Qlobal dəyişikliklərin ölkəmizə təsirinə qarşı adekvat tədbirlər görülməlidir 4 TƏKLİF



Yüklə 16,17 Kb.
tarix02.01.2022
ölçüsü16,17 Kb.
#42821
Qlobal dəyişikliklərin ölkəmizə təsirinə qarşı adekvat tədbirlər görülməlidir


Qlobal dəyişikliklərin ölkəmizə təsirinə qarşı adekvat tədbirlər görülməlidir" - 4 TƏKLİF...

ABŞ Mərkəzi bankı (Federal Rezerv sistemi) Pandemiya ilə əlaqədar hələ keçən il  nəzərdə tutulan nəqdi pul dövriyyəsinin aradan qaldırılması qərarı və rəqəmsal dolların tətbiqi üzrə təcili məsləhətləşmələrə başladı. Bir çox inkişaf etmiş ölkələrdə nəzərdə tutulan analoji tədbir bilavasitə rəqəmsal keçidlə və son dövrlərdə bitkoin kimi 5000 yaxın özəl  rəqəmsal valyutaların qeyri-bərabər rəqabət şərtləri ilə geniş yayılması ilə əlaqədardır. İrəli düşən ölkələr təbii ki, dünya valyuta sistemində  üstünlüyə, hətta ola bilər, hegemonluğa sahib olacaqlar. Amma təcrübə və təhlillər göstərir ki, ilkin yol açılması heç də asan olmayacaq. Buna görə amerikalılar hətta ən son əlaqəlilərlə dərin və ciddi məsləhətləşmələrə başlamağa qərar veriblər. 

Qlobal dəyişikliklər bilavasitə bizim ölkəmizə təsir edəcək, buna görə Azərbaycanda da adekvat tədbirlər, heç olmasa, hazırlıq işi aparılmalıdır. Əvvəla, 

1. Ölkədə dollar üstün yerə malik valyutadır, nəqdi dollar dövriyyəsi aradan qaldırıldıqdan sonra nəqdi xarici valyuta dövriyyəsi necə həyata keçiriləcək? Bu sualın cavabını müzakirəyə çıxarmaq lazımdır. 

2. Ölkə bu işlərə başlamalı, Rəqəmsal manat konsepsiyasını irəli sürməli və böyük korrupsiyanın başlıca mənbəyi olan nəqdi pul dövriyyəsinin tamamilə aradan qaldırılması və yüz faizli elektron pul dövriyyəsinə keçid proqramını hazırlamalıdır. Həmçinin Azcoinlə Rəqəmsal manatın qarşılıqlı əlaqəsini və bu valyutaların hər birinin ayrı-ayrılıqda tədavül prinsiplərini və virtual məkanını müəyyən etməli, rəqəmsal manatın hansı texnologiyada hazırlanması (blokçeyn və ya başqası) prinsiplərini bəlirləməlidi. 

3. Ölkədə gərək rəqəmsal manatın dövriyyəyə buraxılması üçün modern virtual infrastruktura yaradılsın, təhlükəsiz rəqəmsal ödəmə sistemi qurulsun, yüksək sürətli virtual məkan formalaşsın və hər bir elementin proqram təminatı yaradılsın. İnternet hər bir evə, ailəyə və məkana sərbəst daxil olmalıdır. Əgər belə sistem qurularsa, korrupsiya 99% aradan qaldırılacaq, bir nəfər də olsa dövlət məmuru əmlakını və ya qazancını gizlədə bilməyəcək, elektron qeydiyyatdan keçən hər hansı pul əməliyyatı hər kəsin nəzarətində olacaq.



4. Belə radikal yeniliklər və ümumiyyətlə, bütün rəqəmsal dəyişikliklər beynəlxalq səviyyədə həyata keçirilməlidir, bütün beynəlxalq konvensiyalar dəyişdirilməlidir. Buna görə Azərbaycanın bu işdə qabaqcıl ölkə kimi irəli çıxması çox yaxşı olardı. Dünya miqyasında rəqəmsal keçid elan olunması və keçid prosesinin tənzimlənməsi məqsədilə BMT qarşısında məruzə hazırlamaq və BMT-nin xüsusi toplantısının çağrılması üçün təklif vermək Azərbaycana böyük uğur gətirə bilərdi. Bu məsələ gec-tez bu formada qoyulacaq, amma daha tez olması və məhz bizim ölkəmiz tərəfindən qaldırılması daha yaxşı olardı. 

 

Dərin hörmətlə, i.e.d.,prof. Saleh Məmmədov. 
Yüklə 16,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin