MÜHAZIRƏ 5. MİKROORQANİZMLƏRİN
TƏBİƏTDƏ YAYILMASI
Torpağın mikrobiotası
Mikroblar təbiətdə geniş yayılmışdır. Onlara torpaqda,
suda, havada, bitkidə, heyvan orqanizmində, okeanların
dərinliyində, hündür dağların zirvələrində, Arktika
buzlarında və qızmar səhralarda təsadüf edilir. Təbiətdə
mikrobların geniş yayılması ilk dəfə L.Paster tərəfindən
müəyyən edilmişdir. Müxtəlif yerlərin coğrafi şəraitindən,
iqlimindən və s. asılı olaraq mikroorqanizmlər həm
kəmiyyət və həm də keyfiyyət etibarı ilə dəyişilə bilirlər.
Mikroorqanizmlərin xarici mühitin amilləri ilə (işıq, istilik,
qida maddəsi, torpağın mühit reaksiyalı və s.) qarşılıqlı
münasibətini və o mühitə uyğunlaşaraq yaşamaq
xüsusiyyətlərini öyrənən elm
ekologiya
adlanır.
Mikroorqanizmlərin belə geniş yayılmasının əsas səbəbi
onların kiçik ölçüyə, az çəkiyə malik olması və sürətlə
çoxalmalarıdır. Digər canlılar kimi mikroorqanizmlərin ilk
tarixi beşiyi su mühiti olmuşdur. Sonrakı geoloji dövrlərdə
torpağın əmələ gəlməsi ilə əlaqədar olaraq
mikroorqanizmlər üçün artıq torpaq mühiti əsil yaşayış
yeri olmuşdur. Su havaya nisbətən mikroorqanizmlərlə
daha zəngindir. Müəyyən olunmuşdur ki, 1 qram
torpaqda milyonlarla, hətta milyardlarla mikrob vardır.
Bunun əsas səbəbi torpaqda mikroorqanizmlərin
inkişafını təmin edən hər bir şəraitin olmasıdır. Onlar
qidalanmaq üçün kifayət qədər üzvi və mineral maddələr,
nəmlik, oksigen, mühit reaksiyası və s. Təmin etməklə
bərabər, torpaq zərrəcikləri günəşin öldürücü təsirindən
bu xırda canlıları qoruyur.
.
Odur ki, torpaqda mikroorqanizmlərin bir çox növləri –
bakteriyalar, aktinomisetlər və göbələklər məskən salmışdır.
Hesablamalar göstərir ki, çürüntülü torpağın 2-15 sm dərinlikdə
olan qatının 1 qr torpağında 1-dən 10 milyarda qədər bakteriya,
20 milyon şüalı göbələk, 100 minə qədər göbələklər, 100 min
yosunlar, 1 milyona qədər ibtidailər və s. olur.
Mikroorqanizmlər torpaqda heyvan və bitki qalıqlarını sadə
mineral birləşmələrə parçalayıb, onları yenidən bitkilərin və
heyvanların istifadəsinə qaytarırlar. Bitkilərin karbohidratlı qidası
üzvi maddələrin mikroorqanizmlər tərəfindən CO
2
-yə qədər
parçalanması nəticəsində əmələ gəlir. Torpaqda mənimsənilə
bilən azotlu maddələr də mikroorqanizmlərin iştirakı ilə əmələ
gəlir. Torpağın fiziki və kimyəvi xüsusiyyətlərindən asılı olaraq,
oradakı mikroorqanizmlər həm sayca, həm də növ tərkibinə görə
dəyişirlər. Torpağın mikrobiotasına onun tipi, ilin fəsilləri, torpağın
şumlanması, ona müxtəlif gübrələrin verilməsi və s. böyük təsir
göstərir.
Zəif qələvili əkin torpaqlarında bakteriyaların miqdarı çox, nisbətən
turş, bataqlıq və ya torflu torpaqlarda isə az olur.
Aparılan mikrobioloji təhlillər göstərir ki, 1 q çox məhsuldar
torpaqda orta hesabla 50 milyard və daha çox mikroorqanizmlər
vardır ki, bunların ən çox miqdarı yaz və payız fəsillərinə təsadüf
edir.
Torpağın mikrobiotası öz müxtəlifliyi ilə də kəskin fərqlənir. Burada
qeyd olunduğu kimi, onda bakteriyalar, aktinomisetlər, maya və kif
göbələkləri, yosunlar, ibtidailər və s. yayılmışdır.
Torpaq mikroorqanizmləri arasında həm saprotrof, həm də
xəstəlik əmələ gətirən növlərə, yəni patogenlərə rast gəlmək olar.
Saprotrof bakteriyalardan əsasən kokkları (Microc.albus,
Microc.candidaus, Microc.cereus flarus, Microc.raseus), çöp
forma-lılardan üzvi maddələrin parçalanmasında iştirak edən
Bact.proteus vulgaris, Bac.subtilis, Bac.megaterium,
Bac.mesentericum, Bac.my-coides, Bac.cereus, Bac.virgulus və
digərlərini qeyd etmək olar.
Bunlarla yanaşı, torpaqda çoxlu miqdarda nitritləşmə aparan, azot
fiksə edənlər, sellülozanı parçalayanlara da rast gəlmək olur.
Xəstəlik əmələ gətirən bakteriyaların sporlu formaları da torpaqda
geniş yayılmışdır. Bu sporlar torpaqlarla əlaqədar olan
yaralanmalar zamanı orqanizmə düşüb tetanus, qarayara, qazlı
qanqrena kimi ağır xəstəliklər törədə bilirlər.
Aktinomisetlər mikroorqanizmlərin ümumi miqdarının 10-30%-ni
təşkil edirlər. Bunlar əlverişli mühitdə çoxlu spor əmələ gətirməklə
hədsiz çoxalır. Aktinomisetlər az rütubət sevəndirlər.
Mikroorqanizmlərin miqdarı torpaq qatlarında qeyri-bərabər
yayılmışdır. Onların ən çox sayı 5-10 sm torpaq qatında müşahidə
olunur. Torpağın ən üstündə, quraqlıq və günəş şüalarının təsirinə
məruz qaldıqlarından mikroorqanizmlər sayca çox az olurlar.
Torpağın dərinliyi artdıqca mikroorqanizmlərin miqdarı da azalır. Bu
da mikroorqanizmlərə lazım olan qida maddələrinin, eləcə də
oksigenin aşağı qatlara getdikcə azalması ilə əlaqədardır.
Suyun mikrobiotası
Canlı təbiətdəki varlıqlar üçün xüsusi əhəmiyyətə malik
olan suda müxtəlif növ mikrobların olması
məqsədəuyğun deyildir. İçilən su tərkibində patogen
mikrobların olması ilə insan və heyvanlarda müəyyən
xəstəliklərin əmələ gəlməsinə, texniki məqsədlə işlədilən
su isə bir çox məhsulların vaxtından əvvəl xarab
olmasına səbəb olur. Bakteriyalar su sevən – hidrofil
orqanizmlər olduğuna görə, su mühitində onlar çox olur
və yaxşı inkişaf edirlər. Çünki su mühitində oksigen,
azot, karbon qazı, kükürd, dəmir, fosfor və s. birləşmələr
həll olmuş şəkildədir. Su mühitində yaranan belə şərait
müxtəlif fizioloji qrup mikroorqanizmlərin inkişafına
səbəb olur. Suya mikroorqanizmlər əsasən torpağın
səthindən, qismən də havadan, yağış və tozla düşür.
Ona görə də torpaqda və havada olan mikroorqanizmlərə çox vaxt
suda rast gəlmək olur. Bunlarla yanaşı, suda bir çox su mühitinə
uyğunlaşmış spesifik mikrobiotaya da təsadüf olunur. Sularda
geniş yayılmışlardan Bact.aquatilis (aqyatilus), Micrococcus
candicans, Pseudmonas fluorescens, Micrococcus rascus,
Bact.violaceum, Spirillum rubrum və başqalarını göstərmək olar.
Müxtəlif su mənbələrinin mikrobiotası fərqlənir. Artezian
quyularının və bulaqların suyu demək olar ki, mikrobsuz olur (1 ml-
də 10 ədəd). Belə sulara mikroorqanizmlər yalnız xaricə çıxandan
sonra düşə bilir.
Su mənbələrinin çirklənməsinə səbəb yaşayış məskənlərinin suya
yaxın olmasıdır, çünki həmin sulara müxtəlif tullantılar və
kanalizasiya suları da qarışa bilir. Üzvi maddələrlə zəngin olan
belə sularda mikroorqanizmlər hədsiz çox olur. Dəniz və göllərdə
isə sahildən uzaqlaşdıqca mikrobların miqdarı azalır. Suyun
təmizlik dərəcəsi 1 ml suda olan saprotrof mikrobların sayına görə
müəyyən edilir.
1 ml-də 100-ə qədər saprotrof bakteriya olan su yaxşı su hesab
edilir. Bu mikrobların sayı 100-500 qədər olduqda, belə su şübhəli
və 500-dən artıq olduqda isə çirkli su hesab olunur. Belə suyu
xüsusi süzgəclərdən süzdükdən və ya qaynatdıqdan sonra istifadə
etmək olar. Yağış suyunda mikroblar çox az olur.
Çirkli sularda xarakterik mikrob növləri müşahidə olunur. Bunlardan
Leptomitus lacteus, Sphacrotilus və Beggiatoa cinsinin
nümayəndələrini, çürüdücü bakteriyaları göstərmək olar. Əhali
tərəfindən işlənilən suya mikroblar xəstə adamların və ya
heyvanların ifrazatı vasitəsilə düşə bilər və belə sular bəzən qanlı
ishal, vəba, qarın yatalağı xəstəliklərinin yayılmasına səbəb olur.
Buna görə də əhalinin istifadə etdiyi suyun mikroblarla nə dərəcədə
çirklənməsi nəzarət altında olur. Sularda patogen bakteriyaları
tapmaq çətin olduğundan, suyun çirklənmə dərəcəsi onda olan
bağırsaq çöplərinin (Escherichia coli) miqdarı (titri) ilə
aydınlaşdırılır. Əgər su insan və ya heyvan nəcisi ilə çirklənibsə,
belə suda bağırsaq çöpləri həmişə çox olur. Ona görə də bu çöplər
çirkli su üçün indikator hesab olunurlar.
Səhiyyə nöqteyi-nəzərincə suyun təmiz, yaxud natəmiz
olmasını bilmək üçün əsasən 3 göstəricidən istifadə
edilir. Bunlara: 1) suyun 1 ml-də olan saprotrof
mikrobların ümumi miqdarı; 2) suyun koli-titri; 3) suyun
koli-indeksi aiddir.
Saprotroflar
–hazır üzvi maddələrlə qidalanan bitkilərdə
olan mikroblar. Saprotroflar qidalanma üsuluna görə
heterotrof orqanizmlərə aid edilir. Saprotroflar qida
maddələrini başlıca olaraq cəsədlərdən, yaxud müxtəlif
üzvi qalıqlardan alırlar. Bununla saprotroflar digər
heterotrof orqanizmlərdən – parazitlərdən(biotroflardan)
və simbiotroflardan fərqlənirlər. Təbiətdə maddələrin
dövranında saprotrofların böyük rolu vardır. Bunlar üzvi
maddələri ardıcıl şəkildə sadə qeyri-üzvi maddələrə
çevirir ki, bunlardan da avtotrof orqanizmlər istifadə edir.
Yoxlanılan suyun bağırsaq çöpü tapılan ən az miqdarı, onun koli-
titri hesab edilir.
Koli-titr,
içərisində bağırsaq çöpü tapıla biləcək suyun ən az
həcminə deyilir.
Koli-indeks
isə 1 litr tədqiq olunan sudakı
bağırsaq çöplərinin miqdarıdır. Yaxşı içməli suyun koli-titri 333 və
ya koli-indeksi 3 olmalıdır.
Suda bağırsaq çöplərinin miqdarı çox, yəni koli-titri aşağı olduqda
müxtəlif təmizləmə üsullarından istifadə edilir.
Bakterioloji cəhətdən şübhəli su süzülmə, xlorlaşdırma və
ultrabənövşəyi təsir ilə təmizlənə bilir. Mikroorqanizmlərlə zəngin
və bulanıq sular zəy, alüminium-sulfat, dəmir-sulfat kimi
koaqulyantlarla çökdürülürlər.
İçmək üçün çay və ya su hövzələrinin suyundan istifadə olunursa,
belə su müvafiq süzgəclərdən keçirilməlidir. Bu məqsədlə xüsusi
təmizləyici qurğulardan da istifadə olunur.
Sənayenin inkişafı ilə əlaqədar olaraq istər şirin və istərsə də
duzlu göllərə, dənizlərə külli miqdarda sənaye və məişət çirkab
suları daxil olur. Xüsusilə göllərin çirklənmədən mühafizəsi ən
vacib məsələdir. Burada iki cür çirklənmə nəzərə çarpır: təbii və
insan fəaliyyəti ilə əlaqədar çirklənmələr.
Təbii çirklənmə həmişə baş verir və nisbətən az qorxuludur. Lakin
insan fəaliyyəti nəticəsində sulara daxil olan sənaye tullantıları,
radioaktiv maddələr, neft məhsulları, pestisidlər və s. suların daha
zərərli çirklənməsinə səbəb olur. Ona görə də son zamanlar su
hövzələrini belə çirklənmədən qorumaq üçün öz-özünə bioloji
təmizlənmə prosesinə xüsusi diqqət verilir. Su hövzələrinin
təmizlənməsini suda yaşayan xırda orqanizmlərin fəaliyyəti ilə,
oraya daxil olan çirkləndirici maddələri oksidləşdirməklə təmin
etmək olar. Deməli, öz-özünə təmizlənmə intensivliyi suyun
oksigenlə zənginliyindən, temperaturasından, ilin fəsillərindən və
s. asılıdır. Öz-özünə təmizlənmənin ilk mərhələsində üzvi
maddələrin parçalanma məhsulları ilə qidalanan bakteriyalar,
göbələklər və ibtidai su orqanizmləri iştirak edirlər.
Suyun tullantılarla zənginləşən üzvi, oksidləşməmiş
mineral maddələrdən təmizlənməsi prosesi aerob və
anaerob mikroorqanizmlərlə gedir.
Aerob şəraitdə bu maddələrin parçalanma prosesi axıra
kimi intensiv gedir, nəticədə H
2
O, CO
2
, H
2
, nitrat və
sulfatlar əmələ gəlir.
Anaerob şəraitdə isə proses zəif getdiyindən, su tədricən
təmizlənir və alınan aralıq məhsullar H
2
, ammonyak,
kiçik molekullu yağ turşularından ibarət olur. Bunlar da
canlılar üçün zəhərlidir. Bunu nəzərə alaraq, çirkab
sularının bioloji təmizlənməsi torpaq sahələrində aparılır.
Bu məqsədlə biosüzgəclər, aerosüzgəclər və
aerotenklər daha geniş tətbiq olunur.
Atmosfer havasının mikrobiotası
Mikroorqanizmlər havaya əsasən küləklə torpaqdan çıxmış
tozlarla yayılırlar. Lakin, hava mikroorqanizmlərin inkişafı üçün ən
pis mühitdir. Burada həmin orqanizmlərə lazım olan qida, kifayət
qədər rütubət yoxdur. Digər tərəfdən günəş şüaları hava
mühitindən, torpağın üst qatına nisbətən daha sürətlə keçirlər.
Buna baxmayaraq atmosferdə daima mikroorqanizmlərə təsadüf
olunur. Xüsusilə atmosferin aşağı təbəqələrində həmişə
mikroorqanizmlər daha çox olur. Qarlı dağların havasında,
meşədə, dəniz üzərində mikrobların miqdarı az olur və 1m
3
havada 4-5-dən artıq mikrob hüceyrəsi olmur. Bəzən tədqiqatçılar
hətta stratosferın alt qatlarında da, 11 km hündürlükdə bakteriya
və göbələk sporları tapmışlar. Əksər hallarda, havada torpaqda
olan saprotrof mikroorqanizmlərə rast gəlmək olur. Bunlar
arasında müxtəlif bakteriyalar, piqmentli sarsinalar, stafilokokklar,
müxtəlif sporlu bakteriyalar, maya göbələkləri, aktinomisetlər, kif
göbələklərinin sporları təsadüf olunur.
Bəzən, göstərdiyimiz saprotroflərdən əlavə, havada müvəqqəti
olaraq xəstəlik törədən mikroorqanizmlərə də rast gəlmək olur.
Belələrinə vərəm və difteriya çöpləri, stafilokokklar, pnevmokokklar
və s. aiddir.
Göstərilən mikroblar havaya xəstə insanlardan öskürək, asqırma və
hətta danışan zaman tüpürcəklə birlikdə və ya xəstənin ifrazatı ilə
çirklənmiş torpaqdan küləklə düşə bilər.
İçərisində patogen mikrob olan damcılar havada 1-6 saata kimi qala
bilirlər. Təmiz atmosfer havasının 1m
3
-də 500-dən çox mikrob
hüceyrəsi olmur. İnsan bir saatda təxminən 500 litr hava alır,
bununla birlikdə onun ciyərlərinə çoxlu miqdarda toz hissəcikləri və
mikroorqanizmlər də daxil olur. Lakin bu mikroblar yuxarı nəfəs
yollarında olan epitel hüceyrələri və tükcüklər vasitəsilə tutulub
saxlanılırlar və nisbəən zərərsizləşdirirlər.
Havada mikrobları Kolun çökdürmə üsulu ilə müəyyən etmək daha
məqsədə uyğun sayılır.
Dostları ilə paylaş: |