Mülki hüquq anlayışı. Mülki hüququn predmeti



Yüklə 40,38 Kb.
tarix21.06.2023
ölçüsü40,38 Kb.
#133518
m.h giriş


PLAN
Giriş.

  1. Mülki hüquq anlayışı.




  1. Mülki hüququn predmeti.


  1. Mülki hüququn metodu.




  1. Mülki hüququn funksiyaları.


  1. Mülki hüququn prinsipləri.

Nəticə.
İstifadə olunan ədəbiyyat.

Giriş
Azərbaycan Respublikasının hüquq sisteminin mühüm sahələrin-dən birini də mülki hüquq təşkil edir. Dövlət və hüquq nəzəriyyəsindən məlumdur ki, hər bir hüquq sahəsi digərlərindən öz predmeti və meto-duna görə fərqlənir. Hər hansı hüquq sahəsinin predmeti dedikdə, bu hü-quq sahəsinin öyrəndiyi və tənzim etdiyi məsələlərin dairəsi başa düşü-lür. Hüquq ədəbiyyatında və qanunvericilikdə formalaşmış yekdil fikrə görə, mülki hüquqi tənzimetmənin predmetini mülki hüquqi normalarla tənzimlənən iki qrup ictimai münasibətlər təşkil edir. Birincisi, əmlakın müəyyən şəxslərə mənsubiyyəti və ya əmlakın bir şəxsdən başqasına keçməsi ilə bağlı olan əmlak münasibətləri, ikincisi, onlarla bağlı olan qeyri-əmlak münasibətləri. Bu münasibətlərin iştirakçıları vətəndaşlar, müxtəlif hüquqi şəxslər, düvlət ola bilər. Eyni zamanda, əcnəbilər, və-təndaşlığı olmayanlar, xarici hüquqi şəxslər, beynəlxalq təşkilat və xarici dövlətlər də bu münasibətlərin subyektləri qismində çıxış edə bilərlər. Mülki hüquqla tənzim edilən münasibətlərin xüsusiyyəti ondan ibarətdir ki, onlar bərabərhüquqlu və bir-birindən asılı olmayan subyektlər arasın-da yaranır. Hakimiyyət və tabeçiliyə əsaslanan münasibətlər, o cümlədən əmlak münasibətləri hüququn başqa sahələri ilə (inzibati, maliyyə və s.) tənzim edilir.

Sual 1: MÜLKİ HÜQUQ ANLAYIŞI.
“Mülki hüquq” hüquq sisteminin ən mühüm sahələrindən biridir. Mülki- hüquqi tədqiqat mülki hüquq elminin inkişafının əvvəlki vaxtda işlənib-hazırlanmış və əsaslandırılmış elmi müddəalarının öyrənilməsinə əsaslanır, müəlliflərin əldə etdiyi təcrübənin ən yaxşılarını ümumiləşdi-rir. Zəngin elmi irsi dərindən yaradıcı şəkildə dərk etmək də müasir mül-ki hüquq elminin vəzifələrindən biridir.

Mülki hüquq elmi ictimai münasibətlərin mülki-hüquqi tənzim-lənməsi, onun fəaliyyəti və inkişaf qanunauyğunluqları, onun effektivli-yinə nail olunması üsulları; mülki hüququn daha da təkmilləşdirilməsi üçün lazım olan yeni biliklərin əldə edilməsi vasitələri haqqında müəy-yən şəkildə sistemləşdirilmiş biliklərin məcmusudur.


Mülki hüquq haqqında sadalanan elmi müddəalar mülki hüquq kursunda öyrənilən materialın əsasını təşkil edir. Ona görə də təkcə qa-nunvericilik konstruksiyaları və konkret qaydalar aydınlaşdırılmır, eyni zamanda, onların hüquqi və sosial-iqtisadi təbiəti izah edilir, təcrübi sə-mərəliliyi qiymətləndirilir, mülki hüququn imkanlarını aydınlaşdırmağa və praktik fəaliyyətdə onlardan istifadə etməyə kömək edən nəzəri kon-sepsiya və postulatlar qarşılaşdırılır və təhlil edilir. Məhz mülki hüquq haqqında elmi biliklər və onları tətbiq etmək bacarığı bu fundamental hüquq fənninin öyrənilməsi gedişində ilk növbədə mənimsənilməlidir.

Mülki hüquq münasibətlərinin obyektləri: Əmlak və ya qeyri-əm-lak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər.


Mülki hüquq münasibətlərinin subyektləri aşağıdakılardır:


1. İstər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul ol-mayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibət-lərinin subyektləri ola bilərlər.


2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünü idarə orqanları-nın digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nə-zərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir.
3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələ-rini vicdanla həyata keçirməyə borcludurlar.

Sual 2: MÜLKİ HÜQUQUN PREDMETİ.


Ümumi hüquq nəzəriyyəsindən məlumdur ki, hüququn sahələrə və institutlara ayrılması üçün iki başlıca meyar vardır: hüquqi nizama-salmanın predmeti və metodu. Məhz bu iki meyar hüquq sisteminin sa-hələrə bölünməsi üçün əsasdır. “ Hüquq sahəsinin predmeti ” dedikdə, onun nizamladığı ictimai münasibətlərin dairəsi başa düşülür. “ Hüquqi tənzimetmənin metodu ” dedikdə, həmin hüquq sahəsinin tənzim etdiyi ictimai münasibətlərə təsir üsulları başa düşülür. Məhz hüquqi tənzim-etmə predmetinə və metoduna görə hüquq sahələri bir – birindən fərq-ləndirilir.

Hər bir hüquq sahəsi isə yalnız özünəməxsus müəyyən qrup ic-timai münasibətləri tənzimləyir. Məsələn, mülki hüquq “ əmlak və şəxsi qeyri - əmlak münasibətlərini ”, ailə hüququ “ nikah münasibətlərini, ailə üzvləri arasındakı münasibətləri və digər münasibətləri ” , əmək hüququ isə “ əmək münasibətlərini və əməklə əlaqədar digər münasibətləri ” nizama salır. Bu hüquq sahələrinin biri də mülki prosessual hüquqdur. Mülki prosessual hüquq – mülki işlər üzrə ədalət mü-hakiməsi həyata keçirilən zaman məhkəmə ilə prosesin digər iştirakçıları arasında yaranan, prosessual hərəkətləri və mülki prosessual hüquq mü-nasibətlərini nizamlayan hüquq normalarının sistemidir. Mülki proses-sual hüquq hüququn müstəqil sahəsi olduğundan, müstəqil predmetə və hüquqi nizama salma metoduna malikdir.


Mülki prosessual hüququn nizamasalma predmeti – mülki pro-sesdir. Mülki prosesə məhkəmə ilə mülki işin digər subyektləri arasında prosessual və hüquqi münasibətlər kimi baxılması o deməkdir ki, mülki prosessual hüququn predmeti yalnız məhkəmə icraatı ilə məhdud-laşdırılıb.


Mülki hüququn predmeti dedikdə, onun nəyi nizama salması başa düşülür. Başqa sözlə desək, mülki hüququn predmetini müəyyən növ ictimai münasibətlər təşkil edir. Mülki hüququn nizama saldığı ictimai münasibətlərə mülki hüququn predmeti deyilir.


Mülki hüququn predmetini təşkil edən ictimai münasibətləri iki qrupa bölmək olar:



  1. əmlak münasibətləri;

2. şəxsi qeyri-əmlak münasibətləri;


Mülki hüquqla tənzim edilən münasibətlərin əsas hissəsini əmlak münasibətləri təşkil edir. Bu münasibətlər bir qayda olaraq əmlakla, maddi nemətlərlə əlaqədar yaranır və maddi dəyərə malik olmaqla ya-naşı, əmtəə-pul formasında olur. Eyni zamanda tələb hüququ da buraya aid edilir. Əmlak münasibətləri həmişə ya əmlakın müəyyən şəxsdə olması, ya da əmlakın bir şəxsdən başqasına keçməsi ilə əlaqədar əmələ gəlir və mövcud olur.

Əmlak münasibətləri çoxsaylı və müxtəlifdir. Bu münasibətlər ara-sında iki əsas qrupu fərqləndirmək lazımdır: əşya xarakterli münasibətlər və öhdəlik xarakterli münasibətlər.


Əşya münasibətləri bu və ya digər subyektin müəyyən əmlaka – tə-bii obyektlərə, istehsal vasitələrinə və əmək nəticələrinə malik olması ilə əlaqədar olan münasibətlərdir. Əşya münasibətləri sistemində əsas yeri mülkiyyət münasibətləri tutur. Mülkiyyət münasibətləri mənimsəmə xa-rakteri daşıyır, sahiblik, istifadə, sərəncam səlahiyyətləri ilə bağlı olur.

Bu münasibətləri mənimsəmə subyektlərindən asılı olaraq şəxsi, dövlət, bələdiyyə münasibətlərinə bölmək olar. Bu zaman onların hamısı özlə-rinin fəaliyyəti və müdafiəsi şəraiti mövqeyindən qanunla bərabərhü-quqlu sayılır. Əşya münasibətlərinə həmçinin məhdud əşya hüquqları da aid edilir. Məhdud əşya hüquqları mülkiyyətçi olmayan şəxslərin kon-kret əşyaya sahiblik, istifadə, bəzən də sərəncamvermə hüququ ilə bağlı yaranır. Məhdud əşya hüquqları mülkiyyət hüququna gürə məhduddur.


Mülki hüquqla tənzim edilən əmlak münasibətlərinin başqa bir qrupunu öhdəlik münasibətləri təşkil edir. Bu münasibətlər əmlakın bir şəxsdən digər şəxsə keçməsi ilə bağlıdır. Əgər əşya münasibətləri maddi nemətlərin mənsubiyyəti münasibətlərinin elə bil statikasını müəyyən edirsə, öhdəlik münasibətləri iqtisadi münasibətlərin həyata keçirilmə formaları olaraq onların dinamikasını göstərir. Bu baxımdan da ədəbiy-yatda dinamik və statik münasibətlər terminindən istifadə edilir. Öhdəlik münasibətləri müxtəlif əsaslardan yaranır. Onların ən böyük qrupu əmla-kın başqa şəxsin mülkiyyətinə, istifadəsinə, sahibliyinə, sərəncamına ve-rilməsi ilə, bir şəxsin digəri üçün müəyyən işləri yerinə yetirməsi ilə əla-qədar təşkilatlar (hüquqi şəxslər) və ayrı-ayrı vətəndaşlar tərəfindən bağ-lanılan müxtəlif müqavilələr əsasında meydana çıxır.


Əmlakın bir şəxsdən başqasına keçməsi ilə əlaqədar münasibətlərin xüsusi qrupunu vərəsəlik münasibətləri təşkil edir. Onların əsas xüsusiy-yəti odur ki, əmlak yalnız şəxsin ölümündən sonra ölmüş şəxsin iradə-sini ifadə edən vəsiyyət əsasında, ya da bilavasitə qanun əsasında onun vərəsələrinə keçir.

Hüquq ədəbiyyatında son zamanlar korporasiyaların xüsusi əm-lakının idarəçiliyi üzrə münasibətləri də əmlak xarakterli münasibətlərin bir növünə aid edirlər. Belə hesab edilir ki, həmin münasibətlər təsər-rüfat şirkətləri və cəmiyyətlərinin, istehsal kooperativlərinin idarəçili-yində yaranır və iştirakçıların üzvlüyünə əsaslanır.


Əmlak münasibətləri ilə yanaşı şəxsi qeyri-əmlak münasibətləri də mülki-hüquqi tənzimetmənin predmetidir. Bu münasibətlər bir sıra əla-mətlərlə xarakterizə edilir. Birincisi, əmlak münasibətləri ilə əlaqəsindən asılı olmayaraq iqtisadi məzmundan məhrumdur. İkincisi, bu münasibət-lərin obyekti qeyri-maddi nemətlərdir – ad, şərəf, ləyaqət, şəxsi həyat, ixtiraya müəlliflik və s. Şəxsi qeyri-əmlak hüquqlarının daşıyıcısı təkcə fiziki şəxslər yox, həm də hüquqi şəxslərdir. Hüquqi şəxsin qeyri-əmlak nemətlərinə onun adı, işgüzar nüfuzu, istehsal markası və s. Aiddir.


Ümumiyyətlə, ədəbiyyatda bu münasibətlər iki yerə bölünür:



  1. əmlakla əlaqədar olan şəxsi qeyri-əmlak münasibətləri;

b) əmlakla əlaqədar olmayan şəxsi qeyri-əmlak münasibətləri; Əmlakla əlaqədar olan münasibətlərə əqli yaradıcılığın yaranması, onlar-dan istifadə ilə əlaqədar, habelə əmtəələrin və onların istehsalçılarının fərdiləşdirilməsi ilə əlaqədar münasibətləri aid edə bilərik. Qeyd etmək lazımdır ki, bu münasibətlər indiki kimi geniş olmasa da, hələ 1966-cı il Mülki Məcəlləsində tənzim olunurdu. İndi isə bu münasibətlər Mülki Məcəllə ilə yanaşı, bir sıra qanunlarla da – 4 iyun 1996-cı il “Müəlliflik və əlaqəli hüquqlar haqqında”, 25 iyul 1997-ci il “Patent haqqında” qanunlarla da tənzim edilir.


Əmlakla əlaqədar olmayan şəxsi qeyri-əmlak münasibətlərinin obyektini əmlak dəyəri olmayan şəxsi qeyri-maddi nemətlər təşkil edir. Mülki Məcəllə fiziki şəxslərin şərəf və ləyaqətini, işgüzar nüfuzunu, ya-şayış yeri seçmək hüququnu bu sıraya aid etmişdir. Bu hüquqlar bir sıra əlamətlərə malikdir. Bu hüquqlar iqtisadi məzmundan məhrum olub, subyektin hər hansı əmlak mənafeyi ilə bağlı deyildir. Eyni zamanda həmin hüquqlar şəxsi qeyri-maddi nemətlər barəsində yaranır. Həmin nemətlər isə şəxsin üzündən ayrılmaz olub, özgəninkiləşdirilmir. Buna görə də onları satmaq, bağışlamaq, dəyişmək, vəsiyyət etmək olmaz. Bir sıra sivilist alimlər bu hüquqları bəzi meyarlar əsasında qruplaşdırmışlar. Məsələn, şəxsiyyətin fərdiləşməsinə yönələn hüquqlar – ad hüququ, şə-rəf, ləyaqət hüququ, şəxsiyyətin fiziki mövcudluğunu və əmin-amanlı-ğını təmin etməyə yönələn hüquqlar – yaşamaq, azadlıq və s. Şəxsiyyətin mənəvi sosial əmin-amanlığını təmin etməyə yönələn hüquqlar – şəxsi həyat sirrini saxlamaq hüququ və s. Qeyd edək ki, bu siyahı tam deyil və müxtəlif meyarlar əsasında genişləndirilə bilər.

Mülki-hüquq münasibətlərin əsas kütləsinin əmlak münasibətləri təşkil etdiyinə görə, mülki-hüquqi məsuliyyət də əmlak xarakteri daşı-malıdır. Mülki hüquqi məsuliyyətin əsas xüsusiyyətlərini əmtəə-pul mü-nasibətləri sahəsində fəaliyyət göstərən ekvivalentlik prinsipinə müvafiq olan onun əmlak və kompensasiya xarakteri təşkil edir.


Əmlak mülki-hüquqi məsuliyyət tədbirləri təşkilatların və vətən-daşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması zamanı tətbiq edilə bilər. Hətta mənəvi ziyanın əvəzinin ödənilməsi əmlak formasında ola bilər.


Beləliklə, qeyd olunanları nəzərə alaraq, mülki hüquqa belə bir anlayış verə bilərik: “Mülki hüquq hüquq sisteminin ən mühüm sahələrindən biri olmaqla, əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən normaların məcmusudur.” Eyni zamanda mülki hüquq mülki dövriyyənin azadlığını təmin etməklə, sərbəst bazar iqtisadiyyatının in-kişafına şərait yaradır.


Yuxarıda deyilənlərdən aydın olur ki, əmlak münasibətlərinin və şəxsi qeyri-əmlak münasibətlərinin mülki hüququn predmeti olması üçünbir neçə şərtlər və əsaslar olmalıdır:



  1. Bu münasibətlər iştirakçıların bərabərliyinə, iradə azadlığına əsaslanmalıdır;




  1. bu münasibətlərdə iştirak edən tərəflər əmlak cəhətdən müstəqil olmalıdır, yəni onlar hüquq bərabərliyinə malik olmaqla biri digərindən asılı olmamalıdırlar;

Yuxarıdakı əlamətlərə cavab verməyən əmlak və şəxsi qeyri-əmlak münasibətləri mülki hüququn predmetini təşkil edə bilməz. Bu o demək-dir ki, bütün əmlak münasibətləri mülki hüquqla nizama salınmır.

Hakimiyyət və tabeçilik prinsipi əsasında yaranan, tərəfləri hüquqi cəhətdən bərabər olmayan əmlak münasibətləri mülki hüququn predme-tinə aid deyildir. Bu cür əmlak münasibətləri inzibati, maliyyə, vergi və digər hüquq sahələrinin predmetini təşkil edir.


Beləliklə, tərəflərin hüquq bərabərliyinə malik olan və hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmayan əmlak və şəxsi qeyri-əmlak münasibətləri mülki hüququn predmetini təşkil edir. Məsələn, borclu-kre-ditor, sifarişçi-podratçı bərabər hüquqlara malikdir.


“ Sistem ” sözü yunan sözü olub birləşmə, hissələrdən düzəlmə deməkdir. Hüquqa tətbiq olunduqda sistem anlayışı hüququn daxili vəhdətdə olan ayrı – ayrı hissələrinin vahid bir tam halında birləşməsini ifa-də edir. Mülki prosessual hüququn sistemi mülki prosessual hüquq münasibətlərinin xarakteri ilə şərtlənən daxili strukturdur ki, bu da mülki prosessual hüquq normalarının vəhdətində və uyğunluğunda, eyni zamanda onların müəyyən sahə və institutlara ayrılmasında özünü əks etdirir.


Mülki prosessual hüququn sistemini iki hissəyə bölmək olar:


Ümumi hissə;


-xüsusi hissə.


Mülki prosessual hüququn ümumi hissəsi özündə elə normaları əks etdirir ki, bu normaların mülki prosessual hüququn xüsusi hissəsinin bütün və ya bir çox institutları üçün hüquqi əhəmiyyəti vardır.

Mülki prosessual hüququn xüsusi hissəsində nəzərdə tutulmuş normalar prosesin müvafiq mərhələsini və mülki mühakimə icraatının növlərinə dair münasibətləri tənzimləyir.


Sual 3: MÜLKİ HÜQUQUN METODU.


Hər bir hüquq elminin elmi tədqiqat metodu dedikdə, onun predmetini dərk etmək və elmi nəticə əldə etmək üçün istifadə edilən üsul və vasitələr nəzərdə tutulur. Elmi dərketmə metodları haqqında elm metodologiya adlanır.


Mülki hüququn metodunun məzmunu mühüm dərəcədə mülki hüquqla nizama salınan münasibətlərdən, yəni onun predmetindən asılıdır. Mülki hüquq xüsusi hüquq sahəsinə aid olduğu üçün burada ümumi hüquq üçün xarakterik hakimiyyət və tabeçilik, imperativ hakimiyyət göstərişləri (məcburi) və qadağaları kimi metodlar yox, xüsusi hüquqda istifadə edilən icazə vermə, səlahiyyət vermə, yəni subyektlərlə öz təşəbbüsü ilə hüquqi hərəkətlər etmək imkanı vermək, öz ehtiyac və mənafelərini təmin etmək üçün sərbəst olaraq hüquqi vasitələrdən istifadə etmək hüququnu vermək kimi metodlar tətbiq edilir.


Mülki hüququn metodu anlayışına aşağıdakı komponentlər (tərkib hissələri) daxildir:





  1. Hüquqi nizamasalınan ictimai münasibətlərin dəqiq sərhədini müəyyən etmək;

b). Subyektlərin hüquq və vəzifələrini müəyyən edən müvafiq akt, onların mümkün və lazımi davranışı barədə göstəriş vermək;





  1. İctimai münasibətlərin iştirakçıları olan vətəndaş və hüquqi şəxslərə müxtəlif hüquq münasibətlərinə daxil olmaq üçün mülki hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəati vermək;

Ç) mülki hüquqi məsuliyyətin ölçüsünü müəyyən etmək;


Birincisi, hər bir hüquq sahəsinin spesifik nizamasalma metodu vardır. Hüququn ictimai münasibətlərə təsir üsullarından fərqinin əsasını hüquq münasibətləri iştirakçılarının qarşılıqlı münasibətlərinin xarakteri təşkil edir. Bəzi hüquq sahələrində hakimiyyət məcburiyyət metodu, di-gərlərində tərəflərin bərabərliyi metodu, üçüncülərdə isə qadağan meto-du üstünlük təşkil edir. Hüquq sahələri ictimai münasibətlərin xarakte-rindən asılı olaraq, bu kimi hüquqi təsir metodlarından istifadə edirlər. İctimai münasibətlərin subyektləri mülki hüquqda hüquq bərabərliyinə malikdirlər. Həmçinin, mülki hüquqda tərəflərin hüquq bərabərliyi me-todunun tətbiq edildiyini Prof.N.D.Yeqorovda göstərmişdi.


Hüquqi nizamasalma metodu – hüquq sahəsinin nizamasalma predmeti olan ictimai münasibətlərin müəyyən növünə onun təsirinin üsullarıdır. Metod hüquqi nizamasalmanın predmeti ilə müəyyən olunur. Məhz ictimai münasibətlərin konkret məzmunu hüquqi təsir üsullarını müəyyən edir. Bu müddəanı konkretləşdirib mülki hüququn metoduna aşağıdakı kimi anlayış vermək olar:

Mülki hüququn metodu dedikdə, mülki və digər hüquqi işlərə məhkəmələr tərəfindən baxılması və həll edilməsi ilə əlaqədar yaranan münasibətlərə mülki prosessual hüquq normalarının təsir üsulları və va-sitələri başa düşülür.


İkincisi, mülki hüququn subyektləri arasında hüquq münasibətl-rinin yaranmasının xüsusiyyətləri mülki dövriyyə iştirakçıları arasında mülki hüquq münasibətləri əsasən müqavilələrdən əmələ gəlir. Müqavilə bağlamaq yolu ilə subyektlər müxtəlif hüquq münasibətlərinə- alqı-satqı, kredit, daşıma, icarə, hesablaşma, borc və digər münasibətlərə girirlər. Subyektlər müqavilə bağlamaqda azad və müstəqildirlər. Subyektin onun üçün daha məqsədəuyğun davranış variantlarından birini müstəqil olaraq seçmə imkanına dispozitivlik (sərbəstlik) deyilir.


Mülki hüququn tənzim etdiyi münasibətlərə təsir üsulu və vasitə-si kimi olan metodu – imperativ – dispozitiv metoddur ki, bu da özünü hüquq münasibətləri subyektlərinin tərkibində və hüquqi xüsusiyyətində, hüquq və vəzifələrində və s. Göstərir.
İmperativ və dispozitiv şərtlərin uzlaşması ilk növbədə mülki – prosessual hüquq münasibətləri subyektlərinin, yəni bir tərəfdən bütün mülki prosessual hüquq münasibətlərinin mütləq iştirakçısı olan məh-kəmənin, o biri tərəfdən – digər subyektlərin xarakterini əks etdirir. Hüquqi nizamasalma metodunun imperativliyi bütün mülki prosessual münasibətlərdə məhkəmənin – dövlətin ədalət mühakiməsini həyata ke-çirən və hakimiyyət səlahiyyətinə malik orqanın iştirakı səbəbindən on-ların hakimiyyət və tabelilik münasibətləri olmalarını şərtləndirir. Məh-kəmə qanunun tələblərini dəqiq yerinə yetirməli və mülki prosesin bütün digər iştirakçılarından da bunu tələb etməməlidir. Hakimiyyət orqanı ki-mi yalnız məhkəmə prosessual qanunvericiliyin təsbit etdiyi məcbu-riyyət tədbirlərini tətbiq etmək hüququna malikdir. Dispozitivlik isə mülki prosessual hüququn təsirinin digər cəhətini özündə əks etdirir: ve-rilmiş hüquqların və müəyyən olunan vəzifələrin azad, lakin yalnız qa-nun çərçivəsində reallaşdırılması; bütün subyektlərə bərabər hüquq və vəzifələrin verilməsi və həmçinin onlara zəmanətin verilməsi.

Üçüncüsü, yaranmış mübahisələrin həll edilməsinin spesifikliyi tərəflər arasında mübahisə yarandıqda bu mübahisələri həll etmək üçün onlar məhkəməyə iddia vermək hüququna malikdirlər. Subyekt pozul-muş mülki hüquqları və yaranmış mülki mübahisələri məhkəmə qayda-sında müdafiə edə bilər. Buna müdafiənin iddia qaydası da deyirlər. Məhkəmə qaydasında müdafiə dedikdə, ümumi yurisdiksiya məhkəmə-ləri, iqtisad məhkəməsi və münsiflər məhkəməsi tərəfindən həyata keçi-rilən müdafiə başa düşülür.


Dördüncüsü, mülki hüquqları pozan şəxsə tətbiq edilən məcburi təsir tədbirlərinin xüsusiyyətləri ilə vətəndaşların bə təşkilatların əmlak və şəxsi qeyri-əmlak hüquqları pozulduqda mülki hüquq məsuliyyəti yaranır. Mülki hüquq məsuliyyəti əmlak xarakterlidir.


Sual 4: MÜLKİ HÜQUQUN FUNKSİYALARI.


Hüququn strukturuna sistemli yanaşma sistemin bütün elementləri-nin funksional xüsusiyyət və vəzifələrinin dəqiq müəyyənləşdirilməsini və nəticə etibari ilə, hüququn müxtəlif sahələrinin funksiyalarının aşkara çıxarılmasını nəzərdə tutur.
Funksional meyar sahənin hüquqi xarakteristikalarından biridir. Mülki hüquq ictimai münasibətlərin tənzimçisi olaraq hüququn bütün sahələrinə xas olan ümumi xarakterli bir sıra vəzifələri (funksiyaları) ye-rinə yetirir. Bunlar cəmiyyətdə insanların konkret davranış hərəkətini ni-zama salan tərbiyəvi xarakterli funksiyalar, qanun pozuntularının qarşı-sını alma, vətəndaşların və təşkilatların cəmiyyətə gərəkli hərəkətlərinin stimullaşdırılması və nəhayət, hüquq qaydalarını pozanlara qarşı məc-buretmə xaraxterli tədbirlərin tətbiq edilməsi funksiyalarıdır.

Hüququn tənzimləyici və qoruyucu funksiyalarını xüsusi olaraq fərqləndirmək lazımdır. Belə ki, hüququn bir sahələri, məsələn, mülki. əmək, torpaq, ailə hüququ başlıca olaraq tənzimləyici xarakterli norma-ları nəzərdə tutduqları halda, digər sahələri əsas etibari ilə qoruyucu və-zifələri yerinə yetirir, məsələn, cinayət hüququ, cinayət-prosessual və mülki prosessual hüquqları. Sahənin tənzimləyici və qoruyucu vəzifələ-rinin nisbəti isə onun spesifik funksiyalarını təşkil edir.


Hüququn ayrı-ayrı sahələrinin funksiyalarındakı belə fərq bir sıra hallarda konkret sitiuasiyaların tənzimlənməsi zamanı onların qarşılıqlı təsirini şərtləndirir. Məsələn, əmlak oğrusunun cinayət qaydasında məh-kum edilməsi və ona cəza tədbirlərinin tətbiqi zərər çəkmiş şəxsin əmlak mənafeyini mühafizə etmir. Burada da köməyə mülki hüquq normaları gəlir. Cinayət prosesində mülki iddia qaldırmaq yolu ilə cinayətdən zərər çəkmiş şəxsin əmlak vəziyyətinin bərpa edilməsi təmin edilir.


Mülki hüququn rolu, hər şeydən öncə, cəmiyyətdə normal iqtisadi münasibətləri tənzimləməkdən ibarətdir. Mülki hüququn qoruyucu funk-siyası başaqa hüquq sahələrinin qoruyucu funksiyalarından fərqli olaraq əmtəə-pul münasibətlərinin ekvivalentliliyi prinsipindən irəli gələn kom-pensasiya xarakteri daşıyır.

Mülki hüququn bütün əsas xarakreristikalarını nəzərdən keçirəndən sonra onun aşağıdakı tərifini vermək olar: Mülki hüquq – iqtisadiyyatın təşkilinin əmtəə-pul formalarını möhkəmləndirmək və inkişaf etdirmək məqsədilə tərəflərin hüquqi bərabərliyi metodu ilə iştirakçıların sərbəst-liyinə və müstəqilliyinə əsaslanan əmlak və qeyri-əmlak münasibətlərini tənzim edən hüquqi normalar sistemi, hüququn bir sahəsidir.


Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutu-lan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzər-də tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquq-lar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.


Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:





  1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqa-vilələr və başqa əqdlər.




  1. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunveri-cilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzər-də tutulmuş aktları.




  1. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları.




  1. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi.




  1. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyə-tin digər nəticələrinin yaradılması.


  1. Başqa şəxsə zərər vurulması.




  1. Əsassız varlanma.


  1. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri.




  1. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağ-ladığı hadisə.

.
Sual 5: MÜLKİ HÜQUQUN PRİNSİPLƏRİ.


Hüququn prinsipləri ictimai həyatın obyektiv qanunauyğunluqlarını hüquqi cəhətdən təsbit edən əsas başlanğıc normalardır. Onlar özlərində hüququn daha xa-rakterik cəhətlərini ehtiva edir, onun hüquqi təbiətini müəyyən edir. Başqa sözlə desək, hüququn prinsipləri – universallığı, ümumi əhəmiyyəti, ali imperativliyi ilə fərqlənən, hüquqi tənzimləmənin məzmununu müəyyənləşdirən və hüquqla tən-zimlənən münasibət iştirakçılarının davranış və fəaliyyətinin hüquqa uyğunluğu-nun kriteriyası kimi çıxış eədn ümumməcburi, ilkin normativ – hüquqi qaydalardır.


Prinsip latın sözü olub, əsas, başlanğıc, rəhbər ideya mənasında işlədilir. Mülki prosessual hüququn prinsipləri dedikdə, onun mahiyyətini, yəni onun rəhbər ideya – siyasi əsasını ifadə edən, prosesin quruluşunu müəyyənləşdirən və prosesin və prosesin məqsədinə çatmaq yollarını araşdıran prosessual hüquq normalarında əks olunan müddəalar başa düşülür.


Mülki hüquqi tənzimlənmənin maddi əsasını mülkiyyət münasi-bətləri təşkil edir. Ona görə də mülki hüququn əsasını təşkil edən prinsip mülkiyyət formalarının müxtəlifliyinin hüquqi təbiətindən və müvafiq olaraq mülki dövriyyə iştirakçılarının mülkiyyət hüquqlarının və digər əşya hüquqlarının qanunla müəyyənləşdirilmiş hüdudlarda onların sər-bəst və müstəqil təsərrüfatçılıq etməsinin hər vasitə ilə hüquqi müdafiə-sindən ibarətdir.


Mülki prosessual hüququn prinsiplərini müxtəlif əsaslara görə təs-nifləşdirmək olar. Hüquqi nizamasalma obyektinə və təsir dairəsinə görə mülki prosessual hüququn prinsiplərini 4 qrupa bölmək olar:


I qrup prinsiplər: - ədalət mühakiməsinin yalnız məhkəmələr tərəfindən həyata keçirilməsi; - hakimlərin müstəqilliyi; - hüquqi işlərin təkbaşına və kollegial baxılması; - məhkəmə baxışının aşkarlığı; - mü-hakimə icraatının dövlət dilində aparılması. Bu qrupa daxil olan prinsip-lər təşkilati – funksional və ümumi hüquqi xarakter daşıyır.


II qrup prinsiplər: - məhkəmə həqiqəti; - qanunçuluq; - əsaslan-dırıcılıq. Bu prinsiplər isə funksional və sahələrarası prinsiplərin yaran-masını şərtləndirir.


III qrup prinsiplər: - şifahilik; - bilavasitəlik; - fasiləsizlik; - prosessual qənaət. Bu qrupa daxil olan funksional sahəlararası prinsiplər mülki mühakimə icraatının xarici xüsusiyyətlərini ifadə edir.


IV qrup prinsiplər: - dispozitivlik; - çəkişmə; - tərəflərin proses-sual bərabərliyi prinsipi. Bu qrup prinsiplər mülki prosessual hüququn funksional sahəvi prinsiplərini yaradır.


Ədalət mühakiməsinin yalnız məhkəmələr tərəfindən həyata keçi-rilməsi konstitusion prinsipdir. Belə ki, Azərbaycan Respublikası Kons-titusiyasının 125 – ci maddəsinin I bəndində müəyyən edilmişdir ki, “ Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət müha-kiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər ”. Həmin hüquqi qayda həmçinin Azərbaycan Respublikasının MPM – nin 6 – cı maddə-sində nəzərdə tutulmuşdur. Orada göstərilmişdir ki, “ mülki işlər və iqti-sadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçi-rilir ”.

Azərbaycan Respublikası Konstitusiyasının 127 – ci maddəsinin I bəndində deyilir ki, hakimlər müstəqildir və yalnız Azərbaycan Respub-likasının Konstitusiyasına və qanunlara tabedirlər və səlahiyyəti müddə-tində dəyişilməzdirlər. Hakimlər mülki işləri və iqtisadi mübahisələri kə-nar müdaxilə təsirindən azad şəraitdə həll edirlər.


Hakimlərin toxunulmazlığı o deməkdir ki, hakimlərin və onların yaxın qo-humlarının həyatı, sağlamlığı və əmlakı xüsusi qaydada dövlət müdafiəsi ilə təmin olunur. Məhkəmə və hüquq – mühafizə orqanları işçilərinin dövlət müdafiəsi ilə təmin edilməsi xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq bu şəxslərin və ya onların yaxın qohumlarının həyat və sağlamlığının, mənzilinin, əmlakının qorunması məqsədi ilə səlahiyyətli dövlət orqanları tərəfindən təhlükəsizlik tədbirlərinin tətbiq edilməsindən və həyata keçirilməsindən ibarətdir.

Mülki işlərə təkbaşına və kollegial baxılması prinsipinin mahiy-yəti ondan ibarətdir ki, mülki işlər üzrə ədalət mühakiməsi həm təkba-şına, həm də kollegial şəkildə aparıla bilər.


Ədalət mühakiməsinin aşkarlığı prinsipi konstitusion prinsipdir. Bu prinsip barədə MPM- nin 10 – cu maddəsində norma təsbit edilmiş-dir. Məhkəmələrdə işlərə aşkarlıq prinsipi əsasında baxılır.


Məhkəmə baxışının aşkarlığı dedikdə, məhkəmə iclaslarına pro-sesdə iştirak etmək istəyənlərin azad surətdə daxil olma imkanları, o cümlədən proses haqqında yazılı qeydlər etmək, məhkəmə iclas zalında bütün baş verənləri izləmək hüquqları başa düşülür.


Azərbaycan Respublikası Konstitusiyasının 127 – ci maddəsinin X bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasında məhkəmə ic-raatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. İşin iştirakçısı olub, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin işin mate-rialları ilə tam tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsilə iştirak et-mək və məhkəmədə ana dilində çıxış etmək hüququ təmin edilir.


Məhkəmə həqiqəti prinsipi mülki prosessual hüququn elə rəhbər müd-dəalarını əks etdirir ki, bu müddəalar konkret mülki işlərin və digər hüquqi işlərin mülki prosessual normalara əsasən aparılmasını və iş üzrə mühüm əhəmiyyət kəsb edən halların hər tərəfli araşdırılmasını təmin edir.

Qanunçuluq prinsipi ümumi xarakter daşıyır. Onun məzmunu bütün sub-yektlər tərəfindən hüquq normaları göstərişlərinin dəqiq və tam həyata keçirilməsi tələblərində ifadə edilir.


Mülki mühakimə icraatının əsaslandırıcılıq prinsipinin mahiyyəti ondan ibarətdir ki, hər bir prosessual davranış ( məhkəməyə ərizə ilə, vəsatətlə, şikayətlə, təqdimatla müraciət etmək; məhkəmə aktlarının çıxarılması, qətnamə və qərardad) əsaslandırılmalıdır.


Məhkəmə baxışının ümumi şərtlərindən biri olan məhkəmə baxışının şifa-hiliyi məhkəməyə çağırılmış bütün şəxslərin öz ifadələrini şifahi verməsini, araş-dırılmalı olan materialların və sənədlərin şifahi açıqlanmasını nəzərdə tutur.


Bilavasitəlik prinsipinin mahiyyəti ondan ibarətdir ki, məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və III şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini din-ləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video-yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.


Fasiləsizlik prinsipi məhkəmənin diqqətini işə cəlb edir, onun işin bütün hallarını nəzərə almasını, hüquq münasibətlərinin düzgün qiymət-ləndirilməsini, qanuni və əsaslandırılmış məhkəmə aktı çıxarılmasını tə-min edir.


Mülki hüququn prinsipləri aşağıdakılardır:





  1. mülki hüquq subyektlərinin bərabərliyi;




  1. Mülki hüquq subyektlərinin iradə sərbəstliyi;




  1. Mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi;


  1. Mülkiyyətin toxunulmazlığı;




  1. Müqavilələr azadlığı;


  1. Şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolve-rilməzliyi;




  1. Mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yara-dılması;


  1. Pozulmuş hüquqların bərpasının təmin edilməsi;




  1. Mülki hüquqların məhkəmə müdafiəsi;

NƏTİCƏ.
Mülki hüquq ədəbiyyatında hüquq münasibətlərinin və hərəkətlərinin məntiqə uyğun olaraq ardıcıllığını ifadə etmək üçün “ prosessual qayda ” və “ prosessual forma ” terminlərindən istifadə edilir. Mülki prosessual forma dedikdə, mülki işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsi qaydasını, həmçinin hüquqların və qanuni maraqların müdafiəsi məqsədi ilə mülki prosesin hər bir iştirakçısının fəaliyyətini qanunla, yəni Mülki Prosessual Məcəllə ilə müəyyən olunmuş qaydada nizama salan sistem başa düşülür. Hüququn prinsipləri ictimai həyatın obyektiv qanunauyğunluqlarını hüquqi cəhətdən təsbit edən əsas başlanğıc normalardır. Onlar özlərində hüququn daha xarakterik cəhətlərini ehtiva edir, onun hüquqi təbiətini müəyyən edir. Mülki proses üzrə tanınmış alim D. M. Çeçot mülki hüquqa belə tərif verir: “ Mülki hüquq hüququn müstəqil sahəsi olaraq ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində ictimai münasibətləri nizama salır.


Nəzəriyyəni və məhkəmə təcrübəsini öyrənərkən qüvvədə olan qanunvericilikdə bəzi çatışmazlıqlar və boşluqlar üzə çıxır. Bununla əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi üzrə əsaslandırılmış proqnoz-ların hazırlanması, baş verə biləcək hüquqi mübahisələrin xəbərdar edil-məsi, hüquqşünaslar da daxil olmaqla vətəndaşların hüquq düşüncəsinin formalaşdırılması mülki hüquq elminin məqsədini təşkil edir.


Nəticədə bu fikrə gəlinirki, mülki hüquq doğrudanda hüquq siste-minin, hüquq elminin digər sahələrindən fərqlənir. Hüquqi və fiziki şəxslərin, müəssisə və təşkilatların həyatında mühüm rol oynayır. Həm-çinin nəzərdə saxlamaq lazımdır ki, mülki hüququn vəzifələri Azər-baycan Respublikasının “Mülki Məcəlləsi” ilə həyata keçirilir.


Eyni zamanda bu sahədə “Mülki Hüquq Araşdırma Mərkəzi”də yaradılmışdır. Həmin mərkəzin məqsədi, Mülki Hüququn Azərbaycanda beynəlxalq standartlara cavab verə bilən bir səviyyədə inkişafına xidmət etməkdən ibarətdir. Hədəfləri isə, Qafqaz regionunun mülki hüquqla bağlı ən qabaqcıl tədqiqat mərkəzini təşkil etməklə Azərbaycanı mülki hüquq sahəsində, regional və beynəlxalq səviyyədə layiqincə təmsil etməkdir. Mərkəz, öz qurulma səbəbi ilə əlaqədar hədəflərinə çata bilməsi üçün təşkilatı sistemini müxtəlif işlərlə bağlı qruplaşdırmağı hədəfləmişdir. Bu çərçivədə illik Fəaliyyət Planı da hazırlamışdı.


İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT.





  1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. “Hüquq ədəbiyyatı” nəşriyyatı. Bakı – 2006




  1. Azərbaycan Respublikasının Mülki hüququ. II cild (Dərslik) . Sabir Allahverdiyev. Digesta – 2001




  1. Azərbaycan Respublikasının Mülki hüququ. I hissə. Sabir Allahverdiyev. Bakı – 2003




  1. Az.wikipedia.org/wiki/




  1. www.searchuu.com/ebook


  1. www.docinweb.com/ebook

Yüklə 40,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin