Mövzu:
Windows əməliyyat sistemi. İnternetdə işləmə qaydaları
Mövzunun tədrisinin məqsədi: Əməliyyat sistemlərinin təsnifatının,
Windows əməliyyat sistemi ilə işləmə qaydalarının öyrənilməsi, kompüterin işinin
sazlanması, internetdə işləmə qaydaları ilə tanışlıq
Təlim saatlarının miqdarı: 2 saat
Təlim metodu: Mühazirə, nümayiş, sual-cavab, müzakirə, beyin hücumu
Dinləyici auditoriyası: İlkin hazırlıq proqramı üzrə kursların iştirakçıları
Mövzunun planı:
1. Əməliyyat sistemlərinin təsnifatı
2. Windows əməliyyat sistemi ilə iş
3. Xidməti proqramlar
4. Viruslar və antivirus proqramları
5. İnternetdə işləmə qaydaları
Mövzunun məzmunu:
Windows əməliyyat sistemi. İnternetdə işləmə qaydaları
Əməliyyat sistemi anlayışı: Əməliyyat sistemi kompüter resurslarını idarə
edən, tətbiqi proqramların işə salınmasını , onların xarici qurğular və digər
proqramlarla qarşılıqlı əlaqəsini, həmçinin istifadəçi ilə kompüter arasındakı
dialoqu təmin edən proqram vasitələrinin məcmusudur. Resurs dedikdə kompüterin
istənilən komponenti- mərkəzi prosessor, əməli və ya xarici yaddaş , xarici qurğu,
proqram və s. başa düşülür.
Əməliyyat sistemləri – informasiya emalının idarə olunmasını və aparat
vasitələri ilə istifadəçinin qarşılıqlı əlaqəsini təmin edir. Əsas funksiyalarından biri
informasiyanın daxiletmə-xaricetmə prosesinin avtomatlaşdırılması, istifadəçi
tərəfindən yerinə yetirilən tətbiqi proqramın idarə edilməsidir. Əməliyyat sistemi
lazım olan proqramı kompüterin yaddaşına yükləyir və onun yerinə yetirilməsinə
edir.
Əməliyyat sistemləri yerinə yetirdiyi funksiyalara görə 3 qrupa bölünür:
- birməsələli (biristifadəçili)
- çoxməsələli (çoxistifadəçili)
- şəbəkə
Birməsələli əməliyyat sistemi – müəyyən anda konkret bir məsələ ilə bir
istifadəçinin işi üçün nəzərdə tutulmuşdur. Bu tip əməliyyat sisteminin
nümayəndəsi MS-DOS-dur.
Çoxməsələli əməliyyat sistemi – kompüterdən, multiproqram rejimdə vaxt
bölgüsü ilə kollektiv istifadəni təmin edir. Bu tip əməliyyat sisteminə UNİX, OS/2,
Windows və s. misal göstərmək olar.
Şəbəkə əməliyyat sistemi – lokal və qlobal şəbəkələrin meydana gəlməsi ilə
əlaqədardır və şəbəkənin bütün resurslarına istifadəçinin müraciətini təmin edir. Bu
əməliyyat sisteminə Novell Net Ware, Windows NT, Unix, Solaris və s. misal
göstərmək olar.
Əməliyyat sistemi kompüterin qoşulması ilə yüklənir və istifadəçi ilə hesablama
sistemi arasında rahat və əlverişli ünsiyyət üsulu (interfeys) təqdim edir.
Funksiyalarına görə interfeysin aşağıdakı növləri var:
proqram interfeysi – hesablama sistemi çərçivəsində qurğu və
proqramların qarşılıqlı əlaqəsini təmin edən vasitələr məcmusudur.
istifadəçi interfeysi – istifadəçinin kompüterlə qarşılıqlı əlaqəsi üçün
proqram və aparat vasitəsidir. Öz növbəsində istifadəçi interfeysi əmrli və
obyektyönlü ola bilər.
Əmrli interfeys – istifadəçiyə kompüter resurslarının idarə olunması üçün
əmrləri klaviaturadan daxil etməyə imkan verir
Obyektyönlü interfeys – obyektlər, yəni fayl , kataloq (qovluq), disk
aparıcısı, proqram , sənəd və s. üzərində əməliyyatları bilavasitə həyata
keçirən hesablama sisteminin resurslarını idarə edir.
Əməliyyat sisteminin yeni modifikasiyasının adı dəyişilmir, amma versiya
(variant) adını alır. Əməliyyat sisteminin versiyası “onluq kəsr” şəklində
işarə olunur. Versiya nömrəsinin böyük olması sistemin daha çox imkanlara
malik olmasını göstərir.
Əməliyyat sistemlərinin təsnifatı :
Əməliyyat sistemlərinin aşağıdakı növləri mövcuddur:
sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə : biristifadəçili,
çoxistifadəçili
sistemin idarə olunması ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına
görə : birməsələli, çoxməsələli
prosessorların sayına görə - birprosessorlu, çoxprosessorlu
prosessorun mərtəbələrinin sayına görə : 8-mərtəbəli, 16-mərtəbəli, 32-
mərtəbəli, 64-mərtəbəli
interfeysin tipinə görə: əmrli və obyektyönlü
informasiya emalı rejiminə görə: paket emallı, vaxt bölgülü, real vaxt
miqyaslı
resurslardan istifadənin tipinə görə : şəbəkə, lokal
Windows əməliyyat sisteminin yaranma tarixi və inkişaf mərhələləri:
Windows əməliyyat sistemi istifadəçilər üçün rahat işləmə mühiti yaratmaq
məqsədilə meydana gəmişdir. Bu əməliyyat sistemi meydana gəlməmişdən əvvəl
istifadə edilən istənilən əməliyyat sistemi istifadəçidən kompüteri idarə edən
əmrləri bilməsini tələb edirdi. Windows əməliyyat sisteminin yaranması sistem
mühiti və burada işləmə qaydasını dəyişməyə imkan verdi. İstifadəçi üçün çox
sadə işləmə qaydalarına malik olan qrafik interfeysin meydana gəlməsi istifadəçini
əmrlər strukturunu öyrənməkdən azad etdi. Maraqlıdır ki, bu əməliyyat sisteminin
ilk versiyalarının yaranması istifadəçilər tərəfindən çox soyuq qarşılandı. 1985-
1990- ci illər ərzində bu əməliyyat sistemi çox da istifadə olunmadı. Yalnız 1995-
ci ildən sonrakı beşillikdə Windows əməliyyat sistemi kompüter dünyasının ona
qarşı olan münasibətini tamam dəyişdi. İlk versiyalarında MS-DOS sisteminin
örtüyü kimi meydana çıxan bu yeni əməliyyat sistemi Windows-95, Windows-98
və Windows-2000 kimi versiyalarında tam hüquqlu əməliyyat sistemi kimi öz
təsdiqini tapdı.
İBM PC kompüterlərində 1981-ci ildən 1995-ci ilə qədər əsas əməliyyat
sistemi kimi MS-DOS istifadə edilmişdir. Bütün bu illər ərzində MS-DOS
əməliyyat sistemi MS-DOS 1.0-dan MS-DOS 6.22-ə qədər inkişaf yolu keçmiş və
hər dəfə yeni versiyanın buraxılması ilə daha çox qurğularla işləmək mümkün
olmuş və sistem yeni proqramlarla gücləndirilişdir. Bu əməliyyat sisteminin ən
zəif yeri əməli yaddaşla iş prosesinə aid idi. Belə ki, o dövrdəki əksər
kompüterlərdə əməliyyat sisteminin həcmi 250 Kb-ı aşmırdı,MS-DOS isə 640 Kb
əməli yaddaşla işləyə bilirdi.
MS-DOS-un ikinci çatışmamazlığı isə ondan ibarət idi ki, bu sistem qrafik
əməliyyat sistemi olmadığından , qrafik rejimdə işləmək mümkün deyildi.
Nəhayət, MS-DOSun təkməsələli əməliyyat sistemi olması onun növbəti
çatışmamazlığı idi.
Microsoft şirkətində İBM PC tipli fərdi kompüterlər üçün qrafik əməliyyat
sistemlərinin yaradılması istiqamətində aparılan işlərə başlanılmış və belə bir
sistemin ilk versiyası 1985-ci ildə Windows 1.0 adı ilə buraxılmışdır. Bu sistem
diskdə 2 Mb-dan bir az artıq yaddaş sahəsi tuturdu. Windows 1.0 ilə eyni vaxtda
bu sistemdə işləyən kalkulyator, saat, təqvim kimi bəzi utilitlər, Microsoft Paint
qrafik redaktoru, Notepad-sadə mətn redaktoru və buna nisbətən daha mükəmməl
olan Microsoft Write mətn redaktoru da yaradılmışdı. Bu sistem müstəqil
əməliyyat sistemi deyildi, sadəcə MS-DOS üzərində qurulmuş örtük idi.
Microsoft firması 1987-ci ilin oktyabrında sistemin Windows 2.0 versiyasını
buraxdı. Bu sistem əslində Windows 1.0- ın təkmilləşdirilmiş versiyası idi. Bu
verisyada qurğularla bağlı (məsələn, yeni yaradılmış VGA standartlarına uyğun
videokart,
böyük
həcmli
sərt
disklər,
modemlər)
proqram
təminatı
gücləndirilmişdi. Sistem İBM PC AT 386 kompüterləri üçün nəzərdə tutulmuşdu,
bununla yanaşı əvvəlki maşınlarda da normal işləyirdi. Windows 2.0 əməliyyat
sistemi üçün Microsoft Excel cədvəl prosessoru və Word 1.0 mətn prosessoru
işlənib hazırlanır. 80286 mikroprosessorlu kompüterlər üçün hazırlanan Windows
versiyası istifadəçilərə genişləndirilmiş yaddaşdan istifadı etməyə , 80386
mikroprosessorlu kompüterlər üçün hazırlanmış Windows versiyası isə
çoxməsələliyə imkan vermişdi.
1990-ci ilin may ayında MS-DOS əməliyyat sisteminin qrafik örtüyü olan
Windows 3.0 versiyası meydana gəlir. Bu versiya istifadəçilər arasında ilk
mükəmməl 16 mərtəbəli sistem kimi öz təsdiqini tapır. Windows 3.0 nəinki qrafik
interfeysə, həmçinin çoxməsələlik rejiminə də malik olmuşdur. Bu sistem İBM 386
kompüterləri üçün nəzərdə tutulmuş və əvvəlki sistemlərdən Windows 3.1-ə keçid
variantı kimi qəbul edilmişdi. Windows 3.0 sistemində işləyə biləcək proqramların
sayı xeyli çoxaldı. Belə ki, Notepad və Wordpad mətn redaktorları, Paintbrush
qrafiki redaktoru, şəbəkədə məsafədən (uzaqdan) idarəetmə vasitələri və başqa bir
çox utilitlərlə yanaşı bir sıra müəyyən oyun proqramları da Windows 3.0 sisteminə
daxil edildi.
Bu müsbət keyfiyyətlərinə baxmayaraq Windows 3.0 əməliyyat sisteminin
işləmə etibarlılığı çox da böyük deyildi. Bu mənfi cəhət 1992-ci ilin aprel ayında
buraxılan Windows 3.1 versiyasında aradan qaldırılmışdır. Bu versiyadan
başlayaraq Microsoft şirkəti virtual yaddaşın təşkil edilməsi imkanına malik
əməliyyat sisteminin istehsalı ilə məşğul olur. O cümlədən, bu sistemdə
klaviaturanı müxtəlif dillərə yükləməklə çoxdilli rejimdə işləmək, həmçinin xarici
mikrofondan və universal səsgücləndiricilərdən , eləcə də geniş spektrli səs
kartlarından istifadə etmək mümkün idi.
Windows əməliyyat sisteminin növbəti versiyası 1993-cü ildə Windows 3.11
Workgroups adı altında buraxıldı. Sistemin bu versiyası əvvəlkilərdən fərqli olaraq
lokal şəbəkə və geniş multimedia imkanlarına malik idi. Belə ki, sistem lokal
şəbəkə yaratmağa , internetlə əlaqə yaratmağa, şəbəkə printerlərindən , lokal
şəbəkədə mətni informasiya mübadiləsi üçün alətlərdən və eləcə də faksların
göndərilməsi və qəbulu üçün proqramlardan istifadə etməyə imkan verirdi.
Windows 3.11 sistemi lokal şəbəkədə , eləcə də internetdə işləmək üçün
istifadəçilərə geniş imkanlar verdiyindən, kompüterin aparat təminatı ilə bağlı çox
yüksək tələblər qoyurdu. O cümlədən, İBM PC 386 kompüterləri və ən azı bir Mb
əməli yaddaş tələb olunurdu. Sistemin tətbiqi proqramlar paketinə bir sıra yeni
proqramlar əlavə edilmişdi: Microsoft Mail poçt proqamı, Microsoft İnternet
Explorer brauzeri, şəbəkə ilə işləmək üçün xüsusi Microsoft Chat utiliti və s.
Korporativ istifadəçilərin tələbatını ödəmək üçün 1993-cü ildə Windows NT
(New Technology) adlı tamamilə yeni bir əməliyyat sistemi buraxdı. Bu sistem
tamamilə yeni nüvə əsasında qurulmuş və əsasən korporativ istifadəçilərin lokal
kompüter şəbəkələrində işləməsi üçün nəzərdə tutulurdu.
Windows NT sisteminin ilk variantı iki versiyada yaradılmışdı: Windows
NT Server və Windows NT Workstation . Əslinə qalsa bunlar eyni əməliyyat
sistemləri idi, fərq isə ondan ibarət idi ki, Windows NT Serverin tərkibinə ele
proqramlar daxil edilişdi ki, həmin proqramlar bu sistemlə işləyən kompüterləri
həm lokal şəbəkələrin serveri, həm də İnternet şəbəkəsində HTTP serveri kimi
istifadə etməyə imkan verirdi. Windows NT Workstation sistemində isə
istifadəçilərin tətbiqi proqramlarına daha çox üstünlük verilirdi. Windows NT
sisteminin interfeysi zahirən Windows 3.11 sistemindən heç nə ilə fərqlənməsə də,
Windows NT sistemi 32 mərtəbəli çoxistifadəçili əməliyyat sistemi idi. Windows
NT sistemi buna qədərki Windows sistemləri ilə müqayisədə istifadəçilər
tərəfindən ən stabil və ən etibarlı əməliyyat sistemi kimi qəbul edilmişdir.
1995-ci ilin sentyabrında buraxılmış Windows 95 əməliyyat sistemi İBM PC
kompüterləri üçün ilk qrafiki əməliyyat sistemi olmuşdur. Bu əməliyyat sistemi
böyük üstün cəhətlərə malik olduğu üçün o, bütün kompüter dünyasında geniş
tətbiq olunmağa başlayır. Beləliklə, Windows əməliyyat sistemi ilk dəfə olaraq
MS-DOS üzərində qurulmuş örtükdən 32 mərtəbəli mükəmməl qrafik əməliyyat
sisteminə çevrildi.
Əvvəlki versiyalardan fərqli olaraq Windows 95 sisteminin iş stoluna My
Computer və Recycle Bin – sistem qovluqlarının işarələri və üzərində saat, səs
tənzimləyicisi, müxtəlif dillərə keçidləri tənzimləmək üçün göstərici əks olunan
tapşırıqlar paneli daxil edilmişdir.
Lakin bu əməliyyat sisteminin praktiki istifadə olunması zamanı aydın olur
ki, onun bir sıra mənfi cəhətləri, o cümlədən çox da böyük olmayan işləmə
etibarlılığı vardır.
1998-ci ildə istehsal edilən Windows 98 əməliyyat sistemi əsasən gələcəkdə
istifadə olunmaq üçün buraxılır. Burada əvvəllər ayrıca satılan bir sıra proqram
məhsullarının
daxil olduğu standart proqramlar komplekti, həmçinin
kommunikasiya imkanı da genişləndirilmişdir. Eyni konsepsiyaya malik olduqları
üçün Windows 95 və Windows 98 əməliyyat sistemləri yerinə yetirdikləri
funksiyalara görə bir-birinə daha yaxın olub , istifadəçiyə eyni interfeyslər xidməti
göstərirlər.
Beləliklə, Microsoft şirkətində bir-birinin ardınca MS-DOS üzərində
qurulmuş bir neçə qrafik örtük- Windows 1.0, Windows 2.0, Windows 3.0,
Windows 3.1, Windows 3.1.1 sistemləri buraxılmışdı. Bu qrafik örtüklər MS-DOS
üzərində qurulduğundan və deməli, MS-DOS-un idarəsi altında işlədiyindən,
müstəqil əməliyyat sistemləri deyildilər. Buna baxmayaraq Windows-un meydana
gəlməsi ilə kompüter istifadəçiləri üçün bir sıra yeni imkanlar yaradıldığından,
onun örtük yox, mühit (Windows mühiti) adlandırılması qəbul edildi.
Microsoft şirkəti 2000-ci ilin əvvəllərində Windows NT sisteminin
arxitekturası əsasında Windows sisteminin yeni versiyasını - Windows 2000
sistemini yaratdı. Windows 2000 sisteminin yaradılmasında Windows NT – nin
təkmilləşdirilmiş texnologiyasından istifadə edilməklə yanaşı Windows 98
sisteminin mühüm xüsusiyyətləri də nəzərdə alınmışdır. Odur ki , bu əməliyyat
sistemi rahat istifadə olunan, stabil və təhlükəsizlik baxımından etibarlı olmaqla
çox asan tənzimlənən sistemdir.
Windows 95-98 sinfindən olan əməliyyat sistemlərinin sonuncu inkişaf
etdirilmiş variantı 2000-ci ildə geniş istehsala buraxılmış Microsoft Windows Me
(Millennium Edition) sistemi idi. Bu sistem özündən əvvəlki Windows sistemləri
ailəsindən hər şeydən əvvəl onunla fərqlənir ki, bu sistem MS-DOS-dan tamamilə
imtina edir.
NT texnologiyasının bazası əsasında Microsoft şirkətinin yaratdığı Windows
ailəsindən olan daha bir yeni əməliyyat sisteminin yeni versiyası artıq 2000-ci ilin
sonlarında geniş ictimaiyyətə məlum idi. Bu yeni əməliyyat sistemi əvvəlcə
Codename Whistler adı altında buraxılsa da, 2001-ci ilin yayında Windows XP
(ing. Experience-təcrübə,sınaq) adı altında istifadəçilərə təqdim edildi.
Windows XP sistemində gözlənilən ən mühüm və səbirsizliklə gözlənilən
yeniliklərdən biri ondan ibarətdir ki, artıq bu sistem təmiz kompakt diskləri adi
disketlər kimi işlətməyə imkan verir. Yəni sistemdə CD-R və CD-RW diskləri ilə
işləmək mümkündür.
Windows XP sisteminin yeni imkanlarının qısa xülasəsi: Buna “Plug and Play”
texnologiyası əsasında yeni periferiya qurğularının qoşulması aiddir. MS-DOS
əməliyyat sistemləri mühitində yeni periferiya qurğularının kompüterə qoşulması
üçün istifadəçi professional biliklərə malik olmalıdır: məsələn, konfiqurasiya
faylını yazmağı bacarmalı, lazımi drayverin qoşulması əmrinin strukturunu
bilməlidir. Windows mühitində isə bu məsələ çox asanlıqla həll olunur. Sistem özü
konfiqurasiya fayllarını dəyişdirir, konkret texniki qurğunu aydınlaşdırır və onun
avtomatik sazlanmasını təmin edir. Başqa sözlə, bu prinsiplə işləyən əməliyyat
sistemi kompüterə birləşdirilmiş yeni qurğunun işləməsi üçün lazım olan drayveri
avtomatik olaraq özü seçərək yükləyir. Bu cür texnologiya Plug and Play (Qoş və
istifadə et) adlanır.
Virtual yaddaşdan istifadə: Bildiyimiz kimi, kompüterdə əsas problem kimi
əməli yaddaş tutumunun çatışmazlığıdır ki, Windows 95 mühitində virtual
(həqiqətdə olmayan) yaddaş vasitəsilə bu problem həll edilmişdir. Əgər cari (aktiv)
proqramın işləməsi üçün əməli yaddaş kifayət etmirsə, bu zaman həmin proqramlar
diskdə yüklənmə faylı (файл подкачки) adlanan fayl şəklində saxlanılır. Faylların
bu cür yüklənmə həcmi əməli yaddaşın tutumundan bir neçə dəfə çox ola bilər.
Virtual yaddaşın sazlanması avtomatik və əl ilə yerinə yetirilir. Windows
əməliyyat sistemi sərbəst olaraq, cari məsələnin real tərkibindən asııl olaraq,
virtual yaddaşın ölçüsünü seçir.
Fayl və qovluqlar: Bir qayda olaraq kompüterin yaddaşında saxlanılan istənilən
informasiya tipindən asılı olmadan konkret bir ad altında qeydiyyata alınır.
Yaddaşın müəyyən hissəsində bir ad altında qeyd olunaraq saxlanılan bu cür
verilənlər yığımına fayl deyilir. Kompüterdə saxlanılan bütün informasiyalar –
mətnlər, sənədlər, proqramlar, qrafik təsvirlər və s. fayllarda saxlanılır.
Fayllar müxtəlif tipli olurlar:
icra olunan fayllar – sadəcə olaraq müəyyən bir əməliyyat yerinə yetirən
proqramlar;
sənədlər – istifadəçilər tərəfindən kompüterdə müyyən proqramın köməyi ilə
yaradılan hər hansl informasiya toplusu, mətn və s.
konfiqurasiya faylları – proqramların işi üçün zəruri olan xüsusi parametrləri
saxlayır və s.
Faylları bir-birindən fərqləndirmək üçün onların adlarından istifadə edilir.
Faylın tam adı 2 hissədən ibarət olur və bu hissələr bir-birindən nöqtə işarəsi
ilə ayrılır. Birinci hissə faylın adını, ikinci hissə isə onun genişlənməsini
göstərir. Windows əməliyyat sistemində faylın adında 255-ə qədər simvol
ola bilər. Aşağıdakılar DOS-un qurğularının adları olduğundan , bu
adlardan fayl və qovluqları adlandırmaq üçün istifadə etmək olmaz:
PRN - printer
LPT1 - LPT4 - 1-4 paralel portlar
COM1 – COM4 - 1-4 ardıcıl portlar
AUX – ardıcıl porta birləşdirilən qurğu
CON – giriş üçün - klaviatura, çıxış üçün - ekran
NUL – “boş” qurğu
Fayllar üzərində yerinə yetirilən əsas əməliyyatlar aşağıdakılardır:
Faylların icrası – bu əməliyyat proqramlar üçün istifadə olunur;
Faylın açılması – bu əməliyyat əsasən sənədlərə (mətn, şəkil, cədvəl və s.)
baxmaq üçündür. Bu əməliyyatı kontekst menyudan Open (Открыть) əmrini
seçməklə, faylın üzərində mausun sol düyməsini 1 dəfə vurub, Enter düyməsini
vurmaqla və ya mausun düyməsini iki dəfə sıxmaqla yerinə yetirmək olar.
Faylın adının dəyişdirilməsi – bu əməliyyat faylın adının dəyişdirilməsi üçündür.
Bunun üçün kontekst menyudan Rename (Переименовать) əmrini yerinə yetirib
yeni adı klaviaturadan daxil etməliyik. Faylın adını dəyişdirmək üçün onun adının
üzərində fasilə ilə iki dəfə mausla vurmaq, ya da həmin faylı seçib, klaviaturadan
F2 düyməsini vurmaq lazımdır.
Faylın yerinin dəyişdirilməsi – Əgər biz faylın surətini əvvəlki qovluqda
saxlamadan başqa bir yerdə saxlamaq istəyiriksə, onu həmin yerdən “kəsib” götürə
bilərik: kontekst menyudan Cut (Вырезать) , (Ctrl+X) əmrini yerinə yetirdikdən
sonra lazım olan yeri seçib, Paste (Вставить) , (Ctrl+V) əmrini yerinə yetiririk.
Faylın surətinin çıxarılması : bu əməliyyat faylın surətini yaradıb onu başqa
yerdə yadda saxlamaq üçündür. Bunun üçün həmin faylı qeyd edib kontekst
menyudan Copy (Копировать) , (Ctrl+C) əmrini yerinə yetirmək, sonra surətin
yerləşəcəyi qovluğu və ya diski açıb kontekst menyudan Paste (Вставить) ,
(Ctrl+V) əmrini yerinə yetirmək lazımdır.
Faylın ləğv edilməsi : bu əməliyyat lazımsız faylları silmək üçündür. Bunun üçün
faylı qeyd edib, kontekst menyudan Delete (Удалить) , (Del) əmrini seçmək , və
ya klaviaturanın Delete düyməsini sıxmaq lazımdır. Ləğv edilmiş fayllar səbətə
(Recycle Bin, Корзина ) düşür. Əgər faylları səbətə göndərilmədən ləğv etmək
lazımdırsa, Shift+Del kombinasiyasından istifadə edilməlidir.
Faylı digər bir yerə göndərmək : faylı qeyd etdikdən sonra kontekst menyunun
Send To (Отправить) bölməsinin əmrlərindən birini yerinə yetirməklə faylı
elektron poçtla bir ünvana , “My documents” qovluğuna , Flash diskə və s.
göndərmək olar.
Faylı arxivləşdirmək və ya arxivdən çıxarmaqvə s. :
Arxivləşdirmə - bir və ya bir neçə faylın sıxılmasıdır. Arxivləşdirmədən faylların
ehtiyat nüsxəsinin diskdə saxlanması üçün istifadə edilir. Bunun üçün xüsusi
xidməti proqramlardan – arxivatorlardan istifadə edilir , bu proqram bir və ya bir
neçə faylın yerinə bir arxiv faylı yaradır. Arxiv proqramının əsas xüsusiyyətləri
aşağıdakılardır:
Faylın sıxılma dərəcəsi (faylın ölçüsünün arxivləşmiş faylın ölçüsünə
nisbəti)
İşin sürəti
Proqramın funksiyaları
Əgər bir neçə faylı elektron poçtla göndərmək lazımdırsa, vaxta qənaət
etmək üçün onları arxivləşdirmək olar. CD və ya DVD-də faylların ehtiyat
nüsxələrini saxlayan zaman diskdə daha çox fayl yerləşdirmək üçün onları
arxivləşdirmək lazımdır. Ən çox istifadə olunan arxivləşdirmə proqramlarına misal
olaraq Winrar, Winzip Winarj göstərmək olar. Bu proqramlarla yaradılan
sənədlərin genişlənmələri uyğun olaraq .rar, .zip, .arj – dir.
Winrar proqramı aşağıdakı imkanlara malikdir:
Rar – arxivləri yaradır və onlardan faylları çıxarmaq mümkündür;
Özüaçılan arxiv faylı yaradır. Bu zaman arxiv faylı .exe
genişlənməsinə malik olur və adi proqram kimi yüklənir.
Çoxcildli arxivlər yaradır, bu isə bir neçə kiçik həcmli yaddaş
vasitəsinə böyük ölçülü arxivin yerləşdirilməsinə imkan verir.
Arxivə parol vermək olar
Faylı e-mail-lə göndərmək üçün onun ölçüsünü 95% -ə qədər azaltmaq
mümkündür. Faylı arxivləşdirmək üçün onu qeyd edib, üzərində sağ düyməni
vurub, açılan menyudan Send To – Zipped Folder (Сжатая zip папка) əmrini
seçmək lazımdır.
Faylın yaradılması və onda edilmiş dəyişikliklərin tarixi, tipi, ölçüsü, atributları
haqqında məlumat əldə etmək üçün onu qeyd edib kontekst menyudan Properties
(Свойства) əmrini yerinə yetirmək kifayətdir.
Dostları ilə paylaş: |