MÜHAZİRƏ X
ƏHALİYƏ STOMATOLOJİ YARDIMIN TƏŞKİLİ
Səhiyyənin əsas vəzifəsi əhalinin sağlamlığının qoruyub möhkəmləndirilməkdən, xəstəlkilərin qarşısını almaq, orta ömrü uzatmaqdan ibarətdir. Bu vəzifələri yerinə yetirmək üçün əhali iztisaslaşdırılmış tibbi yardımın bütün növlərindən istifadə etməlidir. İxtisaslaşdırılmış tibbi yardımın bir növü də stomatoloji yardımdır.
Stomatologiyanın inkişafında Xalq Səhiyyə Komissarlığı- kollegiyasının üzvü diş həkimi P.K.Dangenin böyük xidmətləri olmuşdur. Diş müalicə bölməsinin qarşısında diş müalicə İşini yenidən qurmaq, onu inkişaf etdirmək, əhaliyə geniş stomato- loji yardım təşkil etmək vəzifəsi qoyulmuşdur. P.K.Dangenin stomatologiyanın inkişafında əvəzsiz xidmətləri olmuşdur. O, ali stomatoloji təhsil ideyasını irəli sürmüş və onun həyata ke- çirilməsinə nail olmuşdur. P.K.Dangenin təklifi ilə 1921-ci ildə Moskva şəhərində dövlət diş həkimləri institutu açılır. Haİ- hazırda bu, Moskva Stomatologiya İnstitutudur.
1923-cü ildə Moskvada odontoloqların I Ümumrusiya qu- rultayı açılır. Əhaliyə stomatoloji yardımın təşkili, kariyesin pro- filaktikası və ağız boşluğu üzvlərinin peşə xəstəlkləri və onlar- la mübarizə tədbirləri, diş xəstəliklərinn qeydiyyatı və statisti- kası', ağız boşluğu üzvlərinin cərrahiyyəsi, sadə və mürəkkəb protezləmə məsələləri müzakirə edildi. Qurultayda çıxış edən N.A.Semaşko qeyd etdi ki, təbabətin ayrılmaz hissəsi olan stomatoloji yardım məktəblərdə uşaqların ağız boşluğu üzvlə- rinin sistemli sanasiyasının təşkilində əsas məsələdir. Qurul- tay əhaliyə stomatoloji yardımın əsas istiqamətləri və kariyes xəstəliyi ilə mübarizə yollarını müəyyənləşdirdi.
1935-ci ildə Moskvada stomatoloji institut yarandı. Əha- liyə ixtisaslaşdırılmış tibbi yardımın əsas növlərindən biri sto- matoloji yardımdır.
Azərbaycanda əsrlər boyu diş həkimliyi yardımını tibbi təhsili olmayan peşəkarlar, dəlləklər, qalayçılar, nalbəndlər göstərirdilər. İlk dəfə olaraq, XIX əsrdə Azərbaycanda xüsusi tohkili olan diş həkimlər hazırlanmağa başlandi. Onlann sayi ısə olduqca az idi.
Yeni dövrə qədər Azərbaycanda cəmi 11 diş həkimi ka- binet və stomatoloji ixtisas üzrə 58 həkim var idi. Onlardan yalnız 1 nəfər azərbaycanlı idi. Bu həkimlərin əksəriyyəti Bakı şəhərində fəaliyyət göstərirdi. Əhalinin əksəri stomatoloji yar- dım ala bilmirdi. 1926-cı ildə Bakıda Azərbaycan diş həkimliyi texnikumu açılır. 1929-cu ildə texnikum Diş Müalicəsi İnstitu- tuna çevrilir. 1930-cu ildə Azərbaycan Tibb İnstitutu açıldıq- dan sonra Diş Müalicə Institutu Stomatologiya fakültəsinə çevrilir və 1934-cü ilə qədər fəaliyyət göstərir.
1934-cü ildə diş həkimliyi məktəbi açılır və 1950-ci ildə işə başlayır. Bu müddət ərzində 1000 nəfərdən çox diş həkimi və diş texniki hazırlanır.
Respublika əhalisini yüksək ixtisaslı stomatoloji mütə- xəssislərlə təmin etmək üçün Azərbaycan Dövlət Tibb Institu- tunda yenidən stomatoloji fakültə açılır. Azərbaycanda stoma- toloji ixisas üzrə həkimlərlə təmin olunma göstəricisi 10000 nəfər əhaliyə 5,0, kənd yerlərində 0,5, şəhər yerlərində isə 4,8-5,0-ə bərabərdir.
Azərbaycanda əhaliyə stomatoloji yardım göstərən geniş müalicə-profilaktika idarələri şəbəkəsi mövcuddur:
1. Stomatoloji poliklinikalar;
2. Stomatoloji şöbələr (xəstəxanalarda və rayon polikli- nikalarında);
3. Stomatoloji kabinetlər (doğum evləri, qadın məslə- hətxanaları və digər müalicə-profilaktika idarələrin- də).
1976-cı ildə «Əhaliyə stomatoloji yardımı daha da yaxşı- laşdırmaq tədbirləri haqqında» qəbul edilmiş qərara görə, 1980-ci ildə Azərbaycanda stomatoloji poliklinikalar, şöbələr, kabinetlər, diş protez şöbələri açılır. Kiçik stomatoloji kabinet- lər birləşdiriləcək çoxixtisaslı stomatoloji poliklinika və şöbələr təşkil edilir. Əhalinin sağlamlıq vəzyyəti yaxşılaşır - tibb idarə- lərinə etdikiəri davamiyyətiərin sayı iibəil artır. Belə "ki, bu göstərici şəhər yerlərində 2,7 dəfə, kənd yeriərində isə 11 dəfə artmışdır.
Stomatoloji xəstəliklər, xüsusilə dişlərin kariyesi və para- dont toxumalarının xəstəlikləri insaniar arasında ən geniş yayılmış xəstəliklərdəndir. Beynəlxalq Səhiyyə Təşkilatının verdiyi məlumata görə, əhaliyə 350 ixtisas üzrə tibbi yardım göstərilir. Öz kütləviliyinə görə əhaliyə göstərilən tibbi yardım içərisində stomatoloji yardım 2-ci yeri tutur. Müalicə-profi- laktika idarələrinə edilən gəlişlərin 8-30%-i stomatoloji yardım üçün edilir. Digər tərəfdən, orqanizmdə digər daxili üzvlərin (ürək, sinir, mədə-bağırsaq) xəstəlikləri, stomatoloji xəstəlklə- rin fəsadı kimi baş verir. Stomatoloji xəstəliklər orqanizmin in- toksikasiya və sensibilizasiyasına səbəb ola bilər.
Stomatoloji xəstəliklər müxtəlif zonalarda iqlim şəraiti yerlərdə eyni dərəcədə yayılmamışdır, ona görə də bu sahədə epidemioloji tədqiqatlar aparmaq və hər bir zonanın stomato- loji yardıma real ehtiyacını nəzərə alaraq, həkim vəzifələrini planlaşdırmaq lazımdır. Stomatoloji yardımın sahə Prinsipi üzrə göstərilməsi ən proqressiv tibbi xidmət üsuludur ki, bu da stomatoloji dispanser müşahidəsinin həyata keçirilməsinə şə- rait yaradır.
Kənd yerlərində əhali arasında stomatoloji xəstəliklərin çox yüksək olması səhiyyə orqanları qarşısında kənd əhalisi- nə kütləvi yüksək ixtisaslı stomatoloji yradım göstərməyi təşkil etmək vəzifəsini qarşıya qoyur. Kənd sahə xəstəxanası və ya mərkəzi rayon xəstəxanası ilə kənd arasında məsafə 7 km- dən çox və əhalisinin miqdarı 300-700 nəfərdirsə, belə ya- şayış məntəqəsində feldşer-mama məntəqəsi təşkil edilir və hər bir məntəqədə stomatoloji xəstələrə ilkin tibbi yardım gös- tərmək üçün bütün avadanlıq və instrumentlər olmalıdır. Feld- şer müxtəlif analgetiklərdən istifadə edərək, iltihabi prosesin qarşısını almaq üçün medikamentlərdən istifadə etməli, kəskin diş ağrılarını azaltmaq və ya tamamilə aradan qaldırmağı bacarmalıdır, odontogen iltihabın qarşısını almalı, III dərəcəli dişlərin tərpənməsi zamanı dişi çəkməyi bacarmalıdır.
Kənd əhalisinə stomatoloji xidmətin təşkili
Şəhər əhalisinə stomatoloji yardımm təşkili
Şəhərin baş stoma- toloqu
Stomatoloji i poliklinikalar
Respublika vilayət və şəhərlərdə 1-4 kateqoriyalı stoma- toloji poliklinikalar təşkil edilir. Tərkibinə isə aşağıdakı kabinet- lor daxil edilir:
- terapevtik kabinet;
- cərrahi kabinet;
- ortopedik-diş rpotezi laboratoriyası ilə birlikdə,
1-3-cü kateqoriyalı poliklinikalarda:
- uşaq stomatoloji höbəsi və uşaq stomatoloji kabinələri;
- fizioterapiya kabineti;
- rentgenoloji kabinet.
Belə poliklinikalara illik gəlişlər təxminən 50-55% təşkil
edir.
Respublika, vilayət və şəhərlərdə statdan kənar baş stomatoloq vəzifəsi təyin edilir. Bu vəzifə ən təcrübəli, savadlı, ixtisaslı, həkimlərdən, əsas etibarilə baş həkimlərdən təyin edilir.
Baş stomatoloqun üzərinə əhaliyə stomatoloji yardım göstərilməsi tədbirləri, konfranslar, iclaslar, planlı surətdə təcrübəli ixtisaslı stomatoloqların poliklinikalara və müalicə- profilaktika idarələrinə göndərilməsi məsuliyyəti düşür.
Stomatoloji poliklinikalar aşağıdakı şərtləri nəzərə almaq- la təşkil edilirlər:
1. Əhalinin sayını;
2. Şəhərin inzibati bölgüsünü (şəhərlərdə rayon bö- Igüsünün olmasını);
3. Ərazi xüsusiyyətiəri nəzərə alınmaqla.
Stomatoloji poliklinika - stomatoloji yardımı differen-
sasiya edilmiş halda terapevtik, cərrahi, ortopedik, ortodontik və digər ixtisaslar üzrə göstərilir.
Əhalisi 25000 nəfərdən çox olan şəhərlərdə stomatoloji poliklinikaların ştat cədvəli hesabına ehtiyac olan təhsil müəs- sisələrində, idarə və təşkilatiarda ağız boşluğu üzvlərinin planlı sanasiyanı aparmaq məqsədilə stomatoloji kabinetlər yaradılır. Respublika stomatoloji poliklinikası respublikanın paytaxtında yerləşdirilir.
Şəhərlərdə əhalinin sayı 200.000, uşaqların sayı xidmət ərazisində 60-70 min olduqda çoxprofilli stomatoloji poiiklini- kalarda uşaq şöbəsi, əhalinin sayı 200.000-dən daha çox ol- duqda uşaq stomatoloji poliklinikasının yaradılması mümkün olur.
Stomatoloji poliklinikanm quruluşu
Stomatoloji poliklinikalarda terapevtik, cərrahi, ortopedik stomatolji şöbələrlə yanaşı fizioterapevtik şöbə, rentgen kabi- neti, anestezioloji şöbə, paradont və ağız boşluğu selikli qişa- sı xəstəliklərini müalicə etmək üçün profilaktik şöbə təşkil edi- lir.
Stomatoloji poliklinikanın əsas vəzifələri:
I. Əhali arasında və təşkil olunmuş kollektivlərdə üz-çənə nahiyyəsində olan xəstəliklərin profilaktikası sahəsində tədbir- lərin aparılması.
II. Üz-çənə nahiyyəsində xəstəliklər aşkar edilən xəstələ- rin vaxtında müşahidəyə götürülərək müalicə tədbirlərinin aparılması.
III. Əhaliyə ixtisaslaşdırılmış stomatoloji ambulator yar- dımın göstərilməsi.
Əsas vəzifələr həyata keçirmək üçün poliklinika aşağıda göstərilən işləri yerinə yetirməlidir:
- planlı surətdə, qrafik üzrə müəssisə və idarələrin rəh- bərləri ilə razılaşmaq, sənaye müəssisələrində, tikinti təşkilat- larında, ali və orta ixtisas müəssisələrində işləyənlərin, tələbə- lərin, şagirdlərin profilaktik müayinəsini və xəstələrin müalicə- sini təşkil etmək;
- stomatoloji yardım üçün poliklinikaya müraciət edən xəstələrin ağız boşluğunun tam sanasiyasını aparmaq;
- ordu sıralarına çağırılana qədər və orduya çağırılan kontingentlərin ağız boşluğunun tam sanasiyası;
- kəskin xəstəliklər və üz-çənə nahiyyəsinin travması zamanı xəstələrə təcili tibbi yardımın göstərilməsi;
- stomatoloji profilə aid olan xəstələrin xüsusi kontingen- tinin dispanser müşahidəsi;
- stasionar müalicəsinə ehtiyacı olan stomatoloji xəstələ- rə ixtisaslaşdırılmış ambulator və stasionar yardımının göstə- rilməsi;
- xəstələrin əmək qabiliyyətini müvəqqəti itirməsinin ek- spertizası, əmək qabiliyyətini müvəqqəti itirmə əvərəqələrinin verilməsi və rasional əmək qabiliyyəti üçürı rekomendasiyala- rın verilməsi;
- əmək qabiliyyətini daimi itirənlərin ekspertiza edilməsi üçün həkim əmək ekspertiza komissiyasına göndərilməsi;
- üz-çənə nahiyəsi patologiyasının müalicəsi, kompleks müalıcə-reabilitasiya tədbirlərinin, dişlərin proteziəndirilməsi və ortodontik müalicəsi;
- sənaye müəssisələrində işləyənlərin və ərazidə yaşay- an əhalinin stomatoloji xəstəlklərlə xəstələnməsinin öyrənil- məsi, təhlili, o cümlədən əmək qabilyyətinin müəvqqəti itiril- məsinin öyrənilməsi, eyni zamanda xəstələnmənin, onun ağır- laşmalarının azaldılması və səbəblərinin aradan qaldırılması istiqamətində işlərin aparılması;
- bəzən 3-cü mərhələdə - yəni xəstələr üzərində mütə- madii aktiv dispanser müşahidəsinin aparılması;
- sanator-kurort müalicəsinə ehtiyacı olan* xəstələrin se- çilməsi;
- müasir müalicə və diaqnostik metodların, yeni tibb tex- nika və aparaturanın tətbiq edilməsi, dərman vasitələrinin tət- biq edilməsi metodları;
- əhali arasında sanitar-maarifi təbliğatının genişləndiril- məsi (radio, televiziya, mətbuat və İnternet səhifələrində);
- həkimlərin və orta tibb işçilərinin ixtisasının artırılmäsı.
Planlı sanasiya təşkil olunmuş uşaq kollektivlərində
xüsusi qrafik üzrə aparılır. Bu qrafiklə işin aparılmasına nəinki stomatoloji poliklinika, eyni zamanda məktəb və uşaq baxça- larının müdiriyyəti məsuliyyət daşıyır.
Uşaq stomatoloji söbəsi planlı sanasiya metodunu 2 mərhələdə aparır:
I mərhələ. Ağız boşluğunun müayinəsi - müəyyən sto- matoloji yardıma ehtiyacın həcminin müəyyən edlilməsi.
II mərhələ. Tam sanasiyaya qədər müalicə-profilaktika yardımınıbaşa çatdırmaq.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1968-ci il 340 saylı əmrinə müvafiq olaraq, şəhər əhalisinə stomatoloji yardım göstərmək üçün həkim stomatoloq vəzifəsi əhalinin
330
hər 10000 nəfərinə 4 həkim vəzifəsi hesabı ilə bir və ya bir neçə poliklinikanın ştatında ola bilər. Hər 10000 nəfər uşaq əhalisinə terapevtik, cərrahi və ortopedik stomatoloji yardım göstərmək üçün 5 həkim vəzifəsi olmalıdır (1 ortoped vəzifəsi olmaqla).
Stomatoloji poliklinikalarda 7-12 həkim-stomatoloq vəzi- fəsi olduqda, 0,5 həkim vəzifəsi şöbə müdiri təyin edilir. Bu şöbənin müdiri həkim işini 50% həcmində yerinə yetirir.
Stasionar xəstələrinə stomatoloji yardım göstərmək məqsədilə xəstəxanalarda stomatoloji kabinet yaradılır. Sə- hiyyə Nazirinin 282 saylı əmrinə əsasən 250 çarpayı üçün 1 vəzifə və sonrakı hər 300 çarpayı üçün əlavə 1 vəzifə nəzərdə tutulur.
Çarpayıları 250-dən az olan xəstəxanalarda 0,5 həkim stomatoloq vəzifəsi müəyyən edilir.
Vərəm xəstəxanalarında stomatoloji kabinetdə işləmək üçün 75 çarpayıdan 200 çarpayıyadək 0,5 həkim-stomatoioq, 200 çarpayıdan çox olduqda isə 1 həkim-stomatoloq vəzifəsi müəyyən edilir.
Səhiyyə Nazirinin 1166 saylı əmrinə əsasən müvafiq xidmət rəhbərlərinə stomatoloji poliklinikaların stomatoloji şö- bələri hesabına 1500 və daha çox işçisi olan bütün sənaye müəssisələrndə, tikinti təşkilatlarında, 800-dən çox şagird və tələbəsi olan orta və ali təhsil ocaqlarında stomatoloji kabinet- lərin təşkil edilməsi vacib məsələlərdəndir.
Hamilə qadınlar və uşaqlar arasında xəstələnmənin azaldılması və profilaktikasında stomatoloji profildən olan hə- kimlərin böyük rolu vardır.
Hamiləliklə əlaqədar olaraq qadın orqanizmində bütün orqan və üzvlərdə dəyişikliklər baş verir. Orqanizmdə latent infeksiyanın ocağı əsas etibariiə kariyesli dişlərdir.
Belə xroniki infeksiyalara qarşı orqanizm sensibilizə edilmişdir. Belə xroniki infeksiyaların aktivləşməsi orqanizmdə kollagen xəstəliklərdən revmatizm, nefrit, miokarlit v əd. Xəs- təliklərin kəskinləşməsinə səbəb olur.
Bu kimi infeksiya ocağının qarşısını aimaq, mütəmadi profiiaktik tədbirlər aparmaq, hamilələrin ağız boşluğunun sa- nasiyasını təşkil etmək lazımdır. Bununla əlaqədar olaraq, qa- dın məsləhətxanasının nəzdində təşkil edilən stomatoloji 'poli- kiinikalar və kabinetlər hamilə qadınlarda ağız boşluğunun planlı sanasiyasını təşkil edirlər, bu isə öz növbəsində sağlam, normal uşağın dünyaya gəlməsini təmin edir. Sanasiyanı ha- miləliyin erkən dövrlərində 2-3 ayında aparmaq lazımdır. Tə- krari müayinələr isə 8-9 aylarında aparılır. Qadın məsləhətxa- nasında 8 mama-ginekoloq vəzifəsi olduqda 1 ştat stomatoloq vəzifəsi təyin edilir.
Əhalinin həkim-stomatoloqlar ilə təmin olunmasının dur- madan artması, stomatoloji müalicə-profilaktika idarələrinin tibbi-texniki bazasının möhkəmləndirilməsi, əhaliyə, xüsusən şəhər əhalisinə stomatoloji yardımı tədricən sahə Prinsipi üzrə göstərməyə imkan yaradır.
Əhaliyə stomatoloji yardımı sahə Prinsipi üzrə təşkil et- mək üçün:
- xidmət ərazisində əhalinin hər 10000 nəfərinə 5 ştat vəzifəsindən az olmayaraq həkim-stomatoioq qəbulda yardım göstərməlidir;
- xidmət ərazisində yaşayan əhaliyə stomatoloji yardımın bütün ixtisaslar üzrə xidmət göstərməyə imkanı olan və bu işə təşkilati-metodik cəhətdən rəhbərlik göstərən stomatoloji poli- klinika və şöbə olmalıdır;
- sahə terapevtləri (pediatrlar, sex terapevtləri) ilə həkim- stomatoloqların müalicə-profilaktika işlərini əlaqələndirmək imkanı olmalıdır.
Stomatoloji yardımı sahə Prinsipi üzrə təşkil etməyin əsas məqsəd və vəzifələr aşağıdakılardır:
1. Sahədə həkim-stomatoloqların apardıqları sağlamlaş- dırıcı müalicə-profilaktik tədbirlərin həmin sahənin digər ixtisas həkimlərinin (xüsusən terapevt və pediatrların) həyata keçir- tdikləri kompleks ümumi tibbi tədbirlər ilə əlaqələndirilməsini təmin etmək.
2. Əhaliyə dispanser üsulu İlə xıdmət göstərilməsini da- ha da inkişaf etdirmək sahəsində stomatoloji yardımın təşki- latçısı olan həkim-stomatoloqun şəxsi məsuliyyətini artırmaq.
3. Sahədə başqa ixtisas həkimlərinin dispanser müşahi- dəsində olan əhali qruplarının ağız boşluğunun planli sana- siyasını aparmaq, onun həcmini genişləndirərək tədricən bütün sahənin əhalisini dispanser müşahidəsinə götürüb, ağız boşluğunun sanasiyasını aparmaq.
4. Sahədə yaşayan müxtəlif əhali qruplarında stomatoloji xəstəliklərin yayılma səviyyəsini, tərkibini öyrənmək, bu xəstə- liklərin sahədə əhalinin sağlamlıq vəziyyətinə və əmək qabi- liyyətinə təsirini müraciət və profilaktik müayinə məlumatlarına əsasən öyrənmək.
5. Həkim sahələrində yaşayanlardan çoxlu karies, paro- dontoz, ağız boşluğu selikli qişasının xroniki xəstəlikləri, üçlü sinirin nevrologiyası, qlossalgiya, xroniki osteomielit, diş-çənə sisteminin anadangəlmə qüsurları, ağız boşluğu və çənə-üz nahiyyəsi üzvlərinin şişönü xəstəlikləri, xoş və bad xasiyyətlı şişləri və digər xəstəlikləri olan şəxsləri erkən aşkar etmək, vaxtında səmərəli müalicəsini aparmaq və dispanser müşahi- dəsinə götürmək.
6. Əhali arasında aparılan sanitariya maarifi işinin forma və metodlarını təkmilləşdirmək. Əhalinin sanitariya mədə- niyyətini yüksəltmək, gigiyenik təbliğatı canlı təşkil etmək aid- dir.
Sahə həkimi stomatoloqun müalicə-profilaktika işini təhlil edərkən, illik hesabata əsasən aşağıdakı göstəricilərə diqqət yetirməli, göstəriciləri hesablamalı və Səhiyyə Nazirliyinin sta- tistika şöbəsinə ötürülməlidir:
- il ərzində sahədə yaşayanların öz sahə həkiminə müraciət etməsi;
- il ərzində sahənin hər bir sakininin öz sahə həkiminə etdikləri davamiyyətin sayı;
- müalicəsi qurtarmış kariyes, pulpit, periodontitə görə edilmiş davamiyyətin sayı;
- bir iş günündə dişlərə qoyulmuş plomblar;
- zərərli istehsalat sahəsində çalışan fəhlələrdə stomato- lojı xəstəliklərin qarşısını almaq üçün fərdi profilaktik tədbirlə- rin görülməsi;
- içməli suda fluor mikroelementi az olduqda həmin suya suni üsulla fluor mikroelementinin qatılması və ya fluor prepa- ratlarının təyin edilməsi;
- xüsusi pəhriz qaydalarının təyin edilməsi. Stomatoloji poliklinikanın fəaliyyətini təhlil etdikdə əlavə
məxsusi göstəricilərdən də istifadə edilir:
1. Əhalinin hər nəfəri üçün stomatoloqlara olan gəlişlərin
sayı.
Göstərici = stomato'oqlara edilən gəlişlərinsgyı Əhalinin orta illik miqdarı
Qəbul edilmiş normala üzrə terapevt stomatoloqlara 2- 2,5, ortoped və cərrah stomatoloqlara 0,5 gəliş və ümu- miyyətlə hər nəfər üçün 3-3,5 gəliş optimal norma hesab edi- lir.
2. Hər bir ilkin müraciətə düşən təkrar gəlişlərin sayı
Göstərici = ümumi gəüŞİərin sayı -ilkin gəlişlərin sayı
İlkingəlişlərin sayı
Normada hər bir ilkin gəliş üçün təkrar təkrar gəiişlərin sayı 2-2,5-dən çox olmamalıdır.
3. İlkin gəlişlərin ümumi dişlər içərisində payı
Göstərici = Ümumi gəlişlərinjgy^ 1QQ Gəlişlərin ümumi sayı
Bu göstərici terapiya, ortopediya və cərrahiyyə ixtisasları üzrə ayrılıqda hesablanaraq təhlil edilir.
4. Ümumi gəlişlər içərisində evdə xəstələrə stomatoioji (terapevtik, cərrahi, ortopedik) yardımın göstərılməsi.
Həkim stomatoloqların (terapevt, cərrah, ortoped)
Göstərici = evdə xəstələrə etdikləri gəlişlərirı sayı
Stomatoloji poliklinikanın xidmət rayonu əhalisini həmin poiiklinikanın həkim stomatoloqlarına (terapevt, cərrah, ortoped) edilən gəlişlərin ümumi sayı
5. Həkim stomatoloqu niş günündə qəbul etdiyi xəstələ- rin sayı.
Stomatoioji poliklinikada həkimlərə
Göstərici = edilən gəlişlərin sayı ]00
Həkimlərin stomatoloji poliklinikada qəbul üzrə iş saatlarının sayı
6. Əhalinin hər 1000 nəfərinə düşən plombianmış dişlə- rin miqdarı:
Göstərici = Plomblanmış dişlərin sayı 1QQ0 Əhalinin orta illik miqdarı
7. Fəsadlaşmış karieslə əlaqədar qoyulan plombların
payı:
Göstərici = Fəsadlaşmışkariesləqoyulanplombların sayı 1QQ Plomblanmış dişlərin sayı
Bu göstərici planlı sanasiyanın təşkil edilməsi səviyyəsini göstərir.
8. Əhalinin hər 1000 nəfəri üçün çıxarılan dişlərin sayı:
Göstərici = Çıxarılmışdişlərinümumi sgyı.1Q00 Əhalinin orta illikmiqdarı
9. Paradontozla əlaqədar olaraq, çıxarılan dişlərin sayı:
Göstərici = Parodontozla əlaqədar olaraq çıxarılan dişlərin sayı Çıxarılan dişlərin ümumi sayı
10. Planlı sanasiya üzrə müayinə edilənlərin sayı:
Göstərici = Planlı sanasiya üzrə müayinə edilənlərin sayı Plan üzrə sanasiya edilməli olanların sayı
11. Sanasiya üçün ehtiyacı olanların payı:
Göstərici = Sanasiyaya ehtiyacı olanların sayı
Sanasiya üzrə müayinədən keçiriiənlərin sayı
12. Planlı sanasiya zamanı aşkar edilənlərdən sanasiya oiunanlar:
Göstərici = Sanasiya olunanların sayı
Sanasiyaya ehtiyacı olanların sayı
13. Bütün əhalinin sanasiya ilə əhatə olunması:
Göstərici = Sanasiya olunanların sayı ]QQ Əhalinin orta illik miqdarı
Bu göstərici əhalinin sanasiya ilə əhatə olunması sə- viyyəsini və keyfiyyətini göstərir.
Stomatoloji xəstəliklərə görə əmək qabiliyyətinin müəvq- qəti itirilməsi üzrə göstəricilərin hesablanması qaydası isə əv- vəlki «Xəstə!ənmə» mövzusunda şərh edilərək təhlili verilmiş- dir.
Dostları ilə paylaş: |