Tələbə: Fidan Cavadlı Fakültə: Kimya və biologiya İxtisas: Kimya müəllimliyi Qrup: 003b kurs: Fənn: Kimyanın didaktikası



Yüklə 52,33 Kb.
tarix29.12.2021
ölçüsü52,33 Kb.
#48299
Kimyanın didaktikasının məzmunu
Funksiyanın törəməsi, referat 3969, Dünyagörüşü anlayışı. Din və fəlsəfə, Extreme sports, Cənubi azərbaycan xanlıqları


Tələbə: Fidan Cavadlı

Fakültə: Kimya və biologiya

İxtisas: Kimya müəllimliyi

Qrup: 2003B

Kurs: 2

Fənn: Kimyanın didaktikası

Müəllim: Rumiyyə Camal

Mövzu: Kimyanın didaktikasının məzmunu

Kimyanın didaktikasının məzmunu

Mütəxəssislərin hazırlıq keyfiyyətlərinin yaxşılaşdırılması məsələsi bütün təlim sisteminin mükəmməlləşdirilməsi ilə həll olunur. Təlimin sistemi deyildikdə məqsəd, fənn məzmunu, təlim üsulları, təlim vasitələri və formalarının təşkili, keçirilmiş məzmunun mənimsənilməsinin nəzarəti üsulları, eləcə də təlimdə qoyulan məqsədlərin əldə edilməsinin diaqnostik üsulları kimi bir-biri ilə əlaqəli elementlərin tam didaktik yaranması başa düşülür.

Sadalanmış təlim elementləri tabe vəziyyətindədirlər və şəkil 1-də göstərilmişdilər. Çox asanlıqla görə bilərik ki, hər bir element müəllim tərəfindən niyə, nə, necə, nəyi, nəyin sayəsində öyrənməliyik və s.? kimi verilən suallara cavab verirlər. Təlimin məzmununu təyin etmək (dərslik yazmaq, mühazirə oxumaq, tədris proqramını hazırlamaq) yalnız məzmunun məqsədini tam anladıqda mümkündür. Tədris prosesinə yeni təlim üsullarının (problemli, tədqiqi, proqramlaşdırılmış, kompyüter) tətbiqi təlimin məzmunun müvafiq qaydada seçilməsində müsbət nəticələr verəcəkdir. Mühazirə materialını problem şəklində danışmaq tədris prosesinə problemli təlim üsulu tətbiq edildikdə və müvafiq məzmun istifadə edildikdə mümkündür. Aydındır ki, yoxlama üsulunun hər - hansı biri təlim üsulu ilə mütləq şəkildə təyin olunan tədris alana təklif olunan biliklərin mənimsənilməsi səviyyəsini təyin edir.

Təlim ilə formalaşmış müəyyən bilik növünü və ya təfəkkür növünü xüsusi hazırlanmış məsələlər ilə müəyyən etmək olar.

Bu hamısı təlim üsulundakı yeniliklərdəki artıq tarixi məsələlər ilə təsdiq olur: 20-ci əsrin 30-cu illərindəki briqada üsulu təlimin köhnə məzmununda, yəni ənənəvi təlim üsullarının əsasında qurulduğundan effektiv olmamışdır. Proqramlaşdırılmış təlim kifayət qədər nəticələr verməmişdir, çünki ənənəvi məzmunu istifadə edirdi. Problemli və tədqiqi təlimin tətbiqi ilə əlaqəli yaranmış problemlər həm müvafiq məzmunun seçilməsi çətinlikləri ilə, həmdə formalaşmış biliklərin yoxlanılması və diaqnostikası ilə bağlı çətinliklərlə əlaqəlidir. Ehtimal oluna bilər ki, köhnə məzmuna əsaslanmış kompyüter təlimi də çox güman ki, nəticəsiz olacaqdır.

Buna əsaslanaraq söyləmək olar ki, təlimin mükəmməlləşdirilməsi bir-birinə ardıcıl tabeli (iyerarxiya şəklində yerləşən), həm bütün tədris prosesini, həmdə ayrı-ayrı metodik məsələləri şərtləndirən mərhələlərdən təşkil olunur.

Təlimin məqsədləri təyin və formalaşdırıldıdan sonra növbəti mərhələlərdə təlimin məzmunun təyini aparılır, daha sonra isə məzmuna (və məqsədlərə) adekvat olan təlim üsulları (problemli, tədqiqi, proqramlaşdırılmış) hazırlanır, daha sonra isə təlim vasitələri (dərslik növü, təlimin texniki vasitələri, Mühazirə eksperimentinin cihazları, kompyüterlər, laboratoriya avadanlıqları və s.) seçilir və yaradılır. Bu işlər yerinə yetirildikdən sonra mühazirə, laboratoriya praktikumu, seminar, tələbələrin sərbəst işlər kimi təlim formalarının mükəmməlləşdirilməsi realizə olunur. Nəhayət formalaşmış biliklərin mənimsənilməsinin yoxlanması və diaqnostikasına keçid edilir, yəni xüsusi məsələlər yaradılır və təlimin nəticələrinin keyfiyyət və kəmiyyət qiymətləndirilməsi üsulları təklif olunur.

Şəkil 1. Təlim sisteminin elementlərinin iyerarxiyası


Hal-hazırki kitab yuxarıda göstərilmiş sxemə müvafiq olaraq qurulmuşdur (şəkil 1-ə bax). Məktəbin müasir inkişaf mərhələsində təlimin aparıcı məqsədi kimi yaradıcı aktiv mütəxəssisin tərbiyəsi durur.

“Bilik - yaradıcı təfəkkür - yaradıcı fəaliyyət” - əlaqəsi mürəkkəb psixoloji və pedaqoji problemdir. Bizim məsələmizə hətta onun hissələrinin əks əlaqəsinin təqribi təsviri belə daxil deyildir, lakin biz ona əsaslanırıq ki, idrak fəaliyyətində bilik təfəkkürü formalaşdırır, təfəkkür isə yeni bilik yaradır. Təlimin məqsədləri ilə verilən təfəkkürün yaradıcı növü xüsusi formada təlimin seçilmiş və sistematikləşdirilmiş fənn məzmunu, eləcədə mənimsənilməsi üzrə idrak fəaliyyətinin müvafiq təşkili sayəsində formalaşır. Təlimin məhz bu aspekti haqqında bu tədqiat işində söhbət gedir.

Bilik və təfəkkürün elmi keyfiyyətinin formalaşması iki bir-biri ilə əlaqəli üsullarla reallaşması təklif olunur:

1) müasir elmi öyrədilən fənnin sisteminə köçürülərək tədris alana bu müasir elmin sisteminin göstərilməsi;

2) kursda baxılan obyektin hər tərəfli (verilmiş elmin əsas nəzəriyyələrinin sayı ilə üst-üstə düşən tərəflərinin sayına görə) tədqiq olunması.

Tədqiq olunan obyektin çoxtərəfli baxılması tələbi idrakın didaktik üsulunun prinsiplərindən biri olan, idrak prosesində tədqiq olunan obyektə digər predmetlərlə əlaqələrin real çeşidliliyi şərtlərində, yəni onlarla əlaqəli sistemlərdə baxılmasını göstəriş verən hərtərəflilik prinsipi ilə şərtləndirilmişdir.

Hərtərəflilik prinsipi idrak prinsipi ilə əlaqəlidir. Çünki tədqiq olunan istənilən obyekt həddsiz çoxlu sayda tərəflərə, xüsusiyyətlərə və münasibətlərə malikdir, onların hamısının idrak prosesində əhatəsi mümkün deyildir.

Təlimdə, xüsusəndə başlanğıc mərhələlərdə obyektə çoxtərəfli baxılması real olmur. Çünki təhsil alan elmi təfəkkür keyfiyyətinə malik olmadıqda, eyni anda obyektin çoxsaylı tərəflərini, xüsusiyyətlərini, digər sistemlərin obyektləri ilə əlaqələrini anlamağa gücü çatmayacaqdır. Buna görə də didaktik məqsədlərdə təhsil alan tərəflərinin sayı çox olmayan (məsələn, bir, iki, üç, dörd və ya beş) obyektləri tədqiq etməyi öyrənir. Kimya dərslərində ikitərəfli tədqiq nümunəsi kimi adətən eyni anda energetik və kinetik anlayışlar cəlb olunaraq təsvir olunan ammoniyakın sintez prosesini misal göstərmək olar.

Bilik və təfəkkürün elmi keyfiyyətini formalaşdırmaq üçün təklif olunur ki, öyrənilən obyektin tədqiqi verilmiş elmin əsas nəzəriyyələrinin sayı ilə üst-üstə düşən tərəf sayları üzrə reallaşdırılsın.

Məsələn, kimya fənnində tədqiq olunn obyekt reaksiya və ya maddədir. Anlayışlar kimyəvi prosesslərin istiqaməti, kimyəvi prosesslərin sürəti, maddənin quruluşu, element və birləşmələrin xüsusiyyətlərinin dövrü dəyişilməsi haqqında nəzəriyyələr kimi kimya elminin əsas nəzəriyyələrinin anlayışları cəlb olunaraq baxılır.

Təhsil alanların bilikləri öyrənilən elmin müasir sisteminə müvafiq olduqda elmi adlandırılır. Biliklərin keyfiyyəti - elmilikdir. Bu zaman elmin əsas nəzəriyyələrindən olan, bir -birləri ilə qarşılıqlı əlaqəli təsəvvürlər məcmusu ilə xarakterizə olunur. Analoji olaraq, obyektin tədqiqi elmin sisteminə müvafiq aparıldıqda, yəni elmin əsas nəzəriyyələri cəlb olunduqda, təfəkkürün növü elmi adlandırılır. Sözsüz ki, elmi təfəkkür elmi biliklərə əsaslanmışdır.

Beləliklə, aşağıda öyrənilən elmin sisteminin tədris fənninin sisteminə keçirilməsi üzrə metodik prinsipə əsaslanan elmi bilik və təfəkkürlərin formalaşması metodikası müzakirə olunur.

Təfəkkürün yaradıcı növü təkcə təlimin üsulları, vasitələri və formalarına müvafiq olan, xüsusi seçilmiş məzmun ilə formalaşmır, həmçinin təhsil alanın özünün idrak fəaliyyətinin ən vacib şərtidir. Təlimə fəliyyət kimi yanaşılması insan fəaliyyəti nəzəriyyəsinə əsaslanır. Hər bir fəaliyyət kimi tədris fəaliyyətinin də məqsədi, motivləri, fənn məzmunu, üsulları, nəticələri vardır. Bütün bu komponentlər bir-birləri ilə qarşılıqlı əlaqədədirlər və qarşılıqlı şərtləndirilirlər. Təlimin ən məhşur və fundamental nəzəriyyələrindən biri əqli fəaliyyətin mərhələli formalaşması nəzəriyyəsidir. Bu nəzəriyyə P.Y. Qalperin tərəfindən təklif olunmuş və təlimə insan fəaliyyəti kimi baxılan ideyaya əsaslanır. Təlimin məsələsi ondan ibarətdir ki, əvvəlcədən xüsusiyyətləri verilmiş bir sıra fəaliyyətləri təhsil alanda formalaşdırılsın.

Əqli fəaliyyətin formalaşması prosesinin tədqiqi nəticəsində şagirdin keçirilməli və ya sərbəst şəkildə keçməli olduğu mərhələlər təyin olunmuşdur. Bunun məqsədi şagirddə müəyyən fəaliyyətin reallaşmasına imkan yaradan tam fəaliyyət formalaşsın. Əqli fəaliyyətin mərhələli formalaşması nəzəriyyəsinə əsasən biliklərin tam formada formalaşması üçün prinsipial olaraq yeni biliyin formalaşmasında aşağıda göstərilən mərhələlərin ardıcıllığına riayət olunmalıdır:

1-ci mərhələ - fəaliyyətin məqsədi ilə təhsil alanın tanış edilməsi və vacib olan motivasiyasını artırmaqdır.

2-ci mərhələ - fəaliyyətin yerinə yetirilməsi yolunun aydınlaşdırılması və fəaliyyətin istiqamət göstərən əsasının tərtibidir. Fəaliyyyətin istiqamət göstərən əsası - göstərişlər (oriyentirlər) sistemidir. Onları tətbiq edərək hər bir şəxs verilmiş fəaliyyəti yerinə yetirir. Fəaliyyətin istiqamət göstərən əsası təhsil alana tam formada fəaliyyəti düzgün şəkildə yerinə yetirmək üçün kifayət olduqda təqdim oluna bilər, tam olmayan formada isə təhsil alanın özü fəaliyyəti yerinə yetirmək üçün vacib olan çatışmayan oriyentirləri özü təyin etməli olduqda təqdim oluna bilər. Nəhayət, təhsil alana bilikləri əsasında və ya əvvəlki fəaliyyətlərdə istifadə olunan bəzi oriyentirlərin seçilməsi ilə sərbəst şəkildə fəaliyyətin istiqamət göstərən əsasını qurmağa şərait yaradılır.

3-cü mərhələ - fəaliyyətin maddi və ya maddiləşdirilmiş formada yerinə yetirilməsi və formalaşmasıdır. Maddi fəaliyyət - real predmetlərlə (qurğu, ştativ, sınaq borusu, reaktivlər, məhlullar və s.) olan fəaliyyətdir. Maddiləşdirilmiş fəaliyyət - bəzi işarə və simvol vasitələri (almaz və ya qrafitin kristallik strukturlarının modelləri, suyun hal diaqramı, elektrod potensialların cədvəli, energetik səviyyələrdə və alt səviyyələrdə elektroların paylanma diaqramı) ilə baş verən fəaliyyətdir.

4-cü mərhələ - xarici nitq (nitqin yazılı və ya şifahi formasında) kimi fəaliyyətin formalaşmasıdır.

5-ci mərhələ - özün özünlə olan nitqdə fəaliyyyətin formalaşmasıdır. Bu mərhələdə yerinə yetirilən əməliyyatlar haqqında özü-özünə ifadə olunur, bu halda nitq kəskin və tez qısalır, bundan sonra tamamilə mənimsənilməmiş, aydın olmayan şeylər danışılır.

6-cı mərhələ - fəaliyyətin zehni və təfəkkürlü yerinə yetirilməsi (daxili nitq fikrə keçir). Əqli fəaliyyətin formalaşması nəticəsində sadalanmış mərhələlərin ardıcıllığına müvafiq olaraq öz formalarına görə xarici olan formalar əqli planda zehində baş verən proseslərə çevrilirlər. Bu zaman onlar dəyişilirlər, qısalırlar, avtomatik olurlar, növbəti inkişafa bacarıqlı olurlar. Hər-hansı bir formalaşma mərhələsinin buraxılması onun keyfiyyətində özünü göstərəcəkdir. Xüsusəndə xarici nitq mərhələsində özünü biruzə verir, bu fakt yeni anlayışların yaranma sürətini yavaşıdır, maddi olmayan xüsusiyyət və xassələrdən abstraktlaşma prosesini çətinləşdirir. Çoxlu sayda səhvlərin yaranmasına səbəb olur.

Kimya - eksperimentə əsaslanmış elmdir, maddi hərəkət mərhələsinin buraxılmasına icazə verilmir. Eyni zamanda müasir kimya çoxsaylı modellərlə, xüsusəndə abstrakt formalı modellərlə əlaqəlidir və hərəkətin maddiləşdirilmiş formalarının olmaması nəzəri biliklərin mənimsənilməsinə mənfi təsir göstərəcəkdir.

Əqli fəaliyyətin mərhələli formalaşması nəzəriyyəsi mühazirə, seminar, laboratoriya praktikumu və sərbəst iş kimi təlimin müxtəlif təşkil formalarında təlimin məzmun və üsullarını əsaslandırmağa, həmçinin onlarda yeni materialın keçirilməsi ardıcıllığını təyin etməyə şərait yaradır.



Ədəbiyyat

  1. Zaitsev O.S., Kimya tədrisi metodikası, M. 1999

  2. "Məktəbdə kimya" jurnalı.

  3. Çernobelskaya G.M. Kimya tədris metodlarının əsasları, M. 1987.

  4. Polosin VS. Qeyri-üzvi kimyada məktəb təcrübəsi, M., 1970




Yüklə 52,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə