Kürşad bəy zəhmət olmasa buyurun içəri keçin. Psixiatr sizi gözləyir



Yüklə 280,81 Kb.
səhifə1/13
tarix02.01.2022
ölçüsü280,81 Kb.
#45251
  1   2   3   4   5   6   7   8   9   ...   13
uçurumun bir addımlığında dəyişiklik haamısı


I

İlk seans


Yağışın yağan damlaları pəncərəyə hər dəfəsində toxunub səs salarkən geriyə indiki zamana qayıdırdım. Həmişə qurduğum sadəcə özümə aid olan o xəyal dünyamda qalmaq istəməmə rəğmən. Sadəcə özüm. Artıq indidən hər şeyi unutmağa başlamışam deyə düşündüm. Hər şeyin bir gün unudulacağı, üzərindən illər keçdikdən sonra bir neçə saniyəlik yad olunmadan başqa bir şeyin olmayacağı halbuki yaşadığımız zaman hər dəfəsində dəyərimizdən və qiymətimizdən bəhs edilərkən ağızdan düşülməməyimizə rəğmən. Bu gerçəkliyi də unutdum. Yoxsa bunu da hər şey kimi düşünməməyə çalışırdım beynimdən uzaqlaşdırıb belə bir şeyin heç zaman baş verməyəcəyini düşünmək kimi.

-Kürşad bəy zəhmət olmasa buyurun içəri keçin. Psixiatr sizi gözləyir.

Gələn səslə yenidən özümə indiki ana qayıtdım. Yorğunluğum üstümə elə bir çökmüşdü ki sanki müharibədə ön cəbhədə savaşan əsgər qədər güc sərf etmişəm. Amma fərq bu idi ki həmən əsgər qalib olmaq üçün ölməmək üçün savaşırdı çiynində olan onca ağır şeyə rəğmən oysa ki mən məğlub idim həm də lap ən başından. Və indi həm çiynimdəki yüklər həm də məğlubiyyətin verdiyi o mənəvi çöküntü ilə ayağa durmalı idim. Elə deyirdilər. Ayağa durmalı yenidən savaşmalısan. Yıxıldın mı yenə dur. Yenə də mi yıxıldın bir daha dur. Sözə qulaq asmalıydım. Asdım da. Durdum.

Öncə qapını döyürəm və içəridən gələn səssizliklə içəri girməyə qərar verirəm. Qapını arxamca örtüb yavaş addımlarla irəliləyirəm. Otağın dörd bir yanı bəyazlarla örtülüdür və hər küncdə kinolarda gördüyümüz klinikadakılara bənzər rəsmlər asılıdır. Sanki o rəsmlərə baxan bir pasient dərhal orada nələrin baş verdiyini, bizə nələrin çatdırılması istəyini, hansı duyğuların bir ahəng içində həmdəm olmasını başa düşəcək və tez bir zamanda artıq buralara yad bir insan olduğunu anlayıb oradan ayrılacaqdır. Məncə hamısı sadəcə bir növ göstərişdir. Düzü indiyə qədər həkimlərin göstərişdən uzaq olduğunu düşünürdüm, amma psixiatrları bu sahədən həmişə ayırmışamdır. Bəlkə də bayaq gəldiyim qənaət buna görə idi.

-Kürşad bəy, elə deyil?

-Nəcə? Bəli adım Kürşaddır.

-Zəhmətə olmasa keçin əyləşin.

Fəzadakı kimi ağır addımlar ata-ata irəli gedib göstərilən yerdə oturdum. Əslində daha çox uzandım desəm yerinə düşər. Doğrudan bu psixiatrlar işlərini bilirlər divan elə rahat idi ki, sizə nələrisə demədən belə gözlərinizi yumub yatmaq mümkündür.

-Sizin adınızı öyrəndiyimə görə mən də özümü sizinlə tanış edim. Adım Mətanətdir və sizin qeyri-müəyyən müddətlik şəxsi psixiatrınız olacağam. Bizə göndərilən məlumatda həyatınıza qıymağa cəhd etdiyinizi göstərir və buna görə də məcburi xarakterli seanslardan keçməyinizin vacibliyi göstərilib. İndi özünüzü necə hiss edirsiniz?

Gözlərim yuxarıya baxar şəkildə ancaq tavanı izləyirdim. Yuxarılarda bir yerlərdə xəyali olaraq bir xətlər cızır nələrinsə bilmədiyim bir şeylərin fiqurlarını yaradırdım. Bu fiqurların nə olması ilə bağlı isə heç bir fikrim yox idi. Nə arzularıma, nə də qorxularıma bənzəyirdi. Artıq nəyi arzuladığımı və nədən qorxduğumu bilmədən.

-Kürşad bəy, dinləyirsiniz məni?

-Bəli, əlbəttə.

-Sizə öncədən pis bir xəbər olaraq onu söyləməliyəm ki, bizə vərilən təlimatlarda bu seansların nə zaman bitəcəyi açıqlanmayıb. Ancaq üzülməyə dəyməz çünki, nə zaman ağlınızda intihar ya da buna bənzər fikirlərin keçirilən seansların nəticəsinə uyğun olaraq tamamilə aradan qalxdığına qərar versək o zaman azad olacaqsınız.

Azadlıq. Sizin belə bunları mənə deyən zaman əslində heç birimizin azad olmadığımızı bildiyiniz təqdirdə yenə də ümidli olmağınızı anlamırdım. Əlinizdəki kağızlardan haqqımda olanları istəmədən oxumanız məcburi olaraq mənim burada olduğum kimi sizin də məcburi olaraq burada mənə kömək etmək istəməyiniz bir azadlıqdırmı? Məncə yardım və köməklik məcburi deyil istəklə və könüllü olmalıdır. Necə ki bunu bizə lap uşaqlıqdan öyrədildiyi kimi. Və əlavə etmək lazımdırsa əslində məcburiyyət deyilən bir şey də yoxdur, sadəcə istəklərimiz üzərindən bu ya da digər hadisələrdə müəyyən seçimlər edərik. Əgər bir insan bir şeyə məcburam deyirsə bilin ki, həmən şey barədə bəhanəsi vardır. Çünki, bilmək istəmədiyimiz şey məcbur deyə adlandırdığımız şeyi etmək ya da etməmək ondan öncə və ondan sonra baş verəcəklərin hər hansı birini istəyib istəməməklə bağlıdır.

-Siz hər zaman beləsiniz? Yəni düşüncələrə dalmağınız tez-tez olur? Kürşad bəy?

-Necə? Bəli. Bəzi zamanlarda.

-Bəs indi nələri düşünürsünüz məsələn?

-Heç bir şey.

-Amma belə davam edə bilmərik ilk gündən. Hər nə qədər məcburi xarakter olsa da.

İzah elədim axı az öncə məcbur deyə bir şey yoxdur.

-Məni dinləyirsiniz?

Başını təsdiqlədiyini bildirmək üçün yuxarıdan aşağı endirdi. Bir şeylər deməklə deməmək arasında qalmışdı. Həyatında bəzi anlarda bəzi seçimlər qarşısında qalan zaman nə edəcəyi tam olaraq nə söyləyəci ilə bağlı arada qalan qərarsızlıqları xatırladı. Heç bir şeyin dəyişilmədiyini bir daha anlayıb üzüldü amma bildirmək istəmədi. Qəlbində yaranan özünün də adlandıra bilmədiyi tərif etməkdən yoxsul qaldığı bir hiss idi. Dayandı. Bilirdi əgər izin versə sözlər ağzından elə bir şəkildə ətrafa səpələnəcək ki heç kim və heç bir şey bunu durdura bilməyəcəkdi. Amma o yenə də dayandı. Susdu və susdu. Bilirdi nələrisə danışmağın artıq bir önəmi yox idi. Çünki bu dünyada onun üçün ən önəmli insan artıq yox idi. Getmişdi. Geri dönməyəcək şəkildə.

-Belə görünür ki, seaansların sayı uzunmüddətli olacaq. Amma sizin bunu istədiyinizi düşünmürəm.

Mənim istəyimin bir önəmi var mı ki bəyəm? Əgər olsaydı o zaman dünyanın ən xoşbəxt insanı olardım. Xoşbəxtlik anlayışının nə olduğunu bilmədən. Əgər olsaydı buraya gəlməzdim buraya gəlməyimə səbəb olacaq şeyi etməzdim edəcəyim şeyə səbəb olacaq hadisələri yaşamazdım. Əgər. Və indi mən Kürşad burada bütün baş vermiş hər şeyə rəğmən sanki heç nə olmadığını fərz edərək üç beş on ya da hər hansı bir sayda seanslara qatılaraq yenidən həyatla mı barışacağam? Ki mən küsdüyümü belə xatırlamıram. Sadəcə mən. Sadəcə mən yorğunam.

-Bir şeylər söyləməyəcəksiniz?

Susdu. Yenə və yenidən. İç səsi ilə danışdıqlarını söyləsəydi əgər anlarmıydı ki? Anlamağı bir kənara qoy heç dinlərmiydi ki? Məncə heç biri. O sadəcə burada bir piyadadır mən sən hamımız kimi. Etdiyi işi sevdiyini sevdiyinə görə razı qaldığını düşünən biri. Hamımız kimi. Qane edəcək cüzi şeylərə sahib olduğunu düşünən daha artığına tamah salmayan əlindəki mövcud şeylərlə özünü təsəlli edərək xoşbəxtliyi tapan ya da tapmağa çalışan biri. Eynilə mənim kimi. Halbuki bundan artığının mövcud olduğunu bilsə layiq olduğunu layiq olmayan saysız insanların ondan daha xoşbəxt olduğunu görsə və bilsə. Bilir mütləq. Ancaq söyləyə bilmir. Nə özünə nə də başqa birilərinə. Sadəcə susur. Eynən susur. Mənim susduğum kimi. Çünki...

-Anladım. Düşünürdüm ən başdan başlamarıq ancaq vəziyyət onu göstərir ki sıfırdan müalicəyə başlayacıq. Sözün açığı kənardan baxan zaman bu fikrə gələcəyimi düşünmürdüm.

-Nəyi düşünürdüz?

Anidən verilən cavabla çaş-baş qaldı ancaq bunu qarşısındakı pasientə bildirməli deyildi ona görə sanki heç nə olmamış kimi davam etməli idi.

-Sənin haqqında düşündüyüm şey etdiyin hərəkəti anladığın və artıq bunun yanlış olduğunu bildiyin üçün mənə kömək edəcəyindir. Ki bununla mən də sənə kömək edə bilim.

-Başqa?

-Başqa nə?

-Başqa nə düşünürdünüz?

Hər şeyi açıq aşkar deməli idi mi yoxsa o da bəzi şeyləri gizlətməli idimi. Qarşısındakı insanı tanımırdı ancaq işinə görə tanıyıb onunla əlaqə quraraq problemin dərinliyinə enməli idi. Əslində özü-özlüyündə problemin nədən olduğunu sezirdi amma bunu ilk seansdan söyləməklə xəstəni itirə bilərdi və bununla bəlkə bir daha belə ünsiyyət qura bilməyəcəkdi. Ona görə hamı kimi o da yalan söylədi və bu yalanı bir gün açıqlayacağını hər şeyi yoluna qoyduqdan sonra özünə söz verdi. Ancaq unutduğu bir şey var idi bunu heç zaman nə açıqlaya biləcəkdi nə də Kürşad biləcəkdi. Bəlkə də işlədiyi onca illik təcrübəsində ilk dəfə idi yanlış qərar verirdi amma bu qərar tək onun deyil Kürşadın da həyatını dəyişəcəkdi.

-Hər şeyi açıq-aşkar söyləyəcəyin.

Qısa və aydın. Sıra Kürşadda idi ancaq o yenə susurdu. Düşünürdü nə deyəcəyini və deyəcəyi ilə bağlı özü haqqında qarşısındakında hansı fikirlər yaranacağını. İnsanları oxumağı heç amma heç bilməzdi. Çünki saf idi təmiz idi dürüst idi. Və digərlərini də belə görürdü ona görə də heç bir yanlış hərəkət etməz hər kəsə güvənərdi. Sonra hər kəs hər şeyi alt-üst etdikdən sonra başına döyər bir daha yanılmaycağını söyləməsinə rəğmən içindəki insan sevgisi içindəki ümid və inam qalib gələrdi. Sonra yenə başı daşa dəyər yenə söz verər söz verməyinə rəğmən dəyişilməzdi. Bu beləcə davam edib gedər heç nə dəyişməzdi. Amma zaman keçdikcə artıq yavaşdan hissizləşdiyini vecsizləşdiyini görürdü. Baş verən hansı bir şeyə dair heç bir hiss keçirməz üzülməz gülməzdi. Soyuq davranırdı. Artıq onun hisləri donmuşdu və ölməyə doğru addımlayırdı. Bunca şeyə rəğmən tək dəyişilməyən şeyin nə olduğunu çox yaxşı bilirdi və tək istəyi bunun heç zaman dəyişməməyi idi. Hansı ki sevdiyi qadına qarşı olan hisləri idi.

-Yanılmışam səncə? Deyəsən hə. Amma olsun, hər kəsin bu həyatda yanılma payı vardır. Əsas bilirsən nədi bundan sonra danışacaqlarımız və müayinəmiz.

Çox şey düşünürdü. O qədər qarışıq düşüncələrlə əhatələnmişdi ki nəyi nə zaman və hansı biçimdə deyəcəyini bilmirdi. Elə hey düşünürdü və o düşündüyü zaman içində isə artıq hər şey olub bitirdi. İndi olduğu kimi.

-Yaxşı onda belə edək.

Qələmi əlinə aldı qarşısındakı dəftərçəsinə bir şeylər qeyd etdi. Dayandı. Yenidən qeyd etdi. Digər səhifələri vərəqlədi yenidən geriyə qayıtdı. Qaraladı yeni bir şeylər yazdı. Dayandı. Başını yuxarı qaldırdı. Kürşadın düz gözlərinin içinə baxar şəkildə.

-Bu gündən sonra səninlə müntəzəm olaraq hər gün seanslar keçirəcəyik. Həftə sonlarını çıxmaq şərti ilə. Saatları da buraya qeyd eləmişəm. Buyur götür bax.

Yavaşca əlini uzatdı dəftərcəni götürdü. Heç bir məna kəsb etmədiyini bilməsinə rəğmən sanki bir şeylər varmış kimi uzunca baxdı. Geri ötürdü. Boğazını rahatladı bir şeylər sanki söyləmək istərcəsinə. Ancaq söyləmədi. Yenə susdu. Belə daha yaxşı olar deyə düşündü. Səbəbini bilmədən.

-İndi saat 6:35. Hələ on dəqiqə vaxtımız var. Ilk seansda bir yerlərdən başlayaq ki həm sənin üçün həm də mənim üçün rahat olsun. Elə deyil Kürşad?

Başını yenə təsdiq mənasında yuxarıdan aşağıya doğru tərpətdi.

-Kürşad. Qəribə adın var. Adının mənası nədir?

Gülümsədi. Bu hərəkəti qarşısındakını da təəccübləndirdi. Təəccüblənəcək daha çox şeyi olduğunu bilmədən. Bir anlıq keçmişə yenidən yaşamaq istədiyi o anlara döndü. Xatirələr bir-bir gözünün önündə canlanarkən sanki yenidən o anları yaşamış kimi olurdu. Əlini uzatsa çatacaq və geriyə o zamana qayıdacaqdı. Çox istəyirdi amma bilirdi mümkünsüzdür imkansızdır. Hər nə olsa belə beynində nələr dövran etsə belə gerçəkliyin hər zaman fərqində idi. Özünün öz mənini beynini bilirdi və buna uyğun olaraq yaşayırdı. Nə artıq bir şey istəyirdi nə də əksik. Sadəcə layiq olduğu həyatı yaşamağı istəyirdi. Və bunu da çox yaxşı bilirdi ki, həmən qadının öz həyatına girdiyi gündən bəri hər şey amma hər şey tamamilə dəyişmiş özünün də bilmədiyi bir yolda irəliləyirdi. Bunu bir yandan qarşısını almaq istəsə də digər yandan bu cazibəyə qapılıb ona ayaq uydurmağa çalışırdı. Hər zaman etdiyi hər seçimdə iki variant arasında qalırdı və buna nifrət edirdi. Amma bununla belə özünü bildiyinə rəğmən etdiyi hər şeyi özü üçün etmirdi. Çünki həyatı boyunca etməımişdi. Və bu yenə belə davam edirdi edəcəkdi. Sadəcə düşündüyü tək şey o idi onun həyatı. Öz həyatını onun həyatına adamaq və sona qədər belə davam etmək. Son nə vaxt olacaqdısa. Olmayacağını deyil bu qədər niyə tez olacağını düşündü. Bəlkə də röyadan ayılmağın tam vaxtı idi. Gerçəkliyə qovuşmaq üçün. Çünki o gerçəyi bilirdi. O gerçək ki...

-Danışdıq axı ən başdan başlayacağıq. Sıra səndədir Kürşad. Buyur.
II


Yüklə 280,81 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin