Oyunlar zamanı kəkələyən uşaqların nitqinin inkişaf istiqamətləri və xüsusiyyətləri müəyyənləşdirilmişdir. Kiçik yaşlı uşağın nitqi böyüklərin təsiri, onlarla ünsiyyət prosesində formalaşır. Ünsiyyət prosesində uşaqda həm idraki, həm də əşya fəaliyyəti inkişaf edir. Nitqə yiyələnməklə uşağın psixikası yenidən qurulur, bu da ona ətraf aləmi şüurlu və iradi qavramağa imkan verir. Nitq inkişafının ən mühüm mərhələsi məktəbəqədər yaşın sonu hesab edilir. Bu mərhələdə uşaqlarda situativ nitqin rolu azalır, fikrin ifadəsi müsahibinə yönəlmiş şərhedici nitq və suallara ətraflı və ardıcıl cavab vermək istəyinin inkişafı ilə əvəz olunur. Bunun əsasında nitqin intellektual inkişafı başlanır, müsbət şəraitdə və düzgün nitq tərbiyəsi alan uşaq gələcəkdə savad təlimi üçün çox vacib olan nitq vərdişlərindən şüurlu istifadə bacarığına malik olur. Üçüncü yarımfəsil “Əmək prosesində uşaqların nitqinin inkişaf etdirilməsi” adlanır. Uşağı əmək fəaliyyətinə hazırlamaq, onda əməksevərlik hissi tərbiyə etmək məktəbəqədər uşaq müəssisələrinin qarşısında duran ən ümdə vəzifələrdən biridir. Bu dövrdə uşaqların əməyi özünəməxsus xüsusiyyətlərə malikdir. Onların əməyi çox vaxt oyunla əlaqədar olur. Bu özünü müxtəlif formada göstərir. Bəzən oyun yaşlıların əməyini əks etdirir, bəzən də əmək elementləri oyunda əks olunur. «Uşaq