Mühazirə Qidalanmanın fizioloji gigiyenik əsasları



Yüklə 21,03 Kb.
tarix19.05.2022
ölçüsü21,03 Kb.
#58717
növüMühazirə
mühazirə 1.


Mühazirə 1. Qidalanmanın fizioloji – gigiyenik əsasları.

Qida ilə orqanizmə 60-dan çox müxtəlif üzvi və qeyri –üzvi maddələr daxil olur. Belə zəngin tərkibə malik olan qida orqanizmin həyat fəaliyyətində müxtəlf funksiyalar yerinə yetirilir. Buraya ilk (1-ci) növbədə qidanın enerji mənbəyi funksiyası aiddir. Gün ərzində orqanizmin müxtəlf istiqamətdə sərf etdiyi enerji qəbul olunan qida payındakı əsas energetik maddələr ( karbohidratlar, yağlar, zülallar ) hesabına ödənilir.


Qidanın növbəti 2-ci funksiyası onun orqanizmdə plastik rolu ilə əlaqədardır. Məlumdur ki, maddələr mübadiləsinin bir – birilə əlaqədar iki tərəfi assimlyasiya və dissimlyasiya prosesləri vardır. Dissimlyasiya nəticəsində hüceyrə və toxumalar dağılaraq, onların tərkibinə daxil olan maddələrin parçalanması, assimlyasiya prosesi zamanı isə yeni hüceyrələrin əmələ gəlməsi (böyümə və inkişaf), hüceyrə komponentlərinin fermentativ sintezi gedir. Assimlyasiya prosesi orqanizm yalnız lazımi qida maddələrlə kifayət qədər təmin olunduqda, dissimlyasiya prosesi daim gedir.
Qidanın 3-cü – biotənzimləmə funksiyası qida payının tərkibinə daxil olan maddələrdən mübadilənin bioloji tənzimləyiciləri olan fermentlər və hormonların əmələ gəlməsilə əlaqədardır. Bu prosesdə zülallar, vitaminlər və mikroelementlər mühüm rol oynayır.
Qidanın 4-cü funksiyası hər bir qida maddəsinin orqanizmin müxtəlif orqan və sistemlərinin funksional fəaliyyətinə spesifik uyğunlaşma – tənzimləyici təsirilə əlaqədardır. Məsələn, pektin və sellüloza bağırsaqların hərəki fəaliyyətinin tənzimləyərək, həzm prosesinə təsir edir.
Qidanın immuntənzimləyici 5-ci funksiyası onun keyfiyyətindən, xüsusən zülal və vitamin tərkibindən, esensial yağ turşuları və mikroelemtlərlə zənginliyindən asılı olaraq zərərli maddələrin təsirinə qarşı orqanizmin müqavimətinin yüksəlməsini təmin edir.
Qidanın reablitasiya funksiyası 6-cı xəstələrin sağlamlığının bərpasında, sağalmanın sürətlənməsində, residivlərin və kəskin xəstəliklərin xronik formaya keçməsinin qarşısının alınmasında mühüm rol oynayır. Qidanın reabilitasiya funksiyasını artırmaq üçün müxtəlif pəhriz məhsullarından istifadə olunur.
Qidanın növbəti 7-ci funksiyası orqanizmi dadverici maddələrlə təmin edərək, onun qida motivasiyasını lazımi səviyyədə saxlamaqdan ibarətdir. F.F.Erisman yazırdı ki, əgər qida dadverici maddələr olmasaydı, insan tez bir zamanda bütün qidalardan imtina edib, aclıqdan ölə bilərdi.
Qidalanma gigiyenasının vəzifələrindən biri həyat şəraiti və fəaliyyət növü nəzərə alınmaqla əhalinin qidalanmasının kəmiyyət və keyfiyyət göstəricilərini öyrənmək, bu göstəricilərin müvafiq normalarını müəyyənləşdirməkdən ibarətdir. Hazırda əhalinin əsas qida maddələrinə və enerjiyə tələbat normalarının hazırlanmasında tarazlaşdırılmış qidalanma konsepsiyası əsas götürülür.
Səmərəli qidalanma sağlam insanın fizioloji tam dəyərli qidalanmasıdır. Belə qidalanma orqanizmin daxili mühitinin sabitliyini təmin edir və onun həyat fəaliyyətini daim normal səviyyədə saxlayır.
Səmərəli qidalanmanın təmin edilməsi üçün gündəlik qida payı aşağıdakı tələblərə cavab verməlidir:
1) qəbul olunan qida payının verdiyi enerji orqanizmin sərf etdiyi enerjini ödəməlidir;
2) qida payı keyfiyyətcə tam dəyərli olmalı, onun tərkibindəki zülallar, yağlar, karbohidratlar, vitaminlər və mineral maddələrin miqdarı və nisbəti orqanizmin fizioloji tələbatını ödəməlidir;
3) gün ərzində yeyilən qida qəbul saatlarına görə düzgün bölüşdürülməklə, qidalanma rejiminə əməl edilməlidir;
4) qida kulinariya emalından düzgün keçirilməli, ona xoş dad, ətir və görkəm verilməklə rəngarəngliyi, müvafiq temperaturu, qida maddələrinin daha yaxşı həzm olunması, mənimsənilməsi və doyum hissi yaratması təmin edilməlidir;
5) yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və kulinariya emalı zamanı sanitariya qaydalarına ciddi əməl edilməklə, bu yollabaş verə bilən qida zəhərlənmələrinin, infeksiyaların və helmintozların qarşısı alınmalıdır.
Səmərəsiz qidalanma orqanizmdə ciddi patoloji halların yaranmasına səbəb olur ki, bunuda Ümumdünya Səhiyyə Təşkilatı 4 qrupa bölməyi tövsiyə etmişdir:
1)yarımac hal; 2)qida çatışmamazlığının xüsusi formaları; 3)izafi toxluq halı; 4)tarazlaşdırılmamış qidalanma
Ərzaq məhsullarınında əsas enerji mənbələrinin və bioloji aktiv maddələrin miqdarı dəyişilməz qaldığına görə energetik cəhətdən adekvat olan qida payı bəzən orqanizmin vitaminlərə və mikroelementlərə tələbatını ödəyə bilmir.



Yüklə 21,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin