şirəsi rəngsiz, şəffaf maye olub, turş
reaksiyaya malikdir. (pH 1,5-4), o əsasən xlorid
turşusunun (HCl) sulu məhlulundan (10%-li məhlul),
həzm fermentlərindən və mukopolisaxaridlərdən
ibarətdir. Beynəlxalq biokimya ittifaqının fermentlər
üzrə komissiyasının rəsmi təsdiqinə görə mədə
şirəsində zülalları parçalayan 4 ferment mövcuddur.
Proteolitik və ya peptid hidrolazlar (proteazalar)
qrupuna aid olan bu fermentlər aşağıdakılardır:
pepsin-b, rennin (ximozin) və qastriksin. Bu
fermentlər müxtəlif substrat spesifıkliyinə
malikdirlər və ayrı-ayrı pH - optimumlarında təsir
göstərirlər. Onlardan əlavə, mədə şirəsində yağlara
təsir edən lipaza fermenti də aşkar edilmişdir.
İnsanın mədə şirəsində pepsin və qastriksin
fermentləri mühüm yer tutur və mədə şirəsinin
proteolitik fəallığının 95%-i qədəri onların payına
düşür.
Mədə şirəsinin ifrazı (sekresiyası) fazalı xarakter daşıyır.
Birinci faza şərtsiz və şərti reflekslərdən ibarət mürəkkəb
reflektori reaksiyadır. Bu reaksiya yemək vaxtı baş verir.
İkinci faza sinir- humoral və ya sinir-kimyəvi fazadır ki,
onun baş verməsi qana daxil olan bəzi kimyəvi, başlıca
olaraq hormon maddələrin mədə reseptorlarına və ya
sinir sisteminə təsiri ilə əlaqədardır. Mədə simpatik və
parasimpatik sinirlər, azan sinirin qolları ilə ən sıx
innervasiya olunan orqanlardan biridir. Onun əzələ və
selikli qişalarında zəngin məhəlli sinir kələfləri
(intermural sinir kələfləri) vardır.
Mədə divarında çoxlu mexano, -xemo, -osmo, -termo
və s. reseptorlar yerləşir ki, onlar da mədənin həzm və
hərəkət fəaliyyəti üçün zəruri olan hissi siqnalları
mərkəzi sinir sisteminə, onun müvafiq mərkəzlərinə
yollayırlar. Mədə toxumasında bəzi yerli mərkəzi təsirə
malik olan hormonlar da hasil olur ki, onlar qana keçərək
sinir-humoral yolla mədə fəaliyyətinə tənzimləyici təsir
göstərirlər.
Yaşla əlaqədar olaraq, mədə divarının selikli
qişasının morfoloji və fızioloji vəziyyəti dəyişilir.
Yaşlı və ahıl adamlarda mədə fəaliyyətinin
zəifləməsi, mədə şirəsinin tərkibinin və miqdarının,
onun aktivliyinin kəskin dəyişilmələri müşahidə
olunur. Bir sıra amillər (alkoqol, nikotin, psixi
stresslər və s.) mədənin fızioloji qıcolmasına, onda
müəyyən xəstəliklərin (mədə xərçəngi, qastrit,
mədə xorası, mə'də yarası və s.) baş verməsinə
zəmin yaradırlar. Yaşdan asılı olaraq mədə şirəsinin
həcmi daha tez dəyişilir. Məs: 10-20 yaşlarında
olan sağlam gənclərdə mədə şirəsinin həcmi 109
ml/saat təşkil edirsə, 41-50 yaşlarında bu 77
ml/saat, 61-70 yaşlarında isə 51 ml/saat
qiymətlərinə qədər aşağı düşür. Bu mədədə həzmin
keyfıyyət intensivliyinə və miqyasına mənfı təsir
göstərir.
5) Bağırsaqlarda həzm.
Mədə boşluğunda xeyli dərəcədə həzmə məruz qalan
qida horrası reflektori olaraq hissə-hissə onikibarmaq
bağırsağına evakuasiya olunduğu zaman, burada həzm
şirələrinin, mədəaltı vəzin ifraz etdiyi pankreas
şirəsinin və qaraciyərin hasil etdiyi ödün təsiri altına
düşür.
Pankreas şirəsi həm də xarici sekresiya vəzisi rolunu
oynayır. Onun Langerhans adacıqları deyilən hissəsi
daxili sekresiya vəzisi olub, qana insulin və qlükoqon
hormonları ifraz edir. Mədəaltı vəzin pankreas şirəsi
onikibarmaq bağırsağına açılan axarları ilə buraya xeyli
miqdarda müxtəlif həzm fermentləri ekssekresiya edir.
Mədə şirəsindən fərqli olaraq bu şirə qələvi reaksiyaya
malikdir. Tərkibində tripsin, ximotripsin, amilaza,
lipaza, nukleaza kimi fermentlər vardır ki, onlar
zülalları, yağları, karbohidratları və nuklein turşularını
parçalayırlar.
Tripsin zülalları polipeptidlərə qədər parçalayır,
ximotripsin isə əsasən zərdab və yumurta zülallarına
təsir edir, amilaza nişastanı maltozaya kimi parçalayır.
Lipaza yağları qliserin və yağ turşularına ayırır.
Yağların həzm olunmasına ödün böyük təsiri vardır.
Öd turşuları yağın emulsiya halına düşməsinə və lipaza
fermentinin təsirinin fəallaşmasına yardım edir. Ödün
tərkibində öd turşularından başqa öd piqmentləri və
xolesterin də vardır. Öd piqmentləri hemoqlobinin
parçalanması və oksidləşməsi nəticəsində əmələ gələn
məhsullardır. Onların təsiri qidada olan yağın
emulqasiyasına səbəb olur. Öd qaraciyərdə fasiləsiz
olaraq əmələ gəlsə də, onikibarmaq bağırsağına ancaq
qida qəbul ediləndə ifraz olunur. Bağırsağın bu
hissəsində qidanın həzmi kifayət qədər getmir.
Ona görə də qida horrası buradan tədricən nazik
bağırsağın orta və aşağı şöbələrinə hərəkət edir. Buna
bağırsağın ritmik peristalitik hərəkətləri səbəb olur.
Bağırsaq borusunun divarı, mədənin divarı kimi daxili
selikli qişa, orta saya - əzələ qişası və xarici seroz
təbəqədən ibarətdir. Bağırsağın hərəkəti onun əzələ
qatınının yığılıb boşalmaları nəticəsində baş verir.
6) Qaraciyər və onun həzmdə funksiyası.
İnsanda qaraciyər ən böyük vəzidir, kütləsi 1,5-2 kq-a
çatır. O qarın boşluğunda, diafraqmanın altında olub,
mədə-bağırsaq traktına yaxın yerləşir, iki böyük
paydan-sağ və sol hissələrdən ibarətdir. Qaraciyərin
"qapısı" adlanan nahiyəsindən onun daxilinə qaraciyər
arteriyası, qapı venası, limfa damarları və sinirlər daxil
olur. Bağırsaqlardan axan və sorulmuş qida maddələri
ilə zəngin olan venoz qan, qapı venası damarları
vasitəsilə qaracıyərə daxil olur və burada zərərləşdirmə
və digər proseslərə məruz qalır, bir sıra zülal və başqa
təbiətli maddələrlə zənginləşir.
Qaraciyərin orqanizmdə vəzifəsi çox böyükdür. O,
həzm prosesində və maddələr mübadiləsində fəal
iştirak edir. Onun toxumasında bir sıra kimyəvi
reaksiyalar baş verir: bağırsaqdan, dalaqdan və digər
toxuma və üzvlərdən buraya daxil olan müxtəlif
maddələr yenidən işlənilir, saxlanılır, yenidən
paylanılır, mənimsənilir və parçalanır. Bununla
yanaşı, qaraciyər orqanizmə lazım olan bəzi
maddələri özü sintez edir.
Həzmdə qaraciyərin hasil etdiyi öd mühüm rol
oynayır. Sutka ərzində qaraciyərdə 500-700 ml öd
hasil olur. Həzm prosesləri getməyəndə bu məhsul
öd kisəsində yığılır və daha da qatılaşır. Od
qaraciyərə daxil olan qanın tərkibindəki bəzi
maddələrdən əmələ gəlir. Məsələn, öd piqmentləri
qanın tənəffüs zülalı olan hemoqlobinin
parçalanması məhsullarından yaranır. Ödün mühüm
tərkib hissələri öd turşularıdır. Onlardan başqa, ödün
tərkibində xolesterin, lesitin, musin, yağlar, sabun və
Qaraciyərin orqanizmdə vəzifəsi çox böyükdür. O,
həzm prosesində və maddələr mübadiləsində fəal
iştirak edir. Onun toxumasında bir sıra kimyəvi
reaksiyalar baş verir: bağırsaqdan, dalaqdan və digər
toxuma və üzvlərdən buraya daxil olan müxtəlif
maddələr yenidən işlənilir, saxlanılır, yenidən
paylanılır, mənimsənilir və parçalanır. Bununla
yanaşı, qaraciyər orqanizmə lazım olan bəzi
maddələri özü sintez edir.
Həzmdə qaraciyərin hasil etdiyi öd mühüm rol
oynayır. Sutka ərzində qaraciyərdə 500-700 ml öd
hasil olur. Həzm prosesləri getməyəndə bu məhsul
öd kisəsində yığılır və daha da qatılaşır. Od
qaraciyərə daxil olan qanın tərkibindəki bəzi
maddələrdən əmələ gəlir. Məsələn, öd piqmentləri
qanın tənəffüs zülalı olan hemoqlobinin
parçalanması məhsullarından yaranır. Ödün mühüm
tərkib hissələri öd turşularıdır. Onlardan başqa, ödün
tərkibində xolesterin, lesitin, musin, yağlar, sabun və
Ödün ifrazı sinir-reflektor və humor amillərlə
tənzimlənir. Şərtsiz və şərti qıcıqlar öd kisəsinin
əzələli divarına azan və simpatik sinirlər vasitəsilə
təsir göstərir. Azan sinirin zəif qıcıqlanmaları öd
kisəsinin ümumi axarının sfinkterini boşaldır, bu isə
onikibarmaq bağırsağın boşluğuna ödün ifrazına
səbəb olur. Azan sinirin qüvvətli qıcıqlanmasında isə
əksinə, sfınkter yığılır və ödün öd kisəsində
yığılmasına gətirib çıxarır. Simpatik sinirlərin
stimulyasiyası üç bu cür effekt verir. Ödün ifrazı qida
qəbul edildikdən 5-10 dəqiqə sonra başlanır. 3-5
saat ərzində o öddən tamam azad olur. Öd bağırsağa
kiçik hissələrlə, hər 1-2 saatdan bir daxil olur. Onun
bağırsağa ifrazı, buraya qida daxil olduqda daha da
artır və qidanın tərkibindən asılıdır.
Ödün funksional əhəmiyyəti ondan ibarətdir ki,
bağırsaqda yağlara parçalayıcı təsir göstərən lipaza
fermentini fəallaşdırır, qida yağlarının emulsiya halına
düşməsini sürətləndirir. Lipaza fermenti emulsiya
olunmuş yağlara daha güclü təsir göstərir. Öd, həmçinin
yağların sorulması proseslərini də stimullaşdırır. Yağların
parçalanmasının son məhsulları olan yağ turşuları öd
turşuları ilə birləşdikdən sonra bağırsaqlarda sorulurlar.
Öd turşuları suda asan həll olunur və ona görə də asan
sorulurlar. Öd, həmçinin bağırsağın hərəkət funksiyasını
artırır, bağırsaqdan çıxan ifrazat kütləsinin -
ekskrementlərin rəngini dəyişir.
7. Həzm sistemi orqanları və onların funksiyalarının yaş
inkişafı.
Yaşla əlaqədar olaraq insanda həzm sistemi üzvləri,
onların morfoloji və fizioloji xüsusiyyətləri xeyli dərəcədə
dəyişilir. Mədə-bağırsaq xəstəliklərinin faizi də yaşdan
çox asılıdır. 1 yaşa kimi uşaqlarda xəstəliklərin 40%-i, 5
yaşa kimi uşaqlarda 30%-i, 5 yaşdan yuxarı yaşlarda
olanlarda isə 15-20%-i mədə-bağırsaq xəstəliklərinin
payına düşür.
İnsanda ağız aparatı doğulandan sonrakı dövrdə
intensiv olaraq inkişaf edir. Dişlər iki mərhələdə
əmələ gəlir: əvvəlcə süd dişləri, sonra isə daimi
dişlər çıxır. Süd dişlərin çıxması 6-16 aylıq
müddətlərində baş verir və 22-30 aylıq
müddətlərində başa çatır. Bu müddət ərzində uşağın
qidasını süd, yarımmaye halında və ya aşağı sıxlığa
malik olan yeyinti məhsulları təşkil edir. Süd dişləri
daimi dişlərlə əvəz olunur. Daimi dişlərin inkişafi 6-
7 yaşlarına kimi yavaş gedir. Dişlərin əvəzlənməsi 16
yaşa qədər başa çatır. Daimi dişlər bərk toxumalar
(dentin, emal) ilə zəngin olub, yüksək sıxlıqlı qida
məhsullarının çeynənilməsi üçün yararlıdır. Dişlər
həyatın ilk günlərindən etibarən inkişaf etməyə
başlayır, 3 aylıq yaşda onların kütləsi əvvəlkindən 2
dəfə, 2 yaşda isə 5 dəfə artır, quruluşu yaşlı
adamlarınkına çatır.
Yeni doğulmuşlarda qida borusunun uzunluğu 11-16
sm olur. O sürətlə uzanır və 2 yaşda 20 sm-ə çatır.
Yaşlılarda onun uzunluğu 25 sm-ə qədərdir. Yeni
doğulmuşlarda mədə boşluğunun tutumu xeyli kiçikdir
(7 ml). 1 yaşa qədər olan dövrdə onun tutumu 400-500
ml, 2 yaşda 600-700 ml, 6-7 yaşda 950-1100 ml, 10-
12 yaşda isə 1500 ml-ə qədər artır. Nazik bağırsağın
inkişafı da yaşdan asılıdır. Onun yaşlılarda 25-30 sm-ə
çatan onikibarmaq bağırsaq hissəsi və 5-6 m
uzunluğunda olan yerdə qalan hissəsi doğulandan
əvvəl və sonra intensiv şəkildə artıb inkişaf edir. 3
yaşda olan uşaqlarda nazik bağırsağın ümumi
uzunluğu artıq 3- 4 m-ə çatır. Bağırsağın intensiv
uzanması 10-15 yaşlara təsadüf olunur.
Mədəaltı vəzin kütləsi 1 yaşa qədər təxminən, 3,2 dəfə
artır. Qaraciyərin bədən kütləsinə görə götürülən nisbi
kütləsi uşaqlarda yaşlılara nisbətən daha yüksəkdir.
Yaşla əlaqədar olaraq onun nisbi kütləsi azalır. Yeni
doğulmuşlarda qaraciyərin kütləsi 120-150 qram təşkil
edir. Cinsi yetişkənlik dövrünə kimi onun kütləsi 10
dəfə artır, 21-30 yaşlarında isə o özünün maksimal
kütləsinə çatır.
Həzm orqanlarının funksional əlamətləri də fərdi
inkişafda xeyli dəyişikliklərə uğrayır. Ağız suyu
vəziləri həyatın ilk 6 aylığında az şirə ifraz edir,
sonrakı yaşlarda isə qida qıcıqlarının təsirindən bu
şirənin ifrazı artır. Mədə vəzilərinin sekretor
funksiyası südlə qidalanma və definitiv qidalanma
ilə əlaqədar olaraq dəyişilir. Yaşla bağlı olaraq
mədə şirəsinin turşuluğu artır, 13 yaşlarında
şirənin turşuluğu yaşlılarda olduğu kimidir.
Mə'dənin həcminin artması, onun selikli qişasının
inkişafı ilə əlaqədar olaraq mədə vəzilərinin
miqdarı və funksiyası da artır. Mədə şirəsində
pepsin və digər həzmedici fermentlərin fəallığı da
yaşdan asılı olaraq dəyişilir. Ana südü mədədə 2-3
saata həzm olunur. İnək südü isə 3-4 saat ərzində
həzm oluna bilir. Digər qida maddələrinin
(nutriyentlərin) mədədə həzm müddətləri onların
xarakteri və mədə fəaliyyəti ilə sıx əlaqədardır.
Uşaqlarda bağırsağın peristaltikası xeyli yüksək
olur. Körpə uşaqlarda bütün bağırsaq boyu qida
horrası 12-30 saat ərzində, süni qida ilə
qidalandırma zamanı isə daha uzun müddətə
hərəkət edir. Bağırsaq vəzilərinin şirəsinin
həzmedici fəallığı uşaqlarda xeyli aşağıdır və yaşın
artması ilə əlaqədar olaraq artır. İnsanda qida
davranışı reaksiyaları çox erkən yaşlardan
başlayaraq inkişaf edir. Şərti və şərtsiz qida
refleksləri uşaqlar üçün də xarakterikdir. Onlarda
qidalanma vaxtı reflekslər, aclıq və toxluq hissləri
tez yaranır. Qidanın qəbulu, ondan imtina edilməsi,
qidanın qusulması, defekasiya aktları ilə bağlı
reflektor reaksiyalar, uşaqlarda şəraitdən asılı
olaraq dəyanətli və ya dəyanətsiz ola bilər.
8) Həzm sistemində funksional qarşılıqlı əlaqələr.
Həzm sisteminə aid olan bütün üzvlər bir-biriləri ilə sıx
anatomik və funksional əlaqədədirlər. Bu günə kimi
fıziologıya elminə tam aydın deyil ki, orqanizm həzm
sisteminə daxil olan üzvlərin mürəkkəb fəaliyyətini
necə uzlaşdırır və tənzimləyir. Həzm funksiyalarının
dərk olunmasında meydana çıxan çətinliklərdən biri də
ondan ibarətdir ki, bu ümumi funksiya öz-özlüyündə
bir sıra ayrıca və həm də bir-biri ilə əlaqədar proses və
hadisələr şəklində həyata keçir və elm tərəfındən çox
hallarda ayrı-ayrılıqda öyrənilir. Həzm vəzilərinin
sekretor funksiyası, həzm fermentləri və onların təsiri,
mədə və bağırsaqların hərəkət funksiyaları,
bağırsaqlarda qidanın sorulması prosesləri,
bağırsaqların ifrazat funksiyaları, həzmin idarə və
tənzimlənməsi - bütün bunlar həzm fiziologiyasının
nisbi müstəqil bölmələri və ya istiqamətləri kimi tədqiq
edilib öyrənilir.
Həzm funksiyalarının qarşılıqlı əlaqələri haqqında
ilk təsəvvürlər hələ əsrimizin əvvəllərindən
yaranmışdır. Hələ o dövrdə hesab edirdilər ki,
mədə və bağırsaqların funksiyaları bir-birindən
asılıdır. Bağırsaqların fəaliyyəti xeyli dərəcədə
mədənin evakuator funksiyalarından asılı olduğu
kimi, mədənin funksiyası da bağırsaqların işi kimi
xarakterizə edilə bilər.
Ağız boşluğundan tutmuş düz bağırsağa qədər
olan uzun həzm traktında həzm prosesləri
bilavasitə qida və ifrazat kütləsinin həzm borusu ilə
hərəkətindən asılıdır. Bu isə əsasən mədə və
bağırsağın yığılma funksiyaları ilə müəyyənləşir.
Mədə və onikibarmaq bağırsağın motor funksiyaları
üzərində aparılmış müşahidələr göstərmişdir ki,
bu orqanların əzələvi yığılmaları müxtəlif tezliklə
baş verir.
Nazik və yoğun bağırsağın hərəkətləri də öz ritmik
tezliklərinə görə fərqlənirlər. Buradan belə nəticə
çıxarmaq olar ki, mədə-bağırsaq borusunun ritmik
peristaltik hərəkətləri onun müxtəlif səviyyələrində
funksiyalara uyğun şəkildə əlaqədar mexanizmlər
vasitəsilə həyata keçirilir. Rentgenoloji, elektrofizioloji
və vizual müşahidələrə görə müəyyən olunmuşdur ki,
mədənin ritmik yığılma və boşalmaları daha mürəkkəb
mexanizmlərə əsaslanır. Mədə divarının saya əzələ
təbəqəsi çəpəki (daxili), sirkulyar və uzununa (xarici)
liflərdən təşkil olunduğundan, onların təqəllüsləri
zamanı bu orqanın mürəkkəb peristaltik hərəkətləri
formalaşır. Bu hərəkətlərin ritmi adətən mədənin
başlanğıc qütbündən (kardial hissəsi) onun digər
hissələrinə doğru cərəyan edir. Mədənin yığıcı
funksiyası buraya düşmüş qida kütləsinin yaxşı
qarışmasına və onikibarmaq bağırsağa evakuasiya
olunmasına yardım edir.
Bu proses mədə-bağırsaq kanalının distal
şöbələrində gedən həzm proseslərinə bilavasitə təsir
göstərir. Mədə-bağırsaq borusunun anadangəlmə
hərəkət avtomatizmi ayrı-ayrı hissələri səviyyəsində
fərqli olsa da ümumi sinir və humoral mexanizmlər
vasitəsilə idarə və tənzim olunur ki, bu da həzm
orqanlarının ayrı-ayrılıqda və bütövlükdə ümumi
vəzifəsinə tabedir.
Beləliklə, xüsusi qeyd edilməlidir ki, sağlam insan
orqanizmində həzm sistemi orqanları, digər funksional
sistemlərdə olduğu kimi, vahid bir tam kimi fəaliyyət
göstərir və orqanizmin qidalanmasında çox mühüm rol
oynayırlar. Həzm aparatının hər hansı orqanında baş
verən pozğunluqlar sinxron olaraq digər orqanların
fəaliyyətinə neqativ təsir göstərir və onların
fəaliyyətinin pozulmasına gətirib çıxarır. Həzm
aparatına məxsus olan bir orqanın tam və ya qismən
çıxarılması (məs: mədənin və ya bağırsağın rezeksiyası)
ilə əlaqədar olaraq, bütün həzm sistemində dərin
dəyişikliklər baş verir.
Həzm prosesində digər sistemlərin, ilk növbədə, qan-
damar, ifrazat, endokrin və sinir sistemlərinin birgə
fəallaşması baş verir ki, bu da qidalanma funksiyasının
həyata keçməsi və idarə olunması proseslərinin mühüm
əhəmiyyətini göstərir.
9) Həzm mərkəzləri və həzmdə onların rolu.
Qidanın axtarılması, qəbulu və həzmi prosesləri də
orqanizmin davranışının mühüm tərkib hissəsidir və
qida davranışı kimi əsasən mərkəzi sinir sistemi
tərəfındən idarə olunur. Mərkəzi sinir sisteminin
müxtəlif pillələrində həzmi idarə edən xüsusi sinir
mərkəzlərinin olması, bu prosesin orqanizm üçün
böyük əhəmiyyətini bir daha təsdiq edir. Əsas həzm
mərkəzləri baş beyinin müxtəlif şöbələrində
yerləşmişdir.
Mədənin boşalması (evakuasiya) mərkəzi - mədedəki
qida möhtəviyyatının onikibarmaq bağırsağa hissə-
hissə keçməsini təmin edir
Baş beyinin uzunsov beyin nahiyəsində həzmlə
əlaqədar olan aşağıdakı mərkəzlər fəaliyyət göstərir:
Əmmə mərkəzi - südəmər körpələrdə fəaliyyət işinin
əmmə reaksiyalarını işə salır. Uzunsov beyin
zədələnməsində bu mərkəzin fəaliyyəti itir. Çeynəmə
mərkəzi - ağıza qida düşdükdə, reflektori olaraq onun
çeynənilməsi aktını işə salır. Bu, əmmə refleksinə
nisbətən daha mürəkkəb reflektori prosesdir. Ağız
şirəsi ifrazı mərkəzi - qidanın ağıza düşməsi ilə
əlaqədar olaraq ağız suyu vəzilərinin fəaliyyətini
reflektori artırır və qidanın xarakterindən asılı olaraq
onu dəyişir. Udma mərkəzi - ağız və udlaq
boşluqlarının əzələlərinin vəziyyətini reflektori olaraq
dəyişdirir və udma aktını həyata keçirir. Mədə şirəsi
ifrazı mərkəzi - qida ağız və mədə boşluqlarına
düşdükdə, mədə şirəsinin ifrazını tənzimləyir.
Qusma mərkəzi - bu müdafiə xarakterli reflektori
qida imtinalarını həyata keçirir. Qusma reaksiyası
mədəyə yararsız və ya zərərli maddələrin düşməsi
və onların mədədən rədd edilməsi ilə əlaqədardır.
Mədəaltı vəzi şirəsinin ifrazı mərkəzi - qida
onikibarmaq bağırsağını keçdikdə, pankreas
şirəsinin ifrazını tənzimləyir. Öd ifrazı mərkəzi -
onikibarmaq bağırsağa yağlı qidanın düşməsi ilə
əlaqədardır. Ödün buraya reflektori tökülməsini
təmin edir.
Həzm və qidalanma, aclıq və toxluq, susuzluq və s.
bu kimi halların tənzimlənməsində ara beynin ən
mühüm strukturlarından olan hipotalamus mühüm
rol oynayır. Burada ali vegetativ funksiyaların
(qidalanma, tənəffüs, ifrazat və s.) mərkəzləri
yerləşmişdir.
Aclıq və susuzluq hisslərinin və bu hisslər ilə bağlı olan
emosional-motivasion vəziyyətlərin yaranmasında
hipotalamusun bəzi nüvələri xüsusi rol oynayır. Bu
nüvələrin pozulması (zədələnməsi) və ya
qıcıqlandırılması orqanizmin qida davranışında kəskin
dəyişikliklərə səbəb olur: iştahanın artması, hədsiz
dərəcədə və uzun müddət ardıcıl qidalanma, orqanizmin
piylənməsi və s. bu kimi hallar büruzə olur.
Hipotalamusun ventromedial nüvələri adlanan sahənin
pozulması zamanı hiperfasiya, polidipsiya (hədsiz
susuzlama, piyləmə) kimi proseslər sürətlənir. Onun
lateral nüvələri adlanan sahənin pozulması afaziya və
adipsiya hallarına (iştahdan qalma, sudan imtina etmə)
gətirib çıxarır, bu da orqanizmin son nəticədə həddən
ziyadə arıqlamasına və ölümünə gətirib çıxarır.
Hipotalamusun orta və yan nüvələrində "toxluq" və
"aclıq" mərkəzlərinin yerləşdiyi təcrübi yolla sübut
edilmişdir. Bu mərkəzlərin oyanması qida axtarışı,
qidanın mənimsənilməsi və həzmi ilə əlaqədar olan bir
sıra vegetativ və hərəki reflektori reaksiyaları işə salır.
Aclıq və susuzluq hisslərinin və bu hisslər ilə bağlı olan
emosional-motivasion vəziyyətlərin yaranmasında
hipotalamusun bəzi nüvələri xüsusi rol oynayır. Bu
nüvələrin pozulması (zədələnməsi) və ya
qıcıqlandırılması orqanizmin qida davranışında kəskin
dəyişikliklərə səbəb olur: iştahanın artması, hədsiz
dərəcədə və uzun müddət ardıcıl qidalanma, orqanizmin
piylənməsi və s. bu kimi hallar büruzə olur.
Hipotalamusun ventromedial nüvələri adlanan sahənin
pozulması zamanı hiperfasiya, polidipsiya (hədsiz
susuzlama, piyləmə) kimi proseslər sürətlənir. Onun
lateral nüvələri adlanan sahənin pozulması afaziya və
adipsiya hallarına (iştahdan qalma, sudan imtina etmə)
gətirib çıxarır, bu da orqanizmin son nəticədə həddən
ziyadə arıqlamasına və ölümünə gətirib çıxarır.
Hipotalamusun orta və yan nüvələrində "toxluq" və
"aclıq" mərkəzlərinin yerləşdiyi təcrübi yolla sübut
edilmişdir. Bu mərkəzlərin oyanması qida axtarışı,
qidanın mənimsənilməsi və həzmi ilə əlaqədar olan bir
sıra vegetativ və hərəki reflektori reaksiyaları işə salır.
Adları çəkilən hipotolamik mərkəzlər qanın tərkibində
qida maddələrinin səviyyəsinə həssasdırlar. Digər
tərəfdən hipotalamus mədədən və digər həzm
orqanlarından onurğa və orta beyin vasitəsilə, habelə
digər resseptiv yollarla orqanizmin qida homeostazı
haqqında siqnallar alır.
Hipotalamus neyronları osmo, xemo və digər tipli
reseptorlara malikdir ki, orqanizmin daxili mühitinin
kimyəvi tərkibində və fıziki vəziyyətində əmələ gələn
dəyişikliklərə tezliklə reaksiya verir.
Baş beyin yarımkürələrinin qabığı orqanizmin bütün
daxili üzvlərinin, o cümlədən həzm sistemi
orqanlarının fəaliyyətini daim nəzarətdə saxlayır, onlara
korreksiyaedici siqnallar göndərir, vegetativ və
somatik reaksiyaların şərti reflektor və iradi
tənzimləmə proseslərinə rəhbərlik edir.
10) Mədə-bağirsaq fəaliyyətinin neyro-humoral
tənzimi.
Orqanizmin bütün üzvləri və üzvlər sistemlərinin
funksiyaları başlıca olaraq sinir-humoral mexanizmi
vasitəsilə tənzimlənilir. Verilmiş orqanın funksiyasının
sinir tənzimlənməsi dedikdə, bu orqana əzələ hərəki
sinirlərin onun fəaliyyətinə etdiyi müsbət (oyadıcı) və
mənfı (ləngidici) və yaxud düzəlişverici, təhsisedici
(korreksiyaedici) təsirlər nəzərdə tutulur. Bu təsirlərin
oyadıcı və ya ləngidici xarakterdə olması hər bir
verilmiş anda ətraf mühitin orqanizmə təsiri və
orqanizmdə yaranan vəziyyətin tələbləri, orqanın
fəaliyyətinin artıb və ya azalmasının fızioloji (bioloji)
məqsədəuyğunluğu ilə sıx əlaqədardır. Humoral
tənzimləmə dedikdə isə orqanizmdə dövran edən daxili
mayelərdə - qan, limfa, hüceyrələrarası maye və ya
toxuma mayesi, beyin, onurğa beynin mayesi (likvor)
kimi mühitlərdə olan bəzi fızioloji fəal maddələrin, ilk
növbədə hormonların orqanların fəaliyyətinə olan
tənzimləyici təsirləri nəzərdə tutulur.
Sinir-humoral tənzimləməni vahid bir mexanizmin
fəaliyyəti kimi də başa düşmək lazımdır. Belə ki, sinir
sistemi humoral sferaya, axırıncı isə sinir sferasına
qarşılıqlı təsir göstərir.
Mərkəzi sinir sistemi, ilk növbədə baş beyin, ali vegetativ
mərkəzi olan hipotalamus və onun neyrosekretor
funksiyası (burada hasil olan neyrohormonlar) baş
endokrin vəzi olan hipofızə, bu vəz də, öz növbəsində,
periferik endokrin vəzilərə tənzimləyici təsir göstərir,
onlarda hormonların az və ya çox hasil olmasına nəzarət
edir. Hipotalamo-hipofızar tənzimləmə sistemi sinir-
humoral tənzimləmədə çox mühüm rol oynayır. Daxili
üzvlərin fəaliyyətinin tənzimlənməsində baş və onurğa
beyinin müəyyən strukturları ilə bağlı olan simpatik və
parasimpatik sinir şöbələri bir-birinə əks-antaqonist
təsirlərə malikdir. Əgər simpatik sinir sistemi verilmiş
orqanın fəaliyyətinə müsbət (oyadıcı) təsir edirsə,
parasimpatik sinir sistemi ona mənfı (ləngidici) təsir
bağışlayır.
Uzunsov beyinlə beyin körpüsü sərhədindən
başlanğıc olan azan siniri daxili orqanları
sinirləndirən əsas parasimpatik sinirlərə aiddir.
Simpatik və parasimpatik mexanizmlər, müvafiq
olaraq beyindaxili adrenerqik və xolinerqik
mexanizmlər (noradrenalin və asetilxolin kimi
neyromediatorlara-sinir siqnallarının neyrondan
neyrona və ya işçi üzvə ötürülməsini təmin edən
maddələrə həssas olan neyron ansamblları) ilə sıx
əlaqədardır və onların fəaliyyəti ilə tənzimlənilir.
Həzm sisteminin fəaliyyətinə mərkəzi sinir
sisteminin simpatik və parasimpatik təsirləri
çoxcəhətlidir və əsasən bir-birinə əks xarakter
daşıyır. Bu təsirlər başlıca olaraq, ağız şirəsi
vəziləri, mədə və bağırsaq vəziləri, mədəaltı vəzinin
pankreas hissəsinin fəaliyyətinin, mədə və
bağırsaqların motor və evakuator funksiyalarının
tənzimlənməsinə doğru yönəlmişdir.
Parasimpatik sinirlər və onların postqanqlionar (sinir
düyünü və sinir kələfı arxası) lifləri bilavasitə
qulaqyanı və çənəaltı həzm vəzilərini, mədə, nazik
bağırsaq, qaraciyər, mədəaltı vəzi və yoğun bağırsağı
innervasiya edir və onların fəaliyyətinə stimuləedici
təsir göstərir. Mədə və bağırsaqların divarını
innervasiya edən simpatik liflər bu orqanların motor
funksiyalarına ləngidici təsir edir, parasimpatik liflər
isə onların ritmik peristaltik hərəkətlərinin fəallığını
artırırlar.
Təcrübədə baş beyinin müxtəlif zonalarını
qıcıqlandırdıqda, həzm sistemi orqanlarının
fəaliyyətində baş verən dəyişikliklərə nəzər saldıqda
görmək olar ki, bu reaksiyalar qıcıqlandırılan beyin
zonasından və həzm orqanının vəzifəsindən asılı
olaraq müxtəlifdir.
Baş beyin qabığının bəzi ön sahələrini qıcıqlandırdıqda
mədə cisminin hərəkətləri sürətlənir, onun sekresiyası
artır, mədə və bağırsağın tonusu zəifləyir, motor və
premotor sahələrini qıcıqlandırdıqda isə, nazik və yoğun
bağırsağın peristallik və antiperistallik hərəkətləri artır,
pankreas şirəsinin və ödün ifrazı azalır, ağız suyunun
ifrazı isə artır. Hipotalamusun bəzi nüvələrinin
qıcıqlandırılması mədə və bağırsaqların motor
funksiyasına ləngidici təsir göstərir, həzm şirələri
ifrazatını dəyişdirir, nazik bağırsağın tonusunu azaldır.
Orta beynin qıcıqlandırılması nazik bağırsağın peristaltik
hərəkətlərini zəiflədir, mədənin motor funksiyasının
oyanıb azalmasına səbəb olur, onun sekretor fəaliyyətini
artırır. Uzunsov beyinin qıcıqlanması mədə və bağırsağın
reaksiyalarını əvvəl sürətləndirir, sonra isə aşağı salır.
Beləliklə, bu kimi faktlar bir daha sübut edir ki, baş
beyinin ən müxtəlif törəmələri həzm orqanlarının
fəaliyyətinin tənzimlənməsində geniş iştirak edirlər.
Dostları ilə paylaş: |