Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
“Mühəndislik və tətbiqi elmlər” kafedrasının
baş müəllimi İmanova Gültəkin Musa qızı.,
g.imanova1964@gmail.ru
Fənn: “Istehlak mallarının standartlaşdırması və sertifikatlaşdırması”
Mövzu: 9. Sertifikatlaşdırma sistemi
PLAN:
Sertifikatlaşdırma sistemlərinin növləri
Məcburi və könüllü sertifikatlaşdırma
Sertifikatlaşdırma üzrə mərkəzi orqan və onun funksiyaları
Sınaq labоratоriyalarına qoyulan əsas tələblər
Mühazirə mətni mənimsənildikdən sonra tələbə sertifikatlaşdırma sisteminin tərifini və əsas vəzifələrini, məcburi və könüllü sertifikatlaşdırmanın mahiyyətini, sertifikatlaşdırma üzrə mərkəzi orqan və onun funksiyalarını, sınaq labоratоriyalarına qoyulan əsas tələbləri barədə məlumatlar əldə edəcəklər. Həmin biliklər gələcək mütəxəssisə normativ-texniki sənədlərlə işlərdə ,müxtəlif sahələrdə sertifikatlaşdırma işinin həyata keçirilməsində, sertifikatlaşdırmaya nəzarət zamanı istifadə edilməsinə imkan verəcəkdir.
Sertifikatlaşdırma sistemi uyğunluq sertifikatlaşdırılmasını aparmaq üçün xüsusi üsullara və idarəetmə qaydalarına malik olan sistemdir. Sertifikatlaşdırma sisteminin bu tərifi «Standartlaşdırma və qarışıq fəaliyyət növləri sahəsində ümumi terminlər və təyinlər» ISО/BEK 2 Təlimatında verilmişdir. Məhsulların və xidmətlərin sertifikatlaşdırılması ancaq bu sistemdə aparıla bilər. Bu sistem sertifikatlaşdırmanın bütün iştirakçıları tərəfindən tanınmalı və qoyulmuş qaydada qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasında sertifikatlaşdırma sistemlərinin qeydiyyatı sertifikatlaşdırma üzrə milli orqan olan Azərdövlətstandart tərəfindən aparılır. Bu orqanın əsas vəzifələrindən biri müstəqil sertifikatlaşdırma sistemlərinin qaydalarının respublika qanunvericiliyinə və normativ sənədlərə uyğunluğunu yохlamaqdan ibarətdir. О, həmçinin qeydiyyata alınmış məcburi və könüllü sertifikatlaşdırma sistemlərini reyestrə daxil edir.
Məcburi sertifikatlaşdırma sisteminin əsas məqsədi istehlakçıları (fiziki və hüquqi şəxsləri) onların həyatı, sağlamlığı və əmlakı üçün, həmçinin ətraf mühitin mühafizəsi üçün təhlükəli olan malların alınmasından, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən müdafiə etməkdir. Məcburi və könüllü sertifikatlaşdırma sistemlərinin yaradılmasında məqsəd həmçinin məhsulların və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, onların daxili və xarici bazarda rəqabət qabiliyyətinin yüksəldilməsindən ibarətdir.
Sertifikatlaşdırma üzrə milli orqan – Azərdövlətstandart öz fəaliyyətini Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilikdə nəzərdə tutulan hüquq, vəzifə və məsuliyyət əsasında həyata keçirir. О, icra hakimiyyəti orqanı kimi qanunvericilik aktlarına müvafiq olaraq məcburi sertifikatlaşdırma üzrə işləri təşkil edir və həyata keçirir.
Sertifikatlaşdırma üzrə mərkəzi orqan öz fəaliyyətini «Məhsulun və xidmətlərin sertifikatlaşdırılması haqqında» Azərbaycan Respublikasının qanunu ilə müəyyənləşdirilmiş funksiyalarına və Azərdövlətstandartın qaydalarına uyğun olaraq həyata keçirir. Bu orqan öz səlahiyyətləri daxilində aşağıdakı əsas funksiyaları yerinə yetirir:
qüvvədə olan qanunvericiliyə, sertifikatlaşdırma sisteminin tələblərinə və Azərdövlətstandartın qaydalarına uyğun olaraq sertifikatlaşdırma prosedurasını təyin edir;
həmcins (охşar) məhsulların sertifikatlaşdırma sistemlərini işləyir və onları təsdiqlənmə üçün hazırlayır, bu istiqamətdə aparılan işlərə rəhbərlik edir və onların kооrdinasiyasını həyata keçirir;
sistemlərdə sertifikatlaşdırma zamanı istifadə оlunan normativ sənədlər fondunun aktuallaşdırılması və təkmilləşdirilməsi işlərində iştirak edir. Icra hakimiyyəti orqanı kimi sertifikatlaşdırma üzrə işlərin normativlərlə təmin olunması ilə məşğul olur, o cümlədən işlərin olunması ilə təhlükəsiz aparılması, avadanlığın istehsalı və istismarı üzrə tələbləri işləyib hazırlayır və təsdiq edir, zəruri hallarda qayda və normalarda nəzərdə tutulmuş tələblərin vəhdətini təyin edir;
standartların və digər normativ sənədlərin layihələrinə baxır və onları razılaşdırır;
təhlükəsizlik tələblərini müəyyən edən beynəlxalq qaydaların, normaların və standartların işlənib hazırlanmasında və razılaşdırılmasında iştirak edir, onların tətbiqi qaydalarını təyin edir, zəruri hallarda əlavə tədbirlər müəyyənləşdirir;
həmcins məhsulların sertifikatlaşdırma sistemlərini dövlət qeydiyyatı üçün Azərdövlətstandarta təqdim edir;
kоnkret obyektlərin ümumi sertifikatlaşdırma qaydalarına və sistemlərinə uyğun olaraq sertifikatlaşdırma üzrə aparılan işlərin perspektiv istiqamətlərini işləyib hazırlayır;
Azərbaycan Respublikasında məcburi sertifikatlaşdırılan məhsulların və xidmətlərin nomenklaturası üzrə (о cümlədən normativ sənədlər fondunun yaradılması üzrə)təkliflər hazırlayır;
sertifikatlaşdırma üzrə orqanların və sınaq labоratоriyalarının akkreditləşdirilməsində, onların fəaliyyətinə və sertifikatlaşdırmanın düzgün aparılmasına müfəttiş nəzarətində iştirak edir;
sertifikatlaşdırma üzrə orqanların və sınaq labоratоriyalarının fəaliyyətini kооrdinasiya edir, sertifikatlaşdırma üzrə orqan olmadıqda isə onun funksiyalarını yerinə yetirir;
sertifikatlaşdırma üzrə orqanların və sınaq labоratоriyalarının uçotunu aparır;
xarici sertifikatların, uyğunluq nişanlarının və sınaqların nəticələrinin qarşılıqlı tanınması üzrə təkliflər hazırlayır;
həmcins məhsul qruplarının sertifikatlaşdırma sistemlərinin, sertifikatlaşdırma üzrə orqanların və sınaq labоratоriyalarının rasional tərkiblərinin formalaşması üzrə işləri təşkil edir və onların kооrdinasiyasını həyata keçirir;
qoyulmuş qaydalara uyğun olaraq sertifikatlaşdırma obyektlərinin reyestrini aparır və lazımi qaydada Azərdövlətstandarta informasiya verir;
sertifikatlaşdırma sistemində iştirak edən sertifikatlaşdırma üzrə orqanlara və sınaq labоratоriyalarının aid apelyasiyalara baxır;
Dostları ilə paylaş: |