Mühazirənin planı : Firmaya neoklassik yanaşma Firmanın institutsional nəzəriyyəsi və modelləri



Yüklə 104,21 Kb.
səhifə1/13
tarix13.12.2022
ölçüsü104,21 Kb.
#74235
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   13
M hazir nin plan Firmaya neoklassik yana ma Firman n institut




Fənn: “Firmanın iqtisadiyyatı”
Mövzu 2. Firma nəzəriyyələri və firmanın fəaliyyətinin rəqabət mühiti
Mühazirənin planı:

  1. Firmaya neoklassik yanaşma

  2. Firmanın institutsional nəzəriyyəsi və modelləri

  3. Firmanın digər nəzəriyyələri və konsepsiyaları

  4. Porterin “rəqabət amilləri” modeli

  1. Firmaya neoklassik yanaşma

Artıq qeyd etdiyimiz kimi, iqtisad elmi inkişaf etdikcə bazar münasibətlərinin başlıca iştirakçısı və ictimai nemətlərin istehsalçısı (yaxud dəyər yaradıcısı) kimi firmanın təbiətinə, onun yaranması və inkişafına yanaşmalar və baxışlar tədricən dəyişib, müxtəlif nəzəriyyələr və modelllər meydana çıxıb. Bunlara aşağıdakıları aid etmək olar:

  • firmaya neoklassik yanaşma;

  • firmanın institutsional nəzəriyyəsi (firmanın kontrakt (müqavilə) modeli, firmanın prinsipal-agent modeli, C.Gelbreytin korporasiya modeli və s.

  • firmanın sahibkarlıq konsepsiyası,

  • firmanın davranış (bixeviorist) nəzəriyyəsi,

  • firmanın menecerial (idarəçilik) nəzəriyyəsi,

  • firmanın təkamül konsepsiyası,

  • firmanın şəbəkə konsepsiyası və s.

Bu müxtəlifliyə baxmayaraq firmanın yaranması və inkişafı məsələlərinin izahında hazırda institutsional yanaşma daha hökmran mövqeyə malikdir. Elə bunun nəticəsidir ki, institutsional yanaşmanın daxilində firmanın təbiətinə və roluna münasibətdə bir neçə nəzəri yanaşmalar (modellər) meydana çıxıb.
Firmaya neoklassik yanaşma. Neoklassik nəzəriyyədə firma istehsal vahididir və ona texnoloji baxımdan yanaşılır. Firma – ilkin resursları hazır məhsula çevirən sistemdir, yəni istehsal funksiyasını yerinə yetirir. İstehsal etdiyi məhsulu bazarda satmaqla istehlak tələbini ödəyir. Cəmiyyətin ehtiyac duyduğu hər-hansı bir məhsulu istehsal etmək üçün isə firmanın resurslara tələbi yaranır. Neoklassik yanaşmada firmanın məqsədi mənfəətini maksimumlaşdırmaqdır. Bu həm də marjinalist yanaşmadır, çünki firma istehsal resurslarından daha səmərəli istifadə etməklə maksimum mənfəət əldə etməyə çalışır. Neoklassik yanaşmada firmanın davranışı tamamilə onun sahibi tərəfindən müəyyən edilir ki, həmin sahib firmanın həm mülkiyyətçisi, həm də rəhbəridir (yəni mülkiyyət və idarəetmə eyni şəxsdə cəmləşib). Buna görə də firmanın davranışı tamamilə rasionaldır və apriori olaraq o, malik olduğu resurslardan maksimum fayda götürməyə, yəni mənfəətini maksimumlaşdırmağa cəhd edir. Neoklassik yanaşmada firma bazar haqqında tam informasiyaya malik hesab olunur və onun fəaliyyəti hər zaman səmərəlidir. Burada firmanın ölçüləri istehsal texnologiyası ilə müəyyən olunur, yəni firmanın ölçülərinin optimallaşdırılması prosesi miqyas effektinin təsiri və texnoloji bölünməzlik prinsipinin nəticəsi kimi qəbul edilir.
Neoklassik nəzəriyyəyə əsasən firmalar bazarın quruluşunu formalaşdırır və onun (yəni bazar quruluşunun) tipindən asılı olaraq firma müvafiq rəqabət strategiyasını hazırlayır. Neoklassik nəzəriyyədə bazarlarla firmaların funksiyaları sərt şəkildə məhdudlaşdırılıb: firmanın fəaliyyət sahəsi istehsaldır, o, resursların hazır məhsula çevrilməsini (transformasiyasını) təmin edir. Bazar isə mübadilənin təşkili üzrə ixtisaslaşır. Məhz bazar vasitəsilə, bir tərəfdən, resursların yerləşdirilməsi, digər tərəfdən isə, satışa hazır məhsullaırn bölgüsü prosesi həyata keçirilir.
Neoklassik nəzəriyyədə firmanın rolu məhdud resursları faydalı məhsullara çevirmək kimi sırf texniki vəzifənin yerinə yetirilməsinə müncər olunur. Burada firmanın daxilində baş verənlər (firmanın idarə edilməsinin təşkili, təşkilati strukurlar, təşkilatdaxili maraqlar və s.) ümumiyyətlə nəzərə alınmır, firma yalnız onun sahibi ilə eyniləşdirilir, digər maraq qruplarından (işçilər, menecerlər, investorlar, səhmdarlar və s.) isə təcrid olunur. Firmanın sanki bir “qara qutu” görüntüsü yaranır: onun girişində resurslar (istehsal amilləri) toplanıb, çıxışında isə hazır məhsullar. Resurslaırn hazır məhsula çevrilməsi isə tətbiq olunan istehsal funksiyasının və mənfəətin maksimumlaşdırılmasını nəzərdə tutan bazar quruluşunun xarakterinə uyğun baş verir. Buna görə də firmaya neoklassik yanaşmanı “qara qutu” modeli adlandırırlar.



Yüklə 104,21 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin