Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 485 Kb.
səhifə1/6
tarix28.12.2021
ölçüsü485 Kb.
#17125
  1   2   3   4   5   6


Bəxtiyar Tuncay
Keçmiş SSRİ-də baş qaldıran milli hərəkatlar və M. Qorbaçovun SSRİ-ni qoruyub saxlamaq cəhdləri

Sov İKP-nin XIX Ümumittifaq Konfransında onun «Aşkarlıq haqqında» bəyanatını hazırlayan komissiyaya rəhbərlik edən A. Yakovlev 1988-ci ilin avqustunda Latviyaya yola düşdü və oradakı yerli hakimiyyət orqanlarının və qeyri-formal təşkilatların işini dəstəklədiyini bəyan etdi (8). Məlumat üçün bildirmək lazımdır ki, Yenidənqurmanın ilk illərində SSRİ-nin bütün bölgələrində qeyri-formal təşkilatlar qurulur və onların işinə bir o qədər də maneçilik törədilmirdi. Yenidənqurma illərində Azərbaycanda qurulan ilk belə təşkilat sonradan bir müddət Milli Azadlıq Hərəkatına öndərlik edən və 1987-ci ildən fəaliyyətə başlayan «Çənlibel» Təşkilatı olub.

Rus dilində «гластность» (qlastnost) kimi səslənən «aşkarlıq» termini rus liberalizminin lüğət fondundan götürülmüşdü. Bu kəlmə ilk dəfə Rusiya çarı II Aleksandrın hakimiyyəti dövründə işlədilmişdi. Qərb liberalizminin «söz azadlığı» anlayışına yaxın mənada işlənən bu terminin 1986-cı ildə yenidən gündəmə gətirilməsi həmin ilin 26 aprelində Ukraynanın paytaxtı Kiyevdən cəmi 100 kilometr aralıda yerləşən Çernobıl Atom Elektrik Stansiyasının 4-cü reaktorunda baş vermiş qəza ilə bağlı idi. 30 mindən artıq insanın ölümünə və onminlərlə insanın şüalanmaya məruz qalmasına səbəb olmuş bu qəzanın gizlədilməsi və nəticədə yüzminlərlə insanın həyatının təhlükə altında qalması bütün ölkədə böyük narazılıq yaratmışdı. Beləliklə, məxfiliyin xeyirdən daha çox ziyana səbəb olduğu, ən azı bu kimi halların operativ şəkildə qarşısını ala bilmək üçün aşkarlığa ehtiyac olduğu göz qabağında idi (5). Odur ki, bu mövzunun gündəmə gətirilməsinə xüsusi ehtiyac yaranmışdı.

Artıq heç nəyi gizlətmək mümkün deyildi. Aşkarlığı zəruri edən əsas səbəblərdən biri də ölkədə bir-birinin ardınca baş verən milli münaqişələr idi. Sovet rəhbərliyi onları nə qədər gizli saxlamağa çalışırdısa da, «bizi çuvalda gizlətmək» mümkün olmurdu. Baş verənlər haqqında xəbərlər «Azadlıq», «Azad Avropa», «Amerikanın səsi» kimi «düşmən» radiostansiyalar vasitəsilə dərhal bütün ölkəyə yayılır və sovet rəhbərliyinə sərf etməyən şərhlərlə müşayiət olunurdu. Aşkarlıq şəraitində isə onların baş vermə səbəblərini tamam başqa cür, özün istədiyin kimi şərh və izah etmək, ictimai rəyə öz mövqeyini aşılamaq mümkün olardı.

A. Veber «Avqust putçunun hazırlanması və süqutu» adlı məqaləsində yazır ki, 1985-ci ildə başlayan Yenidənqurmanın yan təsirlərindən biri də milli məsələnin sərt şəkildə üzə çıxması idi. Milli və muxtar respublikalarda baş qaldıtan milli hərəkatlar SSRi-nin birlik və bütövlüyü üçün birbaşa təhlükə mənbəyinə çevrilmişdi. Tədqiqatçının fikrincə, bu böhran, əslində, çoxdan yetişməkdə idi. Bunun üçün zəmin bir ildə yaranmamışdı, bunun üçün bir neçə onilliklər lazım olmuşdu. Əsas səbəb isə o idi ki, SSRİ Konstitusiyasında federasiya subyektləri üçün nəzərdə tutulmuş geniş hüquq və azadlıqlara əhəmiyyət verilmir, aparılan son dərəcə güclü mərkəzləşdirmə siyasəti, eləcə də ruslaşdırma, iqtisadi bölgüdə ədalətsizliyə yol verilməsi və s. bu hüquq və azadlıqları minimuma endirilməsinə gətirib çıxarırdı. II Dünya savaşından sonra bir çox xalqın öz ata yurdlarından sürgün edilməsi isə heç bir sınıra sığmırdı. Bütün bunlar milli şüurun oyanmasına təkan verən narazılıqlara yol açmaqda idi. Millətlərin öz təbii hüquqlarını dilə gətirməsi anti-sovet təbliğatı kimi qələmə verilərək ən sərt şəkildə boğulur, bu barədə danışanlar və ya etirazını bildirənlər isə sərt repressiyalara məruz qalırdılar. Milli məsələlərin qızışmasının başqa bir səbəbi də milli respublikalar arasında sərhədlərin Moskvanın imperialist məqsədlərinə cavab verəcək şəkildə, ədalətsiz cızılması olub (3, s. 29).

Hər şey 1986-cı ilin mart-aprel aylarında Yakutiyanın paytaxtı Yakutsk şəhərində rus və yakut tələbələr arasında çıxan savaş ilə başladı. O zaman bunun qarşısını çətinlik çəkmədən almaq oldusa, elə həmin ilin dekabrında Qazaxıstanın paytaxtı Alma-Atada baş verən daha ciddi olayları yatırmaq üçün artıq hərbi qüvvədən istifadə etmək lazım gəldi. Nəticədə çox sayda qazax nümayişçi rus əsgərləri tərəfindən öldürüldü və ya yaralandı.

Alma-Atadakı nümayiş və mitinqlərə səbəb Qazaxıstanın qazax mənşəli I katibi Kunayevin rus mənşəli Kolbinlə əvəz edilməsi olmuşdu. Bu iki hadisə qarşıda gözlənilən fəlakətin ilk siptomları idi. Fəlakət isə özünü tam şəkildə 1987-ci ildən göstərməyə başladı. Ilk öncə Krım tatarları səslərini qaldırmağa başladılar. Onlar mütəşəkkil qaydada vaxtilə zorla köçürüldükləri Orta Asiya və Sibirdən öz ata yurdlarına – Krıma geri dönmələri və Krımda onlar üçün Tatar milli muxtariyyətinin yaradılması tələbi ilə mitinq və yürüşlər təşkil etməyə başladılar. Onların bu tələbinə repressiyaya məruz qalmış digər xalqlar – çeçenlər, inquşlar, qaraçaylar, kalmıklar da qoşuldular. Növbəti 1988-ci ildən etibarən isə SSRİ-nin dayaqlarını sarsıdan, Azərbaycan və Ermənistan arasında konfliktə səbəb olan Dağlıq Qarabağ hadisələri baş qaldırdı (3, s. 30).

Azərbaycan-erməni məsələsi Yenidənqurma illərində yenidən tam şiddəti ilə baş qaldırsa da, məsəlinin kökü çox-çox əvvəllərə, “Gülüstan” və “Türkmənçay” müqavilələrinin imzalanmasından sonrakı illərə təsadüf edirdi. Məhz həmin dövrdə işğal edilmiş Azərbaycan torpaqlarına, xüsusən də Naxçıvana, Qarabağa, İrəvana, Bakıya, Gəncəyə və digər yerlərə Qacar və Osmanlı dövlətlərinin ərazilərindən 120 mindən çox erməni köçürülərək, Azərbaycan türklərinin doğma yurdlarında yerləşdirilmişdi (2, s. 39).

1987-ci ilin oktyabrında M. Qorbaçovun iqtisadi məsələlər üzrə məsləhətçisi Ağanbekyan Fransada Daşnakstyun partiyasının üzvləri qarşısında çıxış edərək DQMV iddiasına start verdi. Burada çıxış edən Ağanbekyan deyirdi: “Mən DQMV-nin iqtisadi cəhətdən Azərbaycan SSR-dən daha çox Ermənistan SSR ilə bağlı olması və buna görə DQMV-nin Ermənistan SSR-nin tərkibinə qatılması haqqında Sov. İKP MK-ya təklif vermişəm”.

N. Ağayev yazır ki, «1988-ci ildə “Qarabağ problemi”nin ortaya atılması ilə Azərbaycanda ictimai-siyasi vəziyyət olduqca mürəkkəbləşdi. Bu problem imperiyanın süqutunun qarşısını almaq üçün sovet rəhbərlərinin əl atdıqları tədbirlərin tərkib hissələrindən biri kimi meydana çıxmışdı. Belə ki, dəfələrlə sınanmış vasitədən - millətlərarası münasibətləri gərginləşdirməklə xalqlar arasında toqquşmalar yaratmaqdan istifadə edən imperiya rəhbərləri bu dəfə də öz ənənələrinə sadiq qalaraq, Qazaxıstanda, Orta Asiyada, Baltikyanı Respublikalarda, Moldovada və eləcədə, Cənubi Qafqazda yaşayan millətlər, toplumlar arasında süni qarşıdurmalar yaratmaqla imperiyanın ömrünu uzatmağa cəhd edirdilər. Yenidənqurma adı altında ortaya atılan bu avantürist siyasət, demək olar ki, “Qarabağ problemi” ilə sonuclandı.

“Qarabağ problemi” ətrafında hər kəs, necə deyərlər, öz “kartı”nı oynayırdı. Belə ki, əgər imperiya rəhbərlərinə “Qarabağ kartı” imperiyanın ömrünün uzadılması üçün vacib idisə, bu prosesdən bir vasitə kimi istifadə edən ermənilər üçün isə öz ağalarının kölgəsində illər boyu içərisində gizlətdikləri “Böyük Ermənistan” dövləti yaratmaq xülyasını gerçəkləşdirmək üçün lazım idi. Elə bu səbəbdən də, Sovet İttifaqının partiya, dövlət orqanlarında yüksək vəzifələr tutan erməni və ermənipərəst qüvvələrin himayədarlığına, habelə dünyanın iri dövlətlərində yaşayan və iqtisadi cəhətdən olduqca güclü olan erməni lobbisinə arxalanan Dağlıq Qarabağ erməniləri sosial-iqtisadi problemləri önə çəkərək, DQMV-nin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana birləşdirildiyini elan etdilər. Ermənistan SSR Ali Sovetinin sessiyası isə DQMV-nin Ermənistana birləşdirilməsi haqda qeyri-qanuni qərar çıxartdı. Bununla da, faktiki olaraq, Ermənistan-Azərbaycan müharibəsinin başlanmasına münbit şərait yaradıldı. Bu hadisələrdən az sonra, ermənilər zorakılıqla qədim Oğuz yurdlarından—Göyçədən, Ağbabadan, Dərələyəzdən, Pəmbəkdən, hətta Qarabağın özündən minlərlə Azərbaycan türkünü qovdular» (2, s. 62-63).

Məhz bu hal Azərbaycanda ilk mitinqlərin və onların məntiqi nəticəsi kimi bütün SSRİ-nin əsaslarını sarsıdan Meydan Hərəkatının əsasını qoymuş oldu.

Həmin dövrdə milli hərəkatlar, demək olar ki, bütün keçmiş sovet respublikalarında – Baltikyanı respublikalarda, Gürcüstanda, Moldovada, Ukraynada, Orta Asiyada baş qaldırmışdı. Bu ölkələrdə müxtəlif qeyri-formal təşkilatlar, o cümlədən xalq cəbhələri yaranırdı. Xalq cəbhələrinin «Yenidənqurmaya dəstək» adı altında qurulduğunu diqqətə çatdıran A. Veber haqlı olaraq yazır ki, sonradan onların hamisi Milli İstiqlal şüarı ilə çıxış etməyə başladılar. Bu şüar ilk dəfə rəsmən Estoniyada dilə gətirildi. 1988-ci ilin noyabrında bu ölkənin Ali Soveti Estoniya SSR-in Konstitusiyasına SSRİ Konstitusiyası ilə ziddiyyət təşkil edən dəyişikliklər etdi və ölkənin suverinliyini bəyan edən deklorasiya ilə çıxış etdi (3, s. 31).

Artıq milli hərəkatların qarşısını almaq heç cür mümkün olmurdu, necə deyərlər, «cin şüşədən çıxmışdı». Odur ki, bir çox hallarda hərbi gücdən istifadə etmək lazım gəlirdi. 1989-cu ilin aprel ayının 8-dən 9-na keçən gecə Tiflisə ordu yeridildi və istiqlal şüarları səsləndirən xalqa güllə atıldı. Nəticədə 16 nəfər həyatını itirdi.

Estoniya, Gürcüstan və Azərbaycanda baş verənlər bütün ölkədə böyük rezonansa səbəb olmuşdu və milli hərəkatların fəalları artıq çəkinmədən milli istiqlal şüarları səsləndirirdilər. 1989-cu ilin may ayında Litvanın Ali Sovetinin deputatları da eston həmkarlarının yolu ilə gedərək, Suverenlik Bəyannaməsini qəbul etdilər. Eyni zamanda SSRİ Konstitusiyasının maddələrinin Yalnız Litva Ali Sovetinin təsdiq etməsindən sonra icra edilə biləcəyi barədə qanun da qəbul edildi.

Əlbəttə ki, söhbət hələlik gələcəkdə tam istiqlala yol açması öngörülən «SSRİ daxilində suverenlik»dən gedirdi ki, bu da respublikalararası münasibətlərin və ölkənin federativ əsaslarının yeni qaydada dəyişdirilməsi anlamına gəlirdi. Elə bu da SSRİ xalq deputatlarının 1989-cu ilin may-iyun aylarında keçirilən I Qurultayına öz damğasını vurdu (3, s. 31).

A.Vebrin yazdığına görə, bu qurultayda SSRİ rəhbərliyi qarşısında sərt şəkildə respublikaların suveren haqları, respublikalar arasında və onlarla mərkəz arasında münasibətlərin yeni xarakterinin müəyyən edilməsi, iqtisadi müstəqillik və hətta respublikaların SSRİ tərkibindən çıxma hüququ ilə bağlı prosedur qaydalarının tənzimlənməsi kimi məsələlər qaldırıldı. Açıq – aşkar görünürdü ki, SSRİ-nin vahid dövlət kimi mövcudiyyəti artıq şübhə altındadır (3, s. 31).

Qurultayda iki siyasi xətt bir-birinə qarşı durmuşdu. Bunlardan biri, təbii ki, SSRİ-ni vahid dövlət kimi qoruyub saxlamaq üçün əlindən gələn hər şeyi etməyə çalışan, buna nail olmaq üçün respublikalar arasında və onlarla mərkəz arasında yeni federativ əlaqələrin qurulmasına getməyə belə hazır olan Qorboçovun müdafiə etdiyi xətt, digəri isə separatizmi, yəni respublikaların SSRİ tərkibindən çıxmalarını öngörən xətt idi (4, s. 61-65).

Ortaya çıxan bütün məsələləri mütləq tənzimləmək, milli məsələni həll etmək lazım idi. Odur ki, Sov İKP özünü növbədənkənar Plenumunu (19-20 sentyabr 1989-cu il) çağırdı. Plenuma ciddi hazırlıq işi görülmüş və qəbul edilməsi gözlənilən qərarlar öncədən dərc edilərək geniş müzakirəyə çıxarılmışdı. Plenumun sənədlərində əsas məsələlər aşağıdakılar idi:

- Sovet Federasiyasını yeniləmək və onu real siyasi və iqtisadi məzmunla zənginləşdirmək;

- Bütün növ muxtariyyətlərin hüquq və imkanlarını artırmaq;

- Milli mədəniyyət və dillərin azad inkişafı;

- Vətəndaşların milli mənsubiyyətinə görə hüquqlarının pozulmasının qarşısının alınması.

Plenumda ilk dəfə yeni İttifaq Sazişinin hazırlanması və imzalanması məsələsi də gündəmə çıxarılmışdı. Lakin bunu necə etmək barədə heç bir dəqiq plan yox idi. Təsadüfi deyil ki, M. Qorbaçov belə bir planın olmadığını Siyasi Büronun 2 mart 1990-cı il tarixli iclasında etiraf etmiş və bildirmişdi: “Federasiyamızın, hər bir xalqın inkişafının hazırki reallıqlarına və ehtiyaclarına cavab verən Yeni İttifaq Sazişinin təxirə salınmadan işlənilib hazılanmasının vacib olduğunu hesab edirəm. Bu halda hər bir respublikanın səylərini və özünəməxsusluğunu nəzərə alaraq federativ əlaqələrin differensiyasını diqqətdə saxlamaq lazımdır” (7, s. 139).



M. Qorbaçovun və ümumilikdə sovet rəhbərliyinin bu fikrə tam qəti şəkildə gəlməsinin əsas səbəbi, heç şübhəsiz ki, Azərbaycanda baş verən və sovet imperiyasının əsaslarını növbəti dəfə kökündən sarsıdan möhtəşəm sərhəd hərəkatı idi. Söhbət 1989-cu ilin son günü, Azərbaycanın quzeyini güneyindən ayıran tikanlı məftillərin, başqa sözlə SSRİ-nin dövlət sərhədlərininn sökülməsindən gedir (1).

Bu hadisədən sonra Litvaya gedən, bu ölkədəki tətilləri dayandırmaq məqsədilə 1990-cı ilin 11-13 yanvar tarixlərində yerli fəallarla görüşən, hətta Litva Milli Hərəkatı «Sayudis»in ayın 11-də keçirdiyi 100 minlik mitinqində də iştirak edən M. Qorbaçov müxtəlif toplantılarda bir çox çıxışlar edir və bu çıxışlardan açıq aydın görünürdü ki, o dövrdəki sovet rəhbərliyi SSRİ-ni qoruyub saxlaya bilmək üçün milli respublikalara və muxtariyyətlərə hər cür güzəşt etməyə hazır imiş. Və ölkənin parçalanmasının qarşısını almaq üçün Qorboçov şəxsən özü yerlərə gedir və təbliğat aparmaqla məşğul olurdu. Onun Litva zavodlarının birindəki çıxışından bəzi fraqmentləri gözdən keçirək:

«Biz bu ölkədə, sözdə defferensiyanı bəyan edərək, təkamül etmişik, amma həqiqətdə isə, təəssüf ki, federasiya kimi deyil, unitar dövlət kimi inkişaf etmişik. Bu, Stalin konsepsiyasına – diktator rejiminə uyğun təkamül idi. Bununla əlaqədar ölkədə həm demoqrafiya, həm iqtisadiyyat, həm də müdafiənin və kommunikasiyanın təşkilində vahid dövlət istiqamətində dərin dəyişikliklər baş verdi. Bütün bunları istehsal qüvvələrinin mərkəzləşdirilmiş qaydada bu vahid dövlətin daxilində yerləşdirməsinə əsaslanan əmək bölgüsü müəyyənləşdirmişdi. Və respublikaların, vilayətlərin nümayəndələri yeni zavodlar üçün daha çox kapital qoyuluşu «qopartmaq» naminə bir-birilə yarışa girirdilər.


Və əgər bu gün sizə kimsə deyirsə ki, bütün bunlar mərkəzin «oyunları» idi, - mənə elə burada, bu zavodda bir yoldaş dedi ki, hazırki vəziyyətdə imperiya təfəkkürü, istehsal qüvvələrinin bölünməsi və yerləşdirilməsi adı altında burada rus təsirini artıqmaq və yerli əhalini «əritmək» və sıxışdırmaq siyasəti göz qabağındadır, - bu halda mən sizə aşağıdakı məlumatı verməliyəm.

Bu məsələ qaldırıldığında və insanların məlumatsızlığı ilə al-ver edildiyi məlum olduqda, mən partiyanın Mərkəzi Komitəsinə respublika, vilayət və muxtar respublikalardan, regionlardan yeni müəssisələrin tikintisi barədə daxil olmuş xahişləri ümumiləşdirmək tapşırığı verdim. İndi qarşımda tam bir cild var. O nədən xəbər verir? Ondan xəbər verir ki, inciklik və ittihamlarla müşayiət olunan yarış gedirdi, bunun üçün plenumların stenoqramlarını oxumaq kifayətdir. Kiməsə çox, kiməsə az vermişlər, kiməsə zavod vermişlər, bizəsə guya verməmişlər…


Yüklə 485 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin